Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   8   9   10   11   12   13   14   15   ...   78

37 
aid tərcümə nümunələri sayca çoxluğu ilə yanaşı, mövzu və 
forma rəngarənglıyi, janr müxtəlifliyi ilə  də seçilir.” (“Azər-
baycan” jurnalı, N-9, 2010, səh.164) Məhəmməd Füzulinin 
“Hədisi-Ərbəin” tərcüməsi, Həzini adlı şair-tərcüməçinin qələ-
mindən çıxmış “Hədisi-Ərbəin” tərcüməsi, Məhəmməd 
Nişatinin “Şühədanamə” və “Şeyx Səfi təzkirəsi” adlı irihəcmlı 
nəsr tərcümələri,  Əbdülhadi Bəvazicinin “Kəvamilüt-təbir” 
tərcüməsi, Mahmud Şirvaninin “Xəridətül-əcaib və  fəridətül-
qəraib” tərcüməsi, naməlum mütərcimin qələmindən çıxmış 
“Mənaqibi-Şeyx Səfi” tərcüməsi bu yüzilliyə aid olan tərcümə 
mətnləri kimi ətraflı  şərh olunmuşdur. Bu məqalənin  əhəmiy-
yəti ondadır ki, burada tərcümə tariximizin bizə qaranlıq qalan, 
o qədər də geniş  işıqlandırılmayan tarixi dövrlərinə  nəzər 
salınmaqla yanaşı, həm də milli tərcüməçilik təcrübəmizi orta-
ya qoyur. Biz bu ənənələrə, eləcə  də sivil dəyərlərə  əsaslanıb 
müasir tərcüməşünaslıq elminin konseptual, bitkin, sistemli 
nəzəriyyəsini yaratmalıyıq. Bu kontekstdə bir sıra digər ölkə 
xalqlarının da tərcüməçilik təcrübələrindən,  ənənələrindən 
faydalanmağa ehtiyac var. Bizim həm də ona ehtiyacımız var 
ki, öz milli kimliyimizi tanıdaq, milli dəyərlərimizi, adət və 
ənənələrimizi,  ədəbiyyat və  mədəniyyətimizi dünyaya geniş 
şəkildə təqdim edək. Ən azı ona görə ki, bizi özümüzdən yaxşı 
heç kim tanımır. Qeyd edək ki, yola saldığımız ötən ildə bu 
istiqamətdə müəyyən addımlar atılıb. Folklor nümunələrinin 
tərcüməsi kontekstində  Səhər Orucoğlunun “Azərbaycan 
folklorunun rus dilinə  tərcümə probleminin özünəməxsus-
luğu”  əsərini uğurlu saymaq olar ona görə ki, bu tədqiqat işi 
xalqımızın mənəvi sərvəti olan folklor ədəbiyyatının, onun 
zəngin bədii yaradıcılığının tərcümə özəlliklərindən bəhs et-
məklə ədəbi-mədəni varlığımızın bərpasına, bədii yaddaşımızın 
bütövlüyünə xidmət göstərir. Məlumdur ki, hər bir ölkənin 
bədii-poetik təfəkkürünun real mənzərəsinin yaradılmasında, 
xalq ruhunun, onun tarix və  mədəniyyətinin öyrənilməsində 
folklor nümunələrinin müstəsna əhəmiyyəti var. Səhər Orucoğ-


 
38 
lu folklorun demək olar ki, bütün janrlarında yazılmış nümunə-
lərin rus dilində  tərcüməsini  əhətə etmiş, eyni zamanda 
tərcümədə onların ruhunu, estetik təsir gücünü, habelə qafiyə 
sistemini qoruyub saxlamağa müvəffəq olmuşdur. 
Bu istiqamətdə 2010-cu ildə  tərcümə olunan kitablar 
içərisində Kamal Abdullanın Rumıniyanın “İDEEA Europena” 
nəşriyyatında rumın dilində  nəşr olunan “Sa Vorbim Azer-
baydjana. Limba şi cultura” (Azərbaycanca danışaq. Dil və 
mədəniyyət)  adlı kitabını da qeyd etmək lazımdır. “ Azər-
baycan, onun mədəniyyətinin və dilinin xaricdə  təbliğ edil-
məsinə layiqli töhfə olan bu nəşrin özəllliyi ondadır ki, o, təkcə 
Azərbaycan dili üzrə deyil, bütövlükdə ölkəmiz, onun tarixi, dili, 
ədəbiyyatı  və  mədəniyyəti, incəsənəti, coğrafiyası, o cümlədən 
Dağlıq Qarabağ  həqiqətləri barədə rumın oxucularında dolğun 
təsəvvür yaratmaq baxımından dəyərli və etibarlı  mənbə  və 
“bələdçi”dir.(“Həftə içi” qəzeti, 2-8 oktyabr, 2010-cu il)  
Bu gün Azərbaycan dövlətinin məqsədyönlü tərcümə siya-
səti nəticəsində bir çox ugurlu layihələrə imza atılıb. Məlum 
olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il, 
24 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Dünya ədəbiy-
yatının görkəmli nümayəndələrinin Azərbaycan dilində 
nəşri nəzərdə tutulan siyahısı”nda yer alan yazarların şedevr 
əsərləri dilimizə çevrilməkdədir. Təkcə yola saldığımız 2010-
cu ildə “Dünya Ədəbiyyatı Kitabxanası” seriyasından Nobel 
mükafatına layiq görülmüş müəlliflərdən  Con Qolsuorsinin, 
Luis Sinklerin, Ernest Heminqueyin seçilmiş əsərləri, klassik 
dünya  ədəbiyyatının nümayəndələrindən isə Lev Tolstoyun 
cildlik seçilmiş  əsərləri, Frans Kafkanın, Andrey Platono-
vun, Somerset Moemin seçilmiş  əsərləri, habelə  “Antik 
ədəbiyyat antologiyası” nəşr olunub. 
Tərcümə dilin lüğət tərkibini zənginləşdirən vacib faktorlardan 
biridir. Bildiyimiz kimi, Sovet dövründə Azərbaycanın digər 
dövlətlərlə ədəbi əlaqələri əsasən ərəb, fars və rus dilləri vasitəsilə 
həyata keçirilirdi. Hal-hazırda isə  əsəsən ingilis, fransız, alman 
dillərindən edilən tərcümələr üstünlük təşkil edir. Bu tərcümələrin 


39 
önəmli cəhəti ondadır ki, mütərcimlər tərcümələri birbaşa oriji-
naldan edirlər. Bildiyimiz kimi, bu amil əsərin  əsl mahiyyətini
ruhunu, forma və məzmun keyfiyyətini qorumağa, ondakı bədiilik 
məziyyətlərinin orijinala uyğun səviyyədə alınmasına təsir 
göstərir. Geridə qoyduğumuz ildə  Vilayət Hacıyevin  tərcümə-
sində  Stefan Svayqın “Bəşəriyyətin bəxt ulduzları”  əsərinin 
birbaşa alman, V.Quliyevın  tərcüməsində isə  Corc Oruellin 
antiutopiya janrında yazdığı, totalitarizm təfəkkürünə üsyan 
xarakteri daşıyan “1984” əsərinin ingilis dilindən çevrilib təqdim 
olunması hər iki mədəniyyət arsenalının zənginləşməsi baxımın-
dan önəmli addımdır. Təbii ki, tərcümə olunan mətn orijinalı tam 
mənada əvəzləyə bilməz. Nədən ki, yaradılan əsər, mətn hər şey-
dən əvvəl dil hadisəsidir, müəllifinin mənsub olduğu ölkənin milli 
kimlik, milli varlıq göstəricisidir, onun ruhsal dünyasını 
sərgiləyən faktordur. 
“Tanınmış rus tərcümə  nəzəriyyəçisi  İ.V.Kaşkin  orijinalın 
dilini tərcüməçinin qarşısında duran «sipər» adlandırır. Onun 
fikrincə  tərcüməçi bu sipərdən adlayarkən gerçəkliyin müəllif 
inikasının təravətini itirməməlidir. Kaşkindon fərqli olaraq 
Fyodorov orijinalın dilini geniş açılmış qapı ilə müqayisə edir. 
Onun fikrincə hər iki dili gözəl bilən tərcüməçi başını dik tutub 
bu qapıdan içəri keçə bilər. Paradoks yaranır - orijinalın dili 
«sipər»dir, yoxsa «açıq qapı»? Bu suala birmənalı cavab 
vermək çox çətindir. Hər halda orijinalın dili «açıq qapı»dırsa 
da,  о qapıya aparan yolda xeyli «sipər» mövcuddur.”(Rövşən 
Əliyev. Müasir dövrdə Azərbaycan dilinə tərcümənin nəzəri və 
praktik prinsipləri. Avtoreferat, Bakı-2007)  
Qeyd edək ki, çağdaş  ədəbiyyatımızda tərcümə siyasətinin 
yeridilməsində  “Qanun” nəşriyyatının müstəsna xidməti var. 
Ötən il “Ən yeni tərcümə” seriyasından Herta Müllerin “Nə-
fəs yelləncəyi” kitabı nəşr olunub. 2008-ci ildə Nobel Mükafatı 
Laureatı olmuş Herta Müllerin bu kitabı  məhz “Qanun” 
nəşriyyatının sifarışı ilə birbaşa alman dilindən Zaur Qurbanlı 
və Qurban Dağlı  tərəfindən tərcümə olunub. Bu seriyadan 
daha bir tərcümə yazar Günel Mövluda aiddir. O, Rusiyanın 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə