Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   7   8   9   10   11   12   13   14   ...   78

 
34 
ardınca modernist cərəyanların da təzahür edəcəyini istisna 
etməyən tənqidçiyə görə, bütün bunları milli gerçəkliyin özü 
verməlidir, quru nəzəriyyələr yaratmaqla bunun realizəsi 
mümkün deyil. 
Digər tənqidçilər – Y.Qarayev, V.Yusifli, C.Yusifli də ədəbi 
tənqidin bu cür təhlil modelini qəbul etmir, nəzəri-estetik 
əsasından məhrum olmuş poeziya tənqidi arsenalımızın qeyri-
elmi üsullarla təmin olunmasını, kənar konsepsiyaların zorən 
milli fakta yeridilməsini məqbul saymırlar. Məsələn, C.Yusif-
liyə görə bu cür "enerji qeyb etmə”nin”, yəni sənətkarı "-izm" 
qəlibinə salıb təhlil etmənin ədəbiyyata və sənətə heç bir dəxli 
yoxdur. Tənqidçi bu qənaətdədir ki, belə mövqe nümayiş 
etdirməyin müqabilində şairlərin "poetikasını hərtərəfli incələ-
mək lazımdır" (Yusifli Cavanşir.  Ədəbiyyatda yaşamağın for-
mulu. Bakı: Nurlan”, 2003, 302 s., səh. 210). "… milli-ədəbi 
şedevri bədii-estetik arxetipdən və genefonddan (Qorquddan, 
Füzulidən, Sabirdən, Caviddən…) kənarda təsəvvür etmək, 
lokal genetik kodu qlobal estetik məkanda  əritmək…" (Ötən 
ilin ədəbi yekunları. "Ədəbiyyat qəzeti", Bakı, 2002, 3 may)—
digər tənqidçi Y.Qarayevə görə isə bu prinsip üzərində yeri-
dilən, ədəbi tənqidə yol tapan təhlil üsulu ədəbiyyatın gələcək 
perspektivini, poeziyanın inkişafında, tərəqqisində irəliyə addı-
mı ifadə etmir. Müəllif doğru yazır ki, ədəbiyyatın modernləş-
məsini, dünyaya açılmasını yalnız Qərbin təlqin etdiyi cərəyan-
ların tətbiqi üsulu ilə reallaşdırmaq istəsək, həmin proseslərin 
imitasiyasına, təqlidinə yetmiş olacağıq. Yalnız milli fakta 
çevriləcəyi, ədəbiyyatın özünün potensiyası, daxili zərurəti ki-
mi yetişəcəyi təqdirdə onların tətbiqi faydalı nəticə verəcəkdir. 
Əlbəttə, dünya ədəbi-nəzəri fikrində mövcud olan modern 
meylləri öyrənmək və onları milli ədəbiyyata, poeziyaya təqdim 
etmək zəruridir. Amma əgər bu proses sinxron deyil, birxətli 
istiqamətdə, yəni "vahid informasiya məkanından bəhrələnmək, 
əvəzində ora heç nə artırmamaq" (Y.Qarayev) şəklində gedirsə, 
belə bir natamamlıq kompleksinə ürcah olan ədəbiyyatın sonda 
ciddi nailiyyət, yüksəliş əldə etməyəcəyi şübhə doğurmur. 
 


35 
BƏDİİ TƏRCÜMƏ: SÖZÜN DƏYƏR ÇALARLARI, 
YAXUD MƏNƏVİ GƏLƏCƏYİN SORAĞINDA 
 
Tərcümə  mədəniyyətlərin təmasıdır, ölkənin mədəni səviy-
yəsinin inkişafında, çağdaş qlobal problemlərin həlli yollarının 
axtarılmasında tərcümə çox vacib önəm kəsb edən faktorlardan 
biridir. Adətən, Azərbaycanda tərcüməçilik məktəbinin əsasını 
XİX-cu  əsrdən -A.Bakıxanovun  ilk  şeir tərcümələrindən və 
M.F.Axundovun müəllif tərcümələrindən başlayırlar. Bu dövr-
də A. Bakıxanov rus ədəbiyyatından tərcümələr etmiş, 
M.F.Axundov özünün «Puşkinin ölümünə Şərq poeması»nı rus 
dilinə çevirmişdir. Sonrakı dövrlərdə, yəni XX-ci əsrin  əvvəl-
lərində A.Səhhət, M.Ə.Sabir, A.Şaiqin timsalında azərbaycanlı 
şair və yazıçılar poetik tərcümələri ilə klassik arsenalımızı 
zənginləşdirmiş, uğurlu tərcümə nümunələri yaratmağa nail 
olmuşlar. Lakin tərcümə sənətinin təşəkkül dövrü XX əsrin 30-
40-cı illərindən başlayır, yazıçı-dramaturq Elçinin yazdığı kimi 
“müasir Azərbaycan bədii tərcümə  məktəbi sosrealizmin 
bəhrəsidir.” (Humanitar elmlərin müasir durumu və ədəbiyyat-
şünaslığın nəzəri-metodoloji məsələləri. Bakı, ”Elm” nəşriyatı, 
2010, səh.89) 1950-ci illərin sonlarından başlayaraq isə Azər-
baycan müəlliflərinin tərcümə  əsərləri haqqında bir sıra 
monoqrafik tədqiqatlar işıq üzü görməyə başlayır, tərcüməşü-
naslığın bir elm kimi təsbit olunması istiqamətində bir sıra 
addımlar atılır. Lakin R.Novruzov, B.Tahirbəyov, F.Vəlixanova, 
T.Xəlilova və s. kimi tanınmış alimlərin işlərində tərcüməçiliyin, 
tərcümənin mahiyyəti, tərcümənin nəzəri məqsədləri, tərcümə-
nin mümkünsüzlüyünün nəzəriyyəsi, dil vasitəçiliyi, tərcümə-
çinin fəaliyyətinin obyektiv, subyektiv xarakteri və s. kimi 
məsələlərə toxunulsa da, bütünlükdə həm təcrübi, həm də nəzəri 
bilikləri özündə ehtiva edən bitkin, ümumi tərcümə nəzəriyyəsi 
yaranmamışdır. Yəni, ötən il “Azərbaycan” jurnalının 2-ci 
sayında  “Tərcümə problemlərinin elmi şərhi”  məqaləsində 
İfrat  Əliyevanın haqlı olaraq bildirdiyi kimi “Azərbaycan 


 
36 
ədəbiyyatşünaslığında tərcümə  və onun nəzəriyyəsi haqqında 
demək olar ki, heç bir fundamental əsər yazılmamış, sadəcə 
M.Rəfilinin, B.Nəbiyevin, K.Talıbzadənin, N.Babayevin, F.Qa-
sımzadənin, F.Nəbixanlının, A.Hacıyevin və s. əsərlərində  tər-
cümə bu və ya digər yöndə işıqlandırılmışdır.” (səh. ) Bir halda 
ki, tərcümə də digər sənət sahələri kimi yaradıcılıq işidir, özü də 
bəlkə digərlərindən daha artıq məsuliyyət və gərgin əmək tələb 
edən yaradıcılıqdır, o zaman bir sənət növü kimi elmi cəhətdən 
əsaslandırılmış nəzəri bazaya malik olmalıdır.  
2010-cu ildə  tərcümə sahəsində aparılan islahatlar bir neçə 
istiqamətdə həyata keçirilmişdir: 
a)folklor nümunələrinin tərcüməsi 
b)klassik ədəbiyyatın tərcüməsi 
c)müasir ədəbiyyat nümunələrinin tərcüməsi 
d)dünya ədəbiyyatının tərcüməsi  
Qeyd edək ki, dünya ədəbiyyatı çevrəsində həyata keçirilən 
tərcümələrin özü də bir neçə kontekstdə reallaşmışdır: 
”Klassik dünya ədəbiyyatı”, “Müasir dünya ədəbiyyatı”, 
“Nobel mükafatına layiq görülmüş müəlliflərin əsərləri”  
“Dünya ədəbiyyatı üzrə antologiyalar”.  
Ötən il tərcümə tarixinin tədqiqi istiqamətində  Möhsün 
Nağısoylunun  “XV-XVİ  əsrlər Azərbaycan tərcümə  ədə-
biyyatı” adlı  məqaləsi çap olunmuşdur. Tədqiqatçı Azərbay-
canda ilk tərcümə  ədəbiyyatı kimi şair  Şeyx Məhəmməd 
Şəbüstərinin fars dilində nəzmlə yazdığı “Gülşəni-raz” məsnə-
visinin XV əsrdə  Şeyx Vəli (Əlvan)  Şirazi tərəfindən, Fəri-
dəddin  Əttarın “Əsrarnamə”  əsərinin isə  Əhməd Təbrizi adlı 
şair-mütərcim tərəfindən tərcümə olunmasını qeyd etmişdir. 
Məqalədə  Şirazinin “Gülşəni-raz”ı ilə onun farsca əslinin- 
Şəbüstərinin eyniadlı məsnəvisinin mətnləri arasındakı fərqlər- 
həcm fərqindən tutmuş  məzmun, sənətkarlıq xüsusiyyətləri 
arasındakı fərqlər də ətraflı tədqiq olunmuşdur. XVİ yüzillikdə 
tərcümə  sənətinin daha geniş inkişaf etdiyini yazan Möhsün 
Nağısoylu bildirir ki, “əvvəlki  əsrlə müqayisədə bu yüzilliyə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə