Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   4   5   6   7   8   9   10   11   ...   78

25 
yat tarixi kontekstində, onun tarixən gəlişmiş qanunauyğunluqları 
əsasında izləməsində özünü göstərir. Bu cəhdin zəruriliyini 
vurğulayan tənqidçi bildirir:"müasir ədəbi prosesin əsasında… 
ümumi tarixi potensial dayanır" (Əlişanoğlu T. Tənqid və  ədəbi 
proses. "Press-fakt" qəz., Bakı, 1996, 19-25 yanvar). Belə ki, 
T.Əlişanoğlunun "Ədəbiyyat söhbəti”ndə  ədəbi mərhələlər və 
dövrlər arasında dəqiq sərhəd aramaq səyləri əbəsdir. Burada hər 
müasir, çağdaş  ədəbi cəhdin  əski  əsası sinxron əksini tapır, 
avanqard, novatorluq kimi səciyyələndirilən yeni meyllərin 
zəmini daha əvvəlki dövrlərin ədəbi nümunələri ilə müvazi verilir. 
Məsələn, 90-cı illərdən etibarən poziyamızda xüsusi funksionallıq 
kəsb edən "post” termininin və onun anlamının izahını "Post-
modern", "Post-tarix", "Post millilik" kimi məqalələrində verməyə 
çalışan tənqidçinin qənaətlərinə görə, bu ifadə yeni zamanın bəxş 
etdiyi söz olsa da, onun tarixi izləri bizdə yetərincə olmuşdur. 
Belə ki, 70-80-ci illər poeziyasında post-modernin əlamətlərini 
çözələyən tənqidçi onun günümüzə qədər keçdiyi inkişaf yolunu 
izləyir (Əlişanoğlu T. Tənqid və ədəbi proses. "Press-fakt" qəz., 
Bakı, 1996, 19-25 yanvar ). 
Yaxud əksinə, tənqidçi özülü daha əvvəlki mərhələlərdə, ya-
xud əsrlərdə qoyulmuş, problem kimi daim aktuallığını qoruyub 
saxlamış  məsələlərin 90-cı illər üçün səciyyəsini arayır. Belə 
məsələlərdən biri olan "ənənə”nin 90-cı illər üçün funksionallığı 
ilə bağlı müəllifin rəyi belədir: "Ənənəçilik – ənənə üzərində 
əsmə,  ənənəvilik – ənənəyə söykənmək, ondan bəhrələnmək, 
novatorluq – ənənəni yeni tərzdə davam etdirmək…– imitasiyala-
rı nəzərə almasaq, çağımızda "ənənə-tarixi dəyər” anlamının özü 
istinadgahını itirmiş. Bu dəm hər hansı tarixin, adların üstündən 
xətt çəkmək, onu bütləşdirmək qədər asan. İndi ötədən bizə tari-
xin özü yox, izi, obrazlar, simvollar qalır" (Əlişanoğlu T. Ədəbiy-
yat və fəlsəfəsi. "Press-fakt”" qəz., Bakı, 1996, 9-15 fevral) 
Sovet dövrü bitdikdən sonra yaranmış boşluğu doldurmaq 
məqsədilə  həyata, gerçəkliyə tam yeni rakursdan yanaşma 
cəhdləri, fikri yeni forma və üslublarda ifadə etmək zərurəti 
meydana çıxır. Belə ki, ötən  əsrin  əvvəllərindən başlayaraq 


 
26 
meydana çıxmış modernist cərəyanlara  əsrin sonunda yenidən 
qayıdılır, simvolizm, sürrealizm, ekzistensializm, postmoder-
nizm və s. "izm"lər  ədəbiyyatımıza tətbiq edilir. Belə bir ye-
nilik cəhdləri yalnız  şairlər tərəfindən edilməklə bitməyib, 
həmçinin şeirə yanaşmada, onun təhlilinə münasibətdə də özü-
nü göstərirdi. Belə ki, dünya elminin qabaqcıl meylləri, elmi-
nəzəri fikri ilə silahlanan tənqidçilər sovet dövrünün şablon, 
stereotip təhlil qaydalarını inkar edərək  şeir mətninə müna-
sibətdə yeni nəzəriyyələr, ideya-estetik meyarlar tətbiq etməyə 
çalışırdılar. Tənqidçi Nizaməddin Mustafanın "Bir şerin 
draması", Rüstəm Kamalın "Halal kədər" adlı yazıları  bədii 
mətnə modern nöqteyi-nəzərdən, tam fərqli rakursdan yanaşma 
səylərini ortaya qoyur. Əlbəttə, sovet dövrünün stereotip təhlil 
qaydalarına öyrəşmiş oxucu üçün bu yanaşmalar qeyri-
inandırıcı görünə bilərdi. Buna görə  də prosesə yeni biçimdə 
münasibət izhar edən tənqidçilər məqalənin  əvvəlində bir növ 
"izahat” verir, o cümlədən, labüd bildikləri təhlil qaydasını 
keçmiş  ədəbi qanunlarla müqayisə – mübahisə  şəklində yerit-
məyə, tətbiq etməyə çalışırdılar. Məsələn, N.Mustafa "Bir şerin 
draması" adlanan məqaləsində bu kontekstdən çıxış edərək 
bildirirdi: "…qeyd edək ki, belə bir təşəbbüs müxtəif rəylər 
doğura bilər. Bu rəyləri sanki əvvəlcədən nəzərə alaraq Vaqif 
Səmədoğlunun bir şeri ətrafında qeydlərimizi dialoq şəklində – 
opponentimizin fikirləri ilə mübahisə  şəklində  təqdim edirik. 
Birinci tənqidçi-müsahibimiz bizdən yaşlıdır, bəlkə  də bizdən 
duyumlu, ədəbi hadisələrə münasibətdə ola bilsin obyektivdir, 
lakin onu təsəvvür etdiyimiz kimi sizə tanıdacağıq (səhv 
edirikmi – bunu oxucular müəyyənləşdirər). İkinci tənqidçi isə 
özüməm. Beləliklə, bir şerin draması yaranır…" (Mustafa 
Nizaməddin. Bir şerin draması // Azərbaycan” jurnalı, 
1992, N-1-2, s. 174) 
Məqalə ilə tanışlıq bəlli edir ki, müəllifin mübahisə etdiyi 
birinci tənqidçi sovet dövrünün normativ qanunları ilə süslən-
miş  tənqidçidir. N.Mustafa əslində, bu dövrün hökmfərma 
olmuş qəliblərini, şerə yanaşma tərzini rədd edir, ideya, forma-


27 
məzmun, bədiilik-estetika məsələlərində mövcud dünyagö-
rüşün təzələnməsi fikrini irəli sürür. Hiss olunur ki, tənqidçinin 
Vaqif Səmədoğlu yaradıcılığından seçib təhlilə çəkdiyi bu şer: 
 
Qumru xan söyüdə qonub oxudu, 
Gecənin saçını yonub oxudu. 
Nəfəsimə düşüb, donub oxudu… 
Bu gecənin üz-gözü 
Quş səsinə bulanıb. 
Bu elin torpaqları 
Quş səsiylə sulanıb. 
O xan söyüd gecədən də qaradı 
Qumru səsi qan sızmayan yaradı. 
Allah, olduğum bu yer haradı? 
 
- bədii mətnə yeni kontekstdən yanaşmaq, sənətlə bağlı nəzəri 
düşüncələrini yeni biçimdə ifadə etmək üçün akvarel fon 
səciyyəsi daşıyır. R.Bart, Y.O’Nil, Jirmunski və s. kimi dünya 
ədəbiyyatının tənqidçi və yazarlarına, eləcə  də xalqın öz 
folkloruna, dil potensialına və söz yaradıcılığına istinad edən 
müəllif  şerə dünəndən fərqli yanaşma izhar edə bilir. Burada 
sovet dövrünün ənənəvi təhlil üsulu nəzərə çarpmır. N.Mustafa 
hər misranın məna qatını, gözlə görünməyən laylarını qaldırıb 
onu bütün spektrləri ilə görükdürməyə nail olur. Əlbəttə, 
məqalədə  əksini tapan manifest xarakterli bəzi fikirlər: "Bədii 
ədəbiyyata ideoloji ofisiantlar kimi baxmaq olmaz. Yetmiş ildir 
ki,  ədəbiyyatın başına noxta salıb müəmmalı istəklərimizin 
ardınca sürüyürük" [yenə orada, səh.175], yaxud "Ədəbiyyatı 
yalnız insanın mənəvi ömrü cəlb etməlidir" [yenə orada...], 
"Sizin nəzərinizcə, bədii əsərin məzmunu orada öz əksini tapan 
həyat həqiqəti ilə ölçülür… Mən isə Rolan Bart kimi belə 
hesab eləyirəm ki, bədii mətndən alınan həzz onun həqiqətini 
təmin eləyən  əsas meyardır” [yenə orada...], hələ 1960-cı 
illərdən səsləndirilmişdir. Lakin 1990-cı illər üçün onun yeni-
dən səslənməsini diktə edən hakim olan yeni zamanın vurğusu 
idi. Bu dəfə artıq qorxusuz-hürküsüz, daha inamlı və qətiyyətli 
şəkildə, həm də sovet dövrünün qanunlarına qarşı öz konsep-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə