Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   2   3   4   5   6   7   8   9   ...   78

 
16 
də iki fikir toqquşub üçüncüyə körpü salmayıb” (T.Əlişan-
oğlu), vəssalam. Doğurdan da əgər tənqidin “sadə düsturu ədə-
bi polemikadırsa” son zamanlara qədər  ədəbi prosesdə biz 
məhz bunu görməmişik.  İstisna olaraq deyək ki, N.Cəfərov-
T.Əlişanoğlu, Əsəd Cahangir-T.Əlişanoğlu polemikaları müəy-
yən vaxtlarda fikir ətalətini aradan qaldırmağa xidmət edib, 
eləcə də son günlər ədəbi ictimaiyyətdə böyük rezonansa səbəb 
olan Elçinin “Müasir dövrdə Azərbaycan  ədəbi tənqidinin 
yaradıcılıq problemləri” adlı məqaləsi tənqidin yaşarlılığına tə-
minat vermək baxımından təqdirə layiqdir. Amma nə üçün bu 
cür mübahisəli ruh, polemit ovqat aşılayan məqalələr kütləvi-
ləşmir? Elçinin məqaləsində onlarla tənqidçi adı sadalanır. 
Təbii ki, onlardan hər biri müəyyən vaxtlarda zəhmət çəkib, 
“gecəni-gündüzə qatıb” bu adı qazanıblar. Bəs niyə 90-cı illər-
də,  ədəbi prosesin, o cümlədən  ədəbi tənqidin dramatik za-
manında onların səsini eşitməmişik. Elə bu gün də, bir halda ki, 
bizdə  hər sahədə istənilən qədər problem var, niyə bu tənqid-
çilər ələ qələm alıb onların həllinə girişmirlər. Niyə bu gün biz 
ədəbi tənqiddən danışanda yalnız bir-iki tənqidçinin adı üzə-
rində dayanırıq, təkrar-təkrar onlara istinad edir, bütün prob-
lemin ağırlığını da bu tənqidçilərin üzərinə atırıq. Bəs digər 
tənqidçilər? Bu mənada bəlkə  də C.Yusiflinin qənaəti daha 
məqsədəuyğundur ki, “ədəbi prosesə şamil edilən “yoxmu, var-
mı?” sualının qoyuluşu səhvdir, absurddur, bu, daha çox şəxsi 
planda səslənsəydi daha gerçək ifadəsini tapardı, yəni bir şair, 
bir nasir, dramaturq, yaxud tənqidçi kimi mən varam, yoxsa 
artıq mövcud deyiləm?” Vaxtilə haqsız tənqidlərə məruz qalıb 
uzun müddət heç nə yazmayan rus yazıçısı Zoşşenko sonralar 
bunun səbəbini belə izah etmişdir: “Qorxudulmuş yazıçı ixtisa-
sın itirilməsi deməkdir”. Bəs görəsən bizim tənqidçilərin 
ixtisaslarını itirmələrinə hansı amil səbəb olmuşdur?... Böyük 
ədəbiyyatın olmamasımı, yoxsa hələdəmi “ədəbiyyatdakı qü-
surların kəskin tənqidini mətbuat çap eləmirdi”. (Y.Qarayev). 
T.Əlişanoğlu “Azərbaycan nəşri sosrealizim çevrəsində” adlı 
kitabında yazır: “1930-50-ci illər ədəbiyyatı üçün inqilabi pafos


17 
romantik, mübariz qəhrəman tipi səciyyəvi idi. Şəksiz ki, müəy-
yən ictimai həyat həqiqətlərini əks etdirən belə surətlər bədii əsər-
lərdən tənqidi yazılara keçir, tənqidin “inqilabiliyini”, “çevik-
liyini”, “quruculuq” missiyasını təmin edirdi. Ədəbi tənqid bu və-
ziyyətə o dərəcədə öyrənmişdi ki, təsəvvüründə bu qəhrəmanları 
həyatın atributuna, həqiqətin yeganə meyarına çevirmişdir. 
Doğrudur, 90-cı illərdə  bəlkə elə  qəhrəman tipi yaranmadı 
ki, tənqidi yazılara keçsin, onun qəhrəmanlarına çevrilsin, 
“çevikliyini” təmin etsin. Bu ola bilsin ki, ədəbiyyatın güna-
hıdır. Amma bəs necə olur ki, öz növbəsində  ədəbi tənqid 
“Sovet  İttifaqı Kommunist Partiyası  Mərkəzi Komitəsinin və 
SSRİ Nazirlər Sovetinin nəinki yalnız ideoloji, həmçinin kənd 
təsərrüfatı, sənaye, sosializm yarışı  və s., və i.a. haqqında qə-
rarların ədəbiyyatdakı inikasını (!) tələb edə” bilirdi, yəni yazı-
çını sxematik qəhrəmanlar,  şablon süjetlər yaratmağa məcbur 
edirdi, 90-cı illərdə isə, sənətin bütün ideoloji yasaqlardan üzü-
lüşdüyü, ehkam və doqmaları geridə qoyduğu bir vaxtda yazıçı 
və  şairlərdən dövrün problemlərinin, baş mövzularının  əksini 
tələb edə bilmədi?! “Niyə çağdaş Azərbaycan nəsrində müha-
ribə mövzusu lazımınca işıqlandırılmadı”, “niyə bu gün milli 
ruhun, azadlıq duyğusunun dirçəldilməsində 1918-ci illərin 
poeziyası rol oynayır”, “niyə  hələ  də müharibə haqqında  ən 
yaxşı nümunələr 1941-45-ci illərin  ədəbiyyatı sayılır” (V.Yu-
sifli) kimi suallar, “ədəbiyyat dövrü, zamanı, cəmiyyəti, milləti 
qabaqlamalı olduğu halda hadisələrin ardınca sürünür. Bu da 
bir növ fərarilikdi-ədəbiyyatın fərariliyi!!! (T.Hüseynoğlu) 
kimi kəskin etirazlar bədii düşüncəni, ədəbi fikri düşündürəcək, 
silkəyəcək səviyyədə geniş miqyas almadı. Böyük tənqid bö-
yük  ədəbiyyat yaradır elədir. Akademik K.Talıbzadənin fikri 
də  həqiqətdir ki, “lakin böyük ədəbi  əsərlər yazılana qədər 
bizim münəqqidlər mürgüləməlidirlərmi? Tənqidsiz böyük 
ədəbiyyat yaranacaqsa, onda tənqidə heç bir ehtiyac qalmayır”. 
Tənqid öz varlığını daim hiss etdirməli, mütərəqqi ideyaların 
təbliğatçısına çevrilməlidir. O dərəcədə ki, yazıçını bəzən “tən-
qid də böyük ədəbiyyat yarada bilər” qənaətinə gətirə bilsin.  


 
18 
Söz yox ki, 90-cı illər mürəkkəb, təzadlı illər idi. Amma axı 
ədəbiyyatımız bundan da çətin sınaq mərhələlərini adlayıb. 
1937-ci illəri, ağır repressiya zamanını göz önünə gətirək. Bir-
dən-birə ictimai fikir mücahidlərimiz, qüdrətli zəka sahiblə-
rimiz ideoloji siyasətin, mənfur irticanın qurbanına çevrilir, 
ədəbiyyat  şairi, yazıçısı ilə bahəm M.Quliyev, Ə.Nazim, 
H.Zeynallı, M.K.Ələkbərli, B.Çobanzadə, V.Xuluflu, A.Musa-
xanlı kimi tənqidçi simalarını da itirir. Amma hətta fəci tale ilə 
üzləşəndən sonra belə ədəbi tənqid səsini içinə qısmır. O illərin 
ədəbi tənqidinin mənzərəsini  ədəbiyyatşünas  Ş.Salmanov belə 
təsvir edir: “Repressiya, şəxsiyyətə pərəstiş tənqidi fikri öz sərt, 
amansız qanunlarına tabe edirdi, onu sıxır və boğurdu. Belə 
şəraitdə  tənqiddə  fəaliyyət göstərmək, axtarmaq və yaratmaq 
müşkül məsələ idi. Lakin buna baxmayaraq tənqid çıxılmaz 
vəziyyətdən yol axtarır və tapırdı. Ədəbiyyat haqqında, hansısa 
yeni əsər haqqında bəzən yanlış, birtərəfli rəy və fikir ifadə etsə 
də, yaxud buna məcbur olsa da, tənqid,  ədəbiyyatşünaslıq öz 
daxili mahiyyətinə, vəzifəsinə xəyanət etmir, amiranə-inzibati, 
zəhmli bürokratik fikir şəraitində  ədəbiyyatın insanşünaslıq, 
xalqşünaslıq qayələrinə xidmətindən qalmırdı”. 
Əgər 90-cı illərdə  də  tənqidçilərdən hər biri ədəbi tənqid 
adına sədaqətlə xidmət eləsəydi, ədəbi prosesdəki neqativ hal-
lara qarşı aramsız mübarizə yolunu tutsaydı, həm tənqidin 
vəziyyəti bu gün belə problem yaratmaz, həm də “ədəbiyyatın 
axtarış  və adaptasiya mərhələsi” (A.Əmrahoğlu) belə uzun və 
sürəkli çəkməzdi.  
Bir neçə  kəlmə  də Elçinin yuxarıda adı gedən məqaləsinin 
əks-sədası barədə... 
Bu məqalələr doğurdan da böyük əks-reaksiya doğurdu, 
amma çox təəssüf ki, bu reaksiyaların əksəriyyəti obyektivlik-
dən uzaq səsləndi. Mən sadəcə istərdim ki, şair Qəşəm 
Nəcəfzadənin bəzi fikirlərinə münasibət bildirim. 
Elçinin bir-birinə zidd fikirlər söyləməkdə günahlandıran 
Q.Nəcəfzadə özü də fikirlərində o qədər də müəyyənlik, 
aydınlıq nümayiş etdirmir. Bir tərəfdən o, Elçini “bütün varlığı, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə