Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   5   6   7   8   9   10   11   12   ...   78

 
28 
siyalarını qoyaraq onun labüdlüyünü israrlayacaq formada. 
Belə israrlı mövqe tənqidçi Cavanşir Yusiflinin yaradıcılığında 
daha aydın sezilir. Tənqidçinin bu dövrdə çap olunmuş "Bədii 
mətnin sirləri", "Bir söz söylə, bu dünyadan olmasın", "Ədə-
biyyatda yaşamağın formulu" kimi kitabları yeni poetik 
təfəkkürün formalaşması yönündə aparılan islahatlara ən yaxşı 
nümunədir. Bu kitablara toplanmış  məqalələr – istər tarixi-
ədəbi prosesin müxtəlif dövrlərinə  və  şəxsiyyətlərinə  həsr 
olunmuş olsun, istərsə də çağdaş ədəbi prosesin bir çox məsələ-
lərini aktuallandırsın – bəlli edir ki, C.Yusifli bədii mətnə 
özünəxas yanaşmadan çıxış edir. Bu yazılarda  ənənəvi təhlil 
forması nəzərə çarpmır. Tənqidçi təhlil zamanı şeirin məzmu-
nunu nəql etməyi deyil, sözlərin məna qatına enməyi, onu 
sonsuzluğa qədər aparıb polifonik qatlarını açmağı münasib 
hesab edir. C.Yusifliyə görə yaradılan hər hansı  əsər söz, 
işarələr sistemi kimi doğulur. Buna görə  də mövzü, yaxud 
ideya ardınca qaçmaqdansa tənqidçi ilk növbədə "məna”"ya 
enməli, alt qatda olan əsl mahiyyəti oxucuya aşkar etməyə 
çalışmalıdır. Yəni "oxucuya əsərdə yer alan informasiyanı çat-
dırmağa lüzum yoxdur, tənqidçi məhz elə bir formal strukturu 
yaratmalıdır ki, bu, əsərin bətnində "hələ heç kəsə  məlum 
olmayan sirləri” bəlləyə bilsin" (Yusifli Cavanşir. Ədəbiyyatda 
yaşamağın formulu. Bakı, “Nurlan”, 2003, 302 s., səh.196) 
Müəllifin çağdaş dövrün poeziyasına həsr olunmuş "Zamanı 
ötən  şerlər sorağında”", "XXI əsrə  məktub”", "Azərbaycan 
avanqardı”" və s. kimi çeşidli yazılarını onun qarşısına qoydu-
ğu və  sənətdən umduğu məqsədin realizəsi hesab etmək olar. 
İlk növbədə belə bir önəmli cəhətə görə: C.Yusiflinin hər bir 
nasir, yaxud şairdən tələb etdiyi xüsusi əhəmiyyət kəsb edən 
məsələlər var ki, o, bir tənqidçi kimi özünü də bu missiyanın 
daşıyıcısı olmaqdan çıxdaş eləmir. Məsələn, "Əsəri həyat kimi 
görmək istəmək mərəzi  əsərin özünün həyatını,  ədəbiyyatda 
ehtiva edilən reallığı öldürür…" [yenə orada, səh.197], "Nasir 
gerçəklikdən aldığı, götürdüyü strukturları bütün gücü, enerjisi 
ilə öldürüb məhv etməli, dağıtmalıdır ki, varlığın, dünyanın 
min illər boyu gözə görünməyən (ipək tül tək –!) bir gizlin 


29 
mənası doğulub dirilsin" (Yusifli Cavanşir. Bir söz söylə, bu 
dünyadan olmasın… Bakı: Mütərcim”, 2002, 116 s., səh. 9) yazan 
C.Yusiflinin tənqidçi kimi nəsr əsərlərinə yanaşmasının özü də 
əslində elə bu ali işi  əyaniləşdirməyə xidmət edir. Məzmun, 
ideya kənarlaşdırılır, tənqidçi həyat gerçəkliyini deyil, yazıçı 
gerçəkliyini faş etməklə məşğul olur. 
Yaxud "Mənim fikrimcə, indi dəbdə olan şerin şərh stixiyası 
qüsurlu və ilk növbədə poeziyanın mahiyyətinə ziddir. 
Məhəmməd Füzulini elə "şərh" edirlər ki, elə bil ki, bunu heç 
kəs yox, məhz onlar bilir! Əslində isə, Füzuli qəzəli izah olun-
mur, məhz izah edir. Bu fikri bir az açıqlayaq.  Şer izah 
olunmur – şer izah edir!” [yenə orada, səh.11] deyən müəllif öz 
təhlillərində sözü poeziyanın, şerin özünə verir. Təhlil predmeti 
seçdiyi  şerin canını,  əsl mənasını (yaxud mənasızlığını!) üzə 
çıxarmağa çalışan tənqidçi bununla sanki meydandan geri 
çəkilir və üzə  çıxarılmış  məna (yaxud mənasızlıq!) bütün şer, 
mətn boyu gəzişmələr edib gerçəklik olduğunu isbatlamaqla 
özü məşğul olur. 
Yəni C.Yusiflinin sənətdən tələb etdiyi, onda məhz həmin ali 
məqamları görmək istədiyi cəhətlər var ki, onların şamil olunma 
prinsipi universal və ümumi səciyyə daşıyır. Tənqidçi hər şerdən, 
yaxud nəsr  əsərindən ayrılıqda nəsə  tələb eləmir. Bu tələbi ilk 
növbədə  sənətin qarşısına qoyur və  bədii mətni məhək daşı 
saydığı həmin tələblərə nə dərəcədə cavab verməklə dəyərləndirir. 
Diqqət edək: "Şer yazmaq, təbiri caizsə, bir dəfə yaradılan 
Dünyanı söküb, dağıdıb … öz fəhmi və gücüylə, nəfəsiylə 
təzədən yaratmaqdır. Allahın, Tanrının yaratdığını  təkrar etmək 
mümkün olmadığı kimi yazmaq işi də üzü sonsuzluğa gedir, 
canına-qanına bəlkə də dünyanın bütün enerjisini toplayıb nəyəsə 
işarə edə biləsən!.. Və yazmağın, bədii mətn yaratmağın bütün 
dəhşəti və faciəsi də burasındadır!..” [yenə orada, səh.23] 
Bütün bunlarla C.Yusifli öz nöqteyi-nəzərini,  şerə yanaş-
mada meyar saydığı prinsipi ifadə edir. Bəlli olur ki, tənqidçi 
üçün  əsl  şer,  əsl poeziya təkrarsızlıqdan doğan, yalnız özünü 
ifadə etməyə gücü çatan yaradıcılıqda əyaniləşir. "Nəyəsə işarə 
edə bilmək" – bu artıq poeziyanın ehtiva etdiyi sirrin, məc-


 
30 
hulluğun dərki naminə dünyanın qapalı çevrəsindən təcrid 
olunub sənətdə kamilliyin zirvələrini fəth etməyə can atan sər-
hədsiz ruhun əsirinə çevrilmək, oxucunu da gərginlik, müəm-
ma içində saxlayıb onu İlahi həqiqətin sirlərinə vaqif olmaq 
naminə edilən fasiləsiz axtarış dövriyyəsinə qatmaq deməkdir. 
Bu baxımdan, C.Yusifli 90-cı illər poeziyasının ritmi, axarı ilə 
barışmayaraq yazır: "Şerimiz dünya mənzərələrini (necəliyini) 
təsvir etməyə aludə olduğundan indi bütün poeziya "Dünya" 
sözüylə başlayan xitablarla doludur. Və bu sözlərin hamısının 
içi boşdur. Bunun başlıca səbəbi bizim poeziyada baş alıb 
gedən variant yazmaq xəstəliyidir – özü də stixiya şəklində baş 
verən bu proses heç vəchlə mövzu, mətləb axtarışına yönəlmir" 
[yenə orada, səh.27], yaxud "İndi yaranan şerin canında bir 
əsəbilik damarı çarpır, bu şerin "monumental" lövhələr yarat-
mağa hövsələsi çatmır, hər şeyi bir mətləbin, bir nöqtənin içinə 
qatıb bütün çılpaqlığı ilə vermək istəyir” [yenə orada, səh.37].  
Yuxarıda qeyd etdiyimiz kimi, poeziya sahəsində aparılan 
axtarış əzmini daha bir tendensiya istiqamətində izləmək olar. 
Bu,  əsasən sovet dövründə qadağan olunmuş  cərəyanların, 
müxtəlif "izm"lərin 90-cı illərdə poeziyamıza tətbiq olunması 
ilə əlaqədardır. 
90-cı illərdə bu məsələnin qabarmasını  şərtləndirən  əsas 
səbəb modernləşmə, dünya ədəbi prosesinə qoşulmaq arzusu 
ilə bağlı idi.  
Çox yaxşı haldır ki, ədəbiyyatımızın dünya ədəbi-bədii 
fikrinə inteqrasiya olunması kimi tələblər irəli sürülürdü. 
Bəşəriyyətin qloballaşmaya doğru getdiyi 90-cı illərdə biz də 
qapalı dövriyyə ilə kifayətlənə bilməzdik. Dünya ədəbi arsena-
lından bəhrələnmə, onlara yiyələnməyə  cəhdlər olduğu kimi, 
həm də bu prosesə qoşulmaq, onun intensivləşməsini stimullaş-
dırmaq gərək idi. Ona görə  tənqid bu fikirdə idi ki, ”… ana 
sual,  şah mətləb "Vahid informasiya məkanına biz nə (hansı 
təkrarsız milli çalar!) artırırıq və onun yaranmasında nə ilə 
iştirak edirik?” – şəklində durur. Yoxsa "dünya informasiya 
məkanını” yaratmaqla başqa millətlər məşğul olsun, biz isə 
ondan pay almaqla məşğul olaq prinsipi (belə  vəzifə  və  iş 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə