Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   13   14   15   16   17   18   19   20   ...   78

55 
Bir söz gəlməyir ağlıma, 
Şeir adına yazmağa. 
Yuxular da görəmmirəm 
Obaşdan durub yazmağa. 
 
Deməli, çərxi-fələk elə dövran edib ki, poeziyanın ümidi 
lunatik xəyallarına bağlanıb. Hər halda oxucu dualar etməlidir 
ki, şairlik xülyasına düşən bu kəs yuxu görməsin, əks halda bu 
cür sayıqlamaları dinləmək məcburiyyətində qalacaq:  
 
Kros yarışındayam mən deyən hələ 
Gecə də, gündüz də qaçıram elə 
Qaçıram üstümə divar yeriyir 
Üstümə qayalar, yoxuşlar gəlir 
Ağaclar, cücülər, nə var yeriyir. 
 
Mənə elə  gəlir ki, bir ən yaxşı  şeri, bir də  ən pis şeri izah 
eləmək çətin olur. Çünki birincidə «dil tutulması» hadisəsi baş 
verir, ikincidə isə ürək tutulması. 
Mən əlbəttə bir neçə müəllfin yazdıqları nümunələrə istinad 
etdim. Poeziyamız isə yüzlərlə bu kimi cılız məmulatlarla 
doludur və onların neqativ təsiri nəticəsində poeziyamız özü 
qış yuxusuna dala bilər.  
 
* * * 
Ədəbiyyatda  əsas meyar və göstərici istedaddır. M.Yaqu-
bun, M.İsmayılın son dövr yaradıcılığı bir daha sübut edir ki, 
istedad olanda yaradıcı insanın  şerləri bütün zaman kəsim-
lərində yalnız bir fəslin-baharın təravətini daşıyır. 
M.Yaqub poeziyasında müəllif “mən”i yenə  təbiətlə qol-
boyundur. Bütün yaradıcılığı boyu biz M.Yaqubu belə gördük, 
belə tanıdıq. Təbiət daim şairin hisslərinin tərcümanı oldu, 
içindəki yanğıyla qara daşa can verməyə çalışdı. Budur, artıq 
ömür qüruba enib, şair “yol üstündə qoca dərvişə” çevrilib, 
fəqət onun lirik-romantik poeziyasında təbiət yenə  də  əvvəlki 
kimi canlı və qüdrətli obraz səciyyəsindədir. 


 
56 
Görəsən mən niyə tənhayam, təkəm, 
Mən gərək yanımda bir ağac əkəm; 
Əllərim isinsin budaqlarıyla. 
Silim gözlərimi yarpaqlarıyla. 
Bir az da mehriban, bir az da həlim,  
Hamar gövdəsini oxşasın əlim. 
Gah mən ağac olum, gah da o insan, 
Ömür ağacımla qolboyun olsun, 
Bu da ömrümüzdə bir oyun olsun 
 
Hər şerin yaranışında şairin mənəvi durumu, onun psixoloji 
aləmi böyük rol oynayır. Içini kədər, tənhalıq bürümüş insan 
heç zaman xoşbəxtliyə qafiyə axtarmır. M.Yaqub da ömrün o 
mərhəsinə yetib ki. “nə xoşbəxt imişəm” nisgilinin təsiri ilə ya-
şın yorğunluğu, ötüb getmiş sevgi qatarı, həyatın faniliyi ilə 
bağlı düşüncələrini bölüşür: 
 
Nə tonqal qalanır, nə ocaq yanır, 
Bizim xəlbirimiz burda ələnir, 
Göydə xəlbirimiz burda fırlanır- 
Daha söz deməyə tutarım gedib, 
Dostları aparan qatarım gedib, 
Bir daşı özümə yoldaş eləyib, 
Bəlkə elə mən də qurtarım gedim?! 
Qalsın süfrə daşım mamır bağlasın, 
Üstünə yağışlar yağsın, ağlasın. 
 
Sevgi mövzusuna müraciətində  də M.Yaqub əvvəlki kimi 
lirik təbiəti ilə güclü və emosionaldır.Bu şerlərin əksəriyyətin-
də ifadə olunan hisslər dərindən yaşanmış, ömrün sevdalı çağ-
larının fikir və mühakimələrindən hasil olmuş , qəlbin və ağlın 
vəhdət prizmasından keçib büllurlaşan hiss və düşüncələrdir. 
Bu gün M.Yaqub poeziyasını saran bədbinlik notları onun sev-
gi baxışlarına belə sirayət etsə də, şair xəyalı yenə əvvəlki kimi 
mənalı və romantikdir. 


57 
Ürəkdə od püskürən  
İndi o vulkan hanı? 
Günəş atəşiylə də  
Daha isitmir canı. 
Baxma gözlərimdəki 
Köhnə, donuq yaşlara 
Heyf o sevgilərdən 
Çevrildi yaddaşlara 
 
Bir bax o pəncərədən, 
Çıx eyvana, düş bəri. 
Necə aldadır məni  
Yaddaşının gözləri. 
Əl uzatdım əl tutum. 
Əlim getdi boşlara; 
Heyf o sevgilərdən  
Çevrildi yaddaşlara. 
 
Məmməd  İsmayılın da poeziyasında cavanlıq çağlarının 
nikbin və  çılğın ovqatını yaşadığı  mərhələnin sərt, müdrikanə 
təsviri əvəz edib. Hərçənd sərt və müdrik başlanğıc bu poeziya 
üçün həmişə xarakterik bir hal olmuş. Sadəcə, bu gün şair 
ömrün ahıllıq kürsüsündə əyləşib həyat, zaman, insan haqqinda 
meditativ düşüncələrini bölüşür, dünəndən bu günə deyil, bu 
gündən keçmişə boylanır. Şairin “Göy qurşağı” şerində taleyə, 
qəzavü-qədərə verilən qiymətin ictimai tutumu dərindir və 
yüksək poetik formada ifadə olunub: 
 
Göy gövsü-qüzeh. 
Altdan keçəsən. 
Ot üstündən şeh. 
Alıb içəsən. 
 
Arzuya çatar, 
Eşitmədin sən? 
Göy qurşağının 
Altından keçən... 


 
58 
Getmə desə də 
Yadın-yaxının. 
Ardınca qoşdun 
Göy qurşağının.  
 
Durdun o durdu, 
Qaçdın o qaçdı. 
Sən yarı yolda, 
O dağı aşdı. 
 
Baxt qövsü-qüzey
Baxan çox oldu. 
Ot üstündə şeh 
Vardı, yox oldu. 
 
Günün bələni  
Aşan çağiymış. 
Yetməyən arzu 
Göy qurşağıymış. 
 
Nə səmir, nə səs, 
Nə qövsü-qüzeh. 
Ömür nəydi bəs 
Ot üstündə şeh. 
 
M.İsmayılın  şerlərindəki bədbinlik,  əslində  mən buna bəd-
binlik də deməzdim, sadəcə həyatın faniliyi, ömrün varlıq-yox-
luq məqamı ilə bağlı düşüncələrin sirayət etdiyi ovqat-hansı ki, 
M.İsmayıl bunu da özünəməxsus müdrikliklə  bədii sözün 
predmetinə çevirir - şəxsi kədər və ağrı notlarından, dar düşün-
cədən uzaqdır. Bu poeziyada ölüm, yoxluq həyatın sonu, sonlu-
ğudur, yaşanılan ömrün halallıq səviyyəsidir, insan nə edirsə 
etsin, necə yaşayırsa yaşasın sonu yoxluğa müncərdir. Odur ki, 
bu şerlərdəki həyata və ölümə ayıq-sayıq yanaşma, bədii-fəlsəfi 
mühakimələr onları bədii ümumiləşdirmə səviyyəsinə qaldırır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə