Microsoft Word Yeni kitab A5-son docx


  kontekstdə, ötən ilin tərcümələri içərisində bir sira yazılar var  ki, məsələn,  C.Yusiflinin



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   11   12   13   14   15   16   17   18   ...   78

 
46 
kontekstdə, ötən ilin tərcümələri içərisində bir sira yazılar var 
ki, məsələn,  C.Yusiflinin  çevirməsi olan “Niyazı Misrinin 
mistik təlimlərində ruhani yoxsulluq və qara işıq” məqaləsi 
istisna təşkil edirdilər. Fransız yazarı Pol Balanfanın ərəb şairi 
Niyazi Misri haqqında ingilis dilində yazdığı bu məqalə doğ-
rudan da mənəvi yoxsulluğumuzu qara işıqdan təmizləməyə 
kömək edir. 
Belə katarsis prosesini stimullaşdıran tərcümə mətnlərindən 
digəri “Ulduz” jurnalının 5-ci sayında yer alıb. Görkəmli alim-
türkoloq, türk dünyasının böyük düşünəri Oljas Süleyme-
novun  “Drujba narodov” jurnalında çap olunan “Keçmişin 
dərinliyi, indinin genişliyi və  gələcəyin yüksəkliyi”  məqalə-
sinin tərcüməsi Akif Əhmədgilə məxsusdur. Planetar düşüncə 
tərzinə malik Oljas Süleymenovun bu məqaləsində qloballaşan 
dünyamızın çox suallarına cavab verilir, fəlakət, taun və dağı-
dıcılıq faktoru kimi təlqin olunan və şüurlara yeridilən qlobal-
laşmaya sağlam prizmadan nail olmağın yolları göstərilir, mil-
lilik amilinin özəlliklərindən bəhs edilir. Müəllif hətta müs-
təqillik dalğasının başgicəlləndirici havasının həmin xalqlarda 
anarxiya həddi yaratmaması namınə belə bir formula da təklif 
edir:” müstəmləkə asılılığı  əsrindən müstəqillik dövrünə  və 
daha sonra şüurlu qarşılıqlı asılılıq erasına”.  
 
Zənnimcə, “şüurlu qarşılıqlı asılılıq” çevrəsində yaşamağın 
ən optimal yolu, onun intensivliyini stimullaşdıran amillərdən 
biri elə  tərcümədir və biz bu yöndə  nə  qədər pozitiv göstərici 
nümayiş etdirsək dünya kontekstindən faydalanmağımız da bir 
o qədər səmərəli, ürəkaçan olar
*
.  
 
 
 
 
                                                 
*
  Məruzə 2010-cu ildə AMEA Nizami adına  Ədəbiyyat  İnstitutunda 
səsləndirilib. 
 


47 
 
 
 
 
 
 
 
 
 
POEZİYA VƏ ZAMAN 
 
 


 
48 
 
 
 
 
 
 
 
 
 
 
 
Çağdaş poeziyamızın ümumi mənzərəsini 
səciyyələndirən imzalar və  gərgin üslubi axta-
rışlar, hələ yalnız bədii-estetik təcrübə xarakteri 
daşıyan şer nümunələri çalarlı və rəngarəngdir. 
Bu numunələrin ədəbi fakta, yaxud əksinə, ömrü 
gödək qumbulağa çevriləcəyini isə zaman göstə-
rəcək. O zaman ki, söylənən bütün fikir və müla-
hizələrə  rəğmən son nöqtəni həmişə özü qoyur.
 
 
 


49 
“YENİ ŞEİR” SİNDROMU VƏ  
BƏDİİ-ESTETİK DƏYƏRLƏR 
 
Keçmiş donuq bir zaman olsa da, «təcrübələr məxəzi»(Şarl 
Bodler) kimi önəmlidir və bir-biri ilə  əlaqəsi, bağı (bağlılığı) 
qırılmayan sistem vahididir. Bu mənada poeziyamızın çağdaş 
mənzərəsini yaratmaq bütövlükdə üçüncü minilliyin əvvəllə-
rində, bəlkə bir qədər də ondan əvvəl formalaşan poetik də-
yərlər sisteminə  nəzər yetirmək, onda təşəkkül tapan yeni 
tendensiya və təmayüllərin davamını izləmək deməkdir. 
Yaranmış  əlverişli  şərait nəticəsində çap olunan saysız-
hesabsız  şer kitabları  həmin illər poeziyasının ümumi görün-
tüsündən narazı olmağa  əsas vermir. Bura eyni zamanda il 
boyu müxtəlif qəzet və jurnallarda, həmçinin  İnternet sayt-
larında yer alan saysız hesabsız şeir nümunələrini gəlsək daha 
böyük göstərici alınar. Lakin bizə  təbii ki, kəmiyyət yox, 
keyfiyyət gərəkdir. Elə yaradıcılıq faktı gərəkdir ki, onlar yeni 
dünyagörüş, çağdaş  bədii düşüncə  və poetik üslubun ifadəçisi 
olmaqla bərabər özündə  mənsub olduğu zamanın hərəkət 
ritmini daşıya bilsin. Bu konteksdə yanaşsaq, deyə bilərik ki
haqqında danışmağa  əsas verən bədii nümunələr yuxarıdakı 
statistik göstəriciyə uduzur. 
 
* * * 
Bütün dövrlərdə poeziya müxtəlif nəsillərin birgəliyinin, 
məcmusunun təzahürü olaraq bütöv və mütəşəkkil görünə bilib. 
Müasir poeziya politrasının yaranmasında bütün nəsillərdən 
olan fərdlər iştirak ediblər. Əlbəttə, bu iştirak bir qism şairlərin 
ənənəvi-realistik, lirik-romantik üslubda yazdıqlarını  dəyər 
qismində prosesə qatmağı, bir qisminin isə zamanla uzlaşmağa 
can ataraq poetik güclərini, nəfəslərini yeni ritmə kökləməsilə 
əyaniləşir. Yeni dövrün poeziya nümunələrinin bədii təsvir 
predmetləri bunlardır: a) Tanrı, məşhər günü, səmavi düşün-
cələr insanın təklikdən, tənhalıqdan təcrid olunub ali mütləq 
həqiqətə çatmaq üçün üz tutduğu müqəddəs mehrablardır; b) 


 
50 
azadlıq, hürr duyğuları, müharibə ovqatı, vətənpərvərlik ide-
yalarının təbliği  şeirimizin patriotik qolunu səciyyələndirən 
başlıca amillərdir; c) ağac, quş, kəpənək, çiçək, daş paklıq və 
təmizlik rəmzi kimi ruhun katarsisinə rəvac verən simvollardır; 
d)  ənənəvi sevgi, məhəbbət mövzuları da öz yerində. Qeyd 
edim ki, bu mövzular işlənmə, bədii təsvir predmetinə çevrilmə 
üsullarına görə yaşlı  və cavan şairlərimizdə eyni formada 
təzahür etmir. Eyni predmetə yönələn baxış müxtəlif, polifonik 
spektrli olur. Əslində  mən mətnə münasibətdə yaş bölgüsü 
aparmağın, materialı yaş senzinə görə qiymətləndirməyin əley-
hinəyəm. Ən azı ona görə ki, Vaqif Səmədoğlunun bir şeirində 
deyildiyi kimi «yoxdur yer üzündə qocalıq, yoxdur»- fikri 
xüsusən poeziyaya münasibətdə mənim üçün daha əhəmiyyət-
lidir. Fəqət çağdaş  şer nümunələri ilə tanışlıq, predmeti bədii 
mənalandırma səciyyəsinə görə  fərqli baxışları ortaya qoyur, 
bədii məhsulu  ədəbi nəsillər üzrə  təsnif etmədən dəyərlən-
dirməkdə bir məhdudluq yaradır. Ədəbi nəsillər arasındakı fərq 
sadəcə yazı manerasının, düşüncə  tərzinin, fakta, gerçəkliyə 
yanaşma üsulunun səciyyəsindədir. Məsələn, yaşlı  nəsildə  hə-
yata daha çox retrospektiv baxış, nostalji hissi güclüdür. Yenə 
də  kənd həsrəti, yurd itgisi ağrıları, ailə-məişət qayğıları, adi, 
gündəlik həyatın yaşantıları, sosial-siyasi problemlərin təsviri 
və s. hisslər burada aparıcıdır. Onların  şeirlərinin adları artıq 
bunu deyir: «Nostalji» (Ç.Əlioğlu), «Retro» (S.Məmmədzadə) 
və s. Hətta o qədər də yaşlı olmayan Çingiz Əlioğlunun şeirlə-
rində belə yaşın yorğunluq mübtəlası: 
 
İşimdən, gücümdən gəl qoyma məni, 
Məndə vaxt hardandı, söz güləşdirəm. 
Yaş o yaş deyil ki, payız şum əkib, 
Yazda başşaq yığam, boş küləş dərəm.  
 
yaxud ruhun xatirəyə dönmək sevdası özünü ələ verir: 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə