Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   2   3   4   5   6   7   8   9   10   ...   78

 
22 
üfüqlər açıldı. Milli müstəqilliyimizin bərpası ilə yetmiş illik 
bir dövrün xarakter və çalarları, ziddiyyət və təzadları, tenden-
siya və meylləri tarixə qovuşdu. Bütöv bir epoxanın süqutu 
cəmiyyətin bütün sferalarında kəskin dönüş, ciddi təbəddülatlar 
yaratdı. Miqyaslı yeniləşmə prosesinin əsası qoyuldu ki, milli 
ruhda və statusda özünüifa imkanları açan mərhələnin tələb və 
vəzifələri lazımi səviyyədə öz təsdiq və təsbitini tapa bilsin. 90-
cı ədəbiyyatın, çağdaş ədəbi prosesin tərkibində köklü dəyişik-
liklər etməklə  bərabər, həm də onun qarşısına yeni tələb və 
vəzifələr qoydu.  
Ədəbiyyat həmişə zamanın güzgüsü olub. Hər hansı dövrdə 
gedən proseslər, baş verən olaylar yazıçı,  şair qələmində öz 
əksinin tapıb nəsillərə ötürülüb. Bu mənada, istənilən hadisənin 
təfərrüatına varılmasında o bir tarixçi qədər  əhəmiyyətli rol 
oynayır. Yəni,  ədəbiyyat və tarix yeganə  sənət sahələridir ki, 
onların büllurlaşan guşə daşında zamanın obrazı görünə bilir. 
Ədəbiyyatda bu missiyanın layiqli daşıyıcısı olmaq prioritetini 
digər sahələrə nisbətən poeziya daha çox nümayiş etdirir. 
Operativliyinə və baş verən proseslərə ilkin reaksiya göstərdi-
yinə görə. Bu mənada, hər hansı dövrdəki yenilik axtarışlarını 
bilmək ilk növbədə, həmin dövrün poeziyasını tədqiqdən başla-
yır. Səbəb bu ki, zaman necə  dəyişir və  mən necə  dəyişirəm 
sualına ilkin cavabı poeziya verir.  
Hər şair özünün poetik dünyasına yetişdiyi dövrün, mühitin 
çevrəsindən baxır.  Şairin yetişdiyi, poetik təfəkkürünün 
formalaşdığı zamanın onun yaradıcılıq yolunun müəyyənləş-
məsində xüsusi rolu olur. Əslində mübadilə qarşılıqlıdır: “ Hər 
dövr və nəsil öz şairini elə ona görə böyük poeziyaya gətirir ki, 
əvəzində şair də öz nəslini, dövrünü böyük poeziyaya gətirsin. 
Əks təqdirdə isə, bu böyük bədii estetik qanunauyğunluğun 
pozulduğu yerdə isə poetik nəsillər və  fərdiyyətlər arasında 
təbii münasibətlərin də qanunauyğunluğu pozulur və tarixə, 
əbədiyyətə yeni nəsillər  əlavə olunmur.” (Yaşar Qarayev. 
Ədəbi üfüqlər. Bakı, Gənclik, 1985, səh.35) Keçid dövrü kimi 


23 
xarakterizə olunan, müəyyən sosial-siyasi, iqtisadi problemlər, 
mənəvi-psixoloji sarsıntılar yaşadan 1990-cı illərin özü ilə 
gətirdiyi mövzular yeni idi və o, ətraf aləmə, dünyaya müna-
sibətdə tam yeni yanaşma tələb edirdi. Elə bir yanaşma ki, 
orada yeni zamanın və yeni insanın durumu, yaşantısı  əksini 
tapa bilsin. Yeni dövr şeirin məzmun və formasına dəyişik-
liklər gətirməklə  bərabər, onun tədqiq istiqamətini dəyişdi
əvvəlki poetik baxışlar sistemini təbəddülata uğratdı.  
90-cı illər poeziyasının iqlimini, ondakı müxtəlif təmayülləri 
ehtiva etmək baxımından Vaqif Yusiflinin məqalələri mühüm 
əhəmiyyət kəsb edir. Bu dövrdə müəllifin qələmə aldığı 
"Qanadlandıq uçmağa", "Yollar hara aparır", "Yeddi duyğu", 
"Gənc  şairlər, sözüm sizədir", "Səkkiz kitiab, yeddi söz", 
"Şerimizin bu günü – bu günümüzün şeri", "Yetkinlik və 
yetkinliyə doğru", "Söhbət  ədəbi gənclikdən gedir" və s. kimi 
yazıları  əsasən yeni mərhələdə  fəaliyyətə başlayan yazarların 
yaradıcılığına ayna tutmaq, gənc nəslin sənətkarlıq məziyyət-
ləri haqda müəyyən təsəvvür yaratmaqla yanaşı, bütövlükdə bu 
dövr poeziyasını qüvvətli və  kəsir cəhətləri ilə birlikdə 
görükdürməyə müvəffəq olur. Məsələn, tənqidçinin "Yollar 
hara aparır" adlı məqaləsi ilə tanışlıq 90-cı illərin əvvəllərinin 
poeziyasını duymağa, onda ehtiva olunan yaradıcı xarakterləri, 
fəal və intensiv axtarışlar  əzmini, eksperiment səciyyəsi daşı-
yan mətnlərin yeniliklərini dərk etməyə şərait yaradır. Bu dövr 
poeziyasının ilkin əlaməti ona hakim olan bədbinlik, pessimist 
əhval-ruhiyyədir ki, V.Yusifli məqaləsində  məhz bu məqama 
daha çox etiraz edir, şairlərin öz iç dünyalarına qapılmasına, 
şerlərin minor motivlərlə süslənməsinə qarşı  çıxır. Tənqidçi 
haqlı olaraq bildirir ki, əgər sovet dövrü şairi, sənətkarı daha 
çox ictimai mövzu ilə yükləyirdisə, indi bu məhdudluq şairlərin 
öz fərdi dünyalarına qapılmaları ilə əvəzlənib. "…bu da ondan 
irəli gəlir ki, taledən, həyatdan, bizi əhatə edən mühitdən nara-
zılığımızı  həddindən artıq mücərrədləşdiririk" (Yusifli Vaqif. 
Tənqid yapraqları. Bakı: Gənclik, 1998, 112 s., səh.8) yazan 


 
24 
V.Yusifli 90-cı illər poeziyasında qəlibləşmiş, trafaret minor 
motivlər,  şikayət, ah-nalə ovqatlı misralar əleyhinə  çıxaraq 
şairləri bəşəri duyğular təlqin edən fikirlər üstə köklənməyə 
səsləyir. Əlbəttə, inkar etmək olmaz ki, hər şair, ilk növbədə öz 
fərdi "mən”indən çıxış edir, mənən yaşadıqlarının və duyduq-
larının tərcümanı olur. Lakin xırda və  cılız kədərlə oynamaq, 
yalnız iç aləminə qapılıb qalmaq da poeziyada planetar dü-
şüncə tərzinə gedən yolu bağlayır, şairin yaradıcılıq cizgilərinin 
ümumbəşəri dəyər kəsb etməsinə, öz qabığından çıxıb başqa 
səmtə boylanmasına əngəl törədir ki, tənqidçinin təşviş və iradı 
bu mənada yerindədir.  
1960-80-cı illər  ədəbi fikrinin dəyərlərini təmsil edən tən-
qidçilərdən biri də Tehran Əlişanoğludur. Özünəməxsus üslub 
və ifadə  tərzi ilə diqqət çəkən tənqidçinin 90-cı illərdəki 
fəaliyyəti intensivliyi ilə seçilir. Belə ki, müəllifin bu dövr ər-
zində çap edilən yazılarında – 1995-1997-ci illərdə "Press-fakt" 
qəzetindəki "Ədəbiyyat söhbəti", 1996-1998-ci illərdə  "Ədə-
biyyat qəzeti"ndəki "Məqamlar", 1998-ci ildə "Rezonans" qə-
zetindəki "Gündəlikdən", 2000-2001-ci illərdə yenə  "Ədəbiy-
yat qəzeti"ndəki "Tənqidçinin dəftərindən", 1999 və 2002-ci 
illərdə "Bizim əsr" qəzetində "Tənqid meridianları", "Polemik" 
və "Tənqid" sırasından olan məqalələrində  ədəbiyyat tarixçi-
liyi, realizm, romantizm, ənənə  və novatorluq, irs və varislik 
kimi  ədəbiyyatımızın köklü nəzəri problemlərindən tutmuş 
çağdaş prosesimizin inkişaf meyllərinin öyrənilməsinə, cari 
bədii təsərrüfatın təhlilinə, yeni poetik təfəkkürün forma-
laşması kimi məsələlərə qədər yeni kontekstdə yanaşma, fərqli 
baxış bucağı nəzərə çarpır. Xüsusilə, müəllifin Tehran Musta-
fayi imzası ilə yazdığı  "Ədəbiyyat söhbəti" başlıqlı silsilə 
mətnlərə önəm verməyə dəyər. Bu yazılarda müəllif yeni ədə-
biyyat düşüncəsini sırf estetik-nəzəri, poetika məxrəcinə köklə-
məyə çalışmış, diqqət çəkmək üçün hələ bir qədər də radikal-
estet formalara müraciət etmiş”dir. Yazıların orijinallığı ilk 
növbədə, müəllifin çağdaş ədəbiyyat məsələlərini daim ədəbiy-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə