Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   2   3   4   5   6   7   8   9   ...   78

19 
gücü ilə çağdaş  ədəbiyyata, sənətə  ədəbi-bədii, tənqidi təkan 
verən tənqidçi, “məsul vəzifədə olsa da “vaxt azlığı” çərçi-
vəsində döyünən, çırpınan qəlbi ilə çağdaş  ədəbiyyatımızın 
aparıcı qüvvəsi” sayır, digər tərəfdən Elçini, V.Yusifli, T.Əliş-
oğlu,  Ə.Cahangiri öz əlinə almaqda, tənqidçiləri də Elçinin 
nəzərində olmaq xatirinə ondan yazmaqda qınayır. Maraqlıdır, 
əgər Q.Nəcəfzadə bir şair kimi Elçinin yazıçı, tənqidçi məziy-
yətlərini görə  və qiymətləndirə bilirsə, bəs tənqidçilərin bunu 
görməsi, qiymətləndirilməsi niyə qəbahət sayılmalıdır. Axı bu 
tənqidçilərdən hər biri sırf Elçin yaradıcılığından çıxış edirlər. 
Lütfanə təriflər içərisində itib-batmırlar. Özü də təkcə Elçindən 
yox, heç bir məsul işdə çalışmayan  şairdən də, yazıçıdan da 
ədəbiyyatın sıra nəfəri kimi yazıblar. Elə  təkcə V.Yusifli adı 
kifayətdir deyək ki, sənətə ilk vəsiqə alan bir çox cavan şair-
lərin təqdimini onun imzasından tanımışıq. Hətta buna görə 
dəfələrlə qınanılıb da. Eləcə də T.Əlişanoğlunun “neo-60 cılar” 
və digər məqalələri kimlərəsə mübahisəli görünsə belə ça-
ğımızın ədəbi gəncliyinə diqqətin əlaməti deyilmi? O cümlədən 
də  Ə.Cahangir bu gün məsul vəzifədə çalışan Elçindən 
ədəbiyyatın sonbeşik şairi Aqşinə qədər yazmağı vacib bilirsə 
onda bu cür umu-küsüyə lüzum varmı? 
Q.Nəcəfzadə yazır: “60-cı illər  ədəbiyyatı ona görə seçilə 
bildi ki, R.Rza gənc  ədəbiyyatı müdafiəyə qalxdı. Elçini, 
İ.İsmayılzadəni, Ə.Salahzadəni, V.Səmədoğlunu, V.Nəsibi, bir 
neçə başqalarını öz qanadları altına aldı. Bəs 60-cılardan kim 
90-cı illərdə  ədəbiyyata gələnləri müdafiə edir?” Bəli, R.Rza 
böyük fədakarlıq və  cəsarət göstərərək gəncləri yaşlı  nəslin 
hücumundan qoruyub. Görəsən 90-cıları kimin hücumundan 
qorumaq lazımdır. Axı onlar özləri hücuma keçiblər (ən yaxşı 
müdafiə hücumdur!). Və  əgər bu hücumda “keçmişə atılan 
daşlar”ın ən böyüyü dünənin cəfakeş şairinə atılır və ona bu cür 
“minnətdarlıq” bildirilirsə, onda çətin ki, bundan sonra hansı 
şair, yaxud yazıçı xeyirxahlıq sevdasına düşə. Ümumiyyətlə, 
bu gün ədəbi prosesdə ən ağrılı məqam ədəbi tənqid problemi 
deyil, yox, daha çox ədəbi nəsil problemidir, irs-varis münasi-


 
20 
bətlərində hökm sürən nizamsızlıqdır, “keçmişə atılan daşlar”ın 
mənəvi ağrılarıdır. 90-cılar “yeni ədəbiyyat” yaratmaq iddia-
sına düşüb  şair və yazıçıları onlara mane olmaqda qınayırlar. 
Bu qınaqdan tənqidçilərə də pay düşüb. Ədəbi tənqidin 90-cılar 
haqqında fikirləri onları razı salmır, birinin sözünü digəri həzm 
eləmir. N.Cəfərov 60-cı illərin ədəbi tənqidi haqqında yazır ki, 
40-45-ci illərin  ədəbi tənqidi 60-cı illərdə meydana çıxan 
ədəbiyyatı başa düşməkdə özünün nəzəri-estetik təsdiqini ta-
nımaq üçün öz tənqidini formalaşdırmağa başladı (halbuki əv-
vəlki onillərin tənqidini daha çox ictimai varlığın özü yetir-
mişdi), həmin tənqid  əsas məqsədi 60-cıları, bir sıra hallarda 
isə 70-ciləri müdafiə etmək olduğu üçün ədəbi prosesi bütün-
lükdə ehtiva edə bilmirdi, xüsusilə 80-cı illərdə bu daha aydın 
hiss edildi”. Bəlkə  hələ  də daha çox 60-cılardan yazan ədəbi 
tənqid 90-cıları başa düşməkdə  çətinlik çəkir. Bəlkə  də Elçin 
“bu yazıçı  və  şairlərlə eyni ədəbi nəslə  mənsub olan cavan 
tənqidçilər də bu cavan yaradıcılıq barədə bir söz demirlər” 
iradında bunu nəzərdə tutur. Kim bilir, bəlkə  də bu tənqid 
indən belə təşəkkül tapacaq... Amma bu gün söhbət nə vaxtsa 
təşəkkül tapacaq tənqiddən yox, bu günün tənqidindən gedir. 
Bu günün tənqidi sabahın sağlam atmosferli yaradıcılıq arena-
sını yaratmaq üçün bütün güc və bacarığını  səfərbər edib əv-
vəlki nüfuzunu bərpa etməlidir. 
 
 


21 
“YENİ ŞEİR” HAQQINDA ESTETİK-NƏZƏRİ  
FİKRİN MÜƏYYƏNLƏŞMƏSİ 
 
Biz özümüzü üçüncü minilliyin proloqunda hiss etsək də, 
əslində bir mərhələ kimi 1990-cı illərdən tam ayrılmamışıq. 
Hələ 1990-cı illərdə qaldırılan bir çox məsələlərin rakursunun 
tapılmasına yeni minillikdə  də  cəhdlər edilməsi və bu zaman 
müəlliflərin geridə qoyduqları dövrün öz ritminə əsaslanmaları 
90-cı illərə ötüb getmiş gedişat, yaxud "boşluq mərhələsi" kimi 
yanaşmaq cəhdlərini heçə endirib onun məhz yeni dövrlə 
bütöv, mükəmməl və mütəşəkkil görünən panoramını yarat-
mağı  zəruri edir. Təsadüfi deyil ki, tənqidçi  Ş.Salmanov da 
yeni minilliyin təqvimini səciyyələndirərkən bu kontekstdən 
çıxış edərək, "XXI əsr indi yox, hardasa 90-cı illərin  əvvəllə-
rindən başlayır" ("XX əsr normal yaradıcılıq əsri idi” (tənqidçi-
ədəbiyyatşünas  Ş.Salmanovla müsahibə). "Palitra" qəz., Bakı, 
2003, 16 sentyabr) - deyə obyektiv mülahizə irəli sürmüşdür. 
Bu dövr elə bir mərhələdir ki, XX əsr daxilində öz əlahiddəliyi 
ilə xüsusi əhəmiyyət kəsb edir. Keçid dövrü kimi xarakterizə 
olunan bu mərhələnin bir-biri ilə ziddiyyət təşkil edən ikili 
səciyyəsi – onun həm qopub ayrıldığı sovet dövrünün rudi-
mentlərini özündə daşıması, həm də bu qalıqlarla mübarizə 
apararaq yeni biçimdə özünü ifadə etməyə çalışması kimi 
əlamətlər onilliyin əsas göstəricisini təşkil edir. 
XX  əsrin son onilliyi tariximizə müharibə  və  şəhidlik, 
qaçqınlıq və köçkünlük illəri kimi daxil olub. Digər tərəfdən, 
illərdən bəri gözlədiyimiz, şüurumuzda və ruhumuzda yaşatdı-
ğımız müstəqillik kimi tarixi nailiyyətimiz də bu illərin 
töhfəsidir. Bəli, 1980-cı illərin axırlarında alovlanan xalq mü-
cadiləsi ilə yetmiş il hökmfərma olmuş sovetlər imperiyası öz 
fəci sonluğuna vardı  və Azərbaycan ötən  əsrin  əvvəllərində 
qazanmış olduğu müstəqilliyin tarixi varisliyini yenidən elan 
etdi. Bununla da cəmiyyətin bütün sferalarını əhatə edən sahə-
lərin, o cümlədən, poetik düşüncə sisteminin qarşısında yeni 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə