Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   14   15   16   17   18   19   20   21   ...   72

 
53 
düçar olmuşdur. Q.Z.Əzizovun tədqiqatları  nəticəsində müəyyən 
olunmuşdur ki, respublikamızda kənd təsərrüfatına yararlı hesab edilən 
1444,9 min hektar suvarılan torpaqların da 565481 hektarı  və ya 47,6%-i 
müxtəlif dərəcədə şorlaşmış (bundan 152898 ha və ya 27%-i zəif şorlaşmış, 
146235 ha və ya 25,9%-i orta şorlaşmış, 223838 ha və ya 39,6%-i şiddətli 
şorlaşmış, 42510 ha və ya 7,5%-i şoranlar), 508,3 min hektarı (29,0%-i) isə 
müxtəlif dərəcədə  şorakətləşməyə (bundan 385037 ha və ya 75,8%-i zəif 
şorakətləşmiş, 102110 ha və ya 20,1 %-i orta şorakətləşmiş, 21123 ha və ya 
4,1% şiddətli şorakətləşmiş) məruz qalmışdır.  
Şorlaşma və  şorakətləşmə torpaqda gedən təbii proseslər olsa da, 
vaxtında lazımi tədbirlər görülməyəndə, o, arealını genişləndirərək, həm 
kənd təsərrüfatı  məhsullarının istehsalına, həm də  təbii biosenozlara, o 
cümlədən düzən ərazilər üçün səciyyəvi olan qış otlaq formasiyalarına və 
düzən meşələrinə  mənfi təsir göstərir. Odur ki, belə torpaqlar həm 
meliorativ, həm də ekoloji cəhətdən əlverişsiz sahələr hesab edilir, onların 
mənfi dinamikasının xəbərdarlıq edilməsi, qarşısının alınması  və onların 
yararlı hala salınması üçün müvafiq ekoloji tədbirlərin (drenaj tətbiqi, 
yuma aparılması, kimyəvi meliorasiya, müəyyən inzibati və hüquqi və s.) 
görülməsi zəruridir.  
Suvarılan torpaqların meliorativ cəhətdən qiymətləndirilməsinin 
nəticəsi respublika ərazisində 385,1 min hektar sahənin qeyri-qənaətbəxş 
olduğunu göstərir, o cümlədən 103,4 min hektar sahədə qrunt sularının 
səviyyəsinin yerin səthinə çox yaxın olması, 115,1 min hektar sahədə 
torpağın yüksək dərəcədə  şorlu olması, 166,6 min hektarda isə  hər iki 
amilin birgə  təsiri  əsas səbəb kimi göstərilir. Bu kateqoriyadan olan 
torpaqlar əkinə tam əlverişsiz hesab olunur və onların meliorasiyası üçün 
kompleks tədbirlərin görülməsi tələb edilir. 
Respublikanın suvarılan torpaqlarının təxminən 670 min hektarı 
(46,4%-i) Kür-Araz düzənliyindədir. Burada suvarma çox qədim tarixə 
malikdir. 
Professor M.R.Abduyev “Mil düzü torpaqlarının meliorativ yaxşılaş-
dırılması”  əsərində bu ərazinin torpaqlarının  şorlaşmasına,  şorakətləş-
məsinə səbəb olan əsas amilləri aşağıdakı kimi qruplaşdırır. 

 
Kür-Araz ovalığı, o cümlədən Mil düzü vaxtı ilə  dəniz suları 
altında olaraq Xəzərin qərb körfəzini təşkil etmişdir.  Ərazinin dəniz 
sularından azad olması düzənliyin torpaqlarında asan həll ola bilən 
duzların toplanmasına səbəb olmuşdur. M.A.Abduyev  hesablamalar 


 
54 
nəticəsində müəyyən etmişdir ki, Kür-Araz ovalığının sıfır horizon-
talından aşağıda yerləşən sahəsində Xəzər dənizi sularının sonuncu çəkil-
məsindən sonra olan təsiri nəticəsində 74 milyard ton duz toplanmışdır. 
Bu miqdardan 101 milyon tonu Mil düzünün hesabına düşür. 
Dəniz tamamilə geri çəkilən zaman həmin sahədə böyük laqunlar 
əmələ gəlmişdir. Belə laqunlara indi də Mil düzündə təsadüf etmək olur. 
Bunlardan ən böyüyü şor suyu olan Sarısu gölü hesab edilir. Bu laqunların 
təsvir etdiyimiz ərazi torpaqlarının şorlaşmasına təsiri böyükdür. 

 
Çox qədim zamanlardan başlamış indiyə kimi davam edən 
geokimyəvi axıntıların da Mil düzü torpaqlarının  şorlaşmasında rolu 
vardır. Bu məhlullarda duzların miqdarı çox olduğundan onlar düzənliyin 
torpaqlarının  şorlaşmasının qədim dəniz çöküntüləri kimi əsas fonunu 
təşkil edir. 

 
Məlum olduğu kimi, hər hansı düzənlik sahənin torpaqlarının və 
qrunt suyunun kimyəvi tərkibi və  şorluğu müəyyən dərəcədə  həmin 
sahəni əhatə edən dağlıq hissənin çöküntülərinin kimyəvi tərkibi ilə də sıx 
əlaqədardır. Belə ki, bu dağlarda olan çöküntülər, o cümlədən duzlu 
çöküntülər xarici təsirin nəticəsində aşınma prosesinə məruz qalaraq səthi 
və yeraltı axınlar vasitəsi ilə düzənlik sahəyə  gətirilir. Mil düzündə 
mövcud olan səthi axınların əsasını çay suları və delüvial-prolüvial sular 
təşkil edir. Müəyyən edilmişdir ki, öz sularını Araz çayından götürən 
təkcə keçmiş Orcenikidze adına kanal vasitəsilə Mil düzünə ildə 174 min 
ton duz gətirilir. Bundan əlavə, ərazidə delüvial-prolüvial axınlar vasitəsi 
ilə də külli miqdarda duz gətirilir.  

 
Mil düzü torpaqlarının  şorlaşmasına yüksək dərəcədə  təsir edən 
amillərdən biri də  ərazidə mövcud olan qrunt sularıdır. Bu suların 
torpaqların  şorlaşmasına olan təsiri  əsasən onların böhran (kritik) 
səviyyəsindən, yəni dərinliyindən asılıdır. Müəyyən olunmuşdur ki, Mil 
düzü torpaqları üçün qrunt sularının böhran səviyyəsi 1,3-1,8 m. dərinlik 
hesab edilir (Q.V.Zaxarina, 1958; V.S.Muratova, 1962). Bu, o deməkdir 
ki, qrunt sularının səviyyəsi yerin səthindən həmin dərinlikdə olduqda, 
onlar səthi buxarlanmaya məruz qalır və torpağın üst qatlarını şorlaşdırır. 
Mil  düzündə qrunt suları  ərazinin relyef, geomorfoloji quruluşu və 
maillik dərəcəsindən asılı olaraq müxtəlif dərinlikdə yerləşmişdir.  
Mil düzündə qrunt suları bir çox hallarda torpaqları şorlaşdıra biləcək 
dərinlikdə yerləşmişdir.  

 
Torpaqların  şorlaşmasında qrunt sularının təsiri eyni zamanda 


 
55 
həmin suların minerallaşma dərəcəsindən də çox asılıdır. Bu halda qrunt 
sularının minerallaşmasının böhran dərəcəsi  əsas götürülür. Qrunt 
sularının böhran minerallaşma dərəcəsi ümumiyyətlə  hər litr suda 2-3 q 
hesab edilir. Azərbaycan şəraiti üçün bu rəqəm hər litr suda 5-6 q-a qədər 
qəbul edilə bilər. Mil düzü torpaqları üçün qrunt sularının böhran 
minerallaşma dərəcəsi hər litr suda 1-10 q-dır. 
Qrunt sularının minerallaşması göstərilən dərəcədən yüksək olduqda, 
onların böhran səviyyəsində torpaqlarda şorlaşma prosesi gedir. Həmin 
suların minerallaşma dərəcəsi böhran dərəcədən az olduqda, qrunt suları çox 
dayaz yerləşdikdə, onlar belə torpaqların şorlaşmasına təsir göstərə bilmir. 

 
Torpaqların üst qatlarının  şorlaşmasında torpaq və qruntda 
qədimdən qalmış (dəniz geri çəkilən dövrdən) duzların miqrasiyasının 
(hərəkətinin) da rolu olduqca böyükdür. Bu halda torpaqda olan ilkin 
şorlaşma fonunda süni suvarmanın rolu xüsusilə  nəzər diqqəti cəlb edir. 
Yuxarıda qeyd etdik ki, ərazi torpaqlarının alt qatları yüksək dərəcədə 
şorlaşmışdır. Bir sıra hallarda bu qatların susızdırma qabiliyyəti çox 
zəifdir. Ona görə də torpaqların suvarılması zamanı onlara hopmuş su çox 
da dərin qatlara keçməyərək torpağın orta qatlarında toplanır və burada 
olan duzları  həll edərək asılı  vəziyyətdə saxlayır. Beləliklə, torpaqda 
duzlu məhlul yaranır.  İsti vaxtlarda səthi buxarlanma təsiri nəticəsində 
həmin məhlullar torpağın üst qatlarına qalxaraq onların təkrar  şorlaş-
masına səbəb olur. Bu hal suvarma qaydalarının pozulması  nəticəsində 
artıq su itkisinə yol verilən zaman xüsusilə baş verir. 

 
Duzların torpaq profılindəki dövranında diffuziya prosesinin də rolu 
böyükdür. Duzların diffuziyası dedikdə, onların kəsafətinin torpaq 
məhlulunda bərabərləşməsi nəzərdə tutulur. Düzənliyin torpaqlarında 
duzların diffuziyası prosesinin getməsi üçün bəzi hallarda əlverişli  şərait 
vardır. Bu prosesin getməsindəki  əlverişli  şərait dedikdə, biz torpaqların 
mexaniki tərkibinin ağır, susızdırma qabiliyyətinin zəif, su və duz ehtiyatının 
torpaqların bu və ya başqa qatlarında müxtəlif olmasını nəzərdə tuturuq. 
Bu vəziyyət  ərazinin dağətəyi zonasının suvarılmayan hissəsində 
aydın ifadə olunmuşdur. Burada torpaqların əksəri ağır mexaniki tərkibli 
olub, duzların çox hissəsi onların alt qatlarında toplanmışdır. Torpağın bu 
qatlarında nəmlik az, üst laylarında isə nisbətən çoxdur. Ona görə də ilk 
növbədə torpaqda olan rütubət onun alt qatlarına diffuziya yolu ilə hərəkət 
edir və sonra orada olan duzların torpağın üst qatına qalxmasına səbəb 
olur. Beləliklə, mütəmadi olaraq torpağın alt və üst qatlarında nəmlik və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə