Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   38   39   40   41   42   43   44   45   ...   72

 
125
qoyulmadan  ən qısa müddətdə Xalq Torpaq Komissarlığının torpaq 
şöbələrinin yerölçmə-texniki yarımşöbəsində qeydiyyata düşmək təklif 
olunurdu. Hərbi xidmət keçən  şəxslər də qeydiyyata düşməli idilər. Bu 
dekretə görə bütün yuxarıda qeyd olunan şəxslər  ərzaq təminatı sarıdan 
birinci kateqoriyaya aid olmaq hüququ alırdı. 
Azərbaycan SSR-in yerli orqanları mümkün sakit işə zəmanət verən 
və əlverişli iş şəraiti yaratmağa yardım göstərən bütün tədbirləri görməyə 
borclu idilər. Bu dekretə görə xidmətə çağırılan və eləcə də xidmətdə olan 
şəxslər səfərbərliyə alınmış sayılır və  vəzifə cinayətinə görə inqilab 
tribunalının mühakiməsinə verilirdilər. 
RSFSR Xalq Torpaq Komissarlığı Azərbaycana respublikada 
sosialist torpaq münasibətlərinin bərqərar olması  məqsədilə xüsusi 
ədəbiyyatlarla, təlimatlarla, həmçinin mütəxəssislərlə köməklik göstərirdi. 
Belə ki, 31 avqust 1920-ci ildə Azərbaycan SSR Xalq Torpaq 
Komissarlığı nümayəndələrinin iştirakı ilə RSFSR Xalq Torpaq 
Komissarlığının müşavirəsində razılaşma əldə edildi. Bu razılaşmaya görə 
Azərbaycan SSR Xalq Torpaq Komissarlığına onun tabeçiliyində olan 
işlər üzrə Moskvada nümayəndəliyin açılması  məqsədəuyğun sayıldı. 
Torpaq məsələləri üzrə ümumrusiya qurultayında Azərbaycan Xalq 
Torpaq Komissarlığı nümayəndələrinin iştirakı da məqsədəuyğun hesab 
edildi. 10 aqronomun və 20 yerölçən rus mütəxəssislərinin Azərbaycana 
ezam edilməsi haqqında qərar çıxarıldı. Arzuedənlər olmadıqda göstərilən 
say Kuban və Don vilayətlərindən səfərbərliyə alınırdı. Rusiyanın 
ehtiyatında olan geodeziya alətləri Azərbaycana göndərilirdi. Yerli şəraitə 
uyğun olaraq sosialist yerquruluşuna dair Əsasnamənin tətbiq olunması 
üzrə  təlimatın hazırlanması  məqsədilə Azərbaycan Xalq Torpaq Ko-
missarlığına Rusiyadan mütəxəssislər ezam edilirdi. 
1920-ci ilin avqust ayında torpaq komitələri nümayəndələrinin 
qurultayı çağırıldı. Qurultayda bütün Azərbaycan üçün minimal və 
maksimal torpaq pay norması müəyyənləşdirildi 
Belə ki, aşağı suvarılan qurşaqda minimum torpaq pay norması 3/4 
desyatin, maksimum isə – 1,5 desyatin, dağətəyi qurşaqda – minimum 1,5 
desyatin, maksimum – 3 desyatin; mədəni (becərilən) bağlarda – 
minimum 3/8 desyatin, maksimum 3/4 desyatin hesablanırdı. 
Torpaq komitələri nümayəndələrinin qurultayı torpaq ehtiyatlarının 
milliləşdirilməsinə dair işlərin vəziyyətini müzakirə edib, qətnamə qəbul 
etmişdi. Bu qətnamədə ilk növbədə torpaq fondunun torpaqsız kəndlilər 


 
126 
arasında bərabər  əsasda paylanması  və eləcə  də sosialist torpaq-
danistifadələrin məkan şəraitlərindəki çatışmazlıqların aradan qaldırılması 
üçün yerquruluşu işlərinə başlanması  nəzərdə tutulurdu. Qurultayın 
qərarında həmçinin nəzərdə tutulurdu ki, torpaq paylanarkən ilk növbədə 
torpaqsız və aztorpaqlı  əkinçi  əhalinin və  əkinçilik təsərrüfatına keçmək 
istəyində olan kommunal cəmiyyətlərin, fəhlələrin ehtiyacları ödənilsin. 
İkinci növbədə torpaq paylanarkən gəlmə, yəni torpaq haqqında 5 may 
dekreti dərc olunduqdan sonra gələn əhaliyə pay ayrılırdı. Kəndli və fəhlə 
mühitindən işçi kadrların hazırlanması məqsədilə qısa müddətli yerölçmə 
kurslarının açılması qərara alındı.   
9 sentyabr 1920-ci ildə Bakı  şəhərində bütün Azərbaycan torpaq 
komitələrinin qurultayı açıldı. Qurultayda ehtiyacı olanların arasında 
torpağın dərhal bölüşdürülməsi üçün tədbirlər, torpaq mübahisələrinin 
həlli metodları, suyun bölüşdürülməsi məsələləri, kollektiv təsərrüfatların 
yaradılması, qaçqın kəndlilərin təsərrüfatlarının yerquruluşu, örüşlər 
(otlaqlar) haqqında məsələlər və onlarda kollektiv heyvandarlıq 
təsərrüfatlarının yaradılması, meşədən istifadə  və meşələrin mühafizəsi 
məsələləri müzakirəyə  çıxarılmışdı. Qurultay torpaqların paylanması 
haqqında qərar çıxartdı. Xalq Torpaq Komissarlığının sərəncamında 
yerölçən-texniklərin yetərincə olmadığı ilə əlaqədar, həmçinin şumlamada 
gecikməmək üçün sovet təsərrüfatları yaradılmamış keçmiş mülkədar və 
istifadəsiz dövlət torpaqlarının müvəqqəti olaraq bölüşdürülməsi zəruri 
sayılırdı. Qurultayın qərarlarında göstərilirdi ki, cəmiyyətin mübahisəsiz 
sərhədləri çərçivəsində meydana çıxan yerölçmə-bölüşdürmə  işləri 
əsnasında ayrı-ayrı  təsərrüfatlar arasındakı mübahisələr birinci 
instansiyada kəndli-ictimai torpaq komitələri, qəti olaraq isə – qəza torpaq 
komitələri tərəfindən həll edilir. Cəmiyyətlər arasındakı mübahisələr isə 
belə hallarda bütün mübahisəyə qoşulmuş  tərəflərin torpaqlarını onların 
bərabərləşdirici  əsasda bölüşdürülməsi üçün bir tam kimi qəbul edən 
xüsusi komissiyalar tərəfindən baxılaraq həll edilirdi. 
Azərbaycan SSR-də sosialist ictimai münasibətlərin, o cümlədən də 
torpaq münasibətlərinin yaranması iqtisadi ehtiyatlar kimi insan 
ehtiyatlarının, respublika potensialının da məhv edilməsi ilə müşayiət 
olunurdu. 
“Yoldaş  kəndlilər, hakimiyyəti  əllərinizdə möhkəm saxlayın! 
Torpaqları parazitlərə-mülkədarlara verməyin!”  şüarı altında iri və 
möhkəm  şəxsi mülkiyyətçilik təsərrüfatları  ləğv edilir, torpaq sahib-


 
127
karlarının torpaq sahələri onlarda yerləşən bütün binalarla və daşınan 
əmlakla dövlət mülkiyyəti elan olunurdu. O illərdə Azərbaycanın 
kommunist funksionerləri öz vəzifələrini belə təsəvvür edirdilər: “… hər 
bir kommunistə aydındır ki, bütün burjuaziya, bütün varlılar  əmlak 
sarıdan tam təmizliyədək məhv edilməlidirlər, yəni onların iqtisadi qüdrəti 
onlardan alınmalı  və ola bilsin ki, onlar indi yox, zaman etibarilə  nə 
vaxtsa vicdanlı insan ola bilsinlər. Nəticə etibarilə onları iqtisadi cəhətdən 
bərabərləşdirmək lazımdır… Bütün məsələ ondan ibarətdir ki, siyasəti 
necə aparmalı ki, bütün zərbələr ancaq bu qolçomaqların başına ələnsin” . 
Bəylərdən, xanlardan və  ağalardan torpaqların müsadirə edilməsi 
mülkədar sinfinin siyasi cəhətdən ləğv edilməsi ilə yanaşı getməli idi. 
Torpaq siyasəti sahəsində  aşağıdakılar Azərbaycan inqilab komitəsinin 
vəzifəsi kimi müəyyən edilirdi: keçmişdə mülkədar olmuş xanlardan, 
bəylərdən, həmçinin bütün digər iri torpaq sahibkarlarından və sovet 
hakimiyyətinə  aşkar müqavimət göstərən qolçomaqlardan nəinki torpaq, 
eləcə  də malikanələr, onlarda olan bütün canlı, cansız inventarlar, ərzaq 
və pul ehtiyatları bütün daşınan  əmlakla birlikdə alınsın. Belə ki, 
Azərbaycan inqilab komitəsi AK(b)P-in qərarını yerinə yetirərək, ancaq 
16 sentyabr 1920-ci il tarixli 113 №-li dekreti ilə  Mərdəkan və  Şüvəlan 
kəndlərindəki iyirmi yeddi bağ sahəsini milliləşdirib, onları Xalq Torpaq 
Komissarlığının sərəncamına verdi. 
Sovet hakimiyyəti Azərbaycanda öz mövcudluğunun ilk günlərindən 
respublikanın təbii-tarixi, sosial-iqtisadi şəraitini nəzərə almamaqla 
kobud, düzəldilməsi qeyri-mümkün səhvlər buraxır, bunun nəticəsində də 
təsərrüfat quruluşunun dağılmasına, aclığa və minlərlə insanın 
repressiyaya məruz qalmasına gətirib çıxarırdı. 
Azərbaycanın torpaq komitələrinin qurultayının materiallarında 
oxuyuruq: “Bütün iri, fərdi mal-qara və qoyunçuluq təsərrüfatları 
milliləşdirilir və sovet təsərrüfatlarına daxil olurlar. Kiçik mülkiy-
yətçilərin aşağıda göstərilən normadan artıq qoyun sürüləri və mal-
qarasına gəldikdə isə, bu halda belələri heyvandarlıq kommunalarına, 
yaxud da sözügedən kəndin ümumi istifadəsinə verilir”. 
Torpaqların müsadirə edilməsi və  bərabərləşdirici  əsasda bölüş-
dürülməsi kasıb və qolçomaq təsərrüfatları arasındakı ziddiyyətləri 
kəskinləşdirirdi. Torpaqsız və aztorpaqlı kənd sakinləri bütün torpaqların 
(xanların, bəylərin, ağaların, mülkədarların, monastırların, kilsələrin, 
vəqflərin, məscidlərin) yenidən bölüşdürülməsində  və torpağın istehlak 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə