Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   37   38   39   40   41   42   43   44   ...   72

 
122 
Bu dekretə görə Azərbaycan SSR-in inqilabi hökuməti elan edirdi: 
“…Azərbaycan Sovet Sosialist Respublikasında  şəxsi mülkiyyət 
həmişəlik ləğv edilir. Xanların, bəylərin, mülkədarların, eləcə  də 
monastır, kilsə, vəqf və məscid torpaqları bütün canlı və cansız inventarı 
ilə birlikdə heç bir alqı (aşkar və ya gizli) olmadan bərabərləşdirici torpaq 
istifadəsi əsasında əməkçi xalqa verilir…”. 
Dekretin həyata keçirilməsi üçün yerlərdə  qəza və  kənd komitələri 
yaradılırdı. 5 may 1920-ci il tarixli “Torpaq haqqinda dekret”ə görə 
nəzərdə tutulurdu ki, “… Dekretin keçirilməsinə maneçilik törədən hər bir 
kəs  əməkçi xalqın açıq düşməni sayılmalı  və Azərbaycan SSR 
qanunlarından kənar elan olunmalıdır”. 
İnqilab komitəsinin 12 may 1920-ci il tarixli dekretinə görə bütün 
meşələr, sular və yerin təki Azərbaycan SSR-in sərvəti elan edilirdi. 
Əhəmiyyətindən asılı olaraq meşələr, sular və yerin təki, təbiətin canlı 
qüvvələri üzərində  sərəncam vermək qəza, quberniya şuralarına və 
mərkəzi sovet hakimiyyətinə həvalə edilirdi  
Bu dekretdən sonra hər hansı şəxs və özəl qurumların yer təkinə olan 
hüquqları haqqında bütün akt və müqavilələr qüvvəsini itirmiş sayılırdı. 
Torpaq əmlakına, həmçinin meşələrə, sulara və yerin təkinə girovqoyma 
və ya başqa  əmlak hüququnun müəyyən edilməsi və yaxud keçməsi, 
həmçinin yuxarıda göstərilən  əmlaklara kütləvi hərracların aparılması 
haqqında sövdələşmələrlə bağlı  təhkimçilik və ya digər aktların 
rəsmiləşdirilməsi qadağan edilirdi. 
Torpağın, meşələrin, suların və yer təkinin milliləşdirilməsi 
ideyalarını  tətbiq etmək məqsədilə Azərbaycan  İnqilab Komitəsi 1 iyun 
1920-ci ildə “Qızıl ordu hissələrində müvəqqəti torpaq komissiyaları 
haqqında  Əsasnamə  və onlar tərəfindən 5 və 12 may 1920-ci il 
Dekretlərinin həyata keçirilməsinə dair təlimatı” təsdiq etdi  
Müvəqqəti torpaq komissiyaları Xalq Torpaq Komissarlığının 
təyinatı ilə inqilab komitələrinin tövsiyəsi nəzərə alınmaqla, ordu siyasi 
şöbəsinin və yerli sakinlərin nümayəndələrinin kooptasiya olunması 
hüququ ilə üç şəxs tərkibində yaradılırdı. Müvəqqəti torpaq 
komissiyasının elanına görə “bütün mülkədar, kilsə, monastır, məscid və 
vəqf torpaqları bütün canlı və cansız inventarı, kənd təsərrüfatı məhsulları 
ehtiyatı və bütün təsərrüfat təyinatlı yaşayış və qeyri-yaşayış tikililəri ilə 
birgə  dərhal  əməkçi xalqa verilirdi”. Çoxillik əkmələrdən ibarət olan 
(bağlar, üzümlüklər,  şitilliklər və s.) mülklər bütün canlı  və cansız 


 
123
inventarı ilə müvəqqəti torpaq komissiyası tərəfindən uçota götürülür və 
sovet təsərrüfatları  təşkil etmək üçün Xalq Torpaq Komissarlığının 
sərəncamına verilirdi. 
Meşələrin siyahıya alınması  və  qəbul edilməsi üçün müvəqqəti 
torpaq komissiyalarının tərkibinə yerli meşəbəyilər və torpaq komi-
tələrinin üzvləri cəlb olunurdu. 
Sudan istifadəni düzgün normalaşdırmaq və su qurğularını mühafizə 
etmək üçün komissiya tərəfindən bütün iri su obyektləri (kanallar, 
kəhrizlər, arxlar) üzərində bir müdirdən və  əməkdaşların – cuvarların 
lazımi sayından ibarət nəzarət təsis edilirdi. 
Bu “Əsasnamə”yə görə  şəxsi mülklərdən özgəninkiləşdirilmiş 
torpaqlarda yerləşən və  əvvəlki qeyri-əməkçi icarədarlar tərəfindən 
istehlak-əmək normasından artıq səpilmiş bütün əkin sahələri torpaqsız və 
aztorpaqlı kəndlilər arasında bölüşdürülürdü. 
Azərbaycan SSR hökuməti siyasi, ərzaq və torpaq proqramının 
həyata keçirilməsi məqsədilə 23 sentyabr 1920-ci il tarixli qərar ilə 
Azərbaycan  İnqilab Komitəsi tərəfindən kəndli yoxsulluq komitələrinin 
təsis olunması haqqında dekret qəbul edildi. Dekretə görə  kənd inqilab 
komitələri ləğv olunurdu. Kənd yoxsulluq komitəsi (“kombed”) öz 
səlahiyyətləri çərçivəsində ali hakimiyyət orqanı sayılmaqla, onun bütün 
qərarları sözügedən ərazidə yaşayan əhalinin icraatı üçün məcburi idi. 
Kənd yoxsulluq komitələrinin üzvləri seçki yolu ilə  təyin edilirdi. 
Ancaq kəndin yoxsul təbəqəsinə və hər iki cinsdən olan ortabab kəndlilərə 
mənsub 18 yaşından cavan olmayan və seçki anına sözügedən  ərazidə 
yaşayan  şəxslər kənd yoxsulluq komitələrinə seçə  və seçilə bilərdilər. 
Kənd yoxsulluq komitəsinin üzvlərindən biri torpaq işlərinə  rəhbərlik 
edirdi. 
Taxıl və digər ərzaq məhsulları artığına malik tanınmış qolçomaqlar, 
qoçular, ticarət və  sənaye müəssisələrinin sahibkarları, daima muzdlu 
əməkdən yararlanan və  zəhmətlə qazanılmamış  gəlirlərlə,  əmlakdan 
daxilolmalarla və kapitaldan faizlərlə yaşayan  şəxslər, eləcə  də keçmiş 
polis işçiləri, jandarmlar və inqilab məhkəmələri tərəfindən məhkum 
edilmiş  şəxslər kənd yoxsulluq komitələrinin seçkilərinə buraxılmırdılar. 
Bununla da qolçomaq sinfi sosialist dövlətinin iqtisadi-siyasi həyatından 
kənarlaşdırılırdı. 
27 sentyabr 1920-ci il tarixli “Kənd yoxsulluq komitələri haqqında 
Əsasnamə” yerquruluşu sahəsində  kənd yoxsulluq komitələrinin 


 
124 
vəzifələrini aşağıdakı kimi müəyyən edirdi: 

 
torpaq  şöbələri və Xalq Torpaq Komissarlığının qərarlarına 
müvafiq olaraq kəndli təsərrüfatlarının, kənd təsərrüfatı artellərinin və 
torpaqdanistifadənin digər yoldaşlıq formalarının təşkil olunmasına 
yardım göstərmək; 

 
sosialist yerquruluşunun və yerquruluşçularına həvalə edilmiş 
tapşırıqların həyata keçirilməsi üzrə kənd əhalisinin üzərinə düşən natural 
mükəlləfiyyətin gerçəkləşdirilməsini yerinə yetirmək; 

 
respublikanın kənd  əhalisi tərəfindən yerquruluşu və torpaqdan 
istifadə  məsələləri üzrə qanunçuluğa və  sərəncamlara tam riayət 
olunmasına nəzarət etmək;  

 
aidiyyəti təşkilatlara torpaq sahələrinin uçota alınmasında yardım 
göstərmək.  
Kənd Yoxsulluq Komitələrinin köməkliyi ilə şəxsi mülkiyyətçilərdən 
onların torpağa, meşələrə  və yerin təkinə olan hüquqlarını  təsbit edən 
planlar və  sərhəd sənədləri alınırdı.  Əllərində plan və  sərhəd sənədləri 
saxlayan keçmiş mülkiyyətçilər onları  dərhal Xalq Torpaq 
Komissarlığının torpaq şöbəsinə verməyə borclu idi. Eləcə də girovqoyma 
və yaxud digər hallarda torpağa şəxsi mülkiyyət sənədləri və planları olan 
müəssisə və şəxslər də onları Xalq Torpaq Komissarlığına təqdim etməli 
idilər. Dekretin şəxsi mülkiyyətçilərdən plan və  sərhəd sənədlərinin 
götürülməsinə dair tələblərini yerinə yetirməyən  şəxslər onlara məxsus 
olmayan əmlakın mənimsənilməsinə görə məsuliyyətə cəlb olunurdular. 
Şəxsi mülkiyyətdə olan torpaqların müsadirə edilməsi və onların 
bərabərləşdirici  əsasda bölüşdürülməsi üzrə  işlər çox vaxt qeyri-peşəkar 
səviyyədə aparılırdı. Bu halın səbəbi mürəkkəb sosial-siyasi şərait, dürüst 
hüquqi-normativ bazanın olmamağı idi. Torpaqdan istifadə edilməsində 
mövcud olan xeyli miqdarda nöqsan və çatışmazlıqlar nəinki yuxarıda 
göstərilən səbəblərlə, həm də geodezik alətlərin, yerölçən kadrların 
çatışmazlığı  və sonuncuların peşəkarlığının aşağı  səviyyədə olması ilə 
şərtlənirdi. 
Torpaq haqqında dekretin həyata keçirilməsi məqsədilə Azərbaycan 
İnqilab Komitəsi Xalq Torpaq Komissarlığı ilə birlikdə 30 sentyabr 1920-
ci ildə yerölçən-texniklərin uçotu və  səfərbərliyə alınması barədə dekret 
qəbul etdilər. Bu dekretdə geodeziyaçılara, yerölçənlərə  və  hərbi 
topoqraflara, yerölçən köməkçisi vəzifələri tutan yerölçmə  işi 
praktikantlarına, xəritə  çəkənlərə  və yerölçmə cizgiçilərinə cinsinə  fərq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə