Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   36   37   38   39   40   41   42   43   ...   72

 
119
Əgər əkinçi ona ayrılmış sahədə heç nə əkməsə və bu sahədən sahib 
də istifadə etməmiş olsa, onda əkinçi torpaq sahibinə müddətin icarəsini 
adi qaydada sahibkara ödəməlidir.  Əgər  əkin  əkməmək səbəbindən 
torpağın keyfiyyətinə zərər və ziyan dəymişsə, əkinçi bunları ödəməlidir.  
Əgər məhsul yığılıb müzariə vaxtının tamam olmasından sonra əkilən 
bitkinin kökləri torpaqda qalıb sonrakı ildə yenə məhsul verərsə, bu halda 
torpaq sahibi və  əkinçi  əkini öz mülkiyyətindən xaric olacaq tərzdə 
boşlamış olsalar, mübah şey hökmündədir (oğurluq olmayan halal 
hökmündədir).  Əgər bütün məhsul və onun kökünün müştərək olmasını 
qərara almış olsalar, onda bölməlidirlər. Əgər qərarları yalnız birinci ilin 
məhsulu barəsində olsa, ikinci ilin məhsulu toxum sahibinindir.  
İslamda torpaqların girov qoyulması (rəhn) məsələsinə də aydınlıq 
gətirilir. Torpaq girovunun (ipotekasının) məqsədi budur ki, borclu şəxs 
öz malının bir miqdarını borc aldığı  şəxsin sərəncamına verir ki, əgər 
borcunu vaxtında qaytara bilməsə torpaq borcverənə çatsın.  
Torpağı girov qoyan və girov götürən  şəxs mükəlləf (həddi-buluğa 
çatmış), aqil olmalıdır,  əqdin bağlanmasına heç bir kəs onları  məcbur 
etməməlidir.  Şəriət hökmlərinə görə girov qoyulan şeyin mənfəəti onun 
sahibinindir.  
Girov qoyan və alan şəxs girov qoyulan şeyi (bu halda torpağı) bir-
birinin icazəsi olmadan kiminsə mülkünə keçirə bilməz – bağışlaya və 
yaxud sata bilməz.  
Əgər girov müqaviləsinə əsasən borclu tərəf borcu qaytarmalı olduğu 
vaxt borcunu qaytarmazsa, borc sahibi həmin torpaq sahəsini satıb 
borcunu götürə bilər, artıq qalanını isə borclu olana qaytara bilər.  
İslamda ariyənin şərtlərinə də aydınlıq gətirilir. Ariyə budur ki, insan 
öz malını istifadə etmək üçün başqasına versin, əvəzində  də heç nə 
almasın.  
İnsan, mənfəəti özünün olan (məsələn, icarə etdiyi) bir şeyi ariyə verə 
bilər. Amma, əgər icarədə, təkcə özünün istifadə edəcəyini  şərt etsələr, 
yaxud o yerin camaatı arasında icarə bu mənada başa düşülərsə, başqasına 
ariyəyə verə bilməz.  
Həddi-buluğa çatmamış, aqil olmayan şəxsin öz malını ariyəyə 
verməsi məqbul deyildir. Amma əgər onların qəyyumu ariyə verməyi 
məsləhət görsə və bu iş onların məsləhəti ilə olsa, eybi yoxdur. Müfəlləs 
(borcları mal-dövlətindən çox olan şəxsə deyilir) borclu olduğu şəxslərin 
icazəsi ilə öz malını ariyəyə verə bilər.  


 
120 
Torpağı ariyəyə götürən  şəxsin səhlənkarlığı üzündən deyil, digər 
səbəblərdən (təbii fəlakət və s.) torpağın münbitliyinə ziyan gələrsə, bu 
şəxs buna zamin (cavabdeh) deyil. Amma torpağı ariyəyəgötürənin səhvi 
üzündən ziyan dəyibsə və torpağı ariyəyəgötürən hər bir şeyə görə zamin 
olması  şərti  əvvəlcədən  şərtləndirilibsə, onda ariyəyə götürülən torpaq 
sahəsi sahibinə yararlı vəziyyətdə qaytarılmalıdır.  
Şəriətdə musaqat çoxillik əkmələr (üzümlüklər, bağlar və s.) altında 
olan torpaq sahələrinin müəyyən mərhələdə  şərtlər daxilində digərlərinə 
həvalə edilməsini nizamlayır.  
Əgər bir kəs meyvəsi özünün olan, yaxud onun ixtiyarında olan 
ağacları müəyyən müddətə qədər becərib su vermək üçün başqasına versə 
və əvəzində o meyvədən qərar qoyduqlarından muşa qədər (ümumi halda) 
götürməsi əsasında alver etsə, bu alverə musaqat deyilir.  
Musaqat müamiləsi (alveri) söyüd, çinar kimi bar verməyən ağaclar 
altında olan sahələrdə tətbiq olunmur.  
Bağ sahibi və  ağacları becərməyi öhdəsinə alan şəxs həddi-buluğa 
çatmış və aqil olmalıdırlar.   
Musaqatın müddəti məlum olmalıdır. Musaqatın  əvvəli müəyyən 
tərzdə  təyin edib axırını da həmin ilin meyvələri yetişən vaxta kimi 
müəyyənləşdirilsə, düzgündür.  
Tərəflərə çatacaq pay yetişdiriləcək məhsulun müəyyən nisbətdə 
bölüşdürülməsi ilə müəyyənləşdirilməlidir (məsələn 3:1, 2:1, 5:2 və s.) 
Amma torpaq sahibinin “sahədən yığılacaq məhsulun 100 tonu mənim, 
qalanı qulluq edən, sənin olsun” şərti şəriətdə qədul edilmir.  
Musaqat müqaviləsi bağlayan tərəflər bir-birinin razılığı ilə alveri 
poza bilərlər.  Əgər müqavilə  şərtlərində müqavilənin birtərəfli qaydada 
pozulması barədə razılıq varsa da, müsaqatın bir tərəfdən pozulması 
məqbuldur.  
Əgər müsaqat dövründə bağ sahibi ölərsə müsaqat alveri pozulmur, 
varisləri onun yerinə keçir.  
Əgər müsaqat qərarının digər tərəfi – ağacları becərməyi öhdəsinə 
alan  şəxs ölsə, bu halda əqddə onları  şəxsən özü becərməsi  şərt 
edilməyibsə varisləri onun yerini tutur.  
İslam dini bəşər övladını adil olmağa, saflığa,  ədalətliliyə çağırır. 
Məhz bu baxımdan vergi və mükəlləfiyyətləri müəyyənləşdirən  şəriət 
hökmləri insanlara davranışda insaflı olmağı, hamının yaşamağa Allah 
tərəfindən müəyyənləşdirilmiş hüququ olduğunu israrla tələb edir. Buna 


 
121
misal olaraq, İmam  Əlinin hökmranlığı zamanında müxtəlif rəhbərlərə 
tələblərini bariz nümunə kimi göstərmək olar. 
İmam  Əli Harüsül-Əştər oğlu Maliki Misirə vali təyin etdiyi zaman 
ona verdiyi Əmrnamədə buyururdu… “vergi işini də araşdır, məmur-
larının vəziyyətini sahmana sal, çünki vergi işinin və vergi məmurlarının 
nizama düşməsi, başqalarının da nizama düşməsi deməkdir… Çünki, 
insanların hamısı verginin, vergi məmurlarının əhli-əyalıdır. Ancaq vergi 
toplamaqdan daha çox məmləkətin dirçəlişinə diqqət yetirməlisən. Çünki 
məmləkət dirçəldikdə vergi yığıla bilər. Məmləkət dirçəlməyincə, abad bir 
hala düşməyincə vergi istəyən  şəhərləri dağıdıb gedər, bəndələri həlak 
edər. Elə bir buyruq sahibinin işi, idarəsi çox az sürər. Vergiverənlər 
verginin ağırlığından, yaxud vergi verəcəkləri  şeyə bir bəla gəldiyindən
ya da içməli, suvarmalı suların kəsildiyindən, ya da bir bənd uçulub, 
ərazini su basdığından, yaxud da məhsulun məhv olduğundan  şikayət 
etsələr, vəziyyətlərini düzəldənə  qədər vergiləri müəyyən dərəcədə 
azaltmağın lazımdır… bu yardımla, bu yüngülləşdirmə ilə xalq rifaha 
qovuşar, ölkə abad olar… xalqı  ədalətlə idarə etdiyin üçün onların hör-
mətini, sevgisini qazanmış olarsan… Elə bir an gələr, elə bir vaxt çatar ki
onlara müraciət etməyin gərək olar. O zaman onlar sənin istəyini canü 
dildən qəbul edərlər, yerinə yetirərlər. Çünki ölkədə yaranan abadlıq və 
sərvət, onlara yükləyəcəyin yükü çəkməyə qüvvət verər…” 
Zəkatyığan məmurlara əmrnaməsində İmam Əli buyururdu: “…Arzu 
edirəm ki, xalqı incitməsin, sözlərini rədd etməsin, məmur olduğu işə görə 
özünü onlardan üstün saymasın. Çünki onlar da din qardaşlarımızdır. 
Haqları verməkdə isə köməkçilərimizdir… xəyanətin ən böyüyü-ümmətə 
xəyanət etmək, hiylənin ən pisi – imama hiylə gəlməkdir, vəssalam”.  
Xəractoplayan məmurlara isə O belə  əmr edirdi: “İnsanlarla insaflı 
rəftar edin. Çünki Siz xalqın xəzinə  məmurları, o xəzinənin 
qoruyucularısınız. Ümmətin vəkillərisiniz, imamın elçilərisizniz”.  
    
3.12. Azərbaycanda sosialist torpaq münasibətləri və yeni torpaq 
münasibətlərinin yaranma zəruriliyini şərtləndirən amillər 
 
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan (28 aprel 1920-ci il) 
sonra  İnqilab komitəsinin ilkin dekretlərindən biri “Torpaq haqqında” 
dekret oldu. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə