Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   32   33   34   35   36   37   38   39   ...   72

 
107
əsb-e çapar), hərbi qulluq mükəlləfiyyəti (çərik),  şah və dövlət məmur-
larının xeyrinə toplanan vergi (ruşmat, təhzilat, peşkəş, xərc-e təyin 
mütərəddin), dövlət və feodallar üçün görüləcək işlər (biyar və  əvazir), 
torpaqbasdı vergisi (rahdari) və s. 
Vergilər dövlət xəzinəsini dolduran yeganə  mənbə idi. Vergi 
verməkdən boyun qaçırmasınlar deyə,  şah hökuməti 15 yaşına çatmış 
bütün kişi cinsindən olanları siyahıya alırdı. 
XVIII  əsrin II yarısında Azərbaycanda xanlıqlar dövründə  əsas 
vergini malcəhət (Naxçıvan və  Şirvan xanlıqlarında bu vergi bəhrə 
adlanırdı) təşkil edirdi. Müxtəlif xanlıqlarda onun həcmi 1/10-lə 1/3 
arasında tərəddüd edirdi. Feodallar otlaqlardan istifadə müqabilində 
rəiyyətdən çopbaşı adlı əlavə vergi alırdılar. Kəndli bağlarından toplanan 
bağbaşı adlı vergi məhsulun 1/10-ni təşkil edirdi. Kəndlilərdən toypulu da 
alınırdı.  Əgər toy kəndlinin ailəsində olurdusa, onda o, bəyə toyxərci 
verməli idi. Toy bəyin ailəsində olurdusa, onda bəy kəndlidən toypulu 
tələb edirdi. Hər bir kəndli həyətindən otaqxərci deyilən vergi də yığılırdı. 
Kəndli xanın atları üçün arpa verməli idi. Bu vergi at arpası adlanırdı. 
Rəiyyət tez-tez öz hesabına xanın muzdlu əsgərlərini də saxlamalı olurdu. 
Bu mükəlləfiyyət dişkirəsi adlanırdı. Rəiyyətdən həmçinin xan dəftər-
xanasının və inzibati idarəetmənin digər qurumlarının xərclərini ödəmək 
üçün mirzəyanə, kələntərlik və digər vergilər toplanırdı. Vergiyığanlar 
xanın əmrinə əsasən öz xeyirlərinə darğalıq vergisi toplayırdılar. 
Mirzə Camal Qarabağ xanlığında vergi və mükəlləfiyyətlər haqqında 
maraqlı  məlumatlar verir. O yazır ki, hər il Novruz bayramında sərkər-
dələrə xanın adından müxtəlif hədiyyələr-xələtlər, atlar, silahlar 
bağışlanırdı. Feodallar da bunun müqabilində xana öz adlarına layiq 
hədiyyələr gətirirdilər.  İbrahimxəlil xan səfərdə olarkən və ya hər hansı 
yerdə düşərgə qurarkən minbaşıların, yüzbaşıların, bəylərin, ağaların 
əksəriyyəti, bəzi döyüşçülər, katiblər, eşik-ağası, darğalar və yolçular 
xanın mətbəxindən yemək alırdılar. Çox vaxt xanın mətbəxinin bir günlük 
xərci onlarla qoyundan, qırx puddan artıq düyüdən və s. ibarət olurdu. 
Bütün bunlar çoxlu xərc tələb edirdi və  əsasən istehsalçıların istismarı 
hesabına ödənilirdi. 
Məhəmmədhəsən xan dövründə Şəki xanlığında ‘‘Dəs ul-əməl’’ adlı 
qanunlar məcmuəsi tərtib olunmuşdu. Burada bütün vergi və 
mükəlləfiyyətlər ‘‘tənzimlənirdi’’. 
XIX  əsrin ortalarında dövlət rəiyyətləri xəzinəyə çoxlu vergi ödəyir 


 
108 
və mükəlləfiyyətlər daşıyırdılar. Bu vergilər içərisində  ən geniş yayılanı 
natura ilə ödənilən vergi idi. Vergi sistemi bir qədər qaydaya salınmışdı: 
saysız-hesabsız xırda vergilər bir və ya bir-iki vergidə birləşdirilmişdi. 
Əyalətlərin  əksəriyyətində dövlət vergiləri kəndlər və ya kəndli 
həyətləri üzrə deyil, sahələr (nahiyələr) üzrə müəyyənləşdirilirdi. 
Vergi sistemində ən mühüm dəyişiklik 1819-cu ildə Şəki əyalətində 
həyata keçirilmişdi. Natural vergilərin yerinə pul vergiləri qoyulmuşdu. 
Ərzaqla toplanan vergi çoxluq təşkil edirdi. 
Vergilərin bölünməsi sistemi və  yığılması üsulu bir-birindən 
fərqlənirdi. Məsələn,  Şirvan  əyalətində vergilər hər kənd, Qarabağ 
əyalətində hər kəndli həyəti, Lənkəran əyalətində isə mahallar üzrə təyin 
olunurdu. Çar hökuməti  əvvəlki vergi sistemində  də  dəyişikliklər və 
əlavələr etmişdi. Natural vergiləri pul vergiləri  əvəz etməyə başladı. 
Qarabağ  və Talış  əyalətlərində pul rentasının xüsusi çəkisi artdı. Quba 
əyalətində  ərzaq vergisi üstünlük təşkil edirdi. Bakı  əyalətində  də 
kəndlilərin vergiləri xeyli artmışdı. 
Dövlət rəncbərləri xəzinə tərəfindən istismara məruz qalırdılar. Talış 
qəzasında bütün əkərlər ildə  hər ailədən gümüş pulla 2 manat zemstvo 
vergisi ödəməli idilər. Zemstvo mülkiyyətindən  əlavə  xəzinə  hər  əkər 
həyətindən gümüş pulla daha 17 manat 40 qəpik qoparırdı. 
XIX əsrin 40-cı illərində feodal vergisi rəiyyətlərdən hər üç formada-
işləyib ödəmə, natural və pul formalarında alınır, özü də natural forma 
üstün mövqe tuturdu. 
XIX əsrin əvvəllərində Şimali Azərbaycanda bəy rəiyyətlərinin vergi 
və mükəlləfiyyətlərinin sayı 35-ə çatırdı. Bu mükəlləfiyyətlərin içərisində 
ən ağır və zəhmətlisi işləyib ödəmə idi. 
Sahibkar rəiyyətlərinin  ən geniş yayılmış vergi forması malcəhət, 
salyana, darğalıq, at arpası  və s. idi. Bütün bu mükəlləfiyyətlər natural 
xarakter daşıyırdı. 
Malcəhət kənd təsərrüfatı bitkisi məhsulundan torpaq sahibkarının 
xeyrinə ayrılan hissədən ibarət idi. O, adətən dənli bitkilər məhsulunun 
1/10, pambıq və ipək məhsulunun isə 1/5 hissəsi həcmində toplanırdı. 
Darğalığın həcmi çox vaxt məhsulun 20%-dək artırdı. 
Sahibkar kəndliləri bəy atlarının yemlənməsi üçün feodallara “at 
arpası” deyilən daha bir natural mükəlləfiyyət icra etməyə borclu idi. 
Rəiyyətlərin məhsulunun 20%-ə qədəri at arpasının ödənilməsinə gedirdi. 
Rəiyyətlərin pul mükəlləfiyyətləri də (cütbaşı, bağbaşı, toy pulu və 


 
109
bayramlıq) rəngarəng idi. Cütbaşı – cütə qoşulan öküzlər üçün alınırdı: 
bağbaşı-meyvə, üzüm və tut bağları üçün yığılan vergi idi; toy pulu – hər 
toya görə müxtəlif məbləğlərdə alınırdı (məsələn,  Şirvan  əyalətində  hər 
toydan gümüş pulla 3 manat), bayramlıq-novruz və qurban bayramları 
günü yığılırdı. 
1901-ci ildən qüvvəyə minən yeni torpaq qanunu ilə bütün kateqo-
riyalar üzrə  kəndlilərin dövlət qarşısında mükəlləfiyyətləri müəyyən-
ləşdirildi. 
Həmin qanuna əsasən, dövlət kəndliləri özlərinin həmişəlik istifa-
dəsində olan torpaqlarına görə  xəzinəyə  həyətbaşı (tüstü) adlanan vergi 
əvəzinə, gəlirin 10-12 %-ni təşkil edən dövlət töycüsü, istifadə etdiyi 
başqa torpaqlara görə torpaq vergisi, bütün torpaqlara şamil edilən zemski 
rüsumu ödəməli idi. 
Zemski rüsumu əhalinin təhsil, səhiyyə, baytarlıq və s. xərclərini 
ödəmək məqsədilə alınırdı. Lakin o, əsasən, polisin saxlanmasına sərf 
edilirdi. Həmin dövrdə,  əvvəllər olduğu kimi, sahibkar kəndliləri öz 
ağalarının xeyrinə bir sıra mükəlləfiyyətlər, o cümlədən, torpaqdan 
istifadəyə görə  məhsulun 1/10 hissəsindən yarısına qədərini təşkil edən 
malcəhət, yaxud bəhrə, qışlaqda saxlanan heyvana görə ot pulu, alaçıq 
tikməyə görə tüstü pulu, bağ və tərəvəz yetişdirməyə görə bağ pulu və s. 
ödəyirdilər. Onlar dövlətə  də bir sıra vergilər verirdilər. Yeni qanuna 
əsasən, vergilər iki qrupda cəmləşdirildi: sahibkar kəndlilərin, həmçinin 
bəy və mülkədarların bilavasitə istifadəsində olan torpaqlara görə torpaq 
vergisi; bütün torpaqlara şamil edilən zemski rüsumu (vergisi). 
Azərbaycanlı kişilər  əsgərliyə çağırılmadıqlarına görə dövlətə  hərbi 
vergi də verirdilər. 
XX əsrin əvvəllərində vergilər üç istiqamətdə müəyyənləşdirilmişdi: 
birbaşa vergilər, dolayı vergilər və rüsumlar. Bunların arasında mədən 
vergisi, torpaq vergisi, əmlak vergisi xüsusilə  fərqlənirdi və büdcə 
gəlirlərinin çox hissəsini təşkil edirdi. 
Dolayı vergilərin, demək olar ki, yarısını gömrük rüsumları  və 
aksizlər təşkil edirdi. 
Azərbaycan Cümhuriyyətinin ilk illərində dövlətin maliyyə vəziyyəti 
çox ağır idi. Siyasi cəhətdən qeyri-sabitlik, işsizlik, manatın alıcılıq 
qabiliyyətinin aşağı düşməsi ilə  əlaqədar olaraq dövlət vergi siyasətinin 
formalaşmasına yardım edən qanunlar paketi hazırladı.  İlk vaxtlar bu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə