104
adamlara verilən icazə kağızına qəbalə deyilirdi. Xərac toplayan vergi
məmurları mütəqəbbil və ya amil, maliyyə müfəttişləri isə mütəsərrif
adlanırdılar. Amillər xərracı özbaşına artırırdılar və bəzən məhsulun yarısı
kəndlinin əlindən alınırdı. Xərac əvvəllər əsasən məhsulla alınırdı.
Azərbaycan kəndliləri X-XI əsrlərdə xəracın müəyyən hissəsini pulla
ödəyirdilər. Bu, hələ o zaman Azərbaycanda əmtəə-pul münasibətlərinin
inkişaf etdiyini göstərir. IX əsr tarixçiləri Azərbaycandan ildə 4-4,5
milyon dirhəm xərac toplandığını qeyd edirlər.
Xəracdan başqa müsəlman ailəsi öz əmlakına görə nəzir verirdi ki,
buna da zəkat və ya sədəqə deyilirdi. Müsəlman olmayan əhalidən can
vergisi-cizyə alınırdı.
Böyük Səlcuq imperiyasının yaranması ilə torpaq mülkiyyəti və vergi
sistemində ciddi dəyişikliklər baş verdi.
Əhalidən ənənəvi vergilərdən əlavə səlcuq döyüşçüləri üçün silah və
şərab tədarük etmək, onların atlarını nallamaq üçün mal-üs-silah, şərab
bahası, nal bahası kimi vergi, şəhər sənətkarlarından isə onların
hazırladığı sənət məhsullarından pay alınmağa başlandı. Ümumiyyətlə,
XI-XIII əsrin əvvəllərində əhalinin müxtəlif təbəqələrinin xərac, üşr,
cizyə, haqq, alaf, nüzl, avariz, qismət, təyyarət, dəraib və bir çox başqa
vergi, rüsum və mükəlləfiyyətlər ödədiyi məlumdur.
XIII-XIV əsrlərdə Azərbaycan torpaqlarının çox böyük bir qismi
monqol hakim dairələrinin əlinə keçmişdi. Elxanın və sülalə üzvlərinin
əlində olan torpaqlar ‘‘incu’’ adlanırdı. Bu dövrdə iqta institutu
qüvvətlənmişdi. Torpaqların bir hissəsi kənd icmasının ixtiyarında qalırdı.
Vergi verilməsində əvvəlki kimi ellik zəmanət mövcud idi.
Monqol zülmü altında olan əhali dövlətə və feodallara 40 cür vergi və
rüsum verirdi. Torpaq vergisi “xərac” natura ilə alınırdı və ilk Hülakülər
dövründə taxıl məhsulunun 70%-ni təşkil edirdi. Can vergisi “qopçur”
adlanırdı. Oturaq əhali bu vergini 1-7 dinaradək pulla, köçərilər isə mal-
qara ilə verirdilər. Monqol qoşunlarının saxlanması üçün əhali üzərinə
xüsusi vergi-tacar qoyulmuşdu.
Hökmdarlar əhalidən bazar qiymətindən aşağı qiymətə müxtəlif
istehlak malları alır və ya tacirləri bazar qiymətlərindən yuxarı qiymətə
məhsul almağa məcbur edirdilər. Gömrükxanalarda bac alınırdı. Mövcud
vergilər zəhmətkeşlərin gəlirinin 3/4 hissəsini aparırdı.
Vergi toplamaqla ayrıca idarə-divan məşğul olurdu. Divan vergiləri
ya dövlət darğaları vasitəsi ilə, ya da vergi yığmaq hüququnu icarəyə
105
vermək (müqatiə) yolu ilə toplanırdı. Azərbaycanın cənub vilayətlərində
toplanan vergi 210 tümənə (1 tümən-10 min dinar), şimal vilayətlərində
toplanan vergi isə 54 tümənə çatırdı. Vergi verə bilməyənlərə icbari əmək
müəyyən edilirdi.
Xəzinə gəlirinin azalması, kəndlilər arasında qaçqınçılıq və ixti-
şaşların artması ilə əlaqədar olaraq Keyxatu xan pul islahatı keçirdi: ölkə-
də kağız pullar tədavülə buraxıldı.
Lakin bu tədbir səmərə vermədi, bazar qiymətləri artdı, ticarət
dövriyyəsi azaldı. Qazan xan feodalların hakimiyyətini möhkəmlətmək,
dövlət gəlirini artırmaq məqsədilə bir sıra qanunlar verdi. Divan torpaq-
larından əkin sahələri irsi iqta hüququ əsasında kəndlilərə paylandı.
Qazan xan vergi sistemini qaydaya salmağa çalışaraq müqatiəni
məhdudlaşdırdı. İslahat müəyyən dərəcədə kənd təsərrüfatı istehsalının
yüksəlişinə, gəlirin artmasına və onun daha müntəzəm xəzinəyə
yığılmasına səbəb oldu.
XV əsrdə Azərbaycanda Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin
mövcud olduğu bir dövrdə otuzdan çox adda vergi və mükəlləfiyyət
mövcud idi və bu ağır vergi sistemi əhalini əzirdi. Məlcahət (və ya bəhrə)
əsas vergi olmuşdu. Uzun Həsənin “Qanunnamə”sinə əsasən bəhrə əldə
edilən məhsulun 1/5 hissəsini təşkil edirdi. Kəndlilər istifadə olunmuş
suyun müqabilində də bəhrə vergisi ödəyirdilər. Hərbiçilərin, mülki və
ruhani vəzifələr tutan şəxslərin xeyrinə toplanan vergilərin məcmusu
ixracat adlanırdı. Qeyri-qanuni surətdə, özbaşına toplanan vergilər şiltaqat
adlanırdı. Kəndlilər feodal ziyafətlərinin təşkilinin ağırlığını çəkirdilər
(şilənbəha, süfəbəha və b. mükəlləfiyyətlər). Yerli inzibati-polis məmu-
runun (dərucəki), vergiyığan məmurların (mümayizane), ruhani başçıların
(rəsm əl-vüzarə) xeyrinə toplanan vergilər mövcud idi. Maldarlardan
çobanbəyi vergisi alınırdı. Məcburi bəxşişlər sistemi də mövcud idi. Bu
bəxşişlər torpaq sahiblərinə, şahın məmurlarına, xidmətçilərinə verilirdi
(düşüllük, novruzi, peşkəş, eydi və s.). Dövlətin və feodalların xeyrinə
toplanan vergilər yerinə yetirilməli olan mükəlləfiyyətlər (çərik, tərh,
ulaq, ulam, biyar və s.) əhalini müflisləşdirdi.
XVI-XVII əsrlərdə də Azərbaycan kəndlisi müxtəlif vergilər və
mükəlləfiyyətlər ödəyirdi. Çobanbəyi, çöl pulu-örüşdə heyvanları otarmaq
üçün alınırdı. Dəh-yek (onda bir)-iri feodal torpaqlarından götürülən
gəlirlərin 10 faizi alınırdı. Cüftbaşı-torpağı əkib-becərmək üçün bir cüt
qoşqu vasitəsi olanlardan alınırdı. Dəzgahbaşı hər bir toxucu dəzgahından
106
istehsal edilən məhsuldan alınan vergi idi. İxracat – XVI əsrdə ümumi və
müxtəlif vergilərin məcmusu mənasında işlənirdi və dövlət canişinlərinin,
hərbi xidmətdə olanların və əyanların tələbatını ödəmək üçün alınırdı.
Ot-alafa-yük heyvanları, atlar üçün alınırdı. Ulafa (ərzaq)-bir nəfərin
(hərbçi, canişin və s.) yaşaması üçün alınan vergi idi. Bu iki vergi bəzən
pulla da alınırdı. Konalqa-əyanların kəndlinin evində düşərgə salmaq
hüququ idi. Kəndli əyanı, onu müşayiət edənləri yataqla təmin etməli,
yedirtməli, atlarını yemləməli idi. Təyin isə şəhər və kəndlərdə xarici
dövlətlərin səfirlərinə və onları müşayiət edənlərə qulluq etmək üçün
əhalidən alınan məbləğ idi. Ulaq və ulam-kəndli şah çaparlarının
ixtiyarına minik, yük, qoşqu atları verməli idi. I Şah Abbasın əmri ilə
alafa, biyar, ulaq, peşkəş, salami, şiltaqat kimi əvvəlcədən nəzərdə
tutulmamış, təsadüfi səciyyə daşıyan bütün töycü növləri “ixracat” və
“əvazirat”a daxil edilmişdi. Rüsum – dövlət canişinləri və ruhanilər üçün
natura ilə alınan vergi idi. Səvari-əhalinin hakim sülalənin üzvlərinə-
sərkərdələrə, yeni fəth edilmiş yerlərə gələn tanınmış adamlara (Novruz
bayramı münasibətilə) verdiyi hədiyyə idi. O, bəzən novruzi adlanırdı.
Tərh dövlətə və feodala məxsus olan malın bazar qiymətindən yuxarı
zorla kəndliyə satılması və yaxud, dövlətə və feodala lazımi olan malın
bazar qiymətə alınması idi. Dəstəndaz-aşağı səviyyəli dövlət icraedici
şəxslərin xidmətinə verilən vergi idi. Başpulu-yetkin kişi cinsinə mənsub
şəxslərdən alınırdı. Otaqxərci (həmçinin yurtanə)-hər evdən, hər ailədən
alınan vergi idi. Cizyə-xristianlardan alınırdı. Biyar-kəndlinin feodal və ya
dövlət üçün zorla, pulsuz işləməsi idi. Bütün ailə üzvləri növbə ilə 2
gündən 6 günə qədər biyara getməli idi. Çərik – döyüşən orduya kənar
vilayətlərdən göndərilənlərdən alınırdı. Bunlardan başqa tüstü pulu, alaçıq
pulu və s. alınırdı.
XVII əsrdə vergi və mükəlləfiyyətlərin sayı 35-ə çatmışdı. Onların
arasında natural səciyyə daşıyanlar üstünlük təşkil edirdi. Ölkədə əmtəə-
pul münasibətləri inkişaf edirdi. Dövlət xəzinəsinin müflisləşməsi ilə
əlaqədar olaraq vergilərin məbləği kəskin surətdə artırılmışdı.
1699–1702-ci illərdə əhalinin yeni siyahıyaalınması keçirildi. Bu
siyahıyaalınma zamanı vergilər 3 dəfə artırıldı.
XVIII əsrin I yarısında vergi və mükəlləfiyyətlərin ağırlığı rəiyyət və
elatların boynuna düşürdü. İranda mövcud olan vergilər Azərbaycanda da
tətbiq olunurdu: torpaq vergiləri (malcəhət, uşr, çobanbəyi), adambaşına
alınan vergi (sərşomari, cizyə), qoşunları saxlamaq üçün (ulufa, sursat,
Dostları ilə paylaş: |