Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   29   30   31   32   33   34   35   36   ...   72

 
98 
təşkil olunmasına başladı.  
ADR-də hüququn mənbələri Milli Şuranın qərarları, Azərbaycan 
parlamentinin qanunları, Nazirlər Kabinetinin qanun qüvvəli aktları, qərar 
və  sərəncamları, Bakı Soveti və çar Rusiyası dövründə  qəbul edilmiş 
qanun, qərar, sərəncam və müxtəlif məcəllələrin yeni şəraitə uyğun-
laşdırılmış formaları olmuşdur.  
Azərbaycan hökuməti torpaq islahatlarına xüsusi diqqət verirdi. O, 
1918-ci il iyunun 22-də Zaqafqaziya seyminin torpaq islahatları haqqında 
qəbul etdiyi qanunun icra olunmasını dayandırdı. Qərara görə, 
Müəssisələr Məclisi çağırılana qədər torpaq islahatları keçirilmirdi. Qərar 
verilənə  qədər tutulmuş torpaqlar müvafiq strukturlara qaytarılırdı. 
Əkinçilik Naziri X. Sultanova Müəssisələr Məclisinin müzakirəsinə 
çıxarılacaq aqrar məsələlərlə bağlı materialları toplamaq, torpaq 
komitələrinin yenidən qurulması  və ya ləğv edilməsi təkliflərini 
hazırlamaq tapşırıldı.  
24 fevral 1919-cu ildə hökumət  Əkinçilik Nazirliyində aqrar 
islahatlar və su təsərrüfatı üzrə  şöbənin yaradılması barədə  qərar qəbul 
etdi. Eyni zamanda hökumət aqrar islahatları sürətləndirmək məqsədi ilə 
həmin ilin iyunun 6-da Əkinçilik Nazirliyinə  hərtərəfli yardım 
göstərilməsi barədə  qərar verdi, Əkinçilik Nazirliyinə iyunun sonlarına 
qədər aqrar layihəni Nazirlər Kabinetinin müzakirəsinə çıxarmaq tapşırığı 
verildi.  
Parlamentin  ən böyük fraksiyalarından olan “Müsavat” partiyası 
aqrar islahatlar “Əsasnaməsi”nin layihəsini hazırlayıb parlamentə təqdim 
etmişdi. Layihəyə görə hüquqi və fiziki şəxslər üçün müəyyən edilmiş 
normadan artıq olan torpaq sahələri alınaraq dövlət xəzinəsi fonduna daxil 
edilirdi.  
Torpaqsız və aztorpaqlı oturaq əhaliyə, həmçinin onlara bərabər fiziki 
və hüquqi şəxslərə dövlət xəzinəsi fondu hesabından müəyyən edilmiş 
normaya uyğun torpaq ayrılırdı.  
Əsasnamənin layihəsində respublikanın maldarlıqla məşğul olan 
köçəri əhalisinə veriləcək torpaq payları da tənzimlənirdi.  
Dövlət tərəfindən normadan artıq torpaq mülkü olan fiziki və hüquqi 
şəxslərdən kəsilib götürülmüş fonddan torpaqsız və ya aztorpaqlı əhaliyə 
verilmiş  ərazilərin yeraltı  sərvətləri (yerin təki) yalnız dövlətə  məxsus 
hesab edilirdi.  
Respublikada su ehtiyatlarından istifadə, suvarma sistemləri, qurğular 


 
99 
və s. kimi problemlərin hüquqi nizamlanmasının  əsasları yeni qanun-
vericilik qəbul edilənə  qədər  əvvəlki qaydada saxlanılırdı.  Əsasnaməyə 
görə respublika əhalisi üçün ayrılan torpaq fonduna həm kənd, həm də 
şəhərətrafı yaşayış yerlərinin sahələri daxil edilirdi. Şəhər  ətrafında 
yerləşən, lakin şəhər mülkiyyətinə daxil edilməyən torpaqlardan istifadəyə 
icazə verilirdi.  
Torpaq islahatına görə, bu vaxta qədər fiziki və hüquqi şəxslərə 
məxsus olmuş normadan artıq torpaqlar, həmçinin digər fondlardan 
kəsilib götürülən və  aşağıda göstərilən torpaqlar yenidən bölüşdürül-
məyərək həmişəlik dövlət xəzinəsinə daxil edilirdi: a) meşələr; b) 
yaylaqlar və qışlaqlar; c) meliorasiya və digər texniki üsullardan istifadə 
etməklə qurudulan, habelə yararsız olan torpaqlar; ç) məscid və kilsəyə 
məxsus vəqf torpaq mülkiyyəti; d) aqrokimyəvi idarələrin istifadəsində 
olan torpaqlar, həmçinin təhsil müəssisələrinə, mədəni-maarif, xeyriyyə, 
xəstəxana, hərbi idarələr və digər ümumdövlət  əhəmiyyəti kəsb edən 
ictimai təşkilatlara məxsus torpaqlar; e) dağ-mədən sənayesi üçün istifadə 
edilən torpaqlar; ə) mineral sular və müalicə  əhəmiyyətli torpaqlar (belə 
ərazilərin sanitariya cəhətdən qorunması üçün və kurort təsərrüfatının 
yaradılması məqsədilə ətraf ərazilərə məxsus olan torpaqlarla birlikdə); f) 
təbiət və qoruq abidələrinə daxil olan torpaqlar; g) tarixi və arxeoloji 
əhəmiyyətli  şəhər məskənləri, yaşayış yerləri, qazıntı aparılan sahələr, 
məscid, kilsə və digər abidələrə yaxın ərazilər, qalalar və onlara bərabər 
tarixi abidələrin  əraziləri, kənd təsərrüfatı  təcrübəsi aparmaq və digər 
ictimai əhəmiyyət kəsb edən torpaqlar.  
Fərdi sahibkara məxsus həyətyanı sahələri və bağların aşağıda 
göstərilən normalardan çox olan hissələri dövlət tərəfindən özgənin-
kiləşdirilirdi: kənd yerləri üçün 25 desyatindən 75 desyatinə  qədər olan 
bağlar və  həyətyanı sahələr,  şəhər  ərazilərində isə 5 desyatindən 7,5 
desyatinə qədər olan sahələr.  
Sahibkarlar üçün saxlanılmış torpaqların ölçüləri qəza komissiyaları 
tərəfindən müəyyən edilir və  təsdiq edilmək üçün Əkinçilik Nazirliyi 
nəzdindəki şuraya göndərilirdi.  
Aqrar islahatın həyata keçirilməsi Əkinçilik və Əmlak Nazirliyinə və 
onların yerlərdə  təşkil etdikləri qəza və rayon komissiyalarına həvalə 
edilirdi. Qəza komissiyaları  qəza idarə orqanları  tərəfindən, hər kənd 
cəmiyyətindən iki nəfər olmaq şərtilə, çağırılan qəza yığıncağında 
seçilmiş 10 nəfərdən ibarət tərkibdə olurdu. Rayon komissiyalarının 


 
100 
tərkibi isə  Əkinçilik Nazirliyi tərəfindən müəyyən edilmiş  ərazilər üzrə 
bölüşdürülərək hər birindən bir nəfər olmaq şərtilə kəndlərdən seçilirdi.  
Bu komissiyanın tərkibinə rayon üzrə keçirilmiş yığıncaqda seçilən 6 
nəfər nümayəndə də daxil edilirdi.  
Parlamentin aqrar komissiyasının qərarı ilə Zaqafqaziya Komis-
sarlığının 16 dekabr 1917-ci il tarixli Əsasnaməsində  nəzərdə tutulan 
xəzinə, xanədan, kilsə, monastır, həmçinin hüquqi şəxslər və sahibkarlara 
məxsus torpaqların torpaq komitələrinə verilməsi və Zaqafqaziya 
Seyminin 7 mart 1918-ci il tarixli torpaq normalarının müəyyən edilməsi 
haqqında islahat proqramının icra edilməsi Azərbaycan Respublikası 
ərazisində dayandırılırdı.  
 
3.10. Azərbaycanda vergi və mükəlləfiyyətlər tarixinə ekskurs  
 
Vergilər müəyyən edilmiş qanun çərçivəsində  təsərrüfat sub-
yektlərindən və  əhalidən dövlət tərəfindən alınan icbari ödənişlərdir. 
Vergilər dövlətin yarandığı gündən cəmiyyətdə iqtisadi münasibətlərin 
zəruri həlqəsini təşkil edir. Vergilərin mövcudluğu ilkin ictimai istehlak 
ilə  əlaqədardır. Dövlət quruluşunun inkişafı  və  dəyişməsi ilə  əlaqədar 
olaraq vergi sistemində  də  dəyişikliklər baş verir. Müasir sivilizasiyalı 
cəmiyyətdə vergilər dövlət gəlirlərinin  əsas formasını  təşkil edir. Vergi 
mexanizmindən dövlətin cəmiyyətə iqtisadi təsiri üçün istifadə edilir. 
Alimlərimizdən Z.M.Bünyadovun, T.T.Mustafazadənin, T.Ə.Əzizo-
vun, A.A.Əlizadənin, R.Məhərrəmovun, R.M.Quliyevin tədqiqat işlərinin 
materiallarına istinadən tarixi keçmişimizə  nəzər salıb, Azərbaycan 
dövlətinin vergi sistemini və müxtəlif dövrlərdə mövcud olmuş vergi və 
mükəlləfiyyətlərin dövlət xəzinəsinə və əhalinin həyat səviyyəsinə təsirini 
təhlil edək. 
III-IV  əsrin I yarısında bütün Sasani dövlətində olduğu kimi 
Adurbadaqanda da (Azərbaycan nəzərdə tutulur) əhali sinfi strukturuna 
görə dörd zümrəyə bölünürdü: 1) kahinlər, 2) döyüşçülər, 3) katiblər, 4) 
vergiverənlər. 
Vergiverənlər zümrəsi özündə bütün zəhmətkeş  əhalini-  əkinçiləri, 
sənətkarları, eləcə  də ticarətlə  məşğul olanları birləşdirirdi. Bütün 
vergiverən zümrənin başında vastarioşansalar dururdu. 
Vergi və mükəlləfiyyətlər içərisində  ən mühümü qazidağ, maraq və 
xaraq idi. I Xosrovun vergi islahatından sonra qazidağ termini “can 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə