Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   25   26   27   28   29   30   31   32   ...   72

 
86 
çoxlu vergi və mükəlləfiyyətlər təyin edilirdi.  
Əfşar tayfasından çıxmış  məşhur sərkərdə Nadir İrandan  əfqan 
tayfalarını qovaraq II Təhmasibi taxtdan salmış və onun dörd aylıq oğlunu 
III Abbas adı ilə  şah elan etmişdi. 1736-cı ilin fevralında Muğanda 
keçirilən qurultayda vəfat etmiş kiçik yaşlı III Şah Abbasın yerinə Nadir 
şah seçilir. Səfəvi sülaləsi hakimiyyətdən uzaqlaşdırılır. 1747-ci ildə 
Nadir  şahın ölümündən sonra ayrı-ayrı xan, sultan, məlik və  bəylər öz 
müstəqilliyini qorumaq üçün vahid Azərbaycan dövləti yaratmaq siyasəti 
aparan xanlara qarşı çıxırdılar.  
Həmin dövrdə Şimali Azərbaycanda Şəki, Qarabağ və Quba, Cənubi 
Azərbaycanda isə Urmiya, Qaradağ, Xoy, Maku xanlıqları daha böyük 
əhəmiyyətli feodal dövlətləri idilər. Daha kiçik olan Qəbələ,  Ərəş,  İlisu, 
Qazax və  Şəmşəddil sultanlıqları Dağlıq Qarabağ  məlikləri xanlıqlardan 
asılı idilər.  
Feodal iyerarxiyasına xanlığın ali hakimi olan xan başçılıq edirdi. 
Xan dövlət başçısı kimi ən iri feodal idi. Onun geniş əkin sahələri, saysız-
hesabsız mal-qarası, ilxısı, dəyirmanları, kənd təsərrüfatı alətləri, qoşqu 
heyvanları  və s. var idi. Xandan sonra ikinci hakim silkə sultanlar və 
məliklər daxil idi.  
Hakim silkin əsas hissəsini bəylər və ağalar təşkil edirdi. Bəylərin iki 
qrupu fərqləndirilirdi: irsi və xidmətdə olan bəylər. Birinci qrupa daxil 
olanlar iri torpaq sahibliyinə malik olmaqla vaxtilə  Səfəvi  şahlarından 
bəylik titulu alanlar idi. İkinci qrupa xanın yanında xidmətdə olanlar
tiyuldarlar və hərbi sərkərdələr daxil idilər.  
Qazax,  Şəmşəddil və Borcalı sultanlıqlarında kəndliləri idarə etmək 
hüququ olanlar ağa adlanırdı. Onlar da bəylər kimi vergi və 
mükəlləfiyyətlərdən azad idilər. Kəndlərdən gələn gəlirin bir hissəsini 
özləri üçün istifadə etməklə  kənd  əhalisi ağaların xidmətində durmağa 
borclu idilər. Ağalara kəndlərin idarə edilməsi bəzən ömürlük və 
vərəsəliklə verilirdi.  
Lakin feodallar sinfinə yüksək rütbəli müsəlman ruhaniləri də daxil 
idi. Onlar vergi və mükəlləfiyyət ödəməkdən azad edilmişdilər. Onların 
əsas gəlir mənbələri vəqf  əmlakı  və dini rüsumlar idi. Ölkə xanları bu 
ruhanilərə imtiyaz kimi torpaqlar və  kəndlər də bağışlayırdılar. 
Xanlıqlarda xüsusi imtiyazlı silk olan maaflar fərqləndirilirdi. Onlar vergi 
və mükəlləfiyyətdən azad edilib, əvəzində xanın qoşununda xidmət 
edirdilər. Bəzən maaflar öz ictimai vəziyyətlərinə görə  bəylərdən sonra 


 
87 
aşağı  səviyyədə duran kiçik torpaq sahibləri idilər. Üzərinə qoyulan 
vəzifəni yerinə layiqincə yetirsin deyə xan onlara torpaq sahəsi də 
bağışlayırdı. 
Azərbaycan xanlıqları dövründə əhalinin əsas kütləsini bir neçə qrupa 
bölünən kəndlilər təşkil edirdi. Kəndlilərin  əksəriyyəti divan, xassə, 
sahibkar və vəqf torpaqlarında sakin olan rəiyyətdən ibarət idi. Rəiyyətin 
öz təsərrüfatı və torpaq sahəsi, əmək alətləri və iş heyvanları var idi. Onlar 
feodalın xeyrinə vergi verməli və mükəlləfiyyətlər yerinə yetirməyə 
borclu idilər. Rəiyyətin iki kateqoriyası  fərqləndirilirdi. Belə ki, dövlət 
(xəzinə) torpaqlarında və mülkədar torpaqlarında işləyən rəiyyətlər 
müxtəlif dərəcədə istismar olunurdular.  
 Rəiyyətlərdən fərqli olaraq rəncbərlər torpağa deyil, şəxsən 
feodallara təhkim olunmuşdular. Onların xeyli hissəsi kənd icmalarına 
daxil deyildi. Daha ağır istismara məruz qalan rəncbərlərin öz torpaq payı, 
alətləri, təsərrüfatı yox idi. Bəylər rəncbərləri hər cür iş görməyə məcbur 
edə bilərdilər. Rəncbərlər feodalların təsərrüfatında işləyir, taxıl əkir, mal-
qara saxlayır və pambıq istehsalı ilə  məşğul olurdular. Hətta rəncbərlərə 
sahib olmaq haqqında bəylərə rəsmi vəsiqə-təliqə də verilirdi.  
Rəncbərlər ayrı-ayrı xanlıqlarda müxtəlif öhdəlik funksiyalarını 
yerinə yetirirdilər. Talış xanlığında rəncbər  əkər adlanırdı. Onların 
əməyindən  əsasən çəltik becərilməsində istifadə olunurdu. Xanlar mahal 
naiblərinə, bəylərə, qazılara və  hətta kəndxudalara rəncbər paylayırdılar. 
Əvəzində katibdən tutmuş  kəndxudalara qədər inzibati qulluqda olan 
şəxslərin çoxu öz xidmətinə görə  xəzinədən pul almayaraq, rəncbərlərin 
əməyindən istifadə edirdilər. 
Xanın  əmri ilə  hər bir rəiyyət rəncbərə çevrilə bilərdi ki, bu da 
rəncbərlərin sıralarının artmasına səbəb olurdu. Rəncbərin sayı  təkcə 
rəsmi yolla deyil, digər formada da artırdı. Belə ki, öz şəxsi 
təsərrüfatından məhrum olaraq, məhsuldan pay vermək  şərti ilə 
feodalların torpaqlarını icarəyə götürməyə  məcbur olan yoxsullaşmış 
rəiyyətlər rəncbərə çevrilirdi. Belə hallarda feodallar məhsulun altıda iki 
hissəsindən ikidə bir hissəsinə  qədərini rəncbərlərə verirdilər. Başqa 
xanlıqlardan gələn qaçqınlar və  hərbi  əsirlər də  rəncbərlərin sıralarını 
artırırdılar.  
Rəncbərlər təhkim olunduqları  təsərrüfatı özbaşına tərk etmək 
hüququndan məhrum idilər. Feodallar isə istədikləri kimi rəncbərləri bir 
yerdən digər yerə köçürə bilərdilər. Feodallıqlarda rəncbərlər institutunun 


 
88 
meydana çıxması Azərbaycan kəndlilərinin daha da yoxsullaşması 
prosesinin nəticəsi idi.  
Kənd əhalisinin tərkibinə köçəri elatlar adlanan maldarlar daxil idilər. 
Onlar köçəri tayfa əyanlarından asılı idi. Elatlar tədricən oturaqlığa keçir, 
maldarlıqla yanaşı, əkinçiliklə də məşğul olmağa başlayırdılar. Lakin bir 
sıra vergi və mükəlləfiyyətlərdən azad olduqlarına və  əhalinin köçəri 
hissəsinin vəziyyəti nisbətən yaxşı olduğuna görə bu proses ləng inkişaf 
edirdi.  
XVIII  əsrdə  kənd icması üzvlərinin də  vəziyyəti yaxşı deyildi. Bir 
çox ailələr feodallardan asılı idilər.  İcmaların asılı  kəndlilərə çevrilmə 
prosesi Azərbaycanın, demək olar ki, bütün xanlıqlarında baş verirdi. 
İcmaçıların nökərlərə çevrilməsi halları da olurdu.  
Xidmət  əvəzinə verilən torpaqlar tiyul adlanırdı. Xan tiyul 
paylayarkən xüsusi vəsiqə-təliqə verirdi. Tiyuldarın varislik hüququ xan 
tərəfindən formal olaraq təsdiq edilirdi. Qarabağ, Naxçıvan, Quba xanları 
və başqa xanların fərmanlarında tiyul mükafatı renta və ya onun bir 
hissəsini almaq hüququ ilə bərabər, qışlaqlara və yaylaqlara, habelə qışlaq 
və yaylaqlarda sakin olan kəndlilərə də aid olurdu.  
Quba xanlarının fərmanlarından aydın olur ki, tiyul sahiblərinin – 
tiyuldarların, onların  şəxsi asılılığına verilən adamları öz ixtiyarında 
saxlamaq hüququ mövcud olmuşdur. Belə hüquqlara başqa dövrlərin tiyul 
vəsiqələrində də təsadüf edilirdi.  
Bu dövrdə mülk torpaq sahibliyi olduğu kimi qalmışdır. Mülk 
sahibləri xana qulluq etməyə borclu deyildilər, lakin əksər hallarda 
aldıqları  gəlirin bir hissəsini vergi olaraq dövlətin xəzinəsinə verməli 
idilər. Mülk sahiblərinin çox az hissəsi vergi verməkdən azad idi. 
Mülkədarların bu qrupu mülk-xalisə sahibləri adlanırdılar. Xanlıqlarda 
mülk torpaq mülkiyyəti geniş yayılmışdı.  Şəriət məhkəmələrinin 
qərarlarında, bəzən isə xanların fərmanlarında və digər sənədlərdə çoxlu 
mülk alınıb-satılmasına rast gəlinirdi. Torpaqlarla bərabər, suvarma 
arxları və kəhrizlər də satılırdı.  
Azərbaycan xanlıqlarında vəqf torpaqları və vəqf mülkiyyəti əvvəlki 
dövrlərdə olduğu kimi qalmaqda davam edirdi. Belə ki, Şuşa 
məscidlərinin çoxlu torpağı, dükanı  və evi var idi. Bakı yaxınlığındakı 
böyük torpaq sahələri Bibiheybət şeyxlərinin vəqf yerləri sayılırdı.  
XVIII  əsrdə  kənd icmalarına məxsus torpaqlar daha çox camaat 
torpaqları kimi tanınırdı. Məmurlar və adlı-sanlı adamlar, köçəri tayfa 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə