Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   24   25   26   27   28   29   30   31   ...   72

 
83 
bəylərbəyləri hətta tiyul bağışlamaq səlahiyyətinə malik idilər ki, bu da 
son olaraq mərkəzləşdirmə siyasətinə mənfi təsir göstərirdi.  
 XVI əsrin ortalarından başlayaraq tiyul paylanması o qədər də böyük 
əhəmiyyət kəsb etmirdi. Belə ki, böyük tiyullarla yanaşı, kiçik bir kəndin 
də tiyula verilməsi bəxşiş hüququna verilməsi kimi idi. Həm də yeni 
bağışlamalar həmin  ərazidən yığılan vergi məbləğinin müvəqqəti 
mənimsənilməsini bildirirdi.  
Torpaq sahibliyi və mülkiyyət  əsasında formalaşmış mülk (mülk 
hüququ), daşınmaz  əmlaklar üzərində, məsələn, bağlar, üzümlüklər, 
həyətyanı sahələr, dəyirmanlar, suvarma kanalları və s. üzərində sahibliyi 
bildirirdi. Bu mülkiyyət sahibləri mülkdən istifadəyə görə dövlət 
xidmətində olmağa məcbur edilə bilməzdilər. Mülk sahibinə (malik və 
yaxud mülkədara)  əmlakdan istifadəyə görə  kəndlilər tərəfindən renta 
ödənilirdi. Tiyul və soyurqallardan fərqli olaraq mülk əmlakı  sərbəst 
satıla, bağışlana, başqasına varislik əsasında verilə bilərdi. Mülkədar 
torpaqlarından yığılan məhsulun renta vergisi 10%-dən 20%-ə qədər təşkil 
edirdi. Mülk təkcə torpaq deyil, suvarma sistemləri də ola bilərdi. Fiziki 
şəxs feodal tərəfindən çəkilmiş kanaldan istifadəyə görə, mülk sahibinə 
isə mülkiyyətdən istifadəyə görə renta verməli idi.  
Səfəvilər dövlətində  vəqf torpaq sahibliyi və  vəqf mülkiyyəti çox 
geniş yayılmış feodal-ruhani mülkiyyəti forması idi. Səfəvilər sülaləsi 
hakimiyyətə gəlməmişdən əvvəl onların Ərdəbil, Marağa, Muğan və Talış 
ərazilərində iri vəqf mülkləri olmuşdur.  Əmir Teymur vəfat etməmişdən 
əvvəl Səfəvilər nəslinə  vəqf olaraq müəyyən  əmlak və torpaq vəsiyyət 
etmişdi. Vəqf təsisatı  Səfəvilər hakimiyyətə  gəldikdən sonra xüsusilə 
geniş yayıldı.  Şiəliyi dövlət dini elan edən Səfəvilər sülaləsindən olan 
şahlar onun hər yerdə genişləndirilməsində maraqlı idilər. Buna görə  də 
onlar ruhaniləri öz tərəflərinə  çəkməyi zəruri sayır, ruhanilərə  sərəncam 
verdikləri vəqflər bağışlayırdılar.  
Vəqflər, adətən, vergi və inzibati toxunulmazlıq hüququndan istifadə 
edir, çox nadir hallarda müsadirəyə məruz qalırdılar. Bəzən feodallar bu 
yolla öz mülkiyyətlərini şiə ruhanilərinin etibarlı mühafizəsi altına keçirir 
və öz soyadının ardınca mütevəlli (vəqf işləri müdiri) vəzifəsini 
yazdırmaqla xəzinəyə ödəyəcəyi vergilərdən yayınırdılar.  
Kənd icmasının-camaatın istifadə etdiyi torpaq camaat torpağı 
adlanırdı. İcmanın başçısı ağsaqqal hesab olunurdu.  
O, vergiləri bölüşdürür, toplayır,  əvəzində  məhsulun müəyyən 


 
84 
hissəsini alırdı.  İcmada  əkinçiliklə yanaşı, sənətkarlıq da müəyyən yer 
tuturdu. XVI əsrdə natural təsərrüfatın hökm sürdüyü şəraitdə icma 
kəndlilərin ehtiyaclarını pulsuz ödəmək üçün sənətkarları icma kollektivi 
hesabına saxlayırdı.  İcma kənd təsərrüfatında  əmək alətlərinin geriliyinə 
səbəb olur, daha da mütərəqqi ictimai münasibətlərin inkişafına  əngəl 
törədirdi.  
XVI-XVII əsrlərdə Azərbaycan əhalisinin əsas məşğuliyyəti, əvvəllər 
olduğu kimi, əkinçilik idi. Kəndlilərin əsas hissəsi dövlətdən, feodallardan 
və digər torpaq mülkiyyətçilərindən ağır  şərtlərlə icarəyə götürdükləri 
torpaqlarda yaşayır və onu becərirdilər. Yalnız torpaqlar deyil, suvarma 
kanalları və su ehtiyatları da feodalların mülkiyyəti sayılırdı.  
Kəndlilərin bir neçə kateqoriyası mövcud idi. Birinci kateqoriyaya 
varlı  kəndliləri aid etmək olar. Əvvəllər icma üzvləri olan bu təbəqə 
tədricən varlanaraq kiçik torpaq mülkiyyətçilərinə çevrilmişdilər. 
Həmçinin kəndlə  şəhər arasında kənd təsərrüfatı  məhsulları ilə ticarət 
edən, sələmçiliklə məşğul olan, kənddə kiçik inzibati vəzifələr tutan və öz 
həmkəndlilərini istismar edən kəndliləri də bu kateqoriyaya daxil etmək 
olar.  
Kəndlilərin ikinci kateqoriyasını icma üzvü olan azad kəndlilər təşkil 
edirdi. İri feodallardan asılı olan azad kəndlilər torpaq rentası və xəzinəyə 
vergi ödəyirdilər. Lakin birinci və ikinci kateqoriyaya aid kəndlilərin sayı 
Səfəvilər dövründə xeyli azalmışdı.  
Kənd əhalisinin əsas hissəsini isə yarıdar kəndlilər təşkil edirdi. Onlar 
feodal torpaqlarında çoxsaylı mükəlləfiyyətlər yerinə yetirirdilər. 
Yarıdarlar kateqoriyası aztorpaqlı və torpaqsız kəndlilərdən ibarət idi. Bu 
kateqoriyadan olan kəndlilər “rəiyyət” adlanırdılar.  
Yarıdar kəndlilər öz növbəsində müxtəlif təbəqələrə ayrılırdılar. 
Əkinçilik texnikası və iş heyvanları olan və özünəməxsus əmək alətləri ilə 
feodalın verdiyi torpaq payını  əkib-becərən kəndlilər hampa adlanırdı. 
Hampanın ən azı cüt adlanan iki öküzə və avadanlığa malik olmağı vacib 
idi. Cütlərinin saylarından asılı olaraq hampalar böyük və kiçik təbəqələrə 
ayrılırdılar.  
Yarıdar kəndlilərin ikinci kateqoriyasını  təşkil edən,  əmək alətləri 
olmayan və yalnız feodalın verdiyi avadanlıqlarla torpağı becərən, 
əvəzində isə cüzi miqdarda məhsul payı olan kəndliləri rəncbərlər 
adlandırırdılar.  
Yoxsul kəndlilərin digər kateqoriyasını (qarovulçular, çobanlar, 


 
85 
bağbanlar, qulluqçular) yardımçı kənd təsərrüfatı işləri ilə məşğul olan və 
qara, bekar, qərib, xoşnişin adlanan kəndlilər təşkil edirdi. Bəzən ümumi 
əkər adı ilə tanınan bu kateqoriyadan olan yoxsullar məhsulun yalnız 
30%-ni ala bilərdilər.  
Səfəvilər dövründə  kəndlilərin torpağa təhkim edilməsi barədə 
qaynaqlarda yalnız bir sənəd var. l6l2-ci ildə I Şah Abbasın ramazan 
ayında (7 noyabr-7 dekabr) verdiyi fərmanda qeyd edilirdi ki, bundan 
sonra kəndlilər 12 il müddətinə torpağa təhkim edilə bilərlər.  
Kənd  əhalisinin daha bir kateqoriyasını yarımköçəri həyat keçirən 
maldar elatlar təşkil edirdilər. Elatlar şah ordusuna hərbi xidmətə 
çağırılırdılar. Lakin oturaq əhaliyə nisbətən elatlardan vergi və 
mükəlləfiyyət çox az miqdarda alınırdı. 
 
3.7. XVIII əsrdə Azərbaycanda torpaq münasibətləri 
 
Hələ l700-ci ildən rus çarı I Pyotr Cənubi Qafqazla maraqlanmağa 
başlamış, l7l6-cı ildə xüsusi ekspedisiyanın vasitəsi ilə  Xəzərsahili 
vilayətlərin  ətraflı  təsvirini xəritəyə köçürtdürmüş, bu yerlərə yürüş 
etməyə gizli hazırlıq görürdü.  
l722-ci ilin yazında I Pyotr böyük bir qoşunla Həştərxandan yürüşə 
başlayır. O, Azərbaycan dilində “Manifest” nəşr etdirərək  Şirvana və 
Xəzərsahili vilayətlərə göndərir. l723-cü ildə  Dərbəndin, Bakının, 
Salyanın və  Rəştin tutulması ilə  Xəzərsahili vilayətlərin Rusiyaya 
birləşdirilməsinin birinci mərhələsi başa çatır.  
Lakin həmin  əsrin 20-30-cu illərində Azərbaycan  əhalisinin güclü 
müqavimətinə rast gələn Rusiyanın bu işğalçılıq niyyəti düz bir əsr 
ləngidildi.  
l723-cü ilin yazında Türk ordusu Kartli və Kaxetiyanı tutub, Gəncə, 
Şamaxı  və Bakı üzərinə  hərəkət etdi. Bu Rus dövlətinin mənafeyi üçün 
ciddi təhlükə yaratdığından, l724-cü ilin iyunun 12-də Rus hökuməti 
Türkiyə ilə sülh imzalamaqla, 1723-cü il 12 sentyabr Peterburq 
müqaviləsinin şərtlərini təsdiq etdi. Həmin müqavilə ilə Rusiya Dərbənd, 
Bakı, Salyan, Lənkəran, Rəşt,  Ənzəli və s. ərazilərin ona ilhaq edilməsi 
faktının qəbul olunmasına nail oldu.  
Tarixdən məlum olduğu kimi, 1724-cü ilin avqustunda türk qoşunları 
Naxçıvanı, 1725-ci ilin iyulunda Təbrizi, həmin ilin dekabrında Ərdəbili 
ələ keçirib. Azərbaycanın bu torpaqlarında türk inzibati idarələri yaradılır, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə