Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   23   24   25   26   27   28   29   30   ...   72

 
80 
oğula keçirdi. Lakin torpaqların özgəninkiləşdirilməsinə qanunla icazə 
verilmirdi. Hərbi xidməti buraxıb mülki xidmətə keçən hərbçilərdən 
iqtalar geri alınırdı. 
 
3.5. XV əsrdə Azərbaycanda torpaq münasibətləri  
 
XV  əsrdə Azərbaycan dövlətlərində monqolların hakimiyyəti 
dövründə olan feodal üsul-idarəsi inkişaf etməkdə idi. Hakim feodal sinfi 
əsasən 4 qrupa bölünürdü: birincisi qədim yerli oturaq əyanlardan 
(məliklər), ikincisi, köçəri tayfaların hərbi  əyanlarından (əmirlər), 
üçüncüsü, ali mülki bürokratiyadan ibarət məmurlardan və dördüncüsü, 
ali müsəlman ruhanilərdən ibarət idi.  
XV  əsrdə Azərbaycan feodal dövlətlərində XIII-XIV əsrlərdə  tətbiq 
edilən feodal torpaq mülkiyyəti formaları saxlanılmışdı. Bu dövrdə dövlət 
torpağı-divan, dövlət başçılarının və ailə üzvlərinin xüsusi torpağı-xassə, 
feodalların torpağı isə-mülk adlanırdı. Mülkədar torpaqları irsi olmaqla 
nəsildən-nəslə keçirdi. Dini idarələrə  məxsus vəqf yerləri və torpaqları 
vəqflərə aid idi. Kənd icmalarının istifadəsində olan torpaqlara 
çəmənliklər, meşələr, otlaqlar, biçənəklər və s. aid idi 
XV əsrdə əvvəllər mövcud olan “iqta” torpaq mülkiyyəti soyurqalla 
əvəz edilir. Monqollar dövründə yaranan soyurqal ilk vaxtlar elxana yaxın 
olan adamlara bəxşiş kimi verilirdi. Dövlət soyurqal adı ilə müəyyən 
adamlara torpaq bağışlayırdı. Burada “soyurqal” hökmdarın rəiyyətinə 
verdiyi hər cür “hədiyyə” mənasında işlənirdi. Soyurqalın Azərbaycanda 
hökmdar tərəfindən irsi olaraq hərbi xidmətdə olanlara verilən mülk 
mənasında işlədilməsinə ilk dəfə XIV əsrin son rübündə rast gəlinir, XV 
əsrdə Qaraqoyunlu və Ağqoyunlu padşahları soyurqal verir, bəzi keçmiş 
soyurqalları isə yenidən təsdiq edirdilər. 
Soyurqal da iqta kimi irsi olaraq nəsildən-nəslə keçən mülk idi. Qeyd 
etmək lazımdır ki, 1408-ci ildə Qaraqoyunlu Qara Yusifteymurilər 
üzərində  qəti qələbə çaldıqdan sonra bir çox əmirlərə, o cümlədən 
Şəmsəddin Ruzəkiyə verdiyi soyurqal hüququ haqqındakı  fərmanla ona 
verilən soyurqal, sonralar o, xəyanətdə ittiham edilərək edam edilsə  də, 
bütün XV əsrdə onun nəslinin  əlində qaldı. Lakin kütləvi  şəkildə 
paylanılan soyurqallar mərkəzi hakimiyyəti zəiflədirdi.  
İqta üsulunda olduğu kimi, soyurqal sahibinə  də maaf, yəni vergi 
imtiyazı (güzəşt) verilirdi. İmtiyazı olan soyurqal sahibinin rəiyyətləri 


 
81 
tərəfındən keçmişdə  xəzinəyə (divana) verilən vergilər ləğv edilmirdi, 
lakin bu vergilərin toplanması hüququ soyurqal sahibinin ixtiyarına 
keçirdi.  
Soyurqal sahibləri iqta sahiblərinə nisbətən daha artıq hüquqa malik 
idilər. Bir çox hallarda soyurqal sahəsinin geniş olması onu iqtalardan 
fərqləndirirdi. Soyurqal torpağında mövcud mənsəb sahibləri soyurqal 
sahibinə tabe idi. Hətta mərkəzi idarələrin məmurlarına belə, soyurqal 
torpağına daxil olmaq qadağan edilmişdi.  
XV  əsrdə Azərbaycanın  ən qüdrətli dövlətləri  Şirvanşahlar, 
Qaraqoyunlu və Ağqoyunlu dövlətləri olmuşdur. Həmin dövrdə hüququn 
inkişafında hökmdar fərmanları  və qanunvericilik aktları, xüsusilə  də 
Ağqoyunlu padşahları Uzun Həsənin “Qanunnaməsi” və Gödək Əhmədin 
islahatları hüququn mənbəyi kimi təqdirə layiqdir.  
Digər tərəfdən XIV əsrin sonları-XV əsrin əvvəllərində Azərbaycanı 
işğal edərək öz hakimlərini buraya təyin etmiş Əmir Teymurun “Tüzükat-
i Teymuri” (“Teyrnur Qanunnaməsi”) adlı qanunnaməsi bütün imperiya 
ərazisində, o cümlədən Azərbaycanda da hüquqi qüvvəyə malik olmuşdur. 
 
3.6. XVI-XVII əsrlərdə Azərbaycanda torpaq münasibətləri  
 
Səfəvilər sülaləsinin nümayəndəsi olan İsmayıl  Şirvanşah Fərrux 
Yassarı  və  Ağqoyunluları  məğlub edərək vahid Azərbaycan-Səfəvilər 
dövlətini yaratdı (150l-l736-cı illər). Bu dövrlərdə  Səfəvilər dövlətində 
müsəlman hüququ ictimai münasibətləri, o cümlədən torpaq 
münasibətlərini tənzimləyən əsas mənbə idi. Hüququn digər mənbəyi kimi 
şah fərmanları ilə yanaşı,  Şah I Təhmasibin “Dəstur-əl-əməl  şah 
Təhmasib”, I Şah Abbasın islahatları, I Şah Hüseynin vergi siyasəti böyük 
rol oynamışdır, Səfəvilər dövründə hakim feodal sinfi beş qrupdan ibarət 
idi: 1) Səfəvi  şahları  və sülalənin üzvləri; 2) şah qvardiyasından olan 
qızılbaş tayfalarının hərbi  əyanları; 3) iri torpaq sahələri və  vəqf 
mülkiyyəti olan ali şiə ruhaniləri; 4) mərkəzi və yerli bürokratiyanın yuxarı 
təbəqəsi; 5) oturaq əyanlar.  
Feodal iyerarxiyasının ən yuxarı pilləsini təşkil edən Səfəvi şahları ən 
iri torpaq mülkiyyətçiləri idilər.  Şah və onun sülaləsinin üzvləri  ən 
məhsuldar və  gəlirli torpaqların sahibləri olmaqla, Səfəvilərin  əski 
zamanlardan  Ərdəbildə  və onun ətrafındakı iri torpaq mülklərinə malik 
olmuşdular.  Əkinçilik və ticarətlə  məşğul olan Səfəvi sülaləsi qədim 


 
82 
oturaq feodal əyanlarına mənsub idilər.  
Səfəvilər dövlətində o dövrə  qədər formalaşmış torpaq mülkiyyəti 
kiçik dəyişikliklərlə olduğu kimi qalmaqalda idi: 1) dövlət xəzinəsinə 
malik torpaqlar (əraziyi divani); 2) şah və onun sülaləsinə məxsus mülklər 
(əraziyi xassə); 3) hərbi və ya mülki xidmət müqabilində verilən torpaqlar 
(soyurqal, tiyul); 4) xüsusi mülkiyyətdə olan torpaqlar (mülklər); 5) dini 
idarələrin mülkiyyəti (vəqf torpaqları); 6) kənd icmalarının mülkiyyətində 
olan torpaqlar (camaatideh).  
Səfəvilər dövləti mərkəzləşmiş feodal dövləti olduğundan onun 
dövlət torpaq mülkiyyəti fondu xeyli böyük idi. Şirvan və Şəki torpaqları 
da dövlətin mülkiyyətinə qatılmışdı. Xəzinə torpaqlarından gələn gəlir 
dövlət xərclərinin ödənilməsinə sərf edilirdi. Xassə torpaqlarından şəxsən 
şahın adında olan mülkiyyətin gəliri də  xəzinəyə daxil olurdu və  şahın 
sərəncamı ilə sülalənin üzvlərinə verilirdi. Şah ölkənin  ən münbit 
torpaqlarını divan və xassə mülkiyyətinə qatmışdı. Üçüncü kateqoriyaya 
daxil olan torpaqlar dövlət fondundan hərbi və mülki bürokratiya üçün 
ayrılırdı. Torpaq sahiblərinə mülkiyyət hüququ müvəqqəti, həmişəlik və 
vərəsəlik əsasında verilirdi. Şəraitdən asılı olaraq belə torpaqlar soyurqal, 
tiyul və bəzən də iqta adlanırdı.  
İlk Səfəvilər dövründə şərti torpaq mülkiyyətinin daha bir formasının 
– tiyulun meydana gəlməsi və XVI-XVI1 əsrlərdə geniş yayılması feodal 
torpaq sahibliyinin inkişafında  əhəmiyyətli rol oynayırdı. Soyurqal 
Azərbaycanda XV əsrdə mövcud olduğu  şəkildə irsi mülk sayılırdı  və 
vergi, inzibati məhkəmə toxunulmazlığını  nəzərdə tuturdu. Yeni 
yaradılmış tiyul torpaq sahibliyi isə soyurqalı  əvəz etməklə 
mərkəzləşdirmə siyasətinin mənafeyinə xidmət edirdi.  
Tiyulun ilkin iqtaya da uyğunluğu bildirilirdi. Belə ki, Səfəvilər 
dövründə tiyulun inkişafı onların dövlət torpaq sahiblərinə  və bu 
torpaqlarda işləyən kəndlilərin dövlət aparatının köməyi ilə istismar 
olunması sisteminə yardım etmək siyasəti ilə bağlı idi. Bu sistem yeni 
idarəetmə sistemi əsasında qurulsa da, əvvəlki əsrlərdə mövcud olmuş iqta 
torpaq sahibliyinin ilkin inkişaf pilləsinə yaxın idi. Tiyul sahibi (tiyuldar) 
ilk dövrlərdə idarəetmə  işinə qarışmayıb torpaqdan alınan vergilərin 
hesabına yaşayıb dövlət siyasətinə uyğun hərəkət edirdisə, sonralar 
tiyuldarlar mərkəzləşmə siyasətini heç də həmişə aparmırdılar.  
Səfəvilər dövlətində bəylərbəylik inzibati ərazi quruluşu yarandıqdan 
sonra bəylərbəylərinə  də geniş  səlahiyyət verilmişdi. Belə ki, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə