Microsoft Word yerqurulushunun elmi esaslari doc


Azərbaycanda quldarlıq və erkən feodalizm dövründə torpaq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   20   21   22   23   24   25   26   27   ...   72

 
71 
3.2. Azərbaycanda quldarlıq və erkən feodalizm dövründə torpaq 
münasibətləri  
 
Azərbaycan  ərazisində sinifli cəmiyyətin və dövlətin yaranması e.ə. 
III minilliyin sonundan başlamış, ilkin siyasi birləşmələr-tayfa ittifaqları 
yaranmışdır. E.ə. I minilliyin əvvəllərində isə Manna, Midiya, Atropatena, 
Albaniya kimi müstəqil dövlətlər tədricən formalaşmışdır. Quldarlıq 
dövrü dövlətlərini  əvəz etmiş feodal dövlətləri-Şirvanşahlar, Atabəylər, 
Elxanilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər və s. təşəkkül 
tapmışdır.  
Mannada torpaqlar dövlətin ümumi mülkiyyəti idi. Çar dövlətin 
torpaqlarının baş mülkiyyətçisi hesab edilirdi. Dövlətdə icma torpaqları 
ilə yanaşı, icma üzvlərinə  məxsus həyətyanı torpaqlar da mövcud idi. 
Qədim Midiyada isə sinfi təbəqələşmə nəticəsində silki fərqlər yaranmağa 
başladı. Əhali əsasən azad adamlara və qullara bölünürdü. Artıq dünyəvi 
və dini zadəganlar təbəqəsi formalaşmışdı.  İcma torpaqları  və xüsusi 
torpaqlar əsasən icma üzvü olan azad kəndlilərin ixtiyarında idi. Onlardan 
torpaqdan istifadəyə görə vergi alınırdı. İqtisadiyyatın inkişafı ilə əlaqədar 
olaraq  əmtəə  təsərrüfatları yaranır, sənətkarlıq və ticarət tərəqqi edir, 
ibtidai-icma qalıqlarına son qoyulurdu. Quldarlıq münasibətləri dövlət və 
məbəd təsərrüfatında özünü daha geniş büruzə verirdi. Məbədlərin də 
özlərinə məxsus torpaqları və təsərrüfatları mövcud olmuşdur. 
Sonradan Midiya iki hissəyə bölündü. Birinci hissəsi Böyük Midiya 
adlandırılırdı ki, onun da paytaxtı Ekbatan idi. İkinci hissəsi Midiya 
Atropatenası idi. Burada torpaq sahibləri  əsas etibarilə qul əməyindən 
istifadə edirdilər. Əhalinin digər bir qrupunu təşkil edən azad adamlar hər 
cür siyasi hüquqlardan məhrum idilər. Onların torpaq sahələri olmadığına 
görə bu hüquqlardan istifadə edə bilmirdilər. Asılı  əhali qrupunu isə 
əkinçilər təşkil edirdilər. Əmək alətlərindən, torpaq paylarından məhrum 
edilən bu təbəqə  ağa torpaqlarını  və  məbədlərə  məxsus torpaqları  əkib-
becərirdilər.  
Əhəmənilər dövlətində mövcud olan quldarlıq ictimai-iqtisadi 
münasibətləri Albaniyaya da təsir edirdi. Albaniyada əhali  əvvəlki 
dövrlərdə olduğu kimi əkinçilik və maldarlıqla məşğul olurdu. Aran-
düzən hissəsində  əkinçilik süni suvarma üsulunda aparılırdı. Albaniyada 
geniş  məbəd torpaqları mövcud olmuşdur. Burada işlədilən herodullar, 
demək olar ki, heç bir hüquqa malik deyildilər. Bir mülahizəyə görə 


 
72 
herodullar məbədə təhkim olunmuş kəndlilər, digər fikrə görə isə məbəd 
təsərrüfatının əsas istehsalçıları idilər. 
Maqların torpaqları  məhsuldar  ərazilərdə yerləşirdi. Ölkə  əhalisinin 
əksəriyyətini təşkil edən  əkinçilər  şəxsən azad olsalar da, əslində qullar 
kimi torpağa bağlı olub, mülklə birlikdə alınıb-satılırdılar.  Əkinçilər 
dövlət və əyanlara məxsus torpaqlarda mükəlləfiyyətlər yerinə yetirirdilər. 
Hökmdar dövlətə  sədaqətli olan əyanlara torpaq sahələri ayırırdı. 
Torpaqların icarəyə verilməsi halları çoxalmışdı ki, bu da quldarlıq 
istehsal üsulunun tənəzzülə uğraması ilə bağlı idi.  
 III-V  əsrlərdə Azərbaycan  ərazisində feodal torpaq sahibliyinin 
yaranması başlanmışdı. Feodal münasibətlərinin yeni səciyyəvi cəhətləri 
yaranırdı. Əvvəllər torpaq hökmdara, dini təşkilatlara, ayrı-ayrı quldarlara 
və icmalara məxsus idi. Belə torpaqlarda qulların, məcburi  əmək 
adamlarının, yəni hərbi  əsirlərin, borca düşmüş adamların, müflisləşmiş 
əkinçilərin və icma üzvlərinin  əməyindən istifadə edilirdi. Qul əməyinin 
az məhsuldar olduğu və ümumiyyətlə əməyin nəticələrində onun maraqlı 
olmadığı məlumdur.  
Ölkədə baş verən siyasi dəyişikliklər torpağın yüksək təbəqəli 
əyanların ixtiyarında cəmləşməsini sürətləndirirdi. Hökmdar torpaqları 
xidmət  əvəzinə  hərbçilərə  və dövlət məmurlarına paylanırdı. Xüsusi 
xidmətə görə paylanmış torpaqlar “feod” (“mülk”) adlanırdı. Feodal 
torpaqlarında kəndli  əməyindən geniş istifadə edilirdi. Kəndli feodaldan 
asılı  vəziyyətdə idi, çünki o, feodalın torpağını becərməli, məhsulun 
müəyyən hissəsini torpaq sahibinə verməli idi.  
Erkən feodalizm dövründə dövlət mülkiyyəti forması üstünlük təşkil 
edirdi. Lakin Atropatenanın və Albaniyanın ayrı-ayrı vilayətlərində 
dövlətə  məxsus torpaqların hökmdar nəslinin nümayəndələri arasında 
bölüşdürülməsi xüsusi torpaq sahibliyinin inkişafına təsir edirdi.  
Albaniyada torpaq üzərində xüsusi feodal mülkiyyəti iki formada 
mövcud idi. Birincisi,  icma torpaq sahibliyinin dağılması  və torpaqların 
dövlət tərəfindən hakim sinfin nümayəndələrinə mülk hüququnda 
paylanması nəticəsində meydana çıxmış şərtsiz və ya irsi torpaq sahibliyi 
(“dastakert”); ikincisi,  torpaqların dövlət tərəfindən hakim sinfin 
nümayəndələrinə vassal xidməti müqabilində müvəqqəti olaraq 
paylanması nəticəsində meydana çıxmış şərti torpaq sahibliyi (“xostak”).  
Adurbadaqanda da bu dövrdə icma torpaqları, hökmdarın  şərti 
mülkiyyət kimi bəxşiş verdiyi xüsusi sahibkar torpaqları, vilayətlərin irsi 


 
73 
sahibləri olan iri feodalların torpaqları  və  məbəd torpaqları mövcud idi. 
Lakin III əsrin birinci rübündə  İranda hakimiyyətə  gələn Sasanilərin 
Adurbadaqanı imperiyanın vilayətlərindən birinə çevirmələri ilə əlaqədar 
olaraq, feodal münasibətləri də imperiyanın vilayətlərdə yeritdiyi siyasətə 
uyğun olaraq inkişaf etməyə başladı.  
487-488-ci illərdə Albaniya çarı III Vaçaqan tərəfindən çağırılmış 
Aluen məclisi  əhalinin təbəqələrə bölünməsini və onların hüquqi 
vəziyyətini müəyyən edirdi. Hakim silk olan alban feodalları (azatlar) bir 
neçə qrupa bölünürdü ki, bunlardan ən yüksəkdə vilayət hakimləri-
nahararlar  dururdu. Feodal münasibətlərinin möhkəmlənməsi ilə 
nahararlıqlarda bütün hakimiyyət feodal patronomiyaları başçılarının 
əlində cəmləşirdi. Beləliklə, IV-V əsrlərdə dövlətin torpaq fondu tədricən 
azalır, onun çox hissəsi feodal malikanələrinə-patronomiyaların 
mülkiyyətinə keçirdi .  
Feodal torpaq mülkiyyəti dövlət və icma mülkiyyəti formaları ilə 
rəqabət şəraitində formalaşırdı. Dövlət torpaq mülkiyyətinə dövlət dometi 
(mülki) ilə yanaşı divan torpaqları (o cümlədən yerli xanədən) daxil idi. 
Feodalizmin ilkin dövründə (III-V əsrlərdə) torpaq mülkiyyətinin dövlət 
(hökmdarın  şəxsində) forması üstünlük təşkil edirdi. Lakin sonralar 
ordunun, dövlət aparatının, yerli strukturların saxlanılmasında divan 
torpaqları da əhəmiyyət kəsb edirdi Xüsusi feodal torpaq mülkiyyəti isə 
öz növbəsində iki yolla formalaşırdı: 1) feodalın şəxsi mülki olan torpaq 
üzərində irsi mülkiyyət (“dastakert”). Torpaq mülkiyyətinin bu forması 
torpaq üzərində icma mülkiyyəti formasının pozulması, habelə torpaqların 
hakim sinfin nümayəndələrinə malikanə hüququ əsasında mülk kimi 
bağışlanması yolu ilə yaranırdı; 2) şərti torpaq mülkiyyəti (“exostak”). Bu 
hərbi xidmət və yaxud məmurluq xidməti müqabilində dövlət tərəfindən 
müvəqqəti istifadə üçün verilən torpaq mülkiyyəti forması idi. Vassallıq 
xidməti üçün verilən torpaqların sonralar çox vaxt ‘‘dastakert’’ə, yəni 
şəxsi mülkiyyətə çevrilməsi ənənəsi mövcud idi. 
 
3.3. VII-XII əsrlərdə Azərbaycanda torpaq münasibətləri  
 
705-ci ildə Albaniyada Mehranilər sülaləsinin hakimiyyəti Xilafət 
tərəfindən ləğv edildi.  
VII-IX  əsrlərdə  əhali  əsasən iki təbəqəyə bölünürdü: hakim feodal 
sinfi və feodaldan asılı olan kəndlilər. Feodallara məxsus torpaqlarda 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə