Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   28   29   30   31   32   33   34   35   ...   72

 
95 
mülkiyyətinə verilməsi barədə öz təkliflərini baxılmaq üçün I Dövlət 
Dumasının müzakirəsinə vermişdi. Lakin Duma buraxıldığından icma 
kəndli torpaq sahibliyindən xüsusi torpaq sahibliyinə keçmək haqqında 
qanun 1906-cı il noyabrın 9-da Dövlət Dumasında müzakirə olunmadan 
elan edildi. Həmin qanuna əsasən, icma torpaqlarına sahib olan hər bir 
kəndliyə icma torpağından ona düşən payı xüsusi mülkiyyət kimi almaq 
hüququ verilirdi. 24 il ərzində torpaqların yenidən dövraşırı bölünmədiyi 
kəndli icmalarında kəndlilər bu vaxta qədər istifadə etdikləri torpaq 
sahələrinin mülkiyyətçisi ola bilərdi. Fərman mülkiyyətçi kəndlilərə 
köhnə yerdə yaşamaqda davam etmək və ya onlara mülkiyyət kimi 
ayrılmış torpaq sahəsinə keçmək hüququ verirdi. Birinci halda onlar 
oturaq kəndlilər, ikinci halda isə xutor sahibləri adlanırdı.  
Aqrar islahat həm zadəganları, həm də burjuaziyanı tamamilə təmin 
edirdi. Onlar əsas kəndli kütləsini yenidən qarət etmək platformasında 
birləşdilər. Çünki, Stolıpin islahatı kəndlilərə bir qarış da olsun mülkədar 
torpağı vermirdi. Hökumət bir şeyə ümid edirdi ki, kəndlilərin xeyli 
hissəsi və  ən  əvvəl yoxsullar qəti surətdə var-yoxdan çıxacaq və öz 
torpaqlarını qolçomaqlara satacaqlar. Beləliklə  də, qolçomaqlar torpağı 
alaraq, xüsusi torpaq sahiblərinə çevriləcək, mülkədarların labüd müt-
təfiqləri olacaq və inqilabi kəndli hərəkatına qarşı bir növ səddə çevri-
ləcəkdir. Hökumət qolçomaqlara açıq surətdə belə bir çağırışla müraciət 
etdi: “Var1anın, icmanı qarət edin, xüsusi mülkiyyəti möhkəmləndirin”.  
14 iyun 1910-cu ildə II Nikolay Dumanın və Dövlət Şurasının qəbul 
etdiyi “Kəndli torpaq sahibliyinə dair” qanun layihəsini təsdiq etdi. Yeni 
aqrar qanun 1906-cı il 9 noyabr tarixli fərmanın prinsiplərini bərqərar edir 
və icma torpaq sahibliyinin ləğv edilməsi üçün daha böyük imkanlar 
yaradırdı. 1910-cu il qanunu ilə artıq məcburi qaydada bütün icmaçı 
kəndlilər, əgər onların yaşadığı icmalarda ödəncə keçildiyi vaxtdan icma 
torpağı yenidən dövraşırı bölünməyibsə, xüsusi mülkiyyətçilər 
vəziyyətinə keçirilirdilər. 19 may 1911-ci il tarixli qanuna görə kəndlilərin 
icmadan çıxması üçün kəndli yığıncağının razılığını almaq işi də xeyli 
asanlaşırdı.  
Kəndlilər çar aqrar qanununa qarşı  qətiyyətlə mübarizə aparırdılar. 
Onlar öz nümayəndələrini yerquruluşu komissiyalarina göndərməkdən 
imtina edir, kəndlilərin icmadan ayrılması üçün cəmiyyətin razılığını 
vermir, torpağın öz xüsusi mülkiyyətinə keçirilməsi barədə  ərizə verən 
kəndliləri təqib edir və onları öz ərazilərindən imtina etməyə məcbur edir, 


 
96 
xutor1ara və ortabablara ayrılan qolçomaq kəndlilərlə mübarizə apa-
rırdılar.  
Stolıpin aqrar qanunvericiliyinə qarşı yönəldilmiş belə açıq-aşkar 
kəndli “hökumətləri” çox idi. Kəndlilər Stolıpinin yerquruluşuna dair 
işlərini bəyənmirdilər və qətiyyətlə rədd edirdilər. Stolıpinin aqrar siyasəti 
bütövlükdə hökumətin və mülkədarların gözlədikləri nəticələri vermədi. 
Qolçomaqlığın bir qədər artması, mülkədar təsərrüfatında burjua 
münasibətlərinin güclənməsi, bazarın və onunla əlaqədar olaraq kənd 
təsərrüfatının genişlənməsi bütövlükdə ölkənin iqtisadi inkişafının  əsas 
ziddiyyətini-inkişaf edən kapitalizmlə saxlanmaqda olan feodalizm 
qalıqları arasında ziddiyyəti aradan qaldıra bilmədi.  
Mülkədarlarla kəndlilər arasında torpaq uğrunda mübarizə Stolıpinin 
aqrar siyasəti nəticəsində  nəinki zəifləmədi,  əksinə daha da gücləndi. 
Rusiyada mülkədarın siyasi hökmranlığı  və  kənd təsərrüfatında həlledici 
iqtisadi mövqelərin onların  əlində saxlanması ictimai inkişafın  əsas 
tələbləri ilə bir araya sığmırdı. Sinfi mübarizənin güclənməsi göstərdi ki, 
Stolıpin öz vəzifələrini yerinə yetirmədi. Çünki, 1910-cu ildən 1914-cü 
ilədək bütün Rusiyanı  kəndli çıxışları bürümüşdü. Mülkədar torpaq 
sahibliyinin tərəfdarı olan partiyalar (eserlər) öz liderlərindən məyus 
oldular. “Yuxarı təbəqələrdə” Stolıpini dəyişdirmək haqqında danışmağa 
başladılar.  
I Dünya müharibəsi illərində  də  kəndli-torpaq məsələsi həmişə 
gündəlikdə olmuş Rusiyanın aqrar quruluşunun doğurduğu bütün sinfi 
ziddiyyətlər davam etmişdir. Bununla birlikdə Stolıpinçiliklə  əlaqədar 
olaraq kəndlilər arasında artan ictimai təbəqələşmə yoxsullarla 
qolçomaqlar arasında toqquşmanı labüd edirdi.  
 
3.9. Azərbaycan Demokratik Respublikasında (1918-1920-ci 
illərdə) torpaq münasibətləri 
 
XIX  əsrin  əvvəllərindən Rusiya imperiyasının tərkibinə qatılmış 
Şimali Azərbaycan 1918-ci il mayın 28-də öz müstəqilliyini elan edərək 
Şərqdə ilk demokratik respublikanı yaratdı. ADR-in yaranmasının bir sıra 
siyasi və hüquqi əsasları mövcud olmuşdur. Xalqın milli mənlik şüurunun 
artması, müstəmləkə əsarətindən qurtulmaq, öz milli dövlətini yaratmaq, 
demokratik respublika idarəçilik formasına üstünlük vermək, az vaxt 
ərzində dövlət mexanizmini, qanunvericilik, idarəetmə  və hüquq 


 
97 
institutlarını təşkil etmək Azərbaycan xalqının XX əsrin əvvəllərində əldə 
etdiyi ən böyük nailiyyəti idi.  
Azərbaycan Cümhuriyyəti hökuməti son dərəcə mürəkkəb bir dövrdə 
bəzi vacib tədbirləri həyata keçirdi. İlk növbədə daxili asayişi bərpa edə 
bildi, yerli idarəetmə orqanlarının fəaliyyəti üçün şərait təmin edildi. Qısa 
zaman kəsiyində dağılmış  təsərrüfat bərpa edildi, poçt, rabitə, maliyyə 
işləri sahmana salındı.  Əhalinin yoxsul təbəqəsinə, işsizlərə, eləcə  də 
erməni-daşnak zülmündən qurtulan insanlara yardım edildi.  
ADR-in  ərazisi təxminən 114 min kv. km olmuşdur. Respublikanın 
ərazisi-inzibati quruluşunda əvvəlki kimi çar Rusiyası dövründə mövcud 
olmuş  ərazi vahidləri qalmaqda davam edirdi-quberniya, qəza, dairə  və 
nahiyə bölgüsü saxlanılmışdı. Bakı, Gəncə  və  İrəvan quberniyaları, 
Zaqatala dairəsi ən iri inzibati vahidlər idi.  
1919-cu ilin əvvəllərinə qədər Dərbənd şəhəri və onun ətraf rayonları 
Azərbaycan hökumətinin qərar və sərəncamları ilə işləyirdi. Azərbaycanın 
ayrılmaz tərkib hissəsi olmuş  Dərbənd  əyaləti Denikinin qoşunları 
tərəfindən işğal edildi. Azərbaycan hökuməti işğal barədə Paris Sülh 
Konfransına məlumat göndərmiş  və  zəbt edilmiş  ərazinin geri 
qaytarılması barədə tədbirlər görülməsini tələb etmişdi.  
Cənub-Qərbi Azərbaycan qubernatorluğunun  ərazisi keçmiş çar 
inzibati  ərazi bölgüsünə  əsasən  İrəvan quberniyasına daxil edilmişdi. 
1918-ci il noyabrın sonlarında müvəqqəti müstəqilliyini elan etmiş Araz 
Respublikası (paytaxtı  Kəmərli, sonra isə Naxçıvan) yaradıldı. Onun 
ərazisinə  Cənub-Qərbi Azərbaycanın müsəlmanlar yaşayan Naxçıvan, 
Şərur, Dərələyəz, Sərdarabad, Vedibasar, Mehri, Kəmərli və s. bölgələri 
daxil edilmişdi. 1918-ci ilin dekabrında daha bir yeni Respublika-Cənub-
Qərbi Qafqaz Demokratik Respublikası (paytaxtı Qars şəhəri idi) 
yaradıldıqdan sonra Araz Respublikası yeni qurumun tərkibinə daxil olur. 
Azərbaycan hökuməti Cənub-Qərbi Azərbaycan  əhalisinin idarəsinə 
uyğun olaraq, bu ərazilərin özünün ayrılmaz tərkib hissəsi olduğunu 
bildirdi.  
ADR-in ərazi bütövlüyü üçün digər təhlükə Cənub-Şərqi Azərbaycan 
ərazisində rusların və erməni daşnaklarının əli ilə yaradılmış və Muğanda 
sovet hakimiyyətini qurmağa çalışan oyuncaq qurumun yaradılması oldu. 
1919-cu il mayın 15-də Lənkəranda kəndli deputatları Sovetinin qurultayı 
Sovet hakimiyyətini elan etdi. Lakin 1919-cu il iyulun 16-da Azərbaycan 
hökuməti  ərazi bütövlüyünü bərpa edərək yerli idarəetmə orqanlarının 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə