92
idilər. Kiçik kəndlər canişinin icazəsi ilə bir kənd cəmiyyətində və yaxud
daha da böyük kənd cəmiyyətlərində birləşirdilər. Bütövlükdə Bakı
quberniyasında 423, Yelizavetpol quberniyasında isə 335 kənd cəmiyyəti
yaradılmışdı. Müxtəlif sosial qruplardan olan kəndlilərin bir cəmiyyətdə
birləşdirilməsi, onların inzibati-məhkəmə vahidindən asılı edirdi. Polis
dövlətin maliyyə ehtiyaclarını ödəmək üçün kəndliləri asanlıqla
mükəlləfiyyətə cəlb edə bilirdi.
Kəndli cəmiyyətlərinin idarəetmə orqanları kənd yığıncaqlarından və
kənd ağsaqqallarından ibarət idi. “Əsasnamə”yə uyğun olaraq kəndlilərin
ümumi yığıncağında yeniyetmə yaşında olan hər bir ailə başçısı iştirak
etmək hüququna malik idi. “Əsasnamə” ciddi şəkildə kənd
yığıncaqlarında baxılacaq məsələlərin tərkibini müəyyən edirdi. Əlbəttə,
kəndli cəmiyyətinin yığıncaqlarının keçirilməsi Azərbaycan kəndlilərinin
problemlərini heç də həll etmirdi.
Zaqafqaziyada kəndli islahatını hazırlamaq məqsədilə 1861-ci ildə
Zaqafqaziya Mərkəzi İslahat Komitəsi yaradıldı. İslahatı hazırlamaq üçün
əvvəlcə dövlət sahibkar torpaqlarının və kəndlilərin pay torpaqlarının
sərhədləri dəqiq müəyyənləşdirilməli idi. Bu məqsədlə 1861-ci il iyunun
29-da Zaqafqaziya ölkəsinin mərzləşdirilməsi haqqında Əsasnamə təsdiq
edilmiş və 1862-ci il yanvarın 1-dən torpaqların bilavasitə mərzləş-
dirilməsi işinə başlanmışdı. İslahatın hazırlanması yolunda ikinci mühüm
addım 1866-cı ildə Qafqaz Canişini Baş İdarəsi Şurasının qərarı ilə Bakı,
Şuşa, Tiflis və İrəvan bəy Komissiyalarının yaradılması oldu. Həmin
Komissiyalar Azərbaycanın ali müsəlman silkinin tərkibini və hüququnu
müəyyən etməli idi. Onların işi Azərbaycanda 1188 irsi və şəxsi bəy
nəslinin, 3 xan nəslinin-Şirvan, Bakı, Talış xan nəsillərinin imtiyazlarını
tanımaq, 1048 ailənin isə iddialarını rədd etməklə başa çatdı. Əslində, çar
hökuməti “kəndli islahatı”na hazırlıq adı altında yerli mülkədarların
mənafeyini qabaqcadan “həll etmişdi”.
Azərbaycanda “kəndli islahatı” çarın imzaladığı 14 may 1870-ci il
tarixli Əsasnaməsi üzrə tənzimlənirdi. İslahat keçmiş xan nəslindən
olanların, bəylərin və ağaların 6 dekabr 1846-cı il, 20 aprel 1847-ci il, 28
dekabr 1847-ci il və 8 iyun 1851-ci il tarixli fərmanlarına müvafiq olaraq
onların torpaq üzərindəki mülkiyyət hüququnu bir daha təsbit edirdi.
Digər tərəfdən, ali silkdən olanlar pay torpağı almaq hüququnu
saxlayırdılar. Kəndlilərin istifadəsində olan pay torpaqları üzərində
mülkiyyət hüququ mülkədarların hüququ kimi təsbit edilirdi.
93
Əsasnaməyə görə hər bir malikanədə adları olan istər ailələrin, istərsə
də subay kəndlilərin həmin malikanədə pay torpağı almaq hüququ təsbit
edilirdi. 5 desyatindən artıq kəndli pay torpağından sahibkar kəsim tələb
etmək hüququna malik idi. Lakin ümumən kəndli icmasının pay torpağı
hər bir kəndli kişi üçün 5 desyatindən az olarsa, onda kəndli cəmiyyətinin
sahibkardan torpağın çatışmayan hissəsini tələb etmək hüququ var idi və
sahibkar çatışmayan torpağı kəsib verməyə borclu idi. Meşələr bəylərin
mülkiyyəti kimi təsbit olunur və kəndlilər əvvəllər birgə, elliklə istifadə
etdikləri meşələr üçün indi ayrıca pul verməli idilər.
Kəndlilər üçün pay torpağı kimi müəyyən edilmiş torpaqlar kəndlilər
tərəfindən mükəlləfiyyətlər icra edilib qurtardıqdan sonra kəndlinin daimi
istifadəsinə (mülkiyyətinə yox) verilirdi. Kəndlinin evi, həyətyanı sahəsi
həmin tüstülərin (evin) irsi istifadəsində qalırdı. Kəndli əkin sahəsinin
irsən keçməsi qaydası və onların bölünməsi yerli adət hüququ əsasında
aparılırdı. Kəndli həyətyanı torpağını və əkin yerini kənd cəmiyyətinə
mənsub olan kəndliyə verə bilərdi. Bağları isə hətta kənar şəxsə vermək
hüququna malik idi. Kəndli başqa silkə keçdikdə tərk etdiyi icmanın
torpağından istifadə hüququnu itirirdi.
1870-ci il kəndli islahatı kəndlilərin əksəriyyətini təşkil edən dövlət
kəndlilərinə şamil edilmirdi. İslahatın əhatə etdiyi sahibkar kəndliləri isə
Azərbaycan kəndlərinin yalnız beşdə bir hissəsindən bir qədər artığını
təşkil edirdi. Bununla belə, ümumilikdə bütün kəndlilərin şəxsən azad
edilməsi, torpaqların alqı-satqısı kənddə kapitalist münasibətlərinin
inkişafına zəmin yaradırdı.
XIX yüzilliyin sonlarında Azərbaycan kəndinin siması xeyli
dəyişmiş, artıq kənd əhalisi yeni – kapitalist cəmiyyətinin siniflərinə
parçalanmışdı. Bu siniflərdən biri torpaqların xeyli hissəsini əllərində
cəmləşdirmiş kənd varlıları, öz torpaqlarını muzdlu əmək tətbiq etməklə
becərən qolçomaqlar, həmçinin təsərrüfatla məşğul olub, bu təsərrüfatda
muzdlu əmək tətbiq etməklə kapitalistə çevrilmiş bəylər idi. Digər sinfi
isə torpaqsız və ya aztorpaqlı kəndlilər təşkil edirdilər.
XX əsrin əvvəllərindən Azərbaycanda kapitalist münasibətləri daha
sürətlə inkişaf etməyə başladı. Bu dövrdə kəndlilərin vəziyyəti daha ağır
idi. Onlar torpaqsızlıqdan və aztorpaqlılıqdan daha böyük əziyyət çə-
kirdilər. Torpaqların 3/4 hissəsindən çoxu xəzinənin (dövlətin) ixtiyarında
idi. Ümumi əhalinin 80%-i kəndlərdə yaşayırdı. Onların isə 70%-ni
xəzinə torpaqlarında yaşayan dövlət və xanədan kəndliləri təşkil edirdi.
94
Kəndli şəxsən azad olmaqla öz pay torpağından istifadəyə görə dövlətə
töycü verirdi. Dövlət kəndliləri nisbətən geniş hüquqlara malik idi.
Şəxsən azad olan kəndli pay torpaqlarından istifadəyə görə dövlətə
töycü verib, bu torpağı sata, bağışlaya, icarəyə verə bilərdi. Ümumi
vətəndaşlıq hüquqları əldə etmiş kəndli, hüquqi şəxs kimi çıxış etmək-
saziş bağlamaq, iddia irəli sürmək, daşınar və daşınmaz əmlaka sahib
olmaq hüququna malik idi.
Kəndlilərin ikinci böyük qrupunu bəy, mülkədar və yaranmaqda olan
qolçomaq torpaqlarında yaşayan sahibkar kəndliləri təşkil edirdi. İqtisadi
cəhətdən mülkədarlardan asılı olan kəndli ödənc müqaviləsi bağlanana
qədər hələ də müvəqqəti mükəlləfiyyətli hesab olunurdu. Sahibkar
kəndliləri dövlət kəndlilərinə nisbətən torpaqla pis təmin olunmuş, əsasən
az məhsuldar torpaqlara malik idilər.
Bu dövrdə torpağin daimi mülkiyyətçisi olmuş icma kəndliləri
arasında təbəqələşmə getdikcə qüvvətlənirdi. İcmada vergi verməkdə,
dövlət və mülkədar mükəlləfiyyətlərini yerinə yetirməkdə elliklə zəmanət
saxlanılırdı. Tədricən icma torpaqlarının çox hissəsini ələ keçirmiş
qolçomaqlar və varlı kəndlilər pay torpaqlarının vaxtaşırı bölüşdürülməsi
qaydasını daim pozurdular.
1 yanvar 1901-ci ildən qüvvəyə minmiş yeni torpaq qanunu bütün
kateqoriyalardan olan kəndlilərin dövlət və sahibkar qarşısında vergi və
mükəlləfiyyətlərini dəqiq müəyyən edirdi. Belə ki, dövlət kəndliləri
özlərinin həmişəlik istifadəsində olan pay torpaqlarına görə xəzinəyə
həyətbaşı (tüstü) adlanan vergi əvəzinə, gəlirin l0-12%-ni təşkil edən
dövlət töycüsü, istifadə etdiyi digər torpaqlara görə torpaq vergisi və
bütün kateqoriyalardan olan torpaqlara aid olunan zemski rüsumu ödəməli
idilər.
Zemski rüsumu yerli xərclərin – təhsil, səhiyyə, baytarlıq, əsasən də
yerli inzibati idarəetmə aparatının saxlanılması üçün alınırdı.
Mülkədar kəndliləri öz ağasının xeyrinə mükəlləfiyyətlər yerinə
yetirir, malcəhət, yaxud bəhrə, qışlaqda saxlanılan heyvanlar üçün ot pulu,
tüstü pulu, bağ pulu və s. ödəyirdilər.
XX əsrin əvvəllərində Şimali Azərbaycan artıq tərkibinə daxil olduğu
Rusiya imperiyasının qanunları ilə idarə edilirdi. İnqilabi yüksəliş
illərində çar hökuməti qanunvericilikdə bir sıra yeniliklər etməyə məcbur
olmuşdu.
1906-cı ilin iyununda çar hökuməti kəndli icmasının ləğv edilməsi,
icma torpaqlarının ləğv edilməsi və icma torpaqlarının kəndlilərin şəxsi
Dostları ilə paylaş: |