Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   26   27   28   29   30   31   32   33   ...   72

 
89 
başçıları, dövlət vergilərini götürənlər, sərmayəçilər və tacirlər tərəfindən 
camaat torpaqlarının zorla tutulması halları olurdu. Bunun nəticəsində 
icma torpaqlarının, habelə ayrı-ayrı  kəndlilərin mülkiyyətini təşkil edən 
torpaqların sahəsi getdikcə azalırdı.  
Azərbaycan xanlıqlarında vergi və mükəlləfiyyətlər, demək olar ki, 
əvvəlki  əsrlərdə olduğu kimi qalırdı. Məhsul rentası ilə yanaşı, 
mükəlləfiyyətlə və pulla ödənilən vergi formaları da mövcud idi. Xanların 
saray, məmur, qoşun və başqa ehtiyacları külli miqdarda xərc tələb edirdi 
ki, bunların da əsas ağırlığı rəiyyətin üzərinə düşürdü.  
Rəiyyət xanlara başqa vergilər verməli və  məhsulla ödənilən 
mükəlləfiyyət yerinə yetirməli idi: darğalıq, töycü, mancanaq pulu, toxucu 
pulu, dəyirman pulu, dabbağ pulu, duz pulu, qapan pulu, xırdavat pulu, 
şirəxana pulu, ilxıçı, vəzirlik, at arpası, cizyə, otaq xərci, bağbaşı, dırnaqlıq, 
cütbaşı, peşkəş, zəkat, xüms, rüsum və s. alınırdı. Kəndlilər torpaq 
sahiblərinin xeyrinə ildə üç gündən altı günə qədər biyar və iki gün əvrəz 
adlı ödəmə mükəlləfiyyətlərini də icra edirdilər.  
Dövlət və feodallardan torpaq icarə edən kəndlilərin vəziyyəti son 
dərəcə  ağır idi. Belə ki, məhsulun ikidə birindən beşdə üç hissəsinə 
qədəri, bəzi hallarda isə üçdə iki hissəsinə qədəri torpaq sahibinə verilirdi. 
İcarənin belə forması paydarlıq adlanırdı. İcarə haqqının həcmi müəyyən 
edildikdə, feodalın icarədarı toxum, inventar və iş heyvanı ilə nə dərəcədə 
təmin etməsi nəzərə alınırdı. Paydarlığın geniş yayılmış forması məhsulun 
ikidə birini vermək şərti ilə olan icarə idi. Bu cür icarədarlara yarıkərlər 
deyilirdi.  
Həmin dövrdə hüququn inkişaf xüsusiyyəti kimi Şəki xanı 
Məhəmməd Həsən xanın dövründə  tərtib edilən “Dəstur-üləməl” adlı 
qanunlar məcəlləsini, 1751-ci il dekabrın 20-də Zaqatala rayonunun 
Ağdam kəndi məclisində  qəbul edilmiş, CarBalakən mahalının hüquq 
sisteminin öyrənilməsində xüsusi əhəmiyyət kəsb edən “Car-Tala 
Qanunnaməsi”dir.  
 
3.8. XIX əsrdə və XX əsrin (1900-1917-ci illərdə) əvvəllərində 
Azərbaycanda torpaq münasibətləri 
 
XVIII  əsrin sonu, XIX əsrin  əvvəllərində Rusiya imperiyasının 
Cənubi Qafqazda daha fəal siyasət yeritməsi 180l-ci ildə  Şərqi 
Gürcüstanın Rusiyaya birləşməsi ilə  nəticələndi. Rus çarının niyyəti 


 
90 
Azərbaycanı tutmaq idi. General Sisiyanovun bu işğal planında ilk hədəf 
Car-Balakən oldu (1803-cü il). Sonra Gəncə xanlığı (1804-cü il), Qarabağ 
xanlığı (1805-ci il), Bakı xanlığı (1806-cı il), Quba xanlığı (1806-cı il), 
Talış xanlığı (1809-cu il) Rusiyaya qatıldı. 1804-cü ildə başlamış Rusiya-
İran müharibəsi 1813-cü ilin oktyabrın l2-də Qarabağın Gülüstan 
kəndində sülh müqaviləsinin imzalanması ilə başa çatdı. Gülüstan 
müqaviləsi Azərbaycanın Rusiya və  İran arasında iki yerə bölünməsinin 
başlanğıcı idi.  
Şimali Azərbaycan Rusiya imperiyasının tərkibinə qatıldıqdan sonra 
xanların, bu işğalla barışmayıb Türkiyə  və  İrana keçmiş feodalların 
torpaqları dövlət xəzinəsinin ixtiyarına keçirilirdi. Bu torpaqlarda yaşayan 
və onu becərən kəndlilər də dövlət xəzinəsinin ixtiyarına keçmişdilər. 
Belə  kəndliləri dövlət kəndliləri adlandırırdılar. Dövlət torpaqları ilə 
yanaşı, mülk sahibi olan feodal və bəy torpaqları da var idi. Feodallardan 
hüquqi cəhətdən asılı olan həmin torpaqları becərən kəndlilər isə sahibkar 
kəndliləri hesab olunurdular. Çar Rusiyası torpaqları  əsasən dövlətin 
ixtiyarında cəmləşdirdiyinə görə sayca sahibkar kəndliləri dövlət 
kəndlilərindən təxminən üç dəfə az idi. Sahibkar və dövlət kəndliləri 
rəiyyətlərə və rəncbərlərə bölünürdülər. Xanlıqlar dövründə olduğu kimi, 
rəiyyətlər xəzinə  və  bəy torpaqlarını öz əmək alətləri ilə becərir, 
götürdükləri məhsulun bir hissəsini xəzinəyə, yaxud feodala verirdilər. 
Rəncbərlərin isə tamamilə asılı təbəqə kimi nə torpağı, nə də əmək aləti 
var idi. Onlar hüquqi cəhətdən də  rəiyyətlərdən fərqlənir, daha ağır 
vəziyyətdə yaşayırdılar. Rəncbərlər öz ağalarına xidmət edir, təsər-
rüfatında çalışır, onların bir qisminə  xəzinədən, yaxud bəylər tərəfindən 
toxum,  əmək aləti, qoşqu heyvanı verilir, əvəzində isə  rəncbərlər be-
cərdikləri məhsulun yarısına sahib olurdular. Kəndin ümumi istifadəsində 
müəyyən qədər torpaq olur və  kəndlilər vergiləri icmalıqla ödəyirdilər. 
İcma torpaqları  hər 4-5 ildən bir icmaların 15 yaşına çatmış kişiləri 
arasında bölünürdü, Kənd icması onun payına düşən vergiləri kənddə 
yaşayan ailələr arasında, bu ailələrdə olan kişilərin sayına və ya istifadə 
etdiyi torpağın miqdarına uyğun olaraq bərabərləşdirirdi. Vəqf mülkiyyəti 
(əmlakı) və vəqf torpaqları dini idarələrin əsas gəlir mənbəyi idi.  
XIX  əsrin birinci rübündə Zaqafqaziyada rus qoşunlarının baş 
komandanı  İ.F .Paskeviç, bura yoxlama üçün göndərilən senatorlar 
P.İ.Kutaysov və Y.İ.Meçnikov Azərbaycanda tiyul torpaqlarının ləğv 
edilməsi haqqında hökumətə təqdim etdiyi layihənin əksinə olaraq, Çar I 


 
91 
Nikolay 13 iyul l830-cu il tarixli qanununu imzaladı (“Əlahəzrət 
buyruğu”). Bundan əvvəl isə A.P.Yermolovun l818-ci ildə verdiyi 
“Ağalar haqqında əsasnamə” üzrə yerli feodallar tiyul torpaqlarının sahibi 
deyil, yalnız yerlərdə inzibati xidmətdə olan və bu torpaqlar üzərində 
idarəetmə hüququ olan şəxslər sayılırdılar. Əlahəzrətin buyruğunda tiyul 
torpağı ilə bağlı siyasi çəkişmələrə son qoyulmadı. Belə ki, 10 aprel 1840-
cı il qanunu ilə çar hökuməti Zaqafqaziyada xan və  bəyləri dövlət 
qulluğundan kənar etdi, 1841-ci ilin qanunu ilə onların tiyul torpaqlarını 
ləğv etməyə çalışdı. Yalnız 6 dekabr 1846-cı il qanunu qəti olaraq tiyul 
torpaqlarını feodalların mülki kimi tanıdı. Bu fərmana əlavə olaraq 1847-
ci il aprelin 20-də  və  həmin ilin dekabrın 28-də  nəşr olunmuş “Kəndli 
salnamələri”nə görə  bəy və  ağa torpaqlarında yaşayan müxtəlif 
kateqoriyalı  kəndlilər – rəncbərlər, rəiyyətlər vahid ad-mülkədar tabeliyi 
adı alır, 15 yaşına çatmış kişilərin hər birinə 5 desyatin pay torpağı almaq 
hüququ verilirdi. 
Azərbaycan kəndlilərinin istifadəsində olan torpaqlar onun ailəsinin 
ehtiyaclarını ödəmirdi. Digər tərəfdən isə çar hökuməti erməniləri və 
Rusiyanın müxtəlif yerlərindən  əhalini Azərbaycana köçürür, ən yaxşı 
torpaqları onlara verirdi. Bəzən isə elə hallar olurdu ki, yerli kəndlilərin 
istifadəsindəki torpaqların bir qismi onlardan alınıb gəlmələrə verilirdi. 
Bu isə Azərbaycan kəndində aztorpaqlı və tamamilə torpaqsız kəndlilərin 
sayının artmasına səbəb olurdu.  
Torpaq sahibləri ilə  kəndlilər arasında qarşılıqlı münasibətlər çar 
hökumətinin 1847-ci ildə verdiyi “Kəndli əsasnamələri” ilə rəsmiləşdi.  
Azərbaycanda kəndlilərin idarə olunması Rusiyanın mərkəzi 
quberniyalarından xeyli fərqlənirdi. Müsəlman  əyalətlərində  kənd 
əhalisini mütləqiyyət-polis sistemindən daha çox asılı etməyə çalışırdı. 
Belə ki, Qafqaz canişinliyi tərəfindən 11 avqust 1865-ci il tarixli “Tiflis 
və Kutaisi quberniyalarının kənd cəmiyyətləri  əsasnaməsi” və 23 avqust 
1866-cı il tarixli  “Bakı quberniyasının kənd cəmiyyətləri  əsasnaməsi” 
1870-ci ilin aprel ayından Yelizavetpol (Gəncə) quberniyasına  şamil 
edildi. 1870-ci il 14 may tarixli “Əsasnamə”nin tətbiq edilməsi ilə 
əlaqədar olaraq 1865-1866-cı illər “Kənd cəmiyyətləri haqqında” 
əsasnamənin bəzi maddələrində dəyişikliklər edildi. 1865-1866-cı illərdə 
qəbul edilmiş Zaqafqaziyada kənd cəmiyyətləri  Əsasnamələri öz 
tərkibində müxtəlif kəndli qruplarını birləşdirən əhaliyə şamil edilirdi. Bu 
tərkibə dövlət, mülkədar, vəqf, xəzinə (xanədan), icma kəndliləri daxil 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə