Şərqi tərəfdaş ölkələrin gənc rəhbər mütəxəssisləri üçün



Yüklə 20,84 Kb.

tarix01.11.2017
ölçüsü20,84 Kb.


 

Şərqi tərəfdaş ölkələrin gənc 

rəhbər mütəxəssisləri üçün

Carl Friedrich Goerdeler  

kollecinin Yay akademiyası

28 iyun -18 iyul, 2010-cu il. Berlində və Mərkəzi Avropada

Mövzu: Şərqi tərəfdaşlıq və   

Good Governance

::  Siz ictimai sektorda çalışırsınızsa, ölkələr arası 

əlaqələrin formalaşmasında fəal şəkildə iştirak 

etmək istərdinizmi?

::  Siz ixtisasınızı artırmaq və təşəbbüskar 

avropalılarla bir şəbəkəyə qoşulmaq istərdinizmi?

::  Yeni ideyaların və yenilikçi layihələrin 

hazırlanmasında və həyata keçiirilməsində 

iştirak etmək sizin üçün maraqlıdırmı?

2010-cu il Yay akademiyası

Şərqi Tərəfdaşlıq (ÖP) və Good Governance (Yaxşı 

rəhbərlik) yönümlü akademiyası Azərbaycan, Belorus-

iya, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna 

ölkələrindən olan iştirakçılar üçün Carl Friedrich  

Goerdeler kollecinin ilk akademiyasıdır. Dövlət 

sektorundan (dövlət idarəermə sistemi, dövlət 

müəssisələri, ictimai-faydalı təşkilatlar və s.) olan  

15 gənc rəhbər mütəxəssis 28 iyun – 18 iyul, 2010-cu  

il müddətində Berlində keçiriləcək iki həftəllik semi-

narda və bir həftə müddətinə Mərkəzi Avropada dövlət 

sektorunda iştirak etmək üçün dəvət olunurlar. Birgə 

işlənəcək layihələrdə iştirakları ilə onlar Avropada 

gələcək əməkdaşlıq üçün zəmin yaratmalıdırlar. 

İştirakçılar aşağıdakı mövzular üzrə müzakirələr 

aparırlar:

::  Avropa ittifaqı(Aİ), Almaniya və ÖP-ölkələri necə 

müvəffəqiyyətlə əməkdaşlıq edə bilərlər? 

::  Qonşu dövlətlər (Mərkəzi Avropa, Rusiya və Türkiyə) 

hansı maraqları təmsil edirlər? 

::  İdarəetmə islahatları və Good Governance „Şərqi 

Tərəfdaşlıq“ proqramı çərçivəsində necə dəstəklənə bilər?

::  Yeni Aİ ölkələrindəki böyük dəyişikliklər ÖP-ölkələri 

üçün nümunə ola bilərmi? 

Siz Akademiyada iştirak etmək üçün müraciət edə 

bilərsiniz, əgər siz:

::  Azərbaycan, Ermənistan, Belorusiya, Gürcüstan, 

Moldova və yaxud Ukrayna vətəndaşlığına, 

::  ali təhsil müəssisəsinin fərqləndirici diplomuna,

::  dövlət sektorunda(və ya Aİ ilə əməkdaşlıq sahəsində) 

ilk təcrübəyə,

::  sosial məsuliyyət və öhdəçilik hissinə,

::  Almaniya və Mərkəzi Avropaya səfərinizi əsaslandıran 

amil və məqsədlərə, rəhbərlik xüsusiyyətlərinə və 

::  alman və ingilis dillərində çox yaxşı biliklərə maliksiniz.

Səfər, mehmanxana və seminar xərclərini Robert Bosch 

fondu öz üzərinə götürür. Seminarın gedişatı və bu 

seminarda iştirak etmək üçün müraciətlə bağlı dəqiq 

məlumatları www.goerdeler-kolleg.de internet 

səhifəsindən ala bilərsiniz. 

Müraciətlər üçün sonuncu gün: 28 fevral 2010

www.goerdeler-kolleg.de

«Təkcə divarlarla ayrılmış Avropa  

deyil, öz sərhədlərinə ayrılmaq  

sonu qoyan bir qitə də sərhədləri  

üzərindən birləşə bilər»

Richard von Weizsäcker, 1985



Carl Friedrich Goerdeler kolleci

Mərkəzi Avropada dövlət sektorunda (dövlət 

idarəermə sistemi, dövlət müəssisələri, ictimai-faydalı 

təşkilatlar və s.) çalışan gənc rəhbər mütəxəssislər 

üçün ixtisasın artırılması proqramıdır. 2001-ci ildən 

bəri nazirlikləri, kommunal özünüidarə qürumlarını  

və qeyri-dövlət təşkilatlarını təmsil edən 200-dən  

artıq rəhbər işçi təkmilləşdirmə proqramlarında iştirak 

etmişdir və onlar indi Macarıstandan keçərək 

Polşadan Bolqarıstana kimi olan mütəxəssislər 

şəbəkəsini təşkil edir.

Kolleç 1930 – 1936-cı illərdə Laypsiq şəhərinin bələdiyyə 

rəisi olan Carl Friedrich Goerdelerin (1884 – 1945)  

adı ilə adlandırılmışdır. O Laypsiqdə mövcud nasional-

sosialist siyasətinə etiraz əlaməti olaraq öz vəzifəsindən 

istefa etmiş, sonradan Bosch firmasında işə düzələrək 

əmək fəaliyyəti çərçivəsində NS-regiminə qarşı 

müqavimət göstərmişdir. Mülki müqavimət hərəkatının 

bir həmtəsisçisi kimi Goerdeler öz memorandumlarında 

siyasi-konstitusiyalı yenidənqurma layihələri və bir 

Avropa İttifaqının təsis olunması üzrə planlar işləyib 

hazırlamışdır. Baş tutmayan 20 iyul 1944-cü il sui-

qəsd cəhdindən sonra o, 2 fevral 1945-ci il tarixində 

edam edilmişdir.

Robert Bosch fondu

Almaniyada müəssisə ilə əlaqəli ən böyük xeyriyyə 

cəmiyyətlərindən biridir. O 1964-cü ildə təsis edilmişdir 

və firmanın təsisçisi və həmçinin xeyriyyəçi Robert 

Boşun(1861 – 1942) ictimai-faydalı təşəbbüslərini 

davam etdirir. Xeyiryyə cəmiyyəti önəmli olaraq 

xalqlar arasında qarşılıqlı anlaşma, təhsil və sağlamlıq 

mövzuları ilə məşğul olur.

Proqramın rəhbəri

Markus Lux

Robert Bosch fondu GmbH

www.bosch-stiftung.de

Yay akademiyası ilə əlaqə 

Marie-Lena May

Telefon +49 (0) 30/25 42 31-13

Telefaks +49 (0) 30/25 42 31-16

m.may@dgap.org

www.dgap.org

Deutsche Gesellschaft für Auswärtige  

Politik e. V. (DGAP)

Zentrum für Mittel- und Osteuropa der  

Robert Bosch Stiftung

Rauchstraße 17/18

D-10787 Berlin

www.goerdeler-kolleg.de

Mərkəzi və Şərqi Avropa üzrə mərkəz 

xarici siyasət üzrə Almaniya cəmiyyəti e. V. (DGAP) 

cəmiyyəti nəzdində fəaliyyət göstərən Robert Bosch 

fonduna daxildir. O Mərkəzi və Şərqi Avropadakı 

aktual siyasi inkişaflar üzrə konfransları, mütəxəssis 

görüşlərini və brifinqləri təşkil edir. Mərkəz Almaniyadakı, 

Şərqi və Mərkəzi Avropadakı gələcək rəhbər işçilərin 

və gənc iqtisadçı mütəxəssislərin dəstəklənməsi üzrə 

Robert Bosch fondunun bir neçə proqramına rəhbərlik 

edir.

SKARB e. V. məzunlar cəmiyyəti 



bütün Avropadakı dövlət müəssisələrini təmsil edən 

və kollecin keçmiş təqaüdçülərini əhatə edən 150 

üzvün daxil olduğu bir şəbəkədir. O Almaniyada, 

Mərkəzi və Şərqi Avropadakı dövlət təşkilatları və 

vətəndaş cəmiyyəti təşkilatları arasında mübadilə 

prosesini təşviq edir.

Əlaqə: Rafał Kocot 

skarb@goerdeler-kolleg.de

Yay akademiyası Avropa Komissiyasının Berlin 

Təmsilçiliyi və Xarici siyasət üzrə Almaniya cəmiyyəti 



e. V. ilə əməkdaşlıq proqramı çərçivəsində keçirilir.



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə