161
Üzüm təzə halda, qurudulmuş, üzüm şirəsi və must şəklində
istifadə olunur, eləsə də ondan kompot, doşab, abqora və digər
spirtsiz içkilər hazırlanır. Bu məhsulların həm pəhriz və müa-
licəvi əhəmiyyəti var, həm də qidalı yeyinti məhsulu olmaqla
uşaqların, qocaların və zəif düşmüşlərin qidalanmasında is-
tifadə olunur.
Təzə üzüm şirəsinin tərkibində 0,5-0,8% sərbəst üzvi
turşular, pektin və zülal maddələri, A, C, P, B
1
, B
2
və digər
vitaminlər, lesitinlər, az miqdarda efir yağı, mineral maddələr,
boya maddələri və bioloji fəal maddələr vardır. Üzümün tərki-
bində olan qlükoza damarları genişləndirərək, ürək əzələsinin
fəaliyyətini yaxşılaşdırır, onun qidalanmasını artırmaq hesabına
qan təzyiqini qaldırır. Nəticədə qan dövranı normallaşır, qanda
hemoqlobinin faizi artır, hüceyrələrin oksigenlə təmin olunması
güclənir, əzələlərin fəaliyyəti yaxşılaşır. Üzümdəki üzvi tur-
ş
ular mədənin fəaliyyətini yaxşılaşdırır, mədədə xlorid turşu-
sunun ifrazını azaldır, buna müvafiq olaraq öd axarı əzələlə-
rinin tonusunun yaxşılaşması nəticəsində ödün ifrazı artır.
Üzüm fiziki yorğunluq, qanazlığı, qan itkisi və ümumi zəiflik
zamanı ürəyin fəaliyyətini bərpa etmək üçün əvəzsiz qida məh-
suludur.
Üzümün qidalıq dəyəri minerallı maddələrin və vita-
minlərin olması ilə artır. Dəmirin (almadan 2-2,5 dəfə çoxdur),
manqan, mis və kobaltın fol turşusu ilə birlikdə üzümün tərki-
bində olması qanazlığının müalicəsində ondan geniş istifadə et-
məyə imkan yaradır. 200-250 q üzüm giləsi yaşlı insanın
gündəlik dəmirə olan tələbatının yarısını ödəyir.
Üzümdən həm təzə halda, həm də şərab, şirə, üzüm qu-
rusu və başqa yeyinti məhsulları istehsalında geniş miqyasda
istifadə olunur. Üzüm istehsalının ilbəil artırılması imkan verir
ki, ondan hazırlanan məhsulların miqdarı, çeşidi artırılsın,
keyfiyyəti isə yaxşılaşdırılsın. Üzümün xalq təsərrüfatı əhəmiy-
yəti bir də ondan ibarətdir ki, şərabçılıqda əldə edilən tullan-
tılardan bir çox xammallar almaq mümkündür. Son illər üzüm
162
cecəsindən spirt, şərab turşusu, toxumundan yem unu və yağ,
qabıq hissəsindən boya (enin maddəsi) və pektin maddəsi,
daraq və cecədən gübrə və s. bu kimi məhsullar əldə edilir. Bü-
tün bunlar imkan verir ki, üzüm emal edən müəssisələr əsas
məhsulla yanaşı (şərab, şirə və s.), bir çox əlavə xammallar da
istehsal etsinlər. Bu isə istehsalın effektivliyinin artırılmasında
ə
sas göstəricilərdən biridir.
Xalq təbabətində meşə üzümündən ağciyər sətəlcəmində,
öd kisəsində daş olduqda və mədənin selikli qişasının xroniki
iltihabında istifadə edilir.
Yemişan – Боярышник – Crataegus sanguinea Pall.
Gülçiçəklilər (Rosaceae) fəsiləsindəndir. Şimali Amerikada
200-dən çox, Qafqazda 14, Azərbaycanın dağ-meşə rayonla-
rında 9 müxtəlif ağac və kol növləri yayılmışdır. Azərbaycanda
cır yemişanların forma müxtəliflikləri çoxdur. Iri meyvəli
yemişanlar isə dağlıq rayonlarda bağ meyvəsi kimi becərilir.
Oğuz, Qəbələ, Lənkəran, Astara, Şəki, Zaqatala, Quba, Qusar,
Qonaqkənd, Şuşa, Ismayıllı rayonlarının meşəliklərində ye-
mişan bitkisinə daha çox təsadüf olunur. Respublikamızda bitən
yemişan bitkilərini ilk dəfə elmi əsasda tibb elmləri doktoru,
prof. D.Y.Hüseynov öyrənmişdir.
Ağac və ya iri kol bitkisi olan yemişanın növbə ilə düzül-
müş yumurtaşəkilli yarpaqları vardır. Yarpaqlarının kənarları
diş-diş, ağ rəngli nəzəri cəlb edən ətirli çiçəkləri vardır. Uzun-
sov, kürəşəkilli giləmeyvəyə oxşayan, ətli və şirəli meyvəsi
olur. Yetişəndə qırmızı rəngə boyanan meyvələrinin içərisində
açıq sarı rəngli toxumları olur. Meyvəsinin azca büzüşdürücü
dadı vardır. Yemişan may-iyun aylarında çiçək açır, meyvələri
avqust-sentyabrda yetişir. Meyvələri qırmızı və qaradır. Mey-
vələri yumru və bir qədər yastı olur. Ətliyi yumşaq və bir qədər
kövrəkdir. 3-4 ədəd çəyirdəyi (bəzən 2 və ya 5 ədəd) vardır. 10-
15 yaşından başlayaraq meyvə verir və 200-300 il ömür sürür.
Yemişanın meyvələri xoşa gələn dadlı, şirəli, şirin və
meyxoşdur. Yemişanın tərkibində 3,78-7,97% şəkər (əsasən
163
qlükoza və fruktoza; saxaroza isə azdır), 0,46-0,81% üzvi turşu
(alma, limon, şərab və s.), 0,46% aşılayıcı və rəngləyici maddə,
1,5% pektinli maddə, 2,3% sellüloza, 0,92% azotlu maddə,
1,26% pentozanlar vardır. Yemişanda, həmçinin, fitosterinlər,
flavonoidlər, saponinlər, qlükozidlər, karotin, xolin, vitamin C
və b. maddələr vardır. Yemişanın toxumunda 30-37% yağ,
çiçəklərində isə 1,5% efir yağı olur.
Yemişan təzə halda yeyilir, ondan kompot və kisel,
lavaşana hazırlanır, sirkə qoyulur və araq çəkilir. Meyvələrini
qurudub üyütdükdən sonra, unla qarışdırıb çörək bişirirlər.
Qovrulmuş meyvələrdən qəhvə əvəzedicisi, yarpaqlarından isə
çay içkisi hazırlamaq olar.
Yemişan qiymətli balverən bitki olub, hər çiçəyi 0,5 mq
nektar verir. Nektarın tərkibində 64,4% şəkər olur.
Yemişanın oduncağı bərk və möhkəm olduğundan, xarrat
məmulatının hazırlanmasında işlədilir. Yemişanın yarpaqların-
dan və oduncağının qabığından alınan boya maddəsi parçaları
qırmızı və qəhvəyi çalarlı rəngə boyayır.
Yemişanın müalicəvi xassələri. Dərman məqsədilə
yemişanın həm çiçəklərindən, həm də meyvələrindən istifadə
olunur. Çiçək və meyvələrini tam yetişəndə toplayır, xüsusi
quruducularda qurudur, sonra istifadəyə verirlər. Ümumiyyətlə,
yemişan meyvələrini ağ kağız üzərində nazik-nazik sərib, tez-
tez çevirməklə qurutmaq daha əlverişlidir. Bu cür qurudulmuş
meyvələr təbii rəngini saxlayır, kimyəvi tərkibini də dəyişmir.
Qurudulmuş meyvələri xüsusi torbalara doldurub havası daim
dəyişilən binalarda saxlamaq lazımdır.
Yemişanın meyvəsindən və çiçəklərindən çox qədim
vaxtdan bəri xalq təbabətində bir sıra məqsədlər üçün istifadə
olunur. Çiçəklərindən və meyvələrindən ürək ağrılarında və ya
xroniki ürək xəstəliyində çay kimi dəmləyib içirlər. Bundan
ə
lavə, təzə dərilmiş meyvələrindən uşaq əmizdirən analara döş
südünü artırmaq və onun keyfiyyətini yaxşılaşdırmaq üçün də
verirlər.
164
Yemişan meyvələrində bir sıra faydalı maddələr müəy-
yən edilmişdir. Bunlardan ən başlıcası flavon törəməli qliko-
zidlərdir. Bu bioloji fəal maddələr rənglərinə və tərkiblərinə
görə üç qrupa bölünür: birinci qrupa, qırmızı rəngli flavon
qlikozidləri daxildir ki, bunlar çox qüvvətli bioloji təsirə malik-
dir. Ikinci qrupa çəhrayı rəngli flavon qlikozidləri daxildir ki,
bunların təsiri birinciyə nisbətən zəifdir. Üçüncü qrupa isə, sarı
rəngli flavonoidlər daxildir. Bunların təsiri daha zəifdir.
Bunlardan başqa yemişan meyvəsində saponinlər, üzvi turşular,
şə
kər və qatran maddələri də müəyyən edilmişdir. Çiçək və
meyvələrində müxtəlif vitaminlər vardır. Müasir təbabətdə
çiçək və meyvələrindən bir sıra mühüm dərman preparatları ha-
zırlanır ki (dəmləmə, tinktura, ekstrakt və s.), onlardan təba-
bətdə ürək xəstəliklərinin müalicəsində, xüsusən hipertoniyada
geniş istifadə olunur.
Yemişan meyvəsindən ürək ağrılarında və ya xroniki
ürək xəstəliyində çay kimi dəmləyib içirlər. Müasir təbabətdə
yemişanın tinkturasından və ekstraktından hipertoniyada geniş
istifadə olunur. Yuxusuzluğa, ürək əsəblərinə qarşı tətbiq edilir.
Son zamanlar müəyyən edilmişdir ki, yemişan ekstraktı qanda
xolesterini azaldır. Ona görə də yemişandan aterosklerozun
müalicəsi və profilaktikasında da istifadə olunur.
Zirinc – Барбарис – Berberis vulgaris L. Zirinc
(Berberidaseae) fəsiləsinin zirinc cinsinə mənsubdur. 450
növündən – adi zirinc, Şərq zirinci, Amur zirinci və uzunsov
zirinc daha çox yayılmışdır.
Adi zirinc yabanı halda Krımda və Qafqazda dəniz
səviyyəsindən 200 metr yüksəklikdə bitir. Azərbaycanın dağ-
meşə rayonlarında, Xızıda və Altıağacda daha çox yayılmışdır.
Azərbaycanda zirincin 3 növünə rast gəlinir. Adi zirinc daha
çox təsadüf edilir. Adi zirinc Azərbaycanın dağ-meşə rayon-
larında, xüsusən Quba, Qusar, smayıllı rayonlarında, Xızıda,
Altıağacda daha çox yayılmışdır. Adi zirinclə yanaşı çox
istifadə olunan bir də Amur zirincidir. O Uzaq Şərqdə bitir, dağ
Dostları ilə paylaş: |