181
Bu məlumatlar Allahın Hz. Məryəmə həm onun özünə
enerji və canlanma verəcək, həm də körpənin yeganə qidası
olan südün yaranmasını təmin edəcək xurmadan yeməsini bil-
dirməsində böyük bir hikməti ortaya qoyur. Məsələn, xurmada
insan bədəninin sağlam və gümrah qala bilməsi üçün həyati
ə
həmiyyət daşıyan 10-dan çox element var. Buna görə də
müasir dövrdə alimlər insanın təkcə xurma və su ilə yaşaya
biləcəyini bildirir. Bu sahənin tanınmış mütəxəssislərindən
sayılan V.H.Dauson isə bir xurma ilə bir stəkan südün bir
insanın gündəlik qida ehtiyacını təmin etməyə kifayət edəcəyini
deyir.
Xurmadakı oksitosin maddəsindən də müasir təbabətdə
doğuşu asanlaşdıran bir dərman kimi istifadə edilir. Oksitosin
doğuşu asanlaşdırma təsirinə görə bir çox mənbələrdə “rapid
birth”, yəni “sürətli doğuş” ifadəsi ilə qeyd edilir. O, doğuşdan
sonra ana südünü artıran təsirə malik olması ilə məşhurdur.
Oksitosin əsasən beynin ifraz etdiyi doğuş sancılarını başladan
bir hormondur. Doğuşdan əvvəl bədənin bütün hazırlığı bu hor-
monun sayəsində başlayır. Hormonun təsiri özünü ana bətnini
təşkil edən əzələlərdə və ana südünün ifrazını təmin edən əzələ
quruluşundakı hüceyrələrdə göstərir. Doğuş zamanı ana
bətninin əhəmiyyətli şəkildə büzülməsi doğuşun gerçəkləşə
bilməsi baxımından çox vacibdir. Oksitosin də bətni təşkil edən
ə
zələlərin çox güclü şəkildə büzülməsini təmin edir.
Oksitosin həm də yeni doğulan körpənin qidalanması
üçün ana südünün ifrazına təkan verir. Xurmanın təkbaşına bu
xüsusiyyəti – onun tərkibində oksitosinin olması – «Qurani
Kərim»-ın Allahın vəhvi olmasının daha bir mühüm dəlilidir.
Xurmanın tibbi faydasının müəyyənləşdirilməsi ancaq yaxın
vaxtlarda mümkün olub. Halbuki, «Qurani Kərim»-də təxminən
1400 il əvvəl Allahın Hz. Məryəmə hamiləlik dövründə xurma
ilə qidalanmağı vəhv etdiyi bildirilir.
Xurmada insan bədənində bol miqdarda hərəkət və
hərarət enerjisi yaradan, bədəndə parçalanıb asan istifadə edilən
182
bir şəkər növü də var. Özü də bu şəkər qan şəkərini sürətlə yük-
səldən qlükoza yox, meyvə şəkəri olan fruktozadır. Xüsusilə
şə
kər xəstələrində qan şəkərinin sürətlə qalxması bir çox
orqanlara mənfi təsir edir, amma bundan ən çox zərər görən
orqan və sistemlər göz, böyrəklər, qan-damar və sinir sis-
temləridir. Gözün görmək qabiliyyətinin itirilməsinə kimi apa-
rıb çıxaran narahatçılıqların, infarkt və böyrək çatışmazlığı
kimi bir çox ciddi xəstəliklərin ən mühüm səbəblərindən biri
qan şəkərinin yüksəkliyidir.
Xurmanın tərkibində müxtəlif vitamin və minerallar var.
Xurma lif, yağ və proteinlər baxımından da çox zəngindir.
Xurmada natrium, kalium, kalsium, maqnezium, dəmir, kükürd,
fosfor və xlor da var. Bundan başqa, xurmanın tərkibində A
vitamini, betakarotin, B
1
, B
2
, B
3
və B
6
vitaminləri də bol miq-
dardadır. Xurmanın tərkibindəki vitamin və mineralların adi
insan bədənində və hamiləlik dövründəki faydalarından bəzi-
lərini isə bu ardıcıllıqla qeyd edə bilərik:
Xurmanın qidalandırıcı gücü onun tərkibindəki mü-
nasib mineral balansından qaynaqlanır. Xurmada hamilə qadın-
ların qəbul etməli olduğu B vitamini qrupuna aid fol turşusu da
vardır. Fol turşusu (B
9
) bədəndə yeni qan hüceyrəsinin yaran-
masında, bədənin əsasını təşkil edən aminturşuların təşəkkül
tapmasında və hüceyrələrin yeniləşməsində mühüm vəzifələri
yerinə yetirən bir vitamindir. Buna görə də hamiləlikdə fol
turşusuna olan ehtiyac özünü qabarıq göstərəcək dərəcədə artır
və gündəlik ehtiyacın iki qatına çatır. Fol turşusunun səviyyəsi
kifayət etməyəndə quruluş etibarilə normadan böyük, iş əmsalı
isə aşağı olan eritrosit hüceyrələri (qırmızı qan hüceyrələri)
meydana gəlir və qanazlığının əlamətləri özünü göstərməyə
başlayır. Xüsusilə hüceyrələrin bölünməsində və hüceyrənin
genetik quruluşunun əmələ gəlməsində mühüm rol oynayan fol
turşusu hamiləlik zamanı iki dəfə artıq ehtiyac hiss edilən
yeganə maddədir. Xurma da fol turşusu baxımından çox zəngin
olan bir qida növüdür.
183
Digər tərəfdən, hamiləlik zamanı yaranan uzun-
müddətli ürək bulanması və fizioloji reaksiyalar nəticəsində ka-
lium azlığı müşahidə olunur. Belə vəziyyətdə qadına əlavə ka-
lium verilməlidir. Xurmada bol miqdarda mövcud olan kalium,
bu baxımdan, çox böyük əhəmiyyət kəsb edir, bu maddə
bədəndəki su balansının qorunması baxımından da çox fayda-
lıdır. Kalium beyinə oksigenin getməsinə kömək edərək də-
rindən fikirləşməyi təmin edir. Bununla yanaşı, bədənin ma-
yeləri üçün əlverişli alkalik xüsusiyyətini yaradır. O, bədəndəki
zəhərli tullantıları ifraz etmək üçün böyrəklərə xəbərdarlıq edir.
Yüksələn qan təzyiqinin aşağı salınmasını və sağlam dərinin
yaranmasını təmin edir.
Xurmanın tərkibindəki dəmir qırmızı qan hüceyrə-
lərində mövcud olan hemoqlobinin sintezinə nəzarət edir. Bu
da hamiləlikdə qan çatışmazlığının qarşısının alınmasını və
körpənin inkişafı üçün həyati əhəmiyyət kəsb edən qandakı
eritrosit balansının uyğun hala gəlməsini təmin edir. Məlum
olduğu kimi, eritrositlər qanda oksigen və karbondioksid
daşıyaraq hüceyrələrin öz mövcudluğunu davam etdirməsində
vacib rol oynayır. Tərkibində çoxlu dəmir olduğu üçün bir in-
san gündə 15 ədəd xurma yeməklə bədəninin dəmirə olan ehti-
yacını təmin edə və dəmir çatışmazlığının yaratdığı narahatçı-
lıqdan xilas ola bilər.
Xurmadakı kalsium və fosfat isə skeletin yaranıb
formalaşması və bədənin sümük quruluşunun balanslaşması
üçün çox mühüm elementlərdir. Xurma tərkibindəki bol fosfor
və kalsiumla sümük xəstəliyindən qoruyur və bu xəstəliklərin
azalmasına kömək edir.
Alimlər xurmanın gərginliyi və həyəcanı aradan
qaldırmaq qabiliyyətinə də diqqəti çəkir. Berkli Universiteti
(ABŞ) mütəxəssislərinin apardığı tədqiqatlar sinirləri güclən-
dirən B
6
vitamininin və əzələlərin fəaliyyətində mühüm rolu
olan maqnezium mineralının xurmada yüksək miqdarda ol-
duğunu göstəriblər. Xurmanın tərkibindəki maqnezium böy-
184
rəklər üçün də son dərəcə əhəmiyyətlidir. Bir insan gündə 2-3
xurma yeməklə maqneziuma olan ehtiyacını ödəyə bilər.
Xurmadakı B
1
vitamini sinir sisteminin sağlamlı-
ğ
ını asanlaşdırır. O, bədəndəki karbohidratların enerjiyə çevril-
məsinə, protein və yağların bədənin başqa ehtiyacları üçün
istifadə edilməsinə kömək edir. B
2
vitamini ilə də bədənin
enerji təminatı və hüceyrələrin yeniləşməsi üçün protein, kar-
bohidrat və yağların yandırılmasına yardım edir.
Hamiləlik zamanı A vitamininə ehtiyac artır. Xur-
ma tərkibindəki A vitamini sayəsində görmək gücünü və bədə-
nin müqavimətini artırır, sümükləri və dişləri möhkəmləndirir.
Xurma betakarotin (provitamin A) maddəsi ilə də çox zən-
gindir. Betakarotin hüceyrələrə hücum edən molekulları nə-
zarətdə saxlayaraq, xərçəngin qarşısını alan xüsusiyyətə ma-
likdir.
Başqa meyvələr protein baxımından, ümumiyyətlə
zəngin deyil. Ancaq xurmanın tərkibində protein də var və
bunun sayəsində bədənin xəstəlik və infeksiyalardan qorun-
masını təmin edir, hüceyrələri yeniləşdirir və bədəndəki mayeni
balanslaşdırır. Məsələn, ət də faydalı qidadır, ancaq xüsusilə
belə bir dövrdə təzə xurma qədər fayda verməyə bilər, hətta
zəhərlənməyə səbəb ola bilər. Həzmi asan olan yüngül meyvə-
tərəvəz məhsullarına üstünlük verilməsi daha münasib seçim-
dir.
Xurma haqqındakı bütün bu məlumatlar Allahın sonsuz
elmini və insanlara olan mərhəmətini göstərir. Göründüyü kimi,
müasir tibbin dövrümüzdə müəyyənləşdirdiyi xurmanın
faydalarına, onun xüsusilə də hamiləlik dövründəki faydalarına
“Qurani-Kərim”-də XIV əsr əvvəl işarə edilmişdir.
Feyxoa – Фейхоа – Feyjoa Sellowiana Berg. Mərsin
(Myrtaceae) fəsiləsindəndir. Feyxoa əsasən Krımın cənu-
bunda, Qafqazın Qara dəniz sahillərində, Suxumidə, Astara ra-
yonunda becərilir. Feyxoa təzə halda, mürəbbə, kompot, mar-
melad, nalivka (meyvə arağı) və karamel içliyi hazırlanmasında
Dostları ilə paylaş: |