Microsoft Word Yeyil-n-bitkil-rin-m-alic-vi-xass-l-ri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə56/116
tarix26.03.2018
ölçüsü4,51 Kb.
#34566
1   ...   52   53   54   55   56   57   58   59   ...   116

 
221
qəhvəyi rəngli ləpəsi yerləşir. Ləpə meyvənin 38-50%-ni təşkil 
edir. 
Pekanın tərkibində 70% yağ, 8-19% zülal, 14,3% karbo-
hidrat və başqa maddələr vardır. Meyvələri təzə və qurudulmuş 
halda  yeyilir.  Qənnadı  sənayesində,  aşpazlıqda  və  yağ  almaq 
(zeytun  yağına  oxşar)  üçün  sərf  edilir.  Pekanın  oduncağı  açıq 
qəhvəyi  rəngdə,  bərk,  ağır  olduğundan  kənd  təsərrüfatı 
maşınları üçün müxtəlif hissələr hazırlanmasında işlədilir. 
Püstə – Фисташки – Pistacia vera L. Sumaq (Anacar-
diaceae)  fəsiləsinin  püstə  cinsinə  mənsubdur.  10  ağac  və  kol 
növü  məlumdur.  Yabanı  halda  Orta  Asiyada,  Cənubi  Azər-
baycanda,  Iranda,  Suriyada  və  Türkiyədə  bitir.  Azərbaycanda 
püstə  mədəni  bitki  kimi  çox  qədimdən  becərilir  və  iki  yabanı 
növü yetişdirilır. 
Püstə  mart-apreldə  yarpaqlar  açıldığı  vaxt  çiçəkləyir. 
Çiçəklər  topa  halında  enli  süpürgə-salxımlara  yığılmışdır. 
Erkək  çiçəklər  dişi  çiçəklərdən  2-3  gün  tez  açılır.  Çiçəkləmə 
20-25 gün davam edir. Püstənin meyvəsi iyul-avqustda yetişir. 
7-8 yaşından meyvə verir, 100 il ömür sürür. Meyvəsi qozvarı, 
birtoxumlu çəyirdəkdir, sarımtıl-ağ rəngdədir. Çəkisi 0,9-2,5 q-
dır.  Meyvələr  yetişdikdə  çiçək  yanlığı  bürüşür,  quruyur, 
partlayır və meyvədən asanlıqla ayrılır. Ləpəsi açıq yaşıl, yaşıl 
rəngli, yanları bənövşəyi olur. Dadı xoşagələn şirin və yağlıdır. 
Püstə  ləpəsinin  tərkibində  68%  yağ,  18-22%  zülali 
maddə, 9,5-17%-ə qədər karbohidrat, 4,6% sellüloza, 3,1% kül 
vardır. Dadlı, lətif, yağlı və faydalı olduğundan çox qiymətlidir. 
Püstənin  meyvəsindən  təzə,  qovrulmuş  və  duzlanmış 
halda  istifadə  edirlər.  Ləpəsi  qənnadı  məmulatı  (tort,  pirojna, 
ş
okolad,  Şərq  şirniyyatı)  istehsalında  işlədilir,  eləcə  də  bəzi 
kolbasa  məhsullarına  və  pendirə  qatılır.  Püstənin  yağı  quru-
mayan  yağ  qrupuna  aiddir,  əczaçılıqda,  ətriyyatda  və  lakların 
hazırlanmasında  geniş  istifadə  olunur.  Püstənin  yarpaqlarında, 
meyvələrində,  qabığında  və  oduncağında  10-12%-ə  qədər 
aşılayıcı maddə vardır. Müxtəlif növ mənənələr yarpaqlarda fır 
 
222
ş
işləri  (buzqunç)  əmələ  gətirir  ki,  bunun  tərkibində  30-50% 
tanin  olur.  Bu,  toxuculuq  və  yüngül  sənayedə  aşılayıcı  və 
boyaq maddəsi almaq üçün qiymətli xammaldır. 
Püstənin  ağacından  iyul-avqust  aylarında  çəkilən  qat-
randan yüksək- keyfiyyətli lak hazırlanır. 
Müasir  xalq  təbabətində  püstə  qanazlığında,  arıqlamada, 
vərəm xəstəliyində, qaraciyər ağrılarında tətbiq edilir. 
Püstənin  müalicəvi  xassələri.  Püstənin  meyvəsi  təzə, 
qovrulmuş  və  duz  səpilmiş  halda  yeyilir.  Püstədən  dondurma, 
tort,  marsipan  və  qəhvə  əvəzediciləri  hazırlanır.  Yüksək-
keyfiyyətli qurumayan püstə yağı qənnadı və kolbasa məmulatı 
istehsalında, tibbidə və əczaçılıqda istifadə olunur. 
Yarpaqlarından  alınan  qalloaşı  turşusundan  tibbi  məq-
sədlər  üçün  tanin  alınır.  Büzüşdürücü  və  iltihaba  qarşı  vasitə 
kimi  püstənin  yarpaqlarından  alınan  aşı  maddələrindən  xarici 
yanıqların, yataq yaralarının və suverən yaraların müalicəsində, 
diş  dibinin  və  ağızın  selikli  qişasının  iltihabında,  boğazı, 
burunu qarqara, yoğun bağırsağın iltihabında imalə etmək üçün 
istifadə  olunur.  Çünki  tanin  metalları,  qlükozidləri  və  bir  çox 
alkaloidləri  çökdürə  bilir.  Ona  görə  də  ağır  metalların  duzları 
ilə  və  zəhərli  bitkilərlə  zəhərlənmədə  püstədən  alınan  tanin 
məhlulunu zəhərə qarşı və zəhərin sorulması üçün bağırsaqlara 
imalə yolu ilə vururlar. 
Püstə  qədimdən  ərəb  xalqları  arasında  dərman  vasitəsi 
kimi istifadə olunmuşdur. Məşhur tacik həkimi Ibn-Sina hesab 
edirdi  ki,  püstə  ürəyi  qüvvətləndirir  (möhkəmləndirir)  və 
qaraciyər ağrılarını yox edir. Müasir xalq təbabətində püstədən 
vərəm  xəstəliyində,  qanazlığında,  arıqlamada  və  digər  xəstə-
liklərdə istifadə etmək məsləhət görülür. Püstəni həm də zəhər-
lənmədə  və  bəzən  oyadıcı  vasitə  kimi  də  yemək  məsləhət  gö-
rülür.  Püstə  qatranı  köhnə  yaraların  və  sıyrıntıların  müali-
cəsində  istifadə  olunur.  Bu  məqsədlə  püstənin  ağac  qatranı 
(20%)  mumda  və  kərə  yağında  (80%)  əridilib  alınan  plastır 
yaraların üstünə qoyulur. 


 
223
Sidr qozu – Кедровые орехи – Pinus sibirica (Rupr.) 
Mayr.  Hündürlüyü  35  m  və  daha  çox  olan  Şam  (Pinaceae) 
fəsiləsinə  aid  ağacın  meyvəsidir.  Ağacı  sıx  konusvarıdır.  Yar-
paqları  dişli,  göy  rəngli,  6-13  sm  uzunluğundadır.  Qozalarının 
uzunluğu  8-12  sm,  eni  5-8  sm-dir.  Qozanın  daxilində  100-ə 
qədər  tünd  boz  rəngli,  hamar  qılaflı  və  yağlı  dada  malik  nüvə 
olur. 
Sidr,  əsasən  Sibirdə  və  Uralda  yetişir.  Az  miqdarda 
Volqa  sahillərində  və  Rusiyanın  digər  mərkəzi  vilayətlərində 
rast  gəlinir.  Sibir  sidr  qozuna  oxşar  növlər  Karpatda  (Avropa 
sidr qozu) və Uzaq Şərqdə (Koreya sidr qozu) də yetişir. 
Sidr  qozu  qiymətli  qida  məhsuludur.  Sidr  qozunun 
tərkibində 60%-ə qədər quruyan yağ, 1,63% zülal, pentozanlar, 
şə
kər, nişasta, sellüloza, C vitamini, mineral maddə vardır. Sidr 
qozu təzə halda çiy yeyilir. Qovrulmuş sidr qozu xoşagələn və 
çox  qidalı  məhsuldur.  Sibirin  bəzi  bölgələrində  onu  «çörək» 
ağacı  adlandırırlar,  bəzən  ondan  un  hazırlayırlar.  Lakin  sidr 
qozu yağlılığına görə çox qiymətlidir. 
Soyuq  presləmə  üsulu  ilə  alınmış  yağın  dadı  xoşagələn 
olub,  keyfiyyətinə  görə  ən  yaxşı  bitki  yağından  üstün  key-
fiyyətə  malikdir.  Təmizlənmiş  nüvədən  alınan  yağdan  mik-
roskop texnikasında immersiya məqsədilə istifadə edilir. Xarab 
olmuş  (kiflənmiş)  nüvədən  alınan  yağdan  sabun  bişirmək  və 
lak-boya  sənayesində  istifadə  olunur.  Yağ  alındıqdan  sonra 
qalan  cecədən  (jmıxdan)  qənnadı  sənayesində  halva,  tort  və 
pirojna hazırlanır. Sidr qozunun qabığında yağ, zülal, sellüloza, 
pentozanlar  və  mineral  maddələr  vardır.  Ondan  ağac  spirti, 
aseton,  sirkə  turşusu,  eləcə  də  dərini  rəngləmək  üçün  qəhvəyi 
boya alırlar. 
Sidr  qozunun  müalicəvi  xassələri.  Sibir  fəth  edilən 
dövrün  əvvəllərindən  yerli  xalq  təbabətində  sidr  qozundan 
istifadə  olunurdu.  Lakin  sidr  qozundan  istifadə  olunması  bun-
dan  da  əvvəllər  məlum  olmuşdur.  Hələ  Ibn-Sina  bəzi  xəstə-
liklərin  müalicəsində  sidr  qozunun  nüvəsindən  və  meyvə 
 
224
qabığından  istifadə  etməyi  məsləhət  görürdü.  Sidr  nüvəsini 
balla və ya yüngül şərabla (orqanizmin ümumi «təmizlənməsi» 
vasitəsi  kimi,  eləcə  də  daşlardan  və  yaralardan  azad  olmaq 
üçün)  yeməyi  məsləhət  görürdü.  Hazırda  sidr  qozundan 
hazırlanan tinkturadan istifadə olunur. Belə tinkturanı gündə 3 
dəfə  1  xörək  qaşığı,  duz  mübadiləsinin  pozulması  ilə  əlaqədar 
olan oynaqların revmatizmində, podaqrada, artritdə qəbul edir-
lər. Tinkturanı hazırlamaq üçün sidr qozunu qabığı ilə birlikdə 
ə
zib üzərinə səthindən 5-6 sm yuxarı olmaqla araq tökülür, bir 
həftə  saxlanılır,  sonra  süzülür.  Bəzən  sidr  qozunun  yalnız 
qabığından suda tinktura hazırlanır. 
Sidr  qozunu  və  budağını  sinqa  əleyhinə  istifadə  edirlər. 
Budaqların  tərkibində  250-350  mq%  C  vitamini,  K  və  karotin 
olduğundan  vitaminli  içki  hazırlamaq  üçün  qiymətli  xam-
maldır.  Cavan  budaqları  və  qabığında  0,42-1,49%  efir  yağı 
vardır. Bundan ətriyyatda istifadə olunur. 
Sidr  ağacından  alınan  qatranlı  şəffaf  şirə  kedr  balzamı, 
kanifol,  skipidar  və  digər  qiymətli  məhsullar  almaq  üçün  əsas 
xammaldır. Böyük Vətən müharibəsində sidrdən alınan qatranlı 
şə
ffaf  şirədən  yaraların  və  yanıqların  müalicəsində,  xüsusilə 
baldırın kəskin yaralanması zamanı müvəffəqiyyətlə istifadə et-
mişlər. Bu üsullardan xalq təbabətində də istifadə olunur. 
Şə
rqi  Sibirdə,  Uzaq  Şərqdə,  Kamçatkada,  Saxalində  kol 
bitkisi Stlanes Sidr yetişir. Onun qozu (nüvəsi), həmçinin, qida 
üçün  istifadə  olunur.  Tərkibindəki  yağ  sidr  qozundakı  yağdan 
fərqlənmir.  Zərif  budaqları  vitamin  mənbəyidir.  Xalq  təba-
bətində revmatizm zamanı ondan vanna qəbul edirlər. Yaraların 
və  əzilmiş  yerlərin  müalicəsində  xaricə  sürtmək  üçün  istifadə 
olunur. 
Ş
abalıd  –  Каштан  –  Castanea  Sativa  Mill.  Fıstıq 
(Fagaceae)  fəsiləsinin  şabalıd  cinsinə  mənsubdur.  Şabalıd 
cinsinin 14 növündən respublik ada birinə rast gəlinir. Şabalıd 
Qafqazda,  Zaqafqaziyada,  Ukraynanın  Zakarpatye  vilayətində 
yayılmışdır.  Şabalıd  Azərbaycanda  geniş  sahədə  yalnız  Böyük 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə