Microsoft Word Yeyil-n-bitkil-rin-m-alic-vi-xass-l-ri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə54/116
tarix26.03.2018
ölçüsü4,51 Kb.
#34566
1   ...   50   51   52   53   54   55   56   57   ...   116

 
213
Qədim  ərəb  təbabətində  badamdan  qidanın  yaxşı  həzm 
olunması  üçün  sidikqovucu  kimi,  badam  yağından  isə  bəzi 
xəstəliklərdə  sakitləşdirici  və  ağrıkəsici  vasitə  kimi  istifadə 
etmişlər.  Badamın  bu  şəkildə  istifadə  olunmasına  digər 
ölkələrin təbabətində də rast gəlinir. Müasir tibbdə şirin badam 
emulsiyasından  (badam  südündən)  mədə-bağırsaq  yolları 
xəstəliklərində sakitləşdirici vasitə kimi istifadə olunur. Son za-
manlar  şirin  badam  mədə  xorası  xəstəliyində  də  tətbiq  olunur, 
çünki  badam  mədə  şirəsinin  sekresiyasını  zəiflədir.  Eyni 
zamanda, badam mədənin və bağırsağın peristaltikasını artırmır 
(gücləndirmir). 
Badam yağı zərif yumşaldıcı təsir göstərdiyindən, ondan 
qəbizlikdə  də  istifadə  etmək  olar.  Xalq  arasında  badamdan 
sakitləşdirici,  ağrıkəsici  və  iltihaba  qarşı  da  istifadə  olunur. 
Azərbaycanın xalq təbabətində qulaq ağrıları zamanı 2-3 damla 
badam yağı damızdırılır. Əczaçılıqda badam yağından mazların 
(məlhəmlərin)  hazırlanmasında,  kosmetikada  isə  dərinin 
yumşaldılması məqsədilə istifadə olunur. 
Ə
səb pozuntuları, qarında kəskin ağrılar, kəskin öskürək 
zamanı  sakitləşdirici  və  ağrıkəsici  vasitə  kimi  xəstələrə  gündə 
10-15  damcı  badam  kəpəyindən  (nazik  meyvə  qabığı)  ha-
zırlanmış acı badam suyu içmək məsləhət görülür. Badam yağı 
aldıqdan  sonra  yerdə  qalan  cecədən  (jmıxdan)  dərini  yum-
ş
altmaq və onu ağartmaq üçün istifadə edirlər. 
Fındıq_–_Фундук_–_Corylus_avellana'>Fındıq  –  Фундук  –  Corylus  avellana,  Tozağacı 
(Betulaceae)  fəsiləsinin  fındıq  cinsinə  mənsubdur.  Məlum  15 
növündən  7  növü  daha  çox  yayılmışdır.  Meşə  fındığı  yabanı 
halda  Avropada,  Qərbi  Asiyada  və  Şimali  Amerikada  bitir. 
Azərbaycanda  meşə  fındığı  Şəki-Zaqatala  zonasının  dağətəyi 
meşələrində  geniş  sahələrdə  bitir.  Dağlıq  Qarabağ,  Quba-
Xaçmaz zonalarının meşələrində də yabanı fındıq vardır. 
Fındıq  7-9  m  hündürlüyündə  bitən  koldur,  bəzən  ağac 
şə
klində boy  atır. Mart ayında çiçəkləyir. Erkək  və dişi çiçək-
ləri  ayrı-ayrı  eyni  ağacda  yerləşir.  Fındığın  meyvəsi  avqust-
 
214
sentyabrda yetişir. 1 ha sahədən 40-500 kq məhsul yığmaq olar. 
Meyvələri  yetişənə  qədər  yaşıl  qalır  və  qərzəklidir.  Qərzək 
fındığı  ya  tamamilə,  ya  meyvənin  dib  hissəsini,  ya  da  ki, 
yarısını  bürüyür.  Meyvəsi  yumru,  oval-silindrik  və  əksərən 
uzunsov  olur.  Qabığı  sarı-qəhvəyi  və  ya  tünd  darçınıdır.  Fın-
dığın  ləpəsi  ağdır,  yağlı  və  dadlıdır,  qırmızı  və  ya  tünd  sarı 
rəngli pərdə ilə örtülüdür. 
Meşə  fındığı  5-10  yaşından  bar  gətirir,  60-80  il  ömür 
sürür. Təbiətdə vegetativ yolla çoxalır. 
Meşə  fındığının  tərkibində  58-71%  yağ,  14-18%  asan 
həllolunan  zülal,  2-5%  saxaroza,  B
1
  və  E  vitaminləri,  dəmir 
duzları  vardır.  Meşə  fındığı  təzə,  qurudulmuş  və  qovrulmuş 
halda  yeyilir.  Ondan  qənnadı  sənayesində  tort-pirojna,  konfet 
və  karamel  üçün  içlik,  Şərq  şirniyyatı  hazırlanmasında  daha 
çox  istifadə  edilir.  Təzə  meyvələrini  narın  sürtgəcdən  keçirib, 
su  ilə  qarışdıraraq  yüksək  qidalı  sayılan  «süd»  və  «qaymaq» 
hazırlayırlar  ki,  bu  da  zəif  düşmüş  xəstələr  üçün  məsləhət 
görülür.  Meşə  fındığının  ləpəsindən  əczaçılıqda  və  ətriyyatda 
işlədilən  yağ  çıxarılır,  qabığından  təbabətdə  işlədilən  kömür 
hazırlanır,  cavan  şivlərindən  təsərrüfatda  zənbil  və  səbət 
toxunur. 
Fındığın  müalicəvi  xassələri.  Fındığın tərkibindəki  yağ 
qurumayan  yağlar  qrupuna  aiddir.  Fındıq  zülalı  əvəzedilməz 
aminturşular  ilə  zəngindir.  Fındığın  yağı  ayrıldıqdan  sonra 
yerdə  qalan  jmıxdan  halva  hazırlanır.  Fındıq  qovrulmuş  halda 
daha  da  ətirli  və  dadlı  olur.  Ondan  qənnadı  sənayesində  şoko-
lad, konfet, tort, pirojna və müxtəlif şərq şirniyyatı hazırlanır. 
Xalq  təbabətində  fındıqdan  sidik  kisəsi  daşları  xəstə-
liyində istifadə olunur. Balla fındıqdan revmatizm, qanazlığı və 
orqanizmin  möhkəmləndirilməsi  vasitəsi  kimi  də  istifadə 
olunur.  Məişət  təbabətində  fındıq  yağı  yumurta  ağı  ilə  qarış-
dırılıb yanıqların müalicəsində tətbiq olunur. Saçların möhkəm-
lənməsi üçün onlara fındıq yağı çəkilir. Fındıqdan qurdqovucu 
(askarid)  kimi,  eləcə  də  südverən  anaların  südünün  daha  çox 


 
215
olması  məqsədilə  yeyilir.  Azərbaycanda  yandırılmış  fındıqdan 
qaşın və kirpiklərin boyanmasında istifadə olunur. 
Təbabətdə  fındığın  yarpaqlarından  və  ağac  qabığından 
istifadə  olunur.  Yarpaqlarında  200  mq%  C  vitamini,  efir  yağı, 
qlükozid  mirisitrozid  vardır  ki,  bu  da  damardaraltma  təsirinə 
malikdir.  Ağacının  qabığında  efir  yağı,  aşı  və  boya  maddəsi, 
liqnoseril 
spirti  və  betulin  vardır.  Fındığın  yarpaqlarından  və 
qabığından  hazırlanmış  tinkturadan  varikoz  damar  geniş-
lənməsi,  flebit  və  periflebitdə,  ayaqların  trofik  yaralarında  və 
kapillyar  hemorragiyada  gündə  3-4  dəfə  1/31/4  stəkan  içmək 
məsləhət  görülür.  Yarpaqlarından  hazırlanmış  həlimi  mədəaltı 
vəzinin hipertrofiyasında qəbul etmək olar. 
Meşə fındığının quru distilləsindən «L-2 Meşə» preparatı 
alınır.  Bu,  iki  fraksiyadan  ibarətdir:  sulu  və  qatranlı.  Həkim 
təcrübəsində bu preparatdan neyrodermit, ekzema, epidermofit 
və dərinin üzvi streptokokk zədələnməsi zamanı istifadə olunur. 
Fıstıq  –  Бук  –  Faqus  L.  Fıstıq  (Faqaceae)  fəsiləsinin 
fıstıq cinsinə aiddir. 9 növ ağacdan 2 növü yayılmışdır. Qafqaz-
da  dəniz  səviyyəsindən  2300  m  yüksəklikdə  subalp  qurşağına 
qədər  meşəliklərdə  bitir.  Fıstıq  meşələri  Qafqaz  meşələrinin 
25%-ni təşkil edir. 
Fıstıq  aprel-may  aylarında  çiçəkləyir,  eyni  zamanda 
yarpaqları əmələ gəlir. Meyvələri sentyabr-oktyabrda yetişir və 
çatlamış tikanlı qərzəkdən ayrılıb düşür. Meyvəsi 3 tilli, parlaq 
qəhvəyi  rəngdədir.  çərisində  açıq  bozumtul-qəhvəyi  rəngli 
ləpəsi vardır. 
Fıstıq 40-50 yaşından bara girir, 3-4 ildən-bir bol məhsul 
verir, 500 ildən çox ömür sürür. 
Fıstıq ləpəsində 30-50% yağ və 20% zülali maddə vardır. 
Onu  təzə  və  qovrulmuş  halda  yeyirlər.  Lakin  fıstıq  ləpəsinin 
tərkibində  zəhərli  qlükozid  olduğundan,  onu  çox  yemək 
məsləhət  görülmür.  Fıstıq  ləpəsindən  yarımquruyan  yağ  alınır. 
Həmin yağ qida üçün, həm də texnikada istifadə edilir. 
 
216
Fıstığın oduncağı bərkliyinə  görə şabalıd və palıd odun-
cağından  geri  qalır.  Xüsusi  mebel  və  parket  hazırlanmasında 
istifadə edilir. 
Günəbaxan – Подсолнечник – Helianthus annuus L. 
Günəbaxanın  vətəni  Şimali  Amerikadır.  Aborigenlər  avro-
palılar gələnə qədər orada günəbaxanı becərirdilər. Günəbaxan 
toxumlarını qidalarında istifadə edir, yağını saçlarına çəkirdilər. 
Avropada  günəbaxan  ilk  dəfə  XVI  əsrin  əvvəllərində  ispanlar 
tərəfindən  Madrid  botanika  bağında  becərilmişdir.  Qərbi 
Avropa  ölkələrində  günəbaxan  bir  neçə  yüz  illər  bəzək  bitkisi 
kimi  əkilirdi.  Günəbaxan  Rusiyaya  I  Pyotrun  vaxtında  gəti-
rilmiş  və  10  illərlə  bəzək  bitkisi  olmuşdur.  XIX  əsrin  birinci 
yarısının  sonunda  Saratov  quberniyasında  kəndli  Bokaryev 
günəbaxan bitkisi əkib ilk dəfə onun toxumundan yağ almışdır. 
Tezliklə  günəbaxan  Rusiyanın  mərkəzi  və  cənub  rayonlarında 
yayılmağa  başladı.  XX  əsrin  əvvəllərindən  günəbaxan  Ru-
siyada  geniş  miqyasda  becərilməyə  başlandı  və  hazırda  bitki 
yağları içərisində əsas yer tutur. 
Günəbaxan yağının qidalılıq dəyəri onun kimyəvi tərkibi 
ilə  müəyyən  olunur.  Günəbaxan  yağının  qliseridləri  palmitin, 
stearin, araxidon, liqnoserin, olein
 və linol turşularından təşkil 
olunmuşdur.  Yağdan  başqa  günəbaxan  toxumlarında  13,5-
19,1% zülal, 23,9-26,5% karbohidrat,  
2%-ə qədər futin və 1,5% aşı maddəsi vardır. Günəbaxan 
yağından  müxtəlif  qida  məhsullarının  hazırlanmasında  istifadə 
olunur.  Rafinadlaşdırılmış  günəbaxan  yağından  təkcə  aş-
bazlıqda deyil, həmçinin, marqarin, balıq və tərəvəz konservləri 
istehsalında da istifadə edilir. 
Günəbaxanın  müalicəvi  xassələri.  Günəbaxan  toxum-
larından  azad  edilmiş  səbətdən  pektin  alınır.  Bu  pektin  mədə-
bağırsaq  xəstəliklərində  nəzərdə  tutulan  dərmanların  əsasını 
təşkil  edir.  Təmizlənmiş  günəbaxan  yağı  əsas  kimi  bəzi 
məlhəmlərın, yağlı məhlulların və plastırların tərkibinə daxildir. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə