Microsoft Word Yeyil-n-bitkil-rin-m-alic-vi-xass-l-ri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə51/116
tarix26.03.2018
ölçüsü4,51 Kb.
#34566
1   ...   47   48   49   50   51   52   53   54   ...   116

 
201
Yapon  xurması  –  Хурма  японская  –  Diospyros  kaki 
L.  Ebena  (Ebenaceae)  fəsiləsindəndir.  Qafqazın  Qara  dəniz 
sahillərində  daha  çox  yayılmışdır.  Qafqazda  və  Orta  Asiyada 
becərilir. Bunun meyvəsi dairəvi, yumru konusvarı və silindrik 
formada olur. Rənginə görə sarı, çəhrayı, tünd qırmızı, bəziləri 
isə  tam  qara  rəngdə  olur.  Xurmanın  3  növü  daha  çox  yayıl-
mışdır.  Bunlar  Qafqaz  (yabanı  xırnik),  Virgen  və  subtropik 
xurmalardan ibarətdir. Subtropik xurma yapon xurması adlanır. 
Yapon  xurmasının  tərkibində  79-82%  su,  15,8%  şəkər, 
0,2%  turşu,  0,25%  aşı  maddəsi,  0,59%  pektin  maddəsi,  0,5% 
azotlu maddə, 0,5% mineral maddə, 0,51% sellüloza, vitamin C 
və  karotin  vardır.  Başqa  meyvələrdən  fərqli  olaraq  tərkibində 
saxaroza olmur. Tərkib xüsusiyyəti onun yetişmə dərəcəsindən 
asılıdır.  Bu  isə  onun  dad-tamına  təsir  edir.  Subtropik  xurma 
Çində,  Yaponiyada,  Amerikada  və  Avropada  becərilir.  Təzə 
halda,  qurutmaq  üçün,  habelə  qənnadı  məmulatı  hazırlanma-
sında istifadə edilir. Iri-xırdalığından asılı olaraq xırda (100 q-a 
qədər), orta iri (100-250 q) və iri (250-500 q) olur. 
Hazırda  ölkəmizdə  30-dan  çox  müxtəlif  xurma  sortu 
yetişdirilir. Lakin hər yerdə yalnız 2 sort – Xiakume və Kostata 
sortu çox yayılmışdır. Bunlardan başqa, Xaçia, Tanenaşi, Ciro, 
Sidlev, XX əsr, Fuyyu, Tozlayıcı-8 və s. sortlar da yetişir. Qara 
dəniz  sahillərində  Korolkami  və  Şokoladlı  xurma  sortları 
yetişir. 
Tezyetişən  sortlar  oktyabrın  1-ci  yarısında,  gecyetişən 
sortlar isə noyabrın 2-ci yarısı, dekabrın əvvəllərində yetişir. 
Xurma  keyfiyyətinə  görə  1-ci  və  2-ci  əmtəə  sortuna 
bölünür. 
Meyvəsi şirin və bir qədər ağızbüzüşdürücüdür və əsasən 
təzə  halda  yeyilir.  Büzüşdürücü  xassəsini  azaltmaq  məqsədilə 
xurmanı 12 saat 30-40
0
C istiliyi olan suda saxlamaq və ya buz 
dolabında  (soyuducuda)  dondurmaq  lazımdır.  Tərkibində 
şə
kərdən  (18%-ə  qədər)  başqa  protein,  limon  turşusu,  pektin, 
tanin, C vitamini (3-53 mq%) və karotin (provitamin A) vardır. 
 
202
Xurmadan şərbət, mürəbbə, cem, jele, doşab, likör, şərab, kvas, 
araq  hazırlanır.  Son  zamanlar  qurudulmuş  xurma  çərəz  kimi 
süfrəyə verilir. 
Yapon  xurmasının  müalicəvi  xassələri.  Xalq  təba-
bətində  xurma  müxtəlif  mədə  xəstəliklərində  yeyilir.  Qida 
həzminin pozulmasında ondan pəhriz qidası kimi istifadə etmək 
olar.  Meyvəsi  toxumdan  azad  edildikdən  sonra  irinli  yaralara 
qarşı  istifadə  olunur.  Yaraların  sağalmasını  sürətləndirir.  Xur-
manın faydalı xüsusiyyətləri dəqiq öyrənilməlidir. 
Zeytun  –  Оливки,  маслинa  –  Oleaceae  Olea 
Europaea L. Zeytun (Oleaceae) fəsiləsindəndir. Əsasən Şimali 
Qafqaz, Gürcüstanın Qara dəniz sahili, Azərbaycanda, Türkmə-
nistanda  və  Krımın  cənub  zonalarında  yetişdirilir.  Tərkibində 
55%-ə qədər yağ olduğundan yağ istehsalı üçün istifadə edilir. 
Meyvəsindən  duzlanmış  və  sirkəyə  qoyulmuş  halda 
istifadə edilir. Zeytun müalicəvi əhəmiyyətə malikdir. Xüsusən 
böyrək  və  mədə  xorası  xəstəliklərinə  qarşı  istifadə  olunur. 
Zeytunun  tərkibində  6%  zülali  maddə,  çəyirdəyində  12-13% 
yağ, 6% mineral maddə, 23% su, həmçinin 9% şəkər, A, B
2
 və 
C vitaminləri vardır. 
Təsərrüfatda istifadə olunmasına görə 3 qrupa bölünür: 
1.
  Konservlik  sortlar  (Askolano,  Santa  Katerina,  Tol-
qomskaya, Armudu zeytun). 
2.
  Konservlik  yağlı  sortlar  (Tolqomskaya,  Aqostino, 
rimeyvəli Nikita zeytunu, Azərbaycan zeytunu, Şirin zeytun). 
3.
  Yağlı  sortlar  (Della  Madonna,  Tiflis,  Kore-ciolo, 
Nikita zeytunu). 
Azərbaycanda,  əsasən  Azərbaycan  zeytunu,  Aqostino, 
Armudu  zeytun,  Santa  Katerina,  Nikita  zeytunu  və  Tiflis 
sortları becərilir. 
Zeytunun  müalicəvi  xassələri.  Zeytun  yağından  qida 
məqsədləri üçün və tibbdə geniş miqyasda istifadə olunur. Bitki 
yağları içərisində ən qiymətli yağ hesab olunur. Zeytun yağına 
«provans»  deyilir.  Bu  adın  ona  verilməsi  onun  qədimdən 


 
203
ə
sasən,  Fransanın  Provans  əyalətində  istehsal  edilməsi  ilə  əla-
qədardır.  Bu  yağ  qızılı-sarı  rəngdə,  xoşagələn  dad  və  ətrə 
malikdir. 
Zeytun  yağı  orqanizmdə  asan  mənimsənilir  və  vitamin-
lərlə  zəngindir.  Ondan  kulinariyada  və  konserv  sənayesində 
istifadə olunur. 
Tibbdə  zeytun  yağının  əhəmiyyəti  böyükdür.  Ondan 
mədə-bağırsaq və öd kisəsi daşının müalicəsində, həm də bəzi 
dərmanların hazırlanmasında həlledici vasitə kimi istifadə olu-
nur.  Maz,  plastır  və  digər  məlhəmlərin  hazırlanmasında  əvəz-
olunmaz  vasitədir.  Tərkibində  doymamış  yağ  turşuları  çox 
olduğundan  aterosklerozun  müalicəsində  və  profilaktikasında 
yaxşı  vasitə  hesab  edilir.  Xalq  təbabətində  zeytun  yağı  yum-
ş
aldıcı kimi və mədə ağrılarında tətbiq olunur. Xaricə sürtmək 
üçün qoturluqda, əzilmə və həşəratlar dişlədikdə istifadə edilir. 
Zeytun  meyvələrindən  (çəyirdəyi  çıxarılmış)  hazırlanan  mü-
rəbbə  qaraciyər  və  öd  kisəsi  xəstəlikləridə  müalicəvi  əhəmiy-
yətə malikdir. 
Zeytunun  yarpaqlarından  alınan  ekstraktdan  hiperto-
niyaya  qarşı  istifadə  edilir.  O  qan  təzyiqini  aşağı  salır,  sidik-
qovucu təsirə malikdir və tənəffüsü normallaşdırır. Lakin bütöv 
təzə  yarpaqlardan  hazırlanan  ekstrakt  qurudulmuş  yarpaqdan 
hazırlanana  nisbətən  daha  səmərəlidir.  Xalq  təbabətində  də 
zeytun  yarpaqlarından  hazırlanan  tinkturadan  həmin  məqsədlə 
istifadə olunur. 
 
slami dəyərlərə əsasən zeytunun və zeytun yağının 
insan sağlamlığına faydaları 
 
“Qurani-Kərim”-də diqqətimizi cəlb edən qidalardan biri 
də  zeytundur.  Son  dövrlərdə  aparılan  araşdırmalar  zeytunun 
təkcə  ləzzətli  bir  qida  deyil,  həm  də  mühüm  bir  sağlamlıq 
mənbəyi olduğunu göstərib. 
Zeytun  yağı  başqa  qatı  yağların  əksinə  olaraq  bütün 
 
204
mütəxəssislər  tərəfindən  başda  ürək  və  qan-damar  sağlamlığı 
olmaqla  ən  çox  tövsiyə  edilən  yağ  növü  kimi  tanınır.  Zeytun 
yağının  sağlamlıq  baxımından  faydalarını  aşağıdakı  kimi  qeyd 
edə bilərik. 
 
Ürək və qan-damar sağlamlığına faydası 
 
Zeytun  və  zeytun  yağındakı  yağ  turşularının  əksəriyyəti 
doymamış  yağ  turşularıdır.  Belə  yağlarda  xolesterin  olmur. 
Buna  görə  də  zeytun  yağı  qandakı  xolesterin  səviyyəsini 
qaldırmır, əksinə, onu nəzarətdə saxlayır. Bundan başqa, zeytun 
yağının tərkibində bədən üçün zəruri olan (EFA: essential fatty 
asit)  omeqa-6  yağ  turşusu  (linolen  turşu)  var.  Buna  görə  də 
səhiyyə  təşkilatları  (Dünya  Səhiyyə  Təşkilatı  -  WHO)  damar 
kirəcləşməsi, şəkər xəstəliyi faizinin çox olduğu cəmiyyətlərdə 
istifadə  edilən  yağlardakı  yağ  turşusunun  ən  az  30%-nin  ome-
qa-6 yağ turşusu olmasını tövsiyə edir. Bu da zeytunun dəyərini 
yüksək səviyyədə artırır. 
Bu sahədə aparılan tədqiqatlar bir həftə boyunca hər gün 
25 ml – təxminən 2 xörək qaşığı – təbii zeytun yağı qəbul edən 
insanların daha az LDL (pis xolesterin) və daha yuxarı antiok-
sidant  səviyyələri  göstərdiyini  təsdiqləyib.  Antioksi-dantlar 
bədənimizdəki  “sərbəst  radikallar”  adlı  zərərli  maddə-lərin 
zərərsizləşdirilməsi və hüceyrəyə zərər verilməsinin qar-şısının 
alınması baxımından çox zəruridir. Zeytun yağından istifadənin 
xolesterinin  səviyyəsini  aşağı  salması  və  ürək  xəstəliklərinin 
qarşısını alması bir çox araşdırmalarla da təsdiq edilib. 
Zeytun  yağı  qanda  dövr  edən  LDL  adlı  zərərli  xoles-
terinin  səviyyəsini  aşağı  saldığı,  HDL  adlı  xolesterin  səviy-
yəsini  isə  yüksəltdiyi  üçün  ürək  və  qan-damar  xəstələrinə 
dərman kimi tövsiyə edilir. Ürək-damar xəstəliklərinə çox rast 
gəlinən  ölkələrdə  əksərən  yüksək  xolesterin  səviyyəsinə  malik 
doymuş yağlar işlədilir. Bununla yanaşı, zeytun yağı bədəndəki 
omeqa-6 turşusunun omeqa-3 yağ turşusuna nisbətini də pozur. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə