Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə51/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   47   48   49   50   51   52   53   54   ...   62

Həsənov Yusifəli Lətif oğlu 
 
164 
 
rizm əlaqələrinə xüsusi diqqət yetirmişdi. 9 oktyabr 1995-ci ildə 
Bakıda imzalanmış Azərbaycan və Pakistan respublikaları höku-
mətləri  arasında  mədəni,  elmi  və  humanitar  əlaqələr  haqqında 
sazişin  8-ci  maddəsində  tərəflər  idman  və  turizm  sahəsində 
əməkdaşlığı inkişaf etdirmək barəsində öz üzərlərinə təəhhüdlər 
götürürdülər  [28, v.2]. Elə  həmin gün turizm  əlaqələrini  inkişaf 
etdirmək  baxımından  mühüm  olan  9  oktyabr  1995-ci  ildə  Ba-
kıda  iki  ölkə  arasında  hökumət  səviyyəsində  Azərbaycan-Paki-
stan  birgə  komissiyasının  yaradılması  haqqında  xüsusi  protokol 
da  imzalanmışdır  [28,  v.3].  Protokola  əsasən  tərəflər  sənaye, 
kənd  təsərrüfatı,  ticarət,  elm,  təhsil,  texnologiya,  nəqliyyat,  in-
formasiya,  mədəniyyət  sahələri  ilə  yanaşı  turizm  sahəsində  də 
qarşılıqlı maraq doğuran bütün məsələləri öyrənməli və bu sahə-
də əməkdaşlığın genişlənməsi barədə təkliflər verməliydilər. Öl-
kələrimiz arasında turizm sahəsində inkişafda olan əlaqələrin ge-
nişlənməsinə  prezident  H.Ə.Əliyevin  Pakistan  İslam  Respubli-
kasına  1996-ci  ildəki  səfərinin  böyük  təsiri  olmuşdu.  Prezident 
H.Ə.Əliyevin bu səfəri zamanı 10 aprel 1996-cı ildə İslamabad-
da  Azərbaycan  və  Pakistan  respublikaları  arasında  “Turizm  sa-
həsində  əməkdaşlıq  haqqında  anlaşma  memorandumu”  imza-
lanmışdı  [65].  Həmin  memorandumun  12-ci  maddəsində  gələ-
cəkdə  turizm  sahəsində  sazişin  bağlanmasının  vacibliyi  qeyd 
olunmuşdu.  Elə  həmin  tarixdə  İslamabadda  Gəncə  və  Multan 
arasında  qardaşlaşmış  şəhər  münasibətlərinin  yaradılması  haq-
qında birgə bəyannamə də imzalanmışdı [28, v.3]. 
9 oktyabr 1995-ci ildə Bakıda “Azərbaycan ilə Pakistan hö-
kumətləri arasında mədəni, elmi və humanitar əlaqələr haqqında 
saziş”  və  1996-cı  il  aprelin  10-da  İslamabadda  “Azərbaycan 
Gənclər  və  İdman  Nazirliyi  ilə  Pakistan  Mədəniyyət,  İdman  və 
Turizm Nazirliyi arasında idman sahəsində əməkdaşlıq haqqında 
anlaşma memorandumu”ndan irəli gələn vəzifələri həyata keçir-
mək üçün bizim nazirlik 1997-ci ilin oktyabrında Pakistanda ke-
çiriləcək İslam ölkələri qadınları arasında 2-ci idman həmrəyliyi 
oyunlarında və 1996-cı  ilin oktyabrın 19-dan 24-dək 2-ci oyun-


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
165 
 
lara hazırlıq ərəfəsində keçirilən milli oyunlarda Azərbaycandan 
turist  və  azarkeş  qruplarının  iştirakını  böyük  uğurla  təşkil 
etmişdi [28, v.4-5]. 
1993-1998-ci illər ərzində iki ölkə arasında turist mübadilə-
si  aparılmasında  Bakı-Kəraçi  aviareysinin  fəaliyyət  göstərməsi-
nin  böyük  rolu  olmuşdur.  Lakin  həmin  reysin  fəaliyyətinin  da-
yandırılması  ölkələr  arasında  turizm  əlaqələrinin  zəifləməsinə 
səbəb olmuşdur. Qeyd olunan reysin bərpası ilə əlaqədar respub-
likamızın  Turizm  Nazirliyi  “AZAL  dövlət  konserni”nə  xüsusi 
məktub da göndərmişdi. 
Azərbaycan  ilə  Pakistan  respublikaları  arasında  turizm  əla-
qələrinin  möhkəmlənib  inkişaf etməsində  iki ölkə arasında İqti-
sadi  Əməkdaşlıq  üzrə  Hökumətlərarası  Komissiyanın  rolu  da 
böyük  olmuşdu.  Azərbaycan  ilə  Pakistan  hökumətləri  arasında 
iqtisadiyyat, ticarət, elm, təhsil, texnologiya, nəqliyyat, informa-
siya, mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndi-
rilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2000-
ci  il  17  may  tarixli  sərəncamı  ilə  yaradılmış  Azərbaycan–Paki-
stan birgə komissiyasının 1-ci iclası 28-29 sentyabr 2000-ci il ta-
rixində Bakıda keçirilmişdi [28, v.8]. Həmin dövrdə Azərbaycan 
və Pakistan respublikaları arasında turizm sahəsində əməkdaşlıq 
haqqında  anlaşma  memorandumu  çərçivəsində  bir  sıra  işlər  gö-
rülmüşdü. Belə ki, Pakistanın “PİA” və “Azərbaycan Hava Yol-
ları”  tərəfindən  mütəmadi  olaraq  çarter  aviareysləri  təşkil  olun-
muşdu.  Bundan  başqa  aparılmış  araşdırmalar  nəticəsində  qeyd 
olunanları əsas tutaraq Azərbaycan Respublikası Turizm Nazirli-
yi Azərbaycan-Pakistan birgə komissiyasının 2-3 sentyabr 2002-
ci ildə İslamabadda keçirilmiş iqtisadi və texniki əməkdaşlıq üz-
rə ikinci iclasının gündəliyinə turizm əlaqələrinin inkişafı yolları 
barəsində  məsələlərin  salınmasını  məqsədəuyğun  hesab  etmişdi 
[28, v.6]. Komissiyanın  iclasının  yekun protokolunun  mədəniy-
yət  və  turizm  hissəsi  1996-cı  ildən  bəri  asılı  vəziyyətdə  qalmış 
turizm sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması üçün 
lazımi tədbirlərin görülməsinə  imkan  verirdi. Belə ki,  mədəniy-


Həsənov Yusifəli Lətif oğlu 
 
166 
 
yət və turizm bölməsinin 26-cı maddəsinə əsasən hər iki tərəf tu-
rizm sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması istiqa-
mətində danışıqların davam etdirilməsi barədə razılığa gəlmişdi-
lər [28, v.7]. Eyni zamanda, bu protokolda Azərbaycan tərəfi Pa-
kistan sərmayədarlarının ölkəmizin turizm sektorunda iştirak et-
mələrini  təklif  etmişdir.  Pakistan  tərəfinin  təqdim  etdiyi  və 
Azərbaycan  Respublikası  XİN-nin  etdiyi  dəyişikliklərin  əks 
olunduğu saziş  layihəsinə ölkəmizin  Turizm Nazirliyində  baxıl-
mış  və  müvafiq  rəy  bildirilmişdir.  2003-cü  il  25  fevralda  Paki-
stan səfiri ilə Azərbaycan Respublikasının Turizm Baş İdarəsin-
də görüş keçirilmişdi [28, v.8]. 5-6 iyul 2004-cü ildə Bakıda ke-
çirilən  birgə  komissiyanın  3-cü  iclas  protokolunun  mədəniyyət 
və turizm bölməsində 2-ci iclasda olduğu kimi əməkdaşlığa dair 
sazişin hazırlanması və imzalanması, o cümlədən hər iki ölkədə 
təşkil olunan incəsənət, folklor və turizm sərgilərində iştirak, ar-
xeologiya  və  turizm  bölmələrində  məlumat  mübadiləsi  sahəsin-
də əməkdaşlıq nəzərdə tutulmuşdu [28, v.9]. Bu iclasda respub-
likamızın  Turizm  Nazirliyinin  nümayəndələri  iştirak  etmişdilər 
[28, v.8]. Yuxarıda göstərilən komissiya iclaslarının nəticəsi ola-
raq  Pakistan  prezidentinin  ölkəmizə  rəsmi  səfəri  çərçivəsində  7 
iyul  2004-cü  ildə  Bakıda  “Azərbaycan  və  Pakistan  hökumətləri 
arasında  turizm  sahəsində  əməkdaşlıq  haqqında  saziş”  imzalan-
mışdı [65]. Bütün bunlar  imkan  vermişdir ki, ölkəmizdə keçiri-
lən turizm tədbirlərində Pakistan  nümayəndələri davamlı olaraq 
dəvət  olunsunlar.  7-9  aprel  2005-ci  ildə  Bakıda  keçirilmiş 
“AİTF-2005”  4-cü  ABTS-də  də  iştirak  etmək  üçün  Pakistanın 
müvafiq  dövlət  qurumuna  dəvət  məktubu  göndərilmişdi  [28, 
v.14]. Hal-hazırda ölkəmizdə fəaliyyət göstərən “İmproteks Tra-
vel” şirkəti Pakistanla turist mübadiləsi həyata keçirir [28, v.17]. 
9-12  sentyabr  2006-cı  ildə  Bakıda  keçirilmiş  İKT-nın  tu-
rizm nazirlərinin iclasında Pakistanın turizm  naziri də iştirak et-
mişdir. Qeyd etmək lazımdır ki, 2002-ci ilə nisbətən 2006-cı ildə 
Pakistandan  ölkəmizə  gələn  turistlərin  sayı  iki  dəfə  artmışdı 
(2006-cı ildə ölkəmizə 1185 pakistanlı turist səfər etmişdi). Nə-


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə