Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə47/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   43   44   45   46   47   48   49   50   ...   62

Həsənov Yusifəli Lətif oğlu 
 
152 
 
sentyabrın  19-da  Bakıda  ümumdünya  rus  mətbuatı  konqresinin 
iştirakçıları üçün  ölkəmizin  Turizm Nazirliyi tərəfindən ekskur-
siya proqramı tərtib edilib həyata keçirilmişdi [32, v.21]. 
2003-cü  ildə  MDB  ölkələrinin  turizm  üzrə  əsas  iki  tədbiri 
keçirilmişdi  [63,  “MDB  ilə  əlaqələr  haqqında  arayış”].  Birliyə 
daxil olan dövlətlərin milli turizm qurumlarının 25 mart 2003-cü 
ildə  Moskvada  növbəti  görüşü  olmuşdu.  Görüşdə  13  oktyabr 
2000-ci ildən keçirilmiş iclaslar, görülən işlərin hesabatı, növbə-
ti  iki  illik dövrdə turizm üzrə təmsilçi  şuraya seçkilər, MDB-yə 
üzv olan ölkələrin milli turizm qurumlarının beynəlxalq təşkilat-
lar  çərçivəsində  əməkdaşlığını  fəallaşdırmaq,  2003-cü  ildə  tu-
rizm üzrə şuranın iş planını müzakirə etmək məsələlərinə baxıl-
mışdı. Milli turizm qurumlarının 10-12 oktyabr 2003-cü ildə tu-
rizm  üzrə  Kişinyovda  keçirilən  görüşündə  isə  turizm  sahəsində 
vahid  hüquqi-normativ  bazanın  yaradılması,  maddi-texniki  ba-
zanın  təkmilləşdirilməsi,  investisiya  siyasəti  və  turizm  infra-
strukturlarının  yenidən  bərpası  və  tikintisi,  milli  turizm  məhsu-
lunun reklamı məqsədilə MDB ölkələri ərazisində turizm nüma-
yəndəliklərinin  yaradılması  mümkünlüyünün  araşdırılması, 
2004-cü ildə turizm şurası iş planı layihəsinin müzakirələri keçi-
rilmişdi. 
Bütün  təşkilatlarda  olduğu  kimi,  ermənilər  MDB-də  də 
Azərbaycan  Respublikasına  qarşı  yalan  və  böhtan  kampaniyası 
apardıqları üçün respublikamızın gənclər, idman və turizm naziri 
Ə.Qarayev  turizm  sahəsində  əməkdaşlıq  haqqında  sazişə  üzv 
dövlətlərin  katibi  V.İ.Çıbuxa  MDB-yə  üzv  dövlətlərin  bəziləri-
nin turizmə aid internet səhifələrində Dağlıq Qarabağda turizmin 
inkişafına dair  məlumatlar getdiyini  bildirmişdi [63, v.8]. Nazir 
misal olaraq Ukrayna turist şəbəkəsi (
www/ukrtravel.net
) saytın-
da ayrıca «Новости туризма» adı altında 18 oktyabr 2004-cü il-
də  turizm  və  turizmə  aid  Dağlıq  Qarabağda  qanun  layihəsinin 
hazırlanması haqqında məlumatın verildiyini, həqiqətdə isə dün-
yada  Dağlıq  Qarabağ  adlı  heç  bir  siyasi  qurumun  olmadığını, 
Azərbaycan Respublikasının turizmə aid 1999-cu ildə qanun qə-


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
153 
 
bul etdiyini və bütün Azərbaycan Respublikası ərazisində bu qa-
nunun  keçərli  olduğunu,  bu  səhvin  düzəldilməsinin  vacibliyini 
bildirmişdi. 
Rusiya  ilə  Azərbaycan  Respublikası  arasında  turizm  əlaqə-
ləri  həmçinin  hər  iki  ölkənin  üzv  olduğu  QDİƏT-də  də  davam 
etdirilmişdi. Belə ki, 25-26 sentyabr 2003-cü ildə Bakıda keçiri-
lən  “QDİƏT regionunda turizm  imkanları” beynəlxalq konfran-
sında  Rusiyanın  İqtisadi  İnkişaf  və  Ticarət  Nazirliyinin  Turizm 
Departamentinin nümayəndəsi iştirak etmişdi. Azərbaycan-Rusi-
ya  beynəlxalq  turizm  əlaqələrinin  inkişafı  baxımından  aşağıda 
adları çəkilən tədbirlərin də böyük  əhəmiyyəti olmuşdur. Məsə-
lən,  Azərbaycan-Rusiya  Hökumətlərarası  Komissiyasının  7  ap-
rel 2004-cü ildə Bakıda keçirilmiş 8-ci və 14 fevral 2005-ci ildə 
Moskvada keçirilmiş 9-cu  iclaslarının  protokollarında da  iki öl-
kə arasında turizm əlaqələrinin inkişaf etdirilməsi nəzərdə tutul-
muşdu  [33,  v.13].  Belə  ki,  8-10  aprel  2004-cü  ildə  Bakıda  ke-
çirilmiş  “AİTF-2004”  III  ABTS-də  Rusiyada  fəaliyyət  göstərən 
6 turizm şirkəti və Dağıstan Turizm Nazirliyinin nümayəndə he-
yəti,  24-27  may  2004-cü  ildə  isə  Moskvada  keçirilmiş  “MİTT-
2004”  Beynəlxalq  Turizm  Sərgisində  respublikamızın  Turizm 
Nazirliyinin nümayəndə heyəti və ölkəmizin üç turist şirkəti işti-
rak  etmişdi.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  Res-
publikası ilə Rusiya arasında vizasız gediş-gəliş daim davam et-
mişdi. 
Azərbaycan  Respublikası  ilə  Rusiya  arasında  turizm  əlaqə-
lərinin  təkmilləşməsi  işinə  hər  iki  dövlətin  turizm  təşkilatları 
rəhbərlərinin  qarşılıqlı  səfərlərinin  də  əhəmiyyəti  böyük  olmuş-
du. Bu istiqamətdə 27-29 iyul 2004-cü ildə Rusiyanın Stavropol 
vilayətinin iqtisadi inkişaf və ticarət nazirinin birinci müavininin 
başçılıq  etdiyi  və  Qafqaz  mineral  suları  regionunun  Pyatiqorsk, 
Kislovodsk və Yessentuki şəhərlərinin sanatoriya rəhbərlərindən 
ibarət nümayəndə heyəti ölkəmizdə səfərdə olmuş və onlarla öl-
kəmizdə  fəaliyyət  göstərən  turizm  şirkətlərinin  nümayəndələri 
arasında işgüzar görüşlər keçirilmiş və turist mübadiləsi ilə bağlı 


Həsənov Yusifəli Lətif oğlu 
 
154 
 
müvafiq  müqavilələr  bağlanmışdı.  Bundan  başqa  Azərbaycan 
Respublikasının turizm və kurort-sağlamlıq potensialı, o cümlə-
dən  investisiya  layihələri  haqqında  məlumat  Moskva  şəhər  Tu-
rizm  Komitəsinə  göndərilmişdi.  Eyni  zamanda  qeyd  etmək  la-
zımdır  ki,  2005-ci  il  Rusiyada  Azərbaycan  ili  elan  olunmuşdu. 
Bununla əlaqədar 2005-ci ilin may-iyun aylarında respublikamı-
zın  Turizm  Nazirliyi  tərəfindən  Tambov,  Stavropol,  Yekaterin-
burq,  Nijni-Novqorod,  İvanovo  və  Samara  şəhərlərində  “Azər-
baycanın  regionları”  adlı  turizm  təqdimat  sərgiləri  keçirilmişdi 
[75, v.19]. Sərgilər çərçivəsində turist şirkətləri və kütləvi infor-
masiya  vasitələri  üçün  mətbuat  konfransları  da  təşkil  edilmişdi. 
Bu görüşlərdə Azərbaycan turizmi  ilə  bağlı reklam çarxı  nüma-
yiş  etdirilmiş,  reklam-çap  məhsulları  maraqlı  tərəflərə  paylanıl-
mışdı. Ümumrusiya Azərbaycan Konqresinin təşəbbüsü ilə Mos-
kvada keçirilmiş dəyirmi masada ölkəmizin Turizm Nazirliyinin 
nümayəndəsi  iştirak etmişdi. Onun arxasınca 2005-ci  ilin 14-16 
iyununda  Sankt-Peterburqda  keçirilən  9-cu  Peterburq  Beynəl-
xalq  İqtisadi  Forumunda  ölkəmizin  turizm  nazirliyinin  nüma-
yəndə  heyəti  iştirak  etmişdi.  15-20  oktyabr  2005-ci  ildə  Rusi-
yada  fəaliyyət  göstərən  “AZTUR”  və  Azərbaycanda  fəaliyyət 
göstərən “STİ” turizm şirkətləri Rusiyanın aparıcı kütləvi infor-
masiya  vasitələrinin  nümayəndələri  üçün  Azərbaycanın  turizm 
potensialını  tanış  etmək  məqsədi  ilə  press-info  tur  təşkil 
etmişlər.  Göstərilmişdir  ki,  Azərbaycanda  fəaliyyət  göstərən 
“İmproteks  Travel”,  “AİT  Travel”,  “Yevroturizm”  turist 
şirkətləri Rusiya ilə turist mübadiləsi aparırlar [32, v.51]. 
Həmin  dövrdə  Azərbaycan  və  Rusiya  hökumətləri  arasında 
turizm  sahəsində  əməkdaşlıq  haqqında  sazişin  imzalanması  da 
bu sahədə görülmüş  işlərin  inkişafına  imkan vermişdi.  Tədqiqat 
dövründə,  təkcə  istirahət  mövsümü  ərəfəsində  Nabran  istirahət 
zonasına  gələnlərin  10-15  faizini  Rusiya  vətəndaşları  təşkil  et-
mişdi.  Azərbaycana  gələnlərə  dair  statistik  məlumatlardan  da 
görünür ki, Rusiyadan gələnlərin sayının çoxalması tendensiyası 
vardır:  Azərbaycan  Respublikasına  2002-ci  ildə  ümumi  gələn 


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə