Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə43/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   39   40   41   42   43   44   45   46   ...   62

Həsənov Yusifəli Lətif oğlu 
 
138 
 
na cavab verir və hər iki xalq arasında inkişaf etməkdə olan doğ-
malıq  münasibətlərinin  daha  da  möhkəmlənməsinə  xidmət  gös-
tərməkdədir. İki qardaş ölkənin ümumi beynəlxalq münasibətləri 
sistemində yaranmış turizm əlaqələri də həmin istiqamətdə ciddi 
rol  oynamaqdadır.  Bu  baxımdan  iki  ölkə  arasında  mövcud  əla-
qələ
rin
nunda t
ə


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
139 
 
çarter reysi ilə həyata keçirilmişdi [1, v.19]. Onun ardınca 1991-
ci ildə “Azintur” turist şirkəti və Türkiyənin “Duru” turist şirkəti 
birgə  altı  çarter reysi  ilə  turist  mübadiləsi  həyata keçirmişdi  [2, 
v.29].  Beləliklə,  Azərbaycan  Respublikası  ilə  Türkiyə  arasında 
ilk  beynəlxalq  turizm  əlaqələri  yuxarıda  qeyd  olunan  təşkilatlar 
vasitəsi ilə başlanmışdır. 1991-ci ildə çarter reysləri ilə Azərbay-
can  Respublikasına  Türkiyədən  1050  turist  gəlmiş,  bir  o  qədər 
də  Azərbaycandan  Türkiyəyə  turist  getmişdir  [53,  “Azərbaycan 
Respublikası  ilə  Türkiyə  Respublikası  arasında  beynəlxalq  tu-
rizm  əlaqələri”].
 
Həmin  ildə  Azərbaycanla  Türkiyə  arasında  tu-
rizm sahəsində olan əlaqələr bazar iqtisadiyyatına müvafiq qay-
dalar  əsasında  həyata  keçirilirdi.  1991-2005-ci  illərdə  Azərbay-
can Respublikası və Türkiyə arasında beynəlxalq turizm əlaqələ-
ri  müxtəlif  formada  və  növdə  həyata  keçirilmişdi.  Məsələn, 
1991-1992-ci  illərdə  Azərbaycan  Respublikası  ilə  Türkiyə  ara-
sında  həmin  əlaqələrdə  əsas  yeri  etnik  turizm  təşkil  etmişdi. 
Uzun illərdən bəri öz qohum-əqrəbalarından ayrı düşən insanlar 
öz yaxınlarına qovuşmaq üçün Türkiyədən Azərbaycana və əksi-
nə  turist  səfərlərinə  gedirdilər.  Bu  səyahətlər  qarşılıqlı  xarakter 
daşıdığından  yeni  turist  əlaqələri  üçün  zəmin  hazırlayırdı.  Belə 
turizm  növlərindən  biri  də  “Shop  turizm”,  yəni  ticarət  turizmi 
olmuşdu.  Turizmin  bu  növü  həm  Azərbaycan,  həm  də  Türkiyə 
üçün əlverişli turizm formalarından idi. Belə ki, SSRİ-nin süqu-
tu dövründə  nəinki  Azərbaycanda, bütövlükdə SSRİ məkanında 
iqtisadiyyatın dağılması bazarlarda hədsiz boşluğa səbəb olmuş-
dur ki, bunu da Türkiyənin inkişaf etməkdə olan yüngül sənaye-
si öz məhsulları ilə doldura bilərdi. Bu səbəbdən də ticarət turiz-
mi hər iki ölkə arasında 1991-1992-ci illərdə yeganə forma kimi 
inkişaf etmişdi. İki ölkə arasında beynəlxalq turizm əlaqələrinin 
başqa  formalara  keçməsinə  ehtiyac  olmasına  baxmayaraq  sepa-
ratizm, erməni terrorizmi,  işğalçı Ermənistan  və  müstəqil  Azər-
baycan  Respublikası  arasında  gedən  müharibə  nəticəsində  ərazi 
itkisi Azərbaycanda turizmin digər sahələrinin inkişafına maneə 
olmuşdu.  Bütün  bu  çətinliklərə  baxmayaraq,  Azərbaycan  Res-


Həsənov Yusifəli Lətif oğlu 
 
140 
 
publikası  ilə Türkiyə arasında bu istiqamətdə əlaqələr iki dövlə-
tin turizm strukturları arasında davam etmişdi. 
Demək lazımdır ki, bu əlaqələr elə-belə, əsassız olmamışdı. 
Onların  inkişafına  iki  ölkə  arasında  1992-2005-ci  illərdə  imza-
lanmış  protokollar,  sazişlər  və  digər  sənədlər  ciddi  təsir  göstər-
mişdi. Belə ki, həmin  illərdə hər iki ölkə arasında  əməkdaşlığın 
inkişafına yönəlmiş 119  müxtəlif beynəlxalq sənəd imzalanmış-
dı. Şübhəsiz ki, həmin sənədlərdə iki ölkə arasında ictimai həya-
tın başqa sahələrində olan əməkdaşlığın inkişafı il
ci


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
141 
 
dorunun  inkişafı  sazişi turizm  sahəsində də  yenidən oyanışa sə-
bəb  oldu  [153,  s.213].  Bu  istiqamətdə  əldə  olunan  imkanlar 
Azərbaycan-Türkiyə əlaqələrinin  məzmununa öz təsirini göstər-
mişdir.  9  fevral  1994-cü  ildə  prezident  H.Ə.Əliyev  tərəfindən 
Ankarada  Azərbaycan  və  Türkiyə  arasında  elmi-texniki,  sosial, 
mədəni  və  iqtisadi  sahələrdə  əməkdaşlıq  haqqında  saziş  imza-
lanmışdır. Bu  müqavilə ölkələr arasında  yuxarıda göstərilən sa-
hələrdəki  əlaqələrdə  baza  rolunu  oynamaqla  yanaşı,  intensiv 
beynəlxalq turizm əlaqələrinin inkişafını da təmin etmişdir [153, 
s.213]. Nəticədə 1994-cü ildə Azərbaycana gəlmiş turistlərin sa-
yına nəzər saldıqda görünür ki, Türkiyə ilə Azərbaycan arasında 
turist  axını  İrandan  sonra  ikinci  yerdə  durmuşdur  ki,  bunun  da 
əsasını ticarət turizmi təşkil etmişdir [2, v.34]. Göstərilən illərdə 
Azərbaycan  ilə  Türkiyə  arasında  turizm  sahəsində  əməkdaşlıq 
həm  də  QDİƏT  çərçivəsində  həyata  keçirilmişdir  və  keçirilir. 
Bu istiqamətdə QDİƏT tərkibində yaradılmış işçi qrupunun rolu 
az  olmamışdı.  QDİƏT-nin  turizm  üzrə  işçi  qrupunun  ilk  iclası 
Azərbaycan nümayəndələrinin iştirakı ilə 25-27 oktyabr 1994-cü 
ildə  İzmirdə  keçirilmişdir  [53,  “Azərbaycan  Respublikası  ilə 
Türkiyə  Respublikası  arasında  beynəlxalq  turizm  əlaqələri”]. 
QDİƏT-nin  turizm  üzrə  ikinci  işçi  iclası  20-21  noyabr  1997-ci 
ildə Rumıniyada, üçüncü iclası 23-24 iyun 1998-ci ildə Sofiyada 
keçirilmişdir. Bu iclaslarda Azərbaycanın turizm potensialı yük-
sək  qiymətləndirilmişdi.  Azərbaycan  da  Türkiyə  kimi  ÜTT  və 
UNESCO-nun  “İpək  yolu”  layihəsinin  üzvüdür.  “İpək  Yo-
lu“  marşrutunun  öyrənilməsində  Türkiyənin  çoxillik  təcrübəsi 
onun turizm infrastrukturunun inkişafına imkan vermiş və tarixi 
abidələrin  bərpası  nəticəsində  turist  axını  artmışdı.  Türkiyə  ilə 
bu  təşkilatlarda  birgə  iştirak  və  onun  təcrübəsindən  istifadə  iki 
ölkə  arasında  turizm  sahəsində  müqaviləyə  uyğun  olaraq  Azər-
baycana turist cəlbi üçün imkanlar açmışdı. Bu yolla 1991-2001-
ci  illər ərzində  Azərbaycandan Türkiyəyə gedən turistlər Türki-
yədən Azərbaycana gələn turistlərə nisbətən çoxluq təşkil etmiş-
di  [2,  v.14-27].  Buna  baxmayaraq,
 
1995-ci  ildə  Azərbaycan  və 


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə