Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə40/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   36   37   38   39   40   41   42   43   ...   62

Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
129 
 
lərinin  Xəzərsahili  istirahət  ocaqlarında  dincəlməsinin  təşkili, 
Azərbaycan  turistləri  üçün  bu  ölkələrə  giriş–çıxış  vizalarının 
alınmasının  sadələşdirilməsi.  Lakin  belə  fikrə gəlmək olmaz ki, 
tədqiq  olunan  illərdə  ikitərəfli  əlaqələrdə  turizmin  heç  bir  növü 
inkişaf  etməmişdir.  Azərbaycan  ilə  Polşa  arasında  bazar  iqtisa-
diyyatının inkişafı ilə əlaqədar turizmin “şop turizm” növü kifa-
yət qədər geniş olmuşdu. 
1991-2005-ci  illərdə  Azərbaycan  Respublikasının  Bolqarı-
stanla  da  turizm  əlaqələri  maraqlıdır.  Qeyd  etmək  lazımdır  ki, 
hələ  SSRI  dövründə  Moskvadan  idarə  olunsa  da,  sosialist  ölkə 
kimi  Sovet  Azərbaycanının  Bolqarıstanla  turizm  əlaqələri  möv-
cud olmuşdu. Bu baxımdan bu əlaqələri davam və inkişaf etdir-
mək üçün digər Avropa ölkələri ilə müqayisədə Bolqarıstan da-
ha üstün cəhətlərə  və geniş imkanlara  malik idi. Lakin müstəqil 
dövlət  kimi  Bolqarıstanla  turizm  sahəsində  saziş  yox  idi  və  elə 
buna görə də Azərbaycan və Bolqarıstan respublikalarının höku-
mətləri arasında Bakıda 2 dekabr 1999-cu ildə hər iki ölkənin ta-
rixi və mədəni irsi ilə, habelə təbii sərvətləri ilə daha yaxşı tanış 
olmağa köməklik edilməsi arzu olunaraq turizm sahəsində saziş 
imzalanmışdı  [49,  v.1].  Sazişin  1999-cu  ildə  imzalanmasına 
baxmayaraq, çox təəssüf ki, indiyə qədər onun müddəaları həya-
ta keçirilməmiş və Bolqarıstan ilə Azərbaycanın müvafiq dövlət 
turizm  qurumları  arasında  əlaqələr  lazımi  səviyyədə  qurulma-
mışdı. Bununla  əlaqədar olaraq ölkələrimiz arasında turizm  əla-
q
aqələ


Həsənov Yusifəli Lətif oğlu 
 
130 
 
gəlmişdi  [49,  v.3].  Bu  isə  geniş  turizm  imkanlarına  malik  olan 
hər iki tərəf üçün çox cüzi göstəricilərdir. 
Iki  ölkə  arasında  turizm  əlaqələrini  inkişaf  etdirmək  üçün 
bunları təklif etmək yerinə düşərdi: hər iki ölkənin rəsmi turizm 
qurumları  arasında  əlaqələrin  qurulması  və  inkişaf  etdirilməsi, 
Azərbaycan–Bolqarıstan  müştərək  hökumətlərarası  komissiya 
çərçivəsində  turizm  üzrə  xüsusi  işçi  qrupun  yaradılması  və  tu-
rizm sahəsində qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirə 
edilməsi,  peşəkar  turizm  kadrlarının  hazırlanmasında  təcrübə 
mübadiləsi,  hər  il  Bakıda  keçirilən  Beynəlxalq  turizm  sərgisinə 
Bolqarıstan  turizm  şirkətlərinin  dəvət  olunması,    qardaşlaşmış 
şəhərlər olan Şəki və Qabrovoda qarşılıqlı olaraq turizm gülüş–
yumor  festivallarının  keçirilməsi,  Azərbaycan  və  Bolqarıstanın 
qardaşlaşmış digər (məs. Mingəçevir) şəhərlərində belə tədbirlə-
rin  təşkili,  beynəlxalq  və  regional  təşkilatlar  çərçivəsində,  o 
cümlədən ÜTT, QDİƏ təşkilatı çərçivəsində əməkdaşlığın  inki-
şaf  etdirilməsi,  turizm  əlaqələrinin  inkişafı  baxımından  Bakı–
Sofya–Bakı aviareysinin açılması imkanlarının nəzərdən keçiril-
məsi,  Azərbaycan turistləri üçün Bolqarıstana turizm  viza rüsu-
munun aşağı salınması (hal-hazırda bu rüsum 60 ABŞ dollarıdır). 
Turizm gəlirləri dövlət gəlirlərinin əsasını təşkil edən Yuna-
nıstan  ilə Azərbaycan Respublikası arasında yuxarıda göstərilən 
digər  Avropa  ölkələri  ilə  olduğu  kimi  rəsmi  turizm  əlaqələri 
müstəqilliyin  ilk  illərində  qurulmamışdı  (2005-ci  il  sazişinə  qə-
dər). Lakin  iki ölkə arasında 1994-cü il  iyulun 26-da turizm sa-
həsini  də  əhatə  edən  iqtisadi,  sənaye  və  texnoloji  sahələrdə 
əməkdaşlıq  sazişi    imzalanmışdı  [74,  v.1].  Ardınca  Azərbaycan 
və  Yunanıstan  hökumətləri  arasında  təhsil,  mədəniyyət  və  elm 
sahəsində əməkdaşlıq haqqında 1997-ci ilin 11 aprelində Bakıda 
imzalanmış  sazişin 12-ci  maddəsinə uyğun olaraq  mədəni,  elmi 
və  təhsil  əlaqələrini  inkişaf  etdirmək  arzusu  ilə  Azərbaycan  və 
Yunanıstan  hökumətləri  2001-2004-cü  illər  üçün  mədəni,  elmi 
və  təhsil  əməkdaşlığına  dair  proqram  qəbul  olunması  haqqında 
26 noyabr 2001-ci  ildə razılığa gəlmişdilər [74, v.2]. Elə bu sa-


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
131 
 
zişlərə uyğun olaraq, həm də ikitərəfli turizm əlaqələrini inkişaf 
etdirmək  üçün  prezidentin  2003-cü  il  7  aprel  tarixli  fərmanına 
əsasən yaradılan Azərbaycan ilə Yunanıstan hökumətləri arasın-
da iqtisadi, sənaye və texnoloji sahədə əməkdaşlıq üzrə birgə ko-
missiyanın  tərkibinə  Turizm  Nazirliyinin  də  nümayəndələri  da-
xil  edilmişdir.  Görülmüş  tədbirlər  nəticəsində  Yunanıstan  tərəfi 
iki  ölkə  arasında  turizm  əlaqələrinə  dair  saziş  layihəsini  10-11 
aprel 2003-cü ildə Bakıda keçirilmiş  Azərbaycan və Yunanıstan 
hökumətləri  arasında  iqtisadi,  sənaye  və  texnoloji  əməkdaşlıq 
üzrə  birgə  komissiyasının  ilk  iclası  zamanı  hər  iki  ölkənin  eks-
pertləri  tərəfindən  razılaşdırılmasını  və  həmin  ilin  may  ayında 
planlaşdırılan  Yunanıstan  prezidentinin  Azərbaycana  səfəri  za-
manı  imzalanmasını  təklif  etmişdir.  Yunanıstan-Azərbaycan  tu-
rizm əlaqələri həm də hər iki ölkənin üzv olduğu QDİƏT çərçi-
vəsində  də  davam  etdirilmişdir.  Belə  ki,  31  oktyabr–1  noyabr 
2003-cü  ildə  Salonikidə  Yunanıstan  İnkişaf  Nazirliyinin  təklifi 
ilə  keçirilən  QDİƏT-in  turizm  sahəsində  əməkdaşlıq  üzrə  işçi 
qrupunun iclasında Turizm Baş İdarəsinin nümayəndələri iştirak 
etmişdir.  Yenə  də  2003-cü  ilin  sentyabrında  Bakıda  keçirilmiş 
QDİƏT  çərçivəsində  təşkil  olunmuş  konfransda  iştirak  etmiş 
Yunanıstan inkişaf nazirinin müavini ilə ölkəmizin turizm naziri 
arasında görüş baş tutmuşdur [74, v.3]. Digər tərəfdən, qeyd et-
mək  lazımdır  ki,  Şimali  Kipr  Türk  Respublikasının  “AİTF-
2004”  Bakı  sərgisində  iştirakı  Yunanıstanın  narazılığına  səbəb 
olmuşdur. Lakin  Azərbaycan tərəfi  bildirmişdir ki, sərginin təş-
kili,  keçirilməsi  və  iştirakçıların  dəvət  olunması  baş  ofisi  Lon-
donda  yerləşən  “İTEC  Caspian  LTD”  şirkəti  tərəfindən  həyata 
keçirilir  [50,  v.5].  Yunanıstan-Azərbaycan  turizm  əlaqələrində 
Olimpiya  oyunları  ilə  əlaqədar  idman  turizmini  də  qeyd  etmək 
yerinə düşərdi. Yəni, 2004-cü ildə Afinada keçirilən XVIII Yay 
Olimpiya  Oyunlarında  ölkəmizin  MOK-u  və  Turizm  Nazirliyi 
Olimpiya  oyunlarına  turist  səfərlərinin  təşkilini  “İmproteks”  və 
“SI Travel “ turist şirkətlərinə tapşırmışdı [74, v.7]. 
Turizm  sahəsində  böyük  təcrübəyə  malik  ölkələrlə, o  cüm-


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə