Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə37/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   33   34   35   36   37   38   39   40   ...   62

Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
119 
 
qələr qurmalı və xarici investisiyaları turizmin inkişafına cəlb et-
məlidir. 
Ölkəmizin  rayon  mərkəzlərində,  turistlərin  axını  olan  yer-
lərdə,  həmçinin  turizm  obyektlərində  reklam  üçün  böyük  əhə-
miyyətə  malik  olan  xalq  sənətkarlığı  məhsullarının  satışı  təşkil 
olunur. Son zamanlar Azərbaycan Respublikasının turizm poten-
sialını  əks  etdirən  reklam  məhsulunun  buraxılışı  üzrə  böyük  iş 
aparılmışdır.  “Welcome  to  Azerbaijan”  CD  diski,  rus  və  ingilis 
dillərində  “Azərbaycana  xoş  gəlmişsiniz”  kataloqu,  “Azərbay-
can olduğu kimi” atlası, “Turist üçün informasiya” kitabçası, Şi-
mali Azərbaycan və Bakı üzrə turist marşrutlarının xəritəsi, “Tu-
rizm xəbərləri” aylıq qəzeti, iki ayda bir dəfə rus və ingilis dillə-
rində  çıxan  “Azerbaijan  review”  jurnalı,  həmçinin  Azərbaycan, 
rus və  ingilis dillərində Şimali  Azərbaycan üzrə soraq kitabçası 
buraxılmışdır [5]. 
Turizm  sahəsində  beynəlxalq  əlaqələrin  inkişafı  və  möh-
kəmləndirilməsi  üçün  turizmə  dair  əməkdaşlıq  üzrə  beynəlxalq 
müqavilələrin  bağlanmasına  xüsusi  diqqət  yetirilmişdir.  Bu 
məqsədlə  turizm  sahəsində  əməkdaşlıq  barədə  hökumətlərarası 
sazişlər Azərbaycan Respublikası ilə Türkiyə, Pakistan, Özbəki-
stan,  Qırğızıstan,  Çin,  Polşa,  İtaliya,  Gürcüstan,  Ukrayna,  Bol-
qarıstan, Moldova, Qətər, Yunanıstan, Belarus, Qazaxıstan, Lat-
viya  hökumətləri  arasında  imzalanmışdır  [26].  Bunlardan  əlavə 
turizm  sahəsində  Böyük  Britaniya,  Misir,  Rusiya  Federasiyası, 
Avstriya, Fransa, Birləşmiş  Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı 
və İsrail ilə də əməkdaşlıq haqqında imzalanmaq üçün sazişlərin 
layihələri  hazırlanmışdır  [26].  Bağlanmış  sazişlər  turizm  sahə-
sində  rəsmi  dövlət  orqanları  arasında  əməkdaşlıq  koordinasiya-
sına, xidmətin yeni növlərinə, personal üçün məşq-kursların təş-
kil  olunmasına,  ekspert  qruplarına,  informasiya  mübadiləsinə, 
sərgilərin,  konqreslərin  və  mədəni  tədbirlərin  təşkil  olunmasına 
yönəldilmiş birgə layihələrin hazırlanmasını təmin edirdi. Həm-
çinin  Azərbaycan  Respublikası  üzv  olduğu  bir  sıra  beynəlxalq 
və regional təşkilatların turizm tədbirlərində fəal iştirak etmişdir 


Həsənov Yusifəli Lətif oğlu 
 
120 
 
[26; 65]. 
Azərbaycan Respublikasının turizmə göstərdiyi  dövlət qay-
ğısı turizm sahəsinə yerli və xarici investisiyaların cəlb edilməsi 
üçün əlverişli şərtlərlə bir sıra vacib sənədlərin qəbul edilməsin-
də, onlar üçün vergi güzəştlərinin nəzərdə tutulmasında, turistlər 
üçün  viza  rejiminin  sadələşdirilməsində,  müvafiq  hüquqi  baza-
nın  təkmilləşdirilməsində  öz  əksini  tapmalıydı  [194,  s.19-31, 
s.32-48;  172,  s.129-140;  5].  Yəni  görülən  tədbirlərin  davamı 
olaraq Azərbaycan Respublikası prezidentinin 27 avqust 2002-ci 
il  tarixli    sərəncamı 


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
121 
 
xana  fəaliyyət göstərmiş,  ictimai  iaşə  müəssisələrinin  sayı  xeyli 
artmışdı [194, s.19]. “Böyük ipək yolu”, “Babaların zəfər və şə-
hadət yolu”, “Aleksandr Düma Qafqazda” və digər turizm  mar-
şrutları  işlənib  hazırlanmışdır.  Hazırda  Azərbaycan Respublika-
sında turizmin müxtəlif istiqamətlərində işləyən 100-dən çox tu-
rizm şirkəti və 270 mehmanxana mövcuddur. Artıq Azərbaycan 
Respublikasında  işləyən  turoperatorlar  müştərilərin  hər  hansı 
xahişini yerinə yetirə və onların arzularını nəzərə almaqla turizm 
proqramını təşkil edə bilirlər [78]. 
Son  illərdə  Azərbaycan  Respublikasında  turizmin  inkişafı 
istiqamətində  müsbət  irəliləyişlər  baş  verir.  Avrasiya  nəqliyyat 
dəhlizində  Bakının  əlverişli  mövqedə  yerləşməsi,  imzalanmış 
beynəlxalq neft müqavilələri son zamanlar əcnəbi işgüzar adam-
ların ölkəyə gəlişinin artmasına səbəb olmuşdur. Ölkədə ictimai-
siyasi  vəziyyətin  sabitləşməsi,  bütün  sahələrdə  olduğu  kimi  tu-
rizm  sahəsində  də  investisiyaların  artımını  stimullaşdırır.  Belə-
liklə, dövlətin turizm sahəsində yeritdiyi daxili və xarici  siyasət, 
görülən işlər turizmin maddi-texniki bazasını möhkəmləndirmiş, 
daxili  və  xarici  turizmin  inkişafı  üçün  şərait  formalaşdırmış, 
beynəlxalq turizm  əlaqələrini genişləndirməyə imkan vermişdir. 
Qısa müddət ərzində Sovet dönəmində bu sahədə mövcud olmuş 
vəziyyətin  respublikamız  üçün  arzuolunmaz  elementləri  aradan 
qaldırılmış, ölkəmizdə turizm  biznesinin  çağdaş tələblərə cavab 
verən  bazasının  yaradılması  sahəsində  böyük  uğurlar  qazanıl-
mışdır. 
 
 
§ 2. Beynəlxalq turizm və Azərbaycan Respublikası 
 
Məlumdur ki, hər bir xalq özünün dövlət müstəqilliyini qa-
zandıqdan  sonra onu  möhkəmləndirmək  və  inkişaf etdirmək ki-
mi  çox  ciddi  problemlərlə  qarşılaşır.  Bu  problemlərin  həlli  isə 
həmin  xalqdan  böyük  mübarizə  əzmi,  güclü  qətiyyət,  möhkəm 
birlik və sarsılmaz iradə tələb etməklə yanaşı, həm də onun qar-


Həsənov Yusifəli Lətif oğlu 
 
122 
 
şısına ümummilli  maraqlara cavab  verən, düşünülmüş  xarici si-
yasət  strategiyası,  xüsusilə,  yaxın  və  uzaq  dövlətlərlə  ikitərəfli 
və  çoxtərəfli  əməkdaşlıq  əlaqələrinin  yaradılması  kimi  mühüm 
tarixi vəzifələr qoyur. Azərbaycan xalqı da dövlət müstəqilliyini 
bərpa etdikdən sonra belə mürəkkəb problemlərlə qarşılaşmış və 
onların həlli istiqamətində dönmədən mübarizə aparmış və dün-
yanın müxtəlif xalqları arasında olan tarixi əlaqələrin yeni müs-
təvidə  inkişaf  etdirilməsinə  və  genişləndirilməsinə  ciddi  səylər 
göstərmişdir.  Bu  baxımdan  1991-2005-ci  illərdə  iqtisadiyyatın 
möhkəmlənməsinə  və  inkişafına,  ölkənin  tanınmasına  xidmət 
edən  beynəlxalq  turizmin  Azərbaycan  Respublikası  üçün  müs-
təsna  əhəmiyyəti  olmuş  və  olmaqda  davam  edir.  Beynəlxalq 
turizm  –  vətəndaşların,  əcnəbilərin  və  vətəndaşlığı  olmayan 
şəxslərin  müvəqqəti  olacağı  ölkədə  ödənişli  fəaliyyətlə  məşğul 
olmamaq  şərti  ilə  istirahət,  sağlamlaşdırma,  tanış  olma,  idraki 
(tarix  və  mədəniyyət  sərvətlərindən  bəhrələnmə  və  s.),  iş,  peşə 
(vəzifə borclarının  icra edilməsi  istisna olmaqla), idman və dini 
məqsədlərlə  daimi  yaşayış  yerlərindən  müvəqqəti  getmələri(sə-
yahətləri)dir.  Ölkəmiz  beynəlxalq  aləmdə  bərabərhüquqlu  üzv 
kimi  tanındıqdan  sonra  xarici  ölkələrin  turizm  nazirlikləri  və 
digər  təşkilatları  ilə  ikitərəfli  əməkdaşlıq  haqqında  müqavilələr 
və  protokollar  əsasında  birgə  əməkdaşlığın  yaradılması,  turist 
mübadiləsi, xarici ölkələrdə sərgilərin keçirilməsi, turizm nüma-
yəndəliklərinin  yaradılması  və  Beynəlxalq  Turist  Təşkilatına 
(BTT) üzv olmaq imkanı əldə etdi. Respublikamızın öz mövcud 
turizm  potensialını  beynəlxalq  aləmdə  tanıtdırmaq  üçün  fəaliy-
yətində geniş imkan və şərait yarandı. 
Belə qətiyyətli və işgüzar fəaliyyətin məntiqi nəticəsi olaraq 
Azərbaycan  xalqı  ilə  Avropa  xalqları  arasında  bütün  sahələrdə 
əməkdaşlıq münasibətləri yaradılmış və fəal əlaqələr müstəvisin-
də  inkişaf  etdirilmişdi.  Nəticədə,  Azərbaycan  Respublikası  bu 
gün  artıq  Avropa  dövlətləri  də  daxil  olmaqla  dünyanın  150-yə 
yaxın dövləti ilə ictimai həyatın əsas inkişaf istiqamətləri sahələ-
rində-siyasi,  iqtisadi,  mədəni  və  humanitar  sahələrdə  əlaqələr 


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə