Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə35/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   31   32   33   34   35   36   37   38   ...   62

Həsənov Yusifəli Lətif oğlu 
 
112 
 
əlaqə və əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadilə-
si  də  aparılmışdır.  Ölkə  mədəniyyətini,  incəsənətini,  ümumiy-
yətlə, respublikanı təbliğ etmək, onun haqqında həqiqətləri dün-
yaya  yaymaqla  bağlı  işlər  də  geniş  aspektdə  həyata  keçirilmiş-
dir.  Məsələn,  MOK  1997-ci  ildə  BOK-nın  “Olimpiya  Oyunları 
uşaqların  gözü  ilə“  beynəlxalq  müsabiqəsinə  qoşularaq  ölkə 
məktəblilərinin 122 rəsm əsərini təqdim  etmiş, onlardan biri  bi-
rinci, digəri isə dördüncü yerə layiq görülmüşdür. Olimpiya Ko-
mitəsi  1999-2000-ci  illərdə  yaşlılar  arasında  BOK-nın  təşkil  et-
diyi “Olimpiya, idman, incəsənət-2000” müsabiqəsinə də qoşul-
muşdu [104, s.20]. 
Beləliklə,  Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyi-
nin bərpasından sonra keçən ilk 15 il ərzində ümumdünya olim-
piya  hərəkatına  qoşulmağımız  hər  bir  baxımdan  böyük  mədəni, 
siyasi-təbliğati  və  ideoloji  əhəmiyyətə  malik  idi.  BOK və AOK 
çərçivələrində  müxtəlif  forumlarda  bizim  nümayəndələrimiz  id-
man  sahəsində  nailiyyətlərimizi  nümayiş  və  sübut  etməklə  ya-
naşı
 
Azərbaycan
 
Respublikasının
 
çağdaş
 
həqiqətlərinin
 
dünya
 
ic-
timaiyyətinə  çatdırılması  sayəsində  müntəzəm  və  hərtərəfli  iş 
aparmışdılar. 


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
113 
 
 
 
 
 
 
II FƏSİL 
 
AZƏRBAYCAN RESPUBLİKASININ  
TURİZM SAHƏSİNDƏ BEYNƏLXALQ 
ƏLAQƏLƏRİNİN ƏSAS İSTİQAMƏTLƏRİ
 
 
 
§1. Azərbaycan Respublikasında turizmin müasir 
vəziyyəti 
 
 
Azərbaycanın  füsunkar  təbiəti,  əsrarəngiz  tarixi  abidələri, 
bütövlükdə,  ölkəmiz  və  xalqımız  hələ  qədim  və  orta  əsrlərdən 
müxtəlif  məqsədli səyyahları  alə


Həsənov Yusifəli Lətif oğlu 
 
114 
 
nız  az  miqdarda  turist  əsas  turist  marşrutunun  bir  hissəsi  kimi 
Azərbaycana  göndərilirdi.  Beləliklə,  ölkənin  turizm  maraqları 
müdafiə olunmur, beynəlxalq turizmdən gələn gəlirin əsas hissə-
si mərkəz tərəfindən mənimsənilirdi. 
Bunlara  baxmayaraq,  sovet  dövründə  Azərbaycan  turizmi 
müəyyən nailiyyətlər də əldə etmişdi [175, s.500]. Ancaq gəlmə 
turizm  1988-ci  ilədək  dövlətimiz  üçün  müəyyən  qədər  intensiv 
inkişaf  edən  sahə  olmuşdursa,  1988-ci  ildə  Dağlıq  Qarabağ  və 
onun ətrafında baş verən hadisələr nəticəsində yerli və xarici tu-
ristlərin axını xeyli azalmış, Xankəndi, Şuşa, Sumqayıt və Bakı-
da  fövqəladə  vəziyyətin  tətbiqi,  əslində  bu  regionlarda  bir  sıra 
turizm  təşkilatlarının  fəaliyyətlərinin  dondurulmasına  səbəb  ol-
muşdu.  Belə  ki,  erməni  ekstremistlərinin  azərbaycanlılara  qarşı 
həyata  keçirdikləri  soyqırımı  siyasəti,  ölkəmizə  yüz  minlərlə 
qaçqının  gəlməsi  ilə  nəticələndi.  Hökumətin  qərarı  ilə  1988-ci 
ilin  dekabrından  Ermənistandan  –  öz  tarixi  torpaqlarından 
qovulmuş  soydaşlarımızın  respublikanın  turist  bazalarında  və 
sanatoriya-kurort  müəssisələrində  yerləşdirilməsinə  başlandı. 
Nəticədə,  1990-cı  ilin  birinci  rübündən  etibarən  Azərbaycan 
Respublikasında  fəaliyyət  göstərən  ümumittifaq  və  beynəlxalq 
turist  marşrutları  ləğv  olundu.  1990-1993-cü  illərdə  ölkədə 
mürəkkəb  ictimai-siyasi  vəziyyət,  maliyyə  və  iqtisadi  böhran, 
20%  Azərbaycan  torpaqlarının  Ermənistan  qoşunları  tərəfindən 
işğalı,  qaçqın  və  məcburi  köçkünlər  problemi,  onların  yerləş-
dirilməsi və s. dövlətin turist-ekskursiya təşkilatlarını böhran və-
ziyyətinə  salmışdı. Turizm-ekskursiya təşkilatları  böhran  vəziy-
yətindən  çıxmaq  üçün  imkanlar  axtarır,  yerli  əhaliyə  göstərilən 
turist-ekskursiya  xidmətinin  genişləndirilməsinə  yönəldilmiş 
tədbirlər həyata keçirirdilər. 
Respublikamız  dövlət  müstəqilliyini  bərpa  etdikdən  sonra 
xarici  turist  qəbulunda  MDB  ölkələri  birinci  yerdə  durmuşdur  
Bu ölkələrdən gələnlərin də böyük əksəriyyətini Rusiya, Ukray-
na,  Orta  Asiya  respublikaları  və  Gürcüstanda  yaşayan  azərbay-
canlılar təşkil etmişdi [175, s.505-506]. Ölkəmizə gələn turistlər 


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
115 
 
içərisində  ikinci  yeri  İran  vətəndaşları  tutmuşdu.  İrandan  Azər-
baycana  gələnlərin  böyük  əksəriyyətini  sərhədyanı  ticarət  məq-
sədilə  gələnlər  təşkil  etmişdir.  Iranla  müqayisədə  Türkiyədən 
Azərbaycana gələn turistlərin sayı az olmuş və azalmağa meyil-
lilik  müşahidə  olunmuşdu  [175,  s.505-506].  Avropa  ölkələrin-
dən, habelə  ABŞ, Kanada və İsraildən gələnlərin sayı isə 1997-
ci  ildən  sonra  azalmışdı  [175,  s.505-506].  1997-ci  ildən  sonra 
Azərbaycana gələn turistlərin sayı  tədricən artsa da, onlara gös-
tərilən xidmətlərin həcminin  azalması  hiss olunurdu. 1997-ci  il-
də  gəlmə  turizmdən  daxil  olmalar  162  milyon,  2000-ci  ildə  bu 
rəqəm,  təqribən,  2,6  dəfə  azalaraq  63  milyon  ABŞ  dolları  həc-
mində  olmuşdu.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  müstəqilliyin 
ilk  illərində –  yəni ötən əsrin 90-cı  illərində Azərbaycanın  bey-
nəlxalq turizm əlaqələrində əsasən “alış-veriş məqsədli səfərlər” 
–  “Shopinq-tur”lar  üstünlük  təşkil  etmişdir.  Bu  dövrdə  əsas  tu-
rist axını Kiş adası və İstanbul, Kəraçi və Dehli, Urumçi və Du-
baya olmuşdur.   
Qeyd edək ki, tədqiqat üçün seçilmiş dövrdə – XX əsrin son 
və  XXI  əsrin  ilk  illərində  Azərbaycan  Respublikasının  turizm 
bazarı formalaşma mərhələsində idi və bu formalaşma çox sürət-
lə gedirdi. Bu formalaşmanın əsas amilləri siyasi və iqtisadi və-
ziyyətin sabitliyi  idi. Bazarın  formalaşmasının daha  vacib amili 
Azərbaycan  və  dünyanın  aparıcı  neft  şirkətlərinin  konsorsiumu 
arasında  imzalanan  “Əsrin  müqaviləsi”nin,  həmçinin  1998-ci 
ilin  sentyabrında  transkontinental  nəqliyyat  koridorunun 
(TRASEKA)  inkişaf  etdirilməsi  üzrə  əsas  çoxtərəfli  razılaşma-
nın  imzalanması  ilə  əlaqədar  olan  xarici  partnyorlarla  işgüzar 
əlaqələrin  fəallaşdırılmasıdır.  Bundan  əlavə  iqtisadi,  nəqliyyat 
və  turizm  baxımından  böyük  əhəmiyyəti  olan  və  Ümumdünya 
Turizm Təşkilatının (ÜTT) UNESCO ilə əməkdaşlığı sayəsində 
bərpa  edilən  “Böyük  İpək  Yolu”  turist transkontinental  marşru-
tuna Azərbaycan da daxil edilmişdir. Başqa sözlə, neft sənayesi-
nin  inkişafı,  Bakının  Avrasiya  nəqliyyat  koridoru  üstündə  yer-
ləşməsi ölkəyə xarici işgüzar adamların axınının artmasına gəti-


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə