Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə32/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   28   29   30   31   32   33   34   35   ...   62

Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
101 
 
təsinin  baş  məclislərində, digər tədbir və görüşlərində, seminar-
larda fəal iştirak etmişdir ki, bunu da komitənin beynəlxalq əla-
qələrə  xüsusi  diqqətinin  nəticəsi  hesab  etmək  olar  [180,  s.  16-
17]. Təsadüfi deyil ki, MOK-un prezidenti İlham  Əliyevin Bey-
nəlxalq  Olimpiya  Komitəsinin  prezidenti  X.A.Samarançla, 
AOK-un prezidenti J.Roqqla keçirilmiş görüşlərində də respub-
likada  olimpiya  hərəkatının,  bütövlükdə  idmanın  vəziyyəti  və 
inkişaf  perspektivləri  müzakirə  olunmuş,  beynəlxalq  əlaqələrin 
genişləndirilməsi,  əməkdaşlığın  gücləndirilməsi  məsələlərinə 
diqqət yetirilmişdir. 
Müxtəlif  beynəlxalq  olimpiya  təşkilatlarının  komissiya  və 
işçi qruplarına ölkəmizdən də üzvlərin daxil edilməsi respublika 
MOK-nın  beynəlxalq  nüfuzunun  artmasına  dəlalət  edirdi  [103, 
s.117-118]. Avropa Olimpiya Komitəsinin XVII Baş Assamble-
yasında  Azərbaycan  MOK-nın  vitse-prezidenti  Ç.Hüseyinzadə 
AOK-nın  “Olimpiya  Oyunlarına  hazırlıq”,  baş  katib  A.Abiyev 
isə “Texniki  əməkdaşlıq” komissiyasına üzv seçilmişlər. MOK-
nın
 
vitse-prezidenti,
 
“Ədalətli
 
Oyunlar”
 
komissiyasının
 
sədri
 
X.İsayev  Avropa  Ədalətli  Oyunlar  təşkilatının  keçirdiyi  tədbir-
lərdə  müntəzəm  iştirak  etmişdi.  MOK  beynəlxalq  əlaqələr  isti-
qamətində aparılan işləri ardıcıl şəkildə davam etdirmişdi. Təkcə 
onu demək kifayətdir ki, 1997-ci ildən 2001-ci ilin əvvəlinə qə-
dər  MOK-nın  üzvləri  70  dəfə  xarici  ölkələrdə  xidməti  ezamiy-
yətdə olmuş, bu da birbaşa beynəlxalq  əlaqələrimizə  müsbət tə-
sir göstərmişdi [180,  s.17]. 1998-ci  ildən  başlayaraq beynəlxalq 
əlaqələrin  yaradılması  və  inkişaf  etdirilməsi  istiqamətində  fəa-
liyyətini gücləndirməsi nəticəsində MOK-nın təklifi qəbul edilə-
rək, Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin 2001-ci il-
dəki ilk iclasının Bakıda keçirilməsi barədə yekdilliklə qərar qə-
bul  edilmiş  və  buna  da  müvafiq  olaraq  2001-ci  ilin  fevralında 
komissiya öz iclasını Bakıda keçirmişdir. 
Azərbaycan beynəlxalq idman arenasında təkcə yay olimpi-
ya  oyunlarında  deyil,  həm  də  qış  olimpiya  oyunlarında  iştiraka 
diqqət yetirmişdir. Azərbaycan idmançıları ilk dəfə olaraq 1998-


Həsənov Yusifəli Lətif oğlu 
 
102 
 
ci  ildə  Yaponiyanın  Naqana  şəhərində  keçirilmiş  XVIII  Qış 
Olimpiya  Oyunlarında  güclərini  sınamışdılar  [103,  s.16,  266-
267].  Azərbaycan Respublikası  MOK bu  ənənəni  davam  etdirə-
rək,  2002-ci  ildə  ABŞ-ın  Solt  Leyk  Siti  şəhərində  keçirilən  qış 
olimpiya  oyunlarında  da  iştirak  etmişdir  [103,  s.16,  294-296]. 
Ümumiyyətlə, ölkəmizin böyük idman yarışlarında, o cümlədən 
qış olimpiya oyunları kimi mötəbər tədbirdə iştirakı müvafiq id-
man strukturlarının əsas qayəsi olmuşdur. Bu oyunlarda iştiraka 
beş  lisenziya qazanan  Azərbaycan  idmançıları  fiqurlu konkisür-
mə üzrə qoşa və tək yarışlarda və dağ xizəkçiliyi idman növündə 
təmsil olunmuşdular. İdmançılarımız yarışlarda yüksək nətiçələr 
göstərməsələr  də,  mülayim  iqlimli  ölkəmizin  Qış  Olimpiya 
Oyunlarına  qoşulması  ölkə  idmanının  tarixində  mühüm  hadisə-
dir. 
Ölkəmizdə  idmanın  inkişafını  və təbliğini,  idmançıların  so-
sial  vəziyyətinin  yaxşılaşdırılmasını  əsas  götürərək  Azərbaycan 
Respublikası  MOK,  ilk  növbədə,  öz  vəsaiti  hesabına  təqaüdlər 
təsis  etmişdi.  Azərbaycan  Respublikası  MOK  İcraiyyə  Komitə-
sinin təsdiq etdiyi əsasnaməyə uyğun olaraq, 1998-1999-cu illər-
də üç kateqoriya üzrə aylıq təqaüdlər vermişdir. 2000-ci ildə tə-
qaüd kateqoriyalarının sayı artıq dördə çatdırılmışdı [180, s.18]. 
Azərbaycan  Respublikası  MOK  ölkəmizdə  idmanın  inkişafında 
müstəsna xidmətləri ilə seçilən, hazırda fəaliyyətdə olmayan id-
mançılar üçün də xüsusi təqaüd təyin etmiş və 1998-ci  ildən bu 
təqaüdlər  ödənilir.  Məhz  bunun  nəticəsi  idi  ki,  Azərbaycan  id-
mançılarının  beynəlxalq  yarışlarda  qazandıqları  nailiyyətlər  sü-
rətlə artmağa başlamışdı [180, s.19]. 
MOK respublikada  idmanın kütləviliyini artırmaq, yeniyet-
mə və gənclərin idmana cəlb olunması məsələsinə də diqqət ye-
tirmək məqsədilə 1998-ci ildə Gənclər və İdman Nazirliyi, Təh-
sil Nazirliyi və Həmkarlar İttifaqları  Konfederasiyası ilə birlik-
də Azərbaycanda ilk dəfə Yeniyetmələrin Respublika Oyunlarını 
keçirmişdi.  Bu  oyunların  ilkin  mərhələsində  respublikanın  hər 
yerində kütləvi idman yarışları təşkil olunmuşdu. 1998-ci il ma-


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
103 
 
yın 12-dən 22-dək Bakıda keçirilən final mərhələsində respubli-
kanın  57  şəhər  və  rayonundan  2614  nəfər  idmançı,  o  cümlədən 
403 qız iştirak etmişdi. Bu respublika oyunlarının proqramına 14 
növ üzrə yarışlar daxil edilmişdi. Yüksək nəticə və təcrübə qaza-
nıldığından MOK-un təşəbbüsü ilə bu ənənə davam etdirilmiş və 
2000-ci  ildə  Yeniyetmələrin  II  Respublika  oyunları  təşkil  olun-
muşdu. 
MOK-un  yeniyetmə  idmançılara göstərdiyi diqqət və qayğı 
yalnız respublika oyunları ilə məhdudlaşmamışdı. Ötən əsrin lap 
sonlarında MOK Olimpiya Hərəkatı ilə bağlı iki mötəbər tədbir-
də yeniyetmələrin iştirakını təmin etmişdi. 1998-ci ildə Moskva-
da  keçirilmiş  Yeniyetmələrin  Ümumdünya  Oyunlarında  Azər-
baycan  Respublikası  oyunların  proqramına  daxil  edilmiş  14  id-
man  növünün 12-də təmsil olunmuşdu. İdmançılarımız  Moskva 
oyunlarında uğurla çıxış edərək cüdo və güləş  növləri üzrə  me-
dallar qazanmışdılar. 
Respublika  Milli  Olimpiya  Komitəsində  elmi-metodiki  sa-
hədə də böyük  işlər görülmüşdü. Bu missiyanı  həyata keçirmək 
məqsədilə  Olimpiya  xartiyasının  tələb  və  prinsiplərinə  müvafiq 
olaraq 1998-ci  ilin aprelində Milli Olimpiya  Akademiyası  yara-
dılmış,  onun  işinə  təcrübəli,  yüksək  ixtisaslı  alimlər  cəlb  edil-
mişdi. Komitənin  bu struktur qolu Azərbaycan Respublikasında 
idmanın  inkişaf  etdirilməsinə,  Olimpiya  Hərəkatının  təbliğinə, 
olimpizmin  öyrənilməsinə  böyük  yardım  göstərmişdir.  Həmçi-
nin  Olimpiya  Akademiyası  olimpizmin  tarixi  və  fəlsəfəsi  pro-
blemlərinə həsr olunmuş beynəlxalq konfrans keçirmişdir. Kon-
fransda  Azərbaycan  alimləri  ilə  yanaşı,  başqa  ölkələrdən  olan 
mütəxəssislər də iştirak etmişdilər. 
Respublika  Milli  Olimpiya  Komitəsinin  prezidenti  İlham 
Əliyevin göstərişi ilə MOK-nın yeni strukturunda analitik infor-
masiya və nəşriyyat qrupu yaradılmışdı. Qrup MOK-da informa-
siya  bazasının  formalaşdırılması,  Olimpiya  hərəkatı,  Olimpiya 
oyunları,  olimpizm,  Azərbaycan  idmanı  və  olimpiyaçıları  haq-
qında  məlumatların  toplanıb  nəşr  edilməsi  istiqamətində  böyük 


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə