Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə30/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   26   27   28   29   30   31   32   33   ...   62

Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
95 
 
iştirak  etmişdir.  Astara,  Biləsuvar  rayonları,  NMR  Gənclər  və 
İdman  İdarələri  İranın  sərhəd  rayonlarının  idman  təşkilatları  ilə 
sıx  əlaqə  saxlamış,  müxtəlif  idman  tədbirlərinə  qatılmışdılar. 
Azərbaycan  Respublikası  və  İranın  idman  qurumları  arasında 
təcrübə  mübadilələri,  beynəlxalq  və  rəsmi  yarışlar  ərəfəsində 
birgə  təlim-məşq  toplantıları,  eləcə  də  idman  mütəxəssislərinin 
seminarları  keçirilmişdi.  İdmançılarımız  İranda  keçirilən  cüdo, 
stolüstü  tennis,  yüngül  atletika,  yunan–Roma  və  sərbəst  güləş 
növləri, badminton, taekvondo, qılıncoynatma, velosiped idmanı 
üzrə  beynəlxalq  turnirlərdə,  aykido  üzrə  beynəlxalq  seminarda 
iştirak etmişlər. 2000-ci il martın 15-dən 22-dək Bakıda Novruz 
bayramına həsr olunmuş minifutbol üzrə ənənəvi beynəlxalq tur-
nirdə  İran  futbolunu  “Təbriz”  futbol  komandası  təmsil  etmişdi. 
2001-ci  il oktyabrın 25-dən 30-dək Tehranda və Rəştdə keçiril-
miş  islam  ölkələri  qadınlarının  3-cü  idman  oyunlarında  Azər-
baycan yüngül atletika, badminton, basketbol, karate, tennis, atı-
cılıq, şahmat, qılıncoynatma, üzgüçülük, futzal və həndbol növ-
lərində 135 nəfərlik nümayəndə heyəti ilə təmsil olunmuş və id-
mançılarımız  həndbol,  karate,  güllə  atıcılığı,  üzgüçülük,  futzal 
növlərində yüksək nəticələr göstərmişlər [17, “Tehranda keçiril-
miş  islam  ölkələri  qadınlarının  3-cü  idman  oyunlarında  Azər-
baycan  qadın  idman  nümayəndə  heyətinin  iştirakı  haqqında  he-
sabat”]. 
İran idmançıları 2001-ci ildə Bakıda keçirilmiş “20 Yanvar” 
şəhidlərinin  xatirəsinə  həsr  edilmiş  İran-Azərbaycan  veloyürü-
şündə  (Tehran-Bakı,  Bakı-Tehran),  sərbəst  güləş  üzrə  beynəl-
xalq  turnirdə,  beynəlxalq  boks  federasiyasının  prezidenti,  pro-
fessor  Ə.Çoudrinin  şərəfinə  beynəlxalq  turnirdə  və  qılıncoy-
natma üzrə beynəlxalq turnirdə iştirak etmişlər. Göründüyü kimi, 
idman  əlaqələrinin  intensivliyi  bu  sahədə  müqaviləyə  ehtiyac 
hiss  etdirdiyindən  20  may  2002-ci  ildə  Tehranda  Respublika-
mızın  Gənclər,  İdman  və  Turizm  Nazirliyi  ilə  İranın  Bədən 
Tərbiyəsi  Təşkilatı  arasında  idman  sahəsində  əməkdaşlıq  haq-
qında  saziş  imzalanmışdır  [17,  “Azərbaycan  Respublikasının 


Həsənov Yusifəli Lətif oğlu 
 
96 
 
Gənclər,  İdman  və  Turizm  Nazirliyi  ilə  İran  İslam  Respub-
likasının  Bədən  Tərbiyəsi  Təşkilatı  arasında  idman  sahəsində 
əməkdaşlıq  haqqında  saziş”].  Saziş  idman  sahəsində  hərtərəfli 
əməkdaşlığı nəzərdə tutur. 
Bununla  yanaşı  qeyd  etmək  vacibdir  ki,  əməkdaşlığa  zərər 
vuran  hallar  da  mövcud  olmuşdur.  Belə  ki,  qondarma  “Dağlıq 
Qarabağ  Respublikası”  hökuməti  tərəfindən  bu  qurumun  möv-
cudluğunu  dünya  ictimaiyyətinin  beyninə  yeritmək  məqsədilə 
8–18 mart 2004-cü ildə beynəlxalq şahmat yarışının keçirilməsi 
və  İran  idmançılarının  bu  yarışda  iştirakı  buna  misal  ola  bilər 
[17, v.21]. Bununla əlaqədar Azərbaycan tərəfi İranla yanaşı bu 
tədbirdə  iştirak  edən  digər  ölkələrin  müvafiq  qurumlarına  da 
idmançılarını geri çağırmaları haqqında məktub göndərmişdi. 
Hökumətlərarası sazişlərlə yanaşı 20 iyun 1996-cı ildə Nax-
çıvanda İranın Qərbi Azərbaycan İdman İdarəsi ilə NMR Gənc-
lər və İdman Nazirliyi arasında və 1 iyun 2005-ci ildə “Azərneft-
yağ”  neft  emalı  zavodu  “Neftçi”  idman  sağlamlıq  mərkəzi  və 
Ərdəbilin  Kol Tərbiyəbədənisi arasında  idman sahəsində əmək-
daşlıq haqqında niyyət protokolu imzalanmışdı. Yuxarıda göstə-
rilən saziş və müqavilələrin nəticəsi olaraq Azərbaycan idmançı-
ları İranda keçirilən  müxtəlif  yarışlarda  iştirak etmişlər. 2002-ci 
ildə idmançılarımız İranda keçirilən yunan-Roma güləşi, sərbəst 
güləş,  velosiped  idmanı,  taekvondo,  boks,  yüngül  atletika,  bad-
minton və cüdo üzrə beynəlxalq turnirlərdə  iştirak etmişlər [17, 
v.22].  2002-ci  ilin  yanvarında  Tehranda  üzgüçülük  və  suya  tul-
lanma üzrə Azərbaycan  milli komandaları şahzadə Feysəlin ku-
boku uğrunda beynəlxalq yarışda, 28 yanvar-2 fevralda badmin-
ton  üzrə  “Fəcr”  beynəlxalq  turnirində,  5-11  fevral  2002-ci  ildə 
idman  gimnastikası  üzrə  yığma  komanda  Tehranda  beynəlxalq 
yarışda,  7-9  fevral  2002-ci  ildə  yüngül  atletika  üzrə  beynəlxalq 
turnirdə, 10–15 fevral 2002-ci ildə boks üzrə beynəlxalq turnirdə, 
18–22 fevral 2002-ci ildə yunan-Roma güləşi üzrə “Taxtı” bey-
nəlxalq  turnirində,  taekvondo  üzrə  21-23  fevralda  keçirilmiş 
“Fəcr”  beynəlxalq  turnirində,  2002-ci  ilin  martında  otüstü  xok-


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
97 
 
key  üzrə oğlanlardan  ibarət  yığma  komandamız  Tehranda  keçi-
rilmiş  beynəlxalq  turnirdə,  31  iyul-3  avqust  2002-ci  ildə  Saridə 
keçirilmiş universitetlər arasında beynəlxalq turnirdə, 2002-ci il-
də  sərbəst  güləş  üzrə  İranda  keçirilən  iki  yarışda,  14-16  avqust 
2002-ci  ildə sərbəst güləş üzrə veteranların dünya çempionatın-
da,  4-7  sentyabrda  dünya  çempionatında  və  cüdo  üzrə  “Fəcr” 
beynəlxalq turnirində təmsil olunmuşlar. Hər  il  Azərbaycan ve-
losipedçiləri İranda ənənəvi keçirilən çoxgünlük yürüş – “Azər-
baycan turu” beynəlxalq şose yarışında və ənənəvi “Axvas” turu 
beynəlxalq yarışında iştirak etmişlər. 
Bakıda isə İran  idmançılarının  iştirak etdiyi  iki cüdo turniri 
– 30-31 may 2002-ci  ildə Bakı  beynəlxalq turniri və H.Aslano-
vun  xatirəsinə  həsr  edilmiş  beynəlxalq  turnir  keçirilmişdir. 
Ə.Çoudrinin  şərəfinə keçirilən  beynəlxalq boks turnirində hər  il 
İran idmançıları fəal iştirak etmişlər. Bu faktlar ölkələrimiz ara-
sında sözügedən  istiqamətlərdə düzgün  münasibətlərin olmasın-
dan və bu əlaqələrin yaxşı inkişaf perspektivlərindən xəbər verir. 
Belə əlaqələr həm də İİR-in əhalisinin böyük əksəriyyətini təşkil 
edən  soydaşlarımızla  sıx  münasibətlərin  saxlanılması  baxımın-
dan vacibdir. 
 
 
§ 3. Azərbaycan Respublikası və dünya olimpiya 
hərəkatı 
 
 
Azərbaycan  Respublikasında  olimpiya  hərəkatının  özünə-
məxsus  tarixi  var.  Bu  tarixi  şərti  olaraq  üç  dövrə  bölmək  olar: 
1952-1988-ci illərdə SSRİ dövrü, 1992-ci ildə ölkəmizin sonun-
cu  SSRİ  və  MDB  yığma  komandası  tərkibində  iştirak  etdiyi 
dövr və Azərbaycanın  müstəqil dövlət kimi Beynəlxalq Olimpi-
ya  Hərəkatına  qoşulduğu  1992-ci  ildən  sonrakı  dövr  [82,  s.8]. 
Araşdırmalardan  məlumdur  ki,  Azərbaycan  SSR  idmançıları 
SSRİ yığma komandasının tərkibində olimpiya oyunlarının doq-


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə