Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə29/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   25   26   27   28   29   30   31   32   ...   62

Həsənov Yusifəli Lətif oğlu 
 
92 
 
əlaqələrinin qurulması və möhkəmləndirilməsi nəzərdə tutulurdu 
[22,  v.2].  Sazişin  2-ci  maddəsində  göstərilirdi  ki,  tərəflər  ali 
məktəblər  arasında  mühazirələr  oxumaq,  fikir  və  təcrübə  mü-
badiləsi  aparmaq  üçün  professor  və  müəllim  heyəti  mübadilə-
sinə şərait yaradacaqlar. Bu, idman təhsili sahəsinə də aid olun-
muşdu.  Sazişin  3-cü  maddəsində  isə  hər  iki  tərəf  öz  imkanları 
daxilində  bir-birinə  təhsil  təqaüdü,  universitetlərdə  və  institut-
larda oxumaq üçün  yer ayırmalı, hər  iki ölkədə tələbələrin oxu-
masına  kömək  məqsədilə  onlara  mümkün  olan  güzəştləri  et-
məlidir.  Sazişin  10-cu  maddəsinə  əsasən  tərəflər  gənclər  və  id-
man  nümayəndə  heyətlərinin  qarşılıqlı  gediş-gəlişi  və  bu  sahə-
lərdə  məşğul  olan  təşkilatların  əməkdaşlığına  şərait  yaratmaq 
barəsində  öz  üzərlərinə  təəhhüdlər  götürürlər.  Təəssüf  ki,  gös-
tərilən  müqaviləyə  baxmayaraq,  Liviya  ilə  idman  əlaqələrimiz 
demək olar ki, çox zəif inkişaf etmişdi.  
Azərbaycan  Respublikası  tərəfindən  Afrika  ölkələrindən 
olan  Sudanla  da  beynəlxalq  idman  əlaqələrinin  qurulmasına 
cəhdlər  göstərilmiş,  10  yanvar  1995-ci  ildə  Sudan  səfiri  ilə  id-
man nazirliyində görüş keçirilmiş, hər iki ölkənin müvafiq nazir-
likləri  arasında  əməkdaşlıq  haqqında  saziş  bağlamaq  barədə  ra-
zılığa  gəlinmişdir  [35,  v.1].  Elə  bu  əsasla  da  gənclər  və  idman 
sahəsində Sudanla sazişin layihəsi hazırlanmışdır. Lakin Sudan-
da mərkəzi hakimiyyətin zəifliyi, baş verən vətəndaş müharibəsi 
və bununla əlaqədar olan digər məsələlər əlaqələrimizin inkişafı-
na maneə olmuşdu. 
Məlumdur  ki,  beynəlxalq  əlaqələrimizdə  İsrail  dövlətinin 
özünəməxsus  yeri  vardır.  Tədqiqat  üçün  seçdiyimiz  dövrdə  bu 
dövlətlə  də  idman  əlaqələrimiz  böyük  maraq kəsb etmişdir. La
-
kin  bu  sahədə  əlaqələrimiz  digər  sahələrlə  müqayisədə  cox  zəif 
olmuşdur. Elə buna görə də İsrail və Azərbaycan arasında idman, 
eyni  zamanda  gənclər  və  turizm  sahələrində  əlaqələri  genişlən
-
dirmək  və  gələcək  əməkdaşlıq  perspektivlərini  müzakirə  etmək 
məqsədilə 27–28 iyun 2005-ci ildə nazir Ə.Qarayev İsrailə səfər 
etmişdir.  Qeyd  etmək  lazımdır  ki,  İsraildə  bu  sahə  ilə  dövlətin 


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
93 
 
təhsil, mədəniyyət və idman nazirliyi məşğul olur [18, v.3]. Ke
-
çirilən  bütün  görüşlər  zamanı  təkcə  sözügedən  sahələrə  deyil, 
Azərbaycanda  baş  verən  sosial  və  iqtisadi  proseslərə,  həmçinin 
Qarabağ probleminə geniş yer verilmiş və ölkəmizin haqlı möv
-
qeyi qarşı tərəfə çatdırılmışdır. Nəticədə, idman sahəsində əlaqə
-
lərimizin hüquqi bazasını yaratmaq məqsədilə İsrail ilə Azərbay
-
can arasında sazişin layihəsi hazırlanmışdı. 
Azərbaycan Respublikası ilə Hindistan arasında nəzərə çar-
pan idman əlaqələri olmamış, lakin bu əlaqələrin yaradılması is-
tiqamətində  Azərbaycan  və  Hindistan  arasında  mədəniyyət,  in-
cəsənət,  kinematoqrafiya,  təhsil,  elm,  turizm,  idman  və  kütləvi 
informasiya vasitələri sahəsində əməkdaşlıq haqqında sazişin la-
yihəsi hazırlanmışdı (29.12.2005) [15, v.1]. 
Azərbaycan  dövləti  müxtəlif  əlaqələr  kontekstində  bizimlə 
yaxın  qonşu  olan  İranla  beynəlxalq  idman  əlaqələrinə  xüsusi 
əhəmiyyət vermişdir. Yuxarıda sadalanan bir çox ölkələrlə oldu-
ğu kimi, İranın gənclər  və  idman təşkilatları  ilə  əlaqələrin əsası 
mərhum  prezident  H.Ə.Əliyevin  1994-cü  ilin  iyulunda  Tehrana 
səfəri  zamanı  qoyulmuş,  bu  əlaqələr  Azərbaycan  Respublikası 
və İran hökumətləri arasında elm,  mədəniyyət və  humanitar sa-
hələrdə  əməkdaşlıq  haqqında  1994–1996-cı  illər  üçün  nəzərdə 
tutulmuş  protokola  əsasən  tənzim  edilməyə  başlanmışdı  [17, 
v.6]. Protokolun maddələrinə uyğun olaraq, nümayəndə heyətlə-
rinin mübadilələri keçirilmiş, idman komandalarının və ayrı-ayrı 
idmançıların  hər  iki tərəfin təşkil etdiyi  müxtəlif  idman  yarışla-
rında iştirakına xüsusi diqqət yetirilmişdi. Lakin həmin protoko-
lun  9-cu  və  13-cü  maddələrinə  əsasən  ezam  olunan  heyətlərin 
ölkəyə qədərki yol xərclərindən başqa, bütün xərcləri dəvət edən 
tərəfin  öz  üzərinə  götürməsi  nəzərdə  tutulmasına  baxmayaraq 
İrana daxil olan  hər bir  idmançıdan 42 ABŞ dolları  məbləğində 
rüsumun  tələb  edilməsi  protokolun  işləkliyini  şübhə  altına  al-
mışdı.  Sonradan  Gənclər  və  İdman  Nazirliyi  ilə  İranın  səfirliyi 
arasındakı  razılığa  əsasən  idmançıların  viza  üçün  ödənişdən 
azad  olması  haqqında  razılıq  əldə  edilmişdi  [17,  v.7].  1994-cü 


Həsənov Yusifəli Lətif oğlu 
 
94 
 
ilin  axırında  İran  tərəfinin  dəvəti  ilə  idman  nazirliyinin  nüma-
yəndə heyəti İranda olmuş, əməkdaşlığı daha da genişləndirmək 
üçün danışıqlar aparılmışdı. Daha sonra iki dövlət arasında 9 de-
kabr 1994-cü ildə imzalanmış mədəniyyət sahəsində əməkdaşlıq 
haqqında  sazişin  12-ci  maddəsində  göstərilir  ki,  tərəflər  hər  iki 
ölkənin idman təşkilatları arasında əməkdaşlığı təşviq etməli, id-
man komandaları arasında dostluq yarışlarının keçirilməsinə şə-
rait  yaratmalı,  maraq  doğuran  sahələr  üzrə  məşqçilərin  cəlb 
olunması  üçün  lazımi  tədbirlər  görməli,  idmanın  maddi–texniki 
bazası sahəsində qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməli, 
idman  infrastrukturunun  və  idman  səhiyyəsinin  yaradılması  və 
fəaliyyəti  sahəsində  əlaqələrin  inkişafına  şərait  yaratmalı  idilər 
[17,  “İran  İslam  Respublikası  və  Azərbaycan  Respublikası  ara-
sında  mədəniyyət  sahəsində  əməkdaşlıq  haqqında  saziş”].  Döv-
lətlərarası  hüquqi  sənədlərin  məğzinə  uyğun  olaraq  23  yanvar 
1995-ci  ildən ölkəmizin cüdo üzrə yığma komandası İranda ke-
çirilən  “Dəheye  Fəcr”  beynəlxalq  turnirində  iştirak  etmişdi. 
Ümumiyyətlə, ölkəmizin müxtəlif idman növləri üzrə yığma ko-
mandaları hər il İslam inqilabının ildönümünə həsr edilmiş bey-
nəlxalq “Fəcr” turnirində,  həmçinin  sərbəst və yunan-Roma gü-
ləşi  növləri  üzrə  Tehranda  ənənəvi  olaraq  keçirilən  “Taxtinin” 
kuboku uğrunda  beynəlxalq turnirdə  müntəzəm  iştirak etmişlər. 
Məhz  sonra  bağlanan  müqavilə  və  görülən  işlər  nəticəsində 
1996-cı  ildə  bədən  tərbiyəsi  və  idman  tədbirləri  və  yarışlarında 
iştirak  etmək  üçün  Azərbaycandan  İrana  536  nəfər  idmançı  rü-
sum  tutulmadan  viza  verilərək  göndərilmiş,  eyni  dövrdə  Azər-
baycanda  keçirilən  beynəlxalq  yarışlara  İrandan  isə  40–50  id-
mançı  gəlmişdi  [17,  v.10].  Bu  idmançılar  müxtəlif  turnirlərdə, 
ayrı-ayrı  yarışlarda  iştirak  etmişlər. Təsadüfi  deyil  ki,  Azərbay-
canın  1996-cı  ildə  ən  çox  idman  əlaqələri  İranla  olmuşdu  [17, 
v.12].  Ümumiyyətlə,  Azərbaycan  Respublikası  ilə  İran  İslam 
Respublikası  arasında  bədən  tərbiyəsi  və  idman  sahəsində  əla-
qələr xeyli möhkəmlənmişdi. Hər il İranda keçirilən müxtəlif id-
man yarışlarında Azərbaycandan 300 nəfərdən artıq nümayəndə 


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə