Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə28/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   24   25   26   27   28   29   30   31   ...   62

Həsənov Yusifəli Lətif oğlu 
 
88 
 
stan  idmançıları  2002-2003-cü  illərdə  Azərbaycanda  keçirilən 
aşağıdakı  yarışlara  dəvət  olunmuşlar:    2003-cü  ilin  martında 
boks üzrə Ə.Çoudri kuboku, 2003-cü ilin mayında yeniyetmələr 
arasında güləş üzrə beynəlxalq turnir, 2003-cü ilin sentyabrında  
cüdo  üzrə  general  H.Aslanovun  xatirəsinə  həsr  edilmiş  beynəl-
xalq turnir. Göstərilən yarışlarda iştirak edən idmançıların yaşa-
yış və yemək xərclərini Azərbaycan tərəfi öz üzərinə götürmüş-
dü. 
Eyni  zamanda,  düşünürük  ki,  Pakistanın  idman  təşkilatları 
tərəfindən  Azərbaycan  Respublikasının  idmançıları  üçün  aşağı-
dakı tədbirlərin həyata keçirilməsi məqsədə uyğun olardı: otüstü 
hokkey  komandaları  arasında  qarşılıqlı  yarışların  keçirilməsi, 
dopinqə  qarşı  əməkdaşlıq  məsələlərinin  müzakirəsi  ilə  əlaqədar 
ikitərəfli  seminarların  keçirilməsi;  pakistanlı  gənclərin  və  id-
mançıların  Azərbaycan  Bədən  Tərbiyəsi  və  İdman  Akademiya-
sında  təhsil  alması  (özü  də  burada  təhsil  haqqı  çox  aşağı  olub-
2002-2003-cü  illərdə  cəmisi  600  ABŞ  dolları  təşkil  etmişdi). 
Yuxarıda  sadalanan  tədbirlərin  həyata  keçirilməsi  idman  sahə-
sində  ikitərəfli  əməkdaşlığın  inkişafı  və  möhkəml


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
89 
 
qında  müqavilə  layihəsinin  idmana  aid  bəndlərinə  baxılmışdır. 
Lakin ABŞ-ın İraqı işğal etməsi bütün sahələrdəki əlaqələri qey-
ri-müəyyən müddətə təxirə salmışdı. 
Gənclər və idman sahələrində əməkdaşlığın hüquqi bazasını 
gücləndirmək  və  əməkdaşlığı  inkişaf  etdirmək  məqsədilə  “Kü-
veyt  Dövləti  Hökuməti  və  Azərbaycan  Hökuməti  arasında  id-
man və gənclər sahələrində əməkdaşlıq haqqında saziş” layihəsi 
hazırlanmış və aidiyyəti nazirliklərlə müvafiq qaydada razılaşdı-
rılaraq qarşı tərəfə təqdim olunmuşdur [76]. 
Yaxın Şərqdə, o cümlədən islam dünyasında nüfuzlu dövlət-
lərdən olan Səudiyyə Ərəbistanı ilə Azərbaycanın əlaqələrini ge-
nişləndirmək istiqamətində fəaliyyət də diqqəti cəlb edir. Belə ki, 
1994-cü  ilin  iyulunda  “Azərbaycan  Respublikası  Hökuməti  və 
Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ti-
carət, investisiya, texnika, mədəniyyət, idman və gənclər sahələ-
rində  əməkdaşlıq  haqqında  baş  saziş”  imzalanmış  və  bu  saziş 
Azərbaycan  Milli  Məclisinin  4  aprel  1995-ci  il  qərarı  ilə  təsdiq 
edilmişdir  [78].  Sözügedən  sənədin  icrasının  təmin  edilməsi 
məqsədilə  mərhum  prezident  H.Ə.Əliyev  tərəfindən  müştərək 
komissiyanın  Azərbaycan  tərəfinin  tərkibinin  təsdiqi  haqqında 
25  aprel  2000-ci  ildə  sərəncam  imzalanmışdır.  Bu  sazişin  7-ci 
maddəsinə  uyğun  olaraq  2001-ci  il  fevralın  20-22-də  Bakıda 
Müştərək Komissiyanın 1-ci iclası, 2004-cü il fevralın 14-15-də 
ər-Riyadda  2-ci  iclası  keçirilmişdir.  Bu  iclaslarda  iki  ölkə  ara-
sında  qarşılıqlı  idman  əlaqələrinin  genişləndirilməsi  məsələləri 
müzakirə edilmişdir. 2001-ci ilin fevralında daha yeni bir saziş-
“Azərbaycan  Respublikası  və  Səudiyyə  Ərəbistanı  Krallığı  ara-
sında  gənclər  və  idman  sahəsində  əməkdaşlıq  haqqında  saziş” 
imzalanmış və bu saziş 22 mart 2004-cü ildə qüvvəyə minmişdir. 
Bu  sazişin  yerinə  yetirilməsi  əlaqələrimizin  inkişafına  təsirsiz 
qalmamışdır.  Ölkəmiz  3-4  aprel  2005-ci  ildə  Ciddədə  islam  öl-
kələrinin  gənclər  və  idman  nazirlərinin  I  konfransında  təmsil 
olunmuşdur. Habelə 8-20 aprel  2005-ci  ildə Səudiyyə Ərəbista-
nında  I  islam  həmrəylik  oyunlarında  respublikamız  14  idman 


Həsənov Yusifəli Lətif oğlu 
 
90 
 
növü  üzrə  103  idmançı  ilə  təmsil  olunmuş  və  atletlərimiz  bu 
oyunlarda 15 medal-4 qızıl, 4 gümüş və 7 bürünc medal qazan-
mışdılar.  20-28  noyabr  2005-ci  ildə  gənclərdən  ibarət  Azərbay-
can nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfərində Azər-
baycan Respublikası və Səudiyyə Ərəbistanı hökumətləri arasın-
da  Müştərək  Komissiyanın  növbəti  iclası  ərəfəsində  idman  və 
turizm  sahəsində  investisiya  üçün  təkliflər  paketi  təqdim  edil-
mişdi.  Komissiyanın  bu  iclasından  sonra  idman-konsert  kom-
pleksi və Mingəçevirdəki “Kür Olimpiya İdman Mərkəzi”nin re-
konstruksiyası  ilə  bağlı  təkliflər  Səudiyyə  Krallığı  tərəfindən 



Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
91 
 
haqqında saziş” ölkəmizdə dövlətdaxili proseduradan keçirildik-
dən sonra qarşı tərəfə təqdim olunmuşdu [76]. 
Azərbaycanla Misir arasında beynəlxalq idman əlaqələri isə 
daha  geniş  olmuşdu.  Hələ  1994-cü  ilin  sentyabrında  prezident 
H.Ə.Əliyev  BMT-nın  rəhbərliyi  altında  çağırılmış  inkişaf  və 
əhali üçün beynəlxalq konfransda  iştirak etmək üçün Misirə sə-
fər  etmişdi.  Bu  səfər  zamanı  H.Ə.Əliyev  Misirin  dövlət  başçısı 
ilə görüşmüş, müxtəlif mühüm məsələlər üzrə fikir mübadilələri 
aparmışdı. Bu müzakirələr iki ölkə arasında əlaqələrin inkişaf et-
dirilməsində, Misir və Azərbaycan arasındakı əməkdaşlığın güc-
ləndirilməsində böyük rol oynamışdı [79]. Azərbaycan  Respub-
likası xarici işlər nazirinin 1994-cü ilin 7 aprelində Misirə rəsmi 
səfəri  zamanı  imzalanmış  “İqtisadi  və  elmi-texniki  əməkdaşlıq 
barəsində saziş”in 6-cı maddəsində digər əməkdaşlıq sahələri ilə 
yanaşı  idman  sahəsində  də  birgə  müəssisələr  yaratmaq,  habelə 
hər  iki  tərəfin  qarşılıqlı  razılaşmasına  əsasən  digər  əməkdaşlıq 
sahələrini  müəyyən  etmək,  konkret  layihə  və  proqramların  ye-
rinə  yetirilməsi  üçün  müvafiq  tədbirlər  görmək  nəzərdə  tutul-
muşdu [24, v.3]. Elə  buna görə də ötən illər  ərzində  idmançıla-
rımız qarşılıqlı olaraq, hər iki ölkədə təşkil olunmuş müxtəlif id-
man  yarışlarında  iştirak  etmişlər  [24,  v.6].  Həmçinin  Azərbay-
can  və  Misir arasında  hökumətlərarası   iqtisadi, texniki  və elmi 
əməkdaşlıq  üzrə  müştərək  komissiyanın  25-26  dekabr  2005-ci 
ildə  Qahirədə  keçirilən  ikinci  iclasında  “Azərbaycan  və  Misir 
hökumətləri arasında gənclərlə  iş və  idman sahəsində əməkdaş-
lıq haqqında saziş”in layihəsi paraflanmışdı [24, v.14]. Ümid et-
mək  olar  ki,  hüquqi  bazanın  yaradılması  gələcəkdə  əlaqələrin 
daha da genişlənməsinə təkan verəcək. 
Azərbaycan ilə Liviya arasında beynəlxalq idman əlaqələri-
nə gəldikdə isə göstərmək lazımdır ki, Azərbaycan Prezidentinin 
2001-ci il 24 mart sərəncamı ilə təsdiq edilmiş, 1992-ci il martın 
16-da  Bakıda  imzalanmış  “Mədəni  əməkdaşlıq  sahəsində  Azər-
baycan ilə Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsi ara-
sında saziş”in bir neçə maddəsində idman sahəsində əməkdaşlıq 


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə