Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə31/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   27   28   29   30   31   32   33   34   ...   62

Həsənov Yusifəli Lətif oğlu 
 
98 
 
quzunda 46 idmançı ilə çıxış edərək, 10 qızıl, 11 gümüş və 7 bü-
rünc  medal  qazanmışdılar  [139,  s.5-6].  1952-ci  ildə  Helsinkidə 
keçirilmiş XV Yay Olimpiya Oyunlarında Azərbaycan SSR-nin 
beş  idmançısı  çıxış  etmiş  və  sərbəst  güləşçimiz  R.Məmmədbə-
yov gümüş medal qazanaraq, Azərbaycanın ilk olimpiya medal-
çısı olmuşdu. 1956-cı ildə Melburnda keçirilən XVI, 1960-cı il-
də  Romada  keçirilən  XVII,  1964-cü  ildə  Tokioda  keçirilən 
XVIII, 1968-ci ildə Mexikoda keçirilən XIX, 1972-ci ildə Mün-
hendə  keçirilən  XX,  1976-cı  ildə  Monrealda  keçirilən  XXI, 
1980-ci ildə Moskvada keçirilən XXII, 1988-ci ildə Seulda keçi-
rilən  XXIV  Olimpiya  Oyunlarında  da  Azərbaycan  idmançıları 
SSRİ  komandası  tərkibində  iştirak  etmiş  və  uğurlu  nəticələrə 
nail olmuşdur [82, s.11]. 
1992-ci ildə ölkəmizdə respublikamızın milli federasiyaları-
nın  və  Milli  Olimpiya  Komitəsinin  (MOK)  yaranması  zərurəti 
də dövlətin suverenliyinin tələbi kimi meydana çıxmış və opera-
tiv  surətdə  həll  olunmuşdur.  Lakin  1992-ci  ildə  Barselonada 
Olimpiya  oyunları  başlananda  ölkəmizin  Milli  Olimpiya  Komi-
təsi hələ Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən tanın-
mamışdı.  Ona  görə  də  ölkəmizin  yalnız  dörd  idmançısı  MDB-
nin  yığma  komandasının  tərkibində  Barselona  oyunlarında  işti-
rak edə bilmişdir [104, s.10]. Barselonada keçirilmiş XXV Yay 
Olimpiya Oyunlarında ölkəmizin  iki  idmançısı –  cüdoçu N.Hü-
seynov və gimnast V.Belenki olimpiya çempionu olmuşlar [103,  
s.256-257]. 
Yuxarıdakı  faktlardan göründüyü kimi, ölkəmiz  bir  müddət 
Olimpiya  Hərəkatına  müstəqil  dövlət  kimi  qoşula  bilməmişdir. 
Azərbaycan  Milli  Olimpiya  Komitəsi  1992-ci  il  yanvarın  14-də 
keçirilən Ümumrespublika konfransında təsis edilmiş, MOK elə 
həmin  ildə  Ədliyyə  Nazirliyi  tərəfindən  qeydiyyata  alınmış, 
1992-ci  ilin  noyabrında  Avropa  Olimpiya  Komitəsinin  Akapul-
koda  keçirilmiş  Baş  Assambleyasında  Azərbaycan  MOK-nun 
qitə təşkilatına daxil olması haqqında qərar qəbul edilmiş, 1993-
cü  ilin  sentyabrında  isə  Beynəlxalq  Olimpiya  Komitəsinin  Mo-


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
99 
 
nakoda
 
keçirilmiş
 
Baş
 
Assambleyasında
 
BOK
 
Azərbaycan
 
MOK-
nı  tanımışdı.  Respublikamızın  müvafiq  idman  təşkilatları  1994-
cü  ildə  Avropa  Futbol  Birliyinə  (UEFA)  və  başqa  beynəlxalq 
idman  təşkilatlarına  üzv  qəbul  olunmuşdu  [103,  s.12;  137,  s.3]. 
MOK-un  yaradılması  ilə  ölkəmizin  Olimpiya  hərəkatında  yeni 
bir  dövr  başlamışdır.  Artıq  ölkəmiz  müstəqil  bir  dövlət  kimi 
Beynəlxalq Olimpiya Hərəkatına qoşularaq, öz idman potensia-
lını tam  nümayiş  etdirmək  imkanı  əldə etmişdir.  MOK  ilk  növ-
bədə Olimpiya Hərəkatının öyrənilməsi və təbliğinə diqqət yetir-
məli,  müstəqil  dövlətin  bu  hərəkatda  iştirakı  üçün  zəruri  olan 
əsasları  müəyyənləşdirməli,  respublikada  idmanın  inkişafına 
qayğı  göstərməli,  MOK-nın  beynəlxalq  əlaqələrini  qurmalı,  ko-
mitənin  maddi-texniki  bazasını  yaratmalı, Milli Olimpiya Hərə-
katının tarixi, ölkə olimpiyaçıları ilə bağlı materialları toplamalı 
və  təhlil  etməli  idi.  Təəssüf  ki,  Olimpiya  Komitəsi  fəaliyyətə 
başladığı ilk dövrdə hələlik işini tələb olunan səviyyədə qura bil-
məmişdi. Onun  fəaliyyəti çox zaman  BOK-un keçirdiyi  bir sıra 
tədbirlərdə rəhbər işçilərin “növbətçi” iştirakı, 1992-1997-ci illər 
ərzində ölkəmizin iki dəfə beynəlxalq qaçış gününə qatılması ilə 
məhdudlaşmışdı [103, s.14]. 
H.Ə.Əliyevin  prezident  seçilməsindən  sonra  ölkəmizdə  bü-
tün  sahələrdə  olduğu  kimi  idmana  da  münasibət  kökündən  də-
yişmişdi.  Ermənistanın  Azərbaycana  qarşı  apardığı  təcavüzkar 
müharibə ölkənin iqtisadiyyatına böyük zərbələr vursa da, idma-
nın  inkişafına kifayət qədər vəsait ayırmaq çətin  olsa da, bu sa-
həyə  xüsusi  diqqət  yetirilmişdi.  1993-cü  ilin  noyabrında  ölkə 
başçısı  dünya  və  Avropa  miqyaslı  yarışlarda  yüksək  nəticələr 
göstərmiş idmançıları qəbul edərkən idmanın inkişafı üçün geniş 
imkanlar  yaradılacağını  bildirmişdi  [139,  s.13].  Bundan  sonra 
idmanımızın, MOK-un inkişafı və beynəlxalq əlaqələri genişlən-
məyə  başlanmışdır.  Belə  ki,  1994-cü  ilin  aprelində  ölkə  başçısı 
BOK prezidenti X.A.Samarançı, Milli Olimpiya Komitələri As-
sosiasiyasının (MOKA) prezidenti M.V.Rananı, Avropa Olimpi-
ya  Komitəsinin  (AOK)  prezidenti  J.Roqqu  qəbul  etmişdi  [139, 


Həsənov Yusifəli Lətif oğlu 
 
100 
 
s.14; 37, s.12]. Bu görüşlərdən üç ay sonra prezidentin  fərmanı 
ilə  respublikamızın  Gənclər  və  İdman  Nazirliyi  yaradılmışdı 
[103,  s.14].  Olimpiya  oyunlarında  ölkəmizin  layiqincə  təmsil 
olunması  üçün  ölkə  başçısı  Atlanta  Oyunlarına  hazırlıqla  bağlı 
1995-ci  il  fevralın  26-da  xüsusi  sərəncam  imzalamışdı  [103, 
s.14]. Görülən işlərin nəticəsində ilk dəfə müstəqilliyinin beşinci 
ilində  Atlanta  Olimpiya  Oyunlarının  lisenziya  yarışlarında  id-
mançılarımızın  idmanın  on  növündə  23  lisenziya  qazanması  bu 
sahədə ciddi hazırlıq işləri aparıldığından xəbər verirdi. Beləlik-
lə,  Azərbaycan  Respublikası  ilk  dəfə  1996-cı  il  XXVI  Atlanta 
Yay  Olimpiadasında  23  nəfərdən  ibarət  milli  komanda  ilə  çıxış 
etmişdir.  Sərbəst  üsulla  güləşçi  N.Abdullayevin  həmin  yarışlar-
da qazandığı gümüş medal isə müstəqil ölkə  idmanının ilk yük-
sək nəticəsi kimi qiymətlidir. 197 ölkənin iştirak etdiyi bu oyun-
larda ölkəmizin 61-ci yer tutması idmanımızın uğuru sayıla bilər 
[103, s.258-265 ]. 
Ölkəmizin və onun dövlət rəhbərinin idmana göstərdiyi diq-
qət və qayğı beynəlxalq idman və olimpiya təşkilatlarının da nə-
zərini özünə cəlb etmişdi. 1997-ci ildə Milli Olimpiya Komitələ-
ri Assosiasiyasının Reykyavikdə keçirilən Baş Məclisi Azərbay-
can  prezidentini  Olimpiya  Hərəkatı  və  idman  sahəsində  böyük 
xidmətlərinə görə görkəmli dövlət xadimlərinə verilən “Olimpi-
ya ləyaqəti mükafatı” ilə təltif etmişdi [139, s.28-29]. 
Azərbaycan Respublikası MOK-nun 1997-ci il iyulun 31-də 
keçirilmiş  Baş  Məclisində  təşkilat  məsələlərinə  baxıldı.  MOK-
un  yeni  idarə  heyətinin seçilməsi komitənin  fəaliyyətində əsaslı 
dönüş  yaratmış, ölkəmizdə Olimpiya Hərəkatının  sürətli  inkişa-
fına təkan vermiş və onun Beynəlxalq Olimpiya Hərəkatına fəal 
qoşulmasını  təmin  etmişdir.  MOK  beynəlxalq  əlaqələrə  xüsusi 
diqqət  yetirmiş,  beynəlxalq  əlaqə  və  əməkdaşlığı  düzgün  qur-
muş, bu da öz növbəsində respublikamızın Olimpiya Hərəkatın-
da iştirakına təkan vermiş, idmanın inkişafı üçün geniş perspek-
tivlər açmışdır. 1997-ci ildən MOK-un rəhbərliyi BOK-un, Milli 
Olimpiya Komitələri Assosiasiyasının, Avropa Olimpiya Komi-


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə