Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə33/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   29   30   31   32   33   34   35   36   ...   62

Həsənov Yusifəli Lətif oğlu 
 
104 
 
işlər görmüşdü. MOK-un fəaliyyətini işıqlandırmaq və əhali ara-
sında olimpizmi təbliğ etmək məqsədilə 1998-ci ilin mayında öl-
kəmizin  mətbuat  tarixində  ilk  idman  jurnalı  olan  “Olimpiya” 
jurnalının ilk nömrəsi nəşr edilmişdi [103, s.147]. Bu jurnalın ilk 
sayının  1998-ci  ilin  iyununda  keçirilən  təqdimat  mərasimində 
MOK-nın prezidenti  İ.H.Əliyev  jurnalın  ikinci  nömrədən  başla-
yaraq  Azərbaycan dili  ilə  yanaşı  ingilis dilində də çapdan çıxa-
rılmasını,  onun  Beynəlxalq  Olimpiya  Komitəsinə,  Beynəlxalq 
Federasiyalara və idman təşkilatlarına göndərilməsini zəruri bil-
mişdi. Sevindirici haldır ki, bu jurnal dünyanın üç yüzdən yuxarı 
idarə və təşkilatlarına göndərilir. 1999-cu ildən isə MOK özünün 
aylıq  bülletenini  nəşr  etməyə  başlamışdı  [103,  s.147].  Milli 
Olimpiya  Komitəsi 2001-ci  ilin  noyabrından özünün  “Olimpiya 
dünyası”  adlı  yeni  mətbuat  orqanının  da  nəşrinə  başlamışdı 
[103, s.149]. 
MOK və İdman Nazirliyinin təsis etdiyi “Azəridmanservis” 
müəssisəsi Olimpiya Hərəkatını və idmanı təbliğ etmək məqsədi 
ilə  “Sidney-2000”  xeyriyyə  marafonu  təşkil  etmişdi.  Ümumiy-
yətlə, Sidney Olimpiya Oyunlarına hazırlıqla bağlı MOK bir sıra 
tədbirlər  həyata  keçirmişdi.  MOK  tərəfindən  Gənclər  və  İdman 
Nazirliyi ilə birgə 1998-2000-ci illəri əhatə edən kompleks pro-
qram hazırlanmışdır. Hazırlıq prosesində ayrı-ayrı idmançılar və 
habelə komandalar beynəlxalq turnirlərə, dünya və Avropa çem-
pionatlarına, kubok yarışlarına göndərilmiş, onların lisenziya ya-
rışlarında və təlim-məşq toplanışlarında iştirakı təmin edilmişdi. 
1998-ci ilin fevralında prezident H.Ə.Əliyev “XXVII Yay Olim-
piya Oyunlarına hazırlıq haqqında” xüsusi sərəncam imzalamış-
dı. Həmin sərəncama əsasən 14 nəfərdən ibarət Təşkilat Komitə-
si  yaradılmış,  Nazirlər  Kabinetinə  hazırlıqla  əlaqədar  konkret 
tapşırıqlar verilmişdi. 
Azərbaycan  MOK  ölkəmizdə  Olimpiya  hərəkatının  və  id-
manın  inkişafı  ilə  bağlı  məqsədyönlü,  ardıcıl  fəaliyyət  göstərə-
rək, qısa müddət ərzində uğurlu göstəricilər əldə etmişdi. İdman-
çılarımızı Sidneydə keçiriləcək XXVII Yay Olimpiya Oyunları-


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
105 
 
na  yüksək  səviyyədə  hazırlamaq  və  hazırlıq  mərhələsində  onla-
rın rəsmi beynəlxalq yarışlarda iştirakını təmin etmək məqsədilə 
prezidentin  “XXVII  Yay  Olimpiya  Oyunlarına  hazırlıq  haqqın-
da”  20  fevral  1998-ci  il  tarixli  sərəncamı  MOK-nın  daha  məq-
sədyönlü  iş  aparması  üçün  geniş  imkanlar  açmışdı.  Ölkədə  id-
manın  inkişafı  üçün  müasir  qurğuların,  maddi-texniki  bazanın 
zəruriliyini nəzərə alan MOK 1999-cu ildə ölkənin müxtəlif böl-
gələrində olimpiya idman obyektlərinin tikintisinə başlamışdı. 
1999-cu il iyulun 10-dan 16-na kimi Danimarkanın Esbyorq 
şəhərində keçirilmiş Avropa Yeniyetmələrinin V Olimpiya gün-
lərində Azərbaycan Respublikası 33 idmançı ilə təmsil olunmuş 
və onlar Vətənə 4 bürünc medal gətirmişdilər. 
MOK  1999-2000-ci  illərdə  BOK-nın  təşkil  etdiyi  “Olimpi-
ya,  idman,  incəsənət-2000”  müsabiqəsinə  qoşulmuşdu.  Milli 
mərhələdə  heykəltəraşlıq  və  rəsm  əsərlərinin  baxışı  keçirilmiş, 
iki nominasiya üzrə qalib əsərlər Lozannada (İsveçrə) keçirilmiş 
beynəlxalq  müsabiqəyə  təqdim  edilmişdi  [103,  s.18].  Sənətkar-
larımızın  xüsusi  diploma  layiq  görülmüş  iki  əsəri  XXVII  Yay 
Olimpiya  Oyunları  zamanı  Sidneydə  təşkil  olunan  sərgidə  nü-
mayiş etdirilmişdi. 
Respublika  prezidentinin  sərəncamı  ilə  yaradılmış  Təşkilat 
Komitəsi  Sidney  oyunlarına  hazırlıqla  bağlı  bir  sıra  toplantılar 
keçirmiş,  konkret  işlər  görmüşdü.  MOK  ən  perspektivli  38  id-
mançı  və  onların  məşqçiləri  üçün  xüsusi  təqaüd  təsis  etmişdir. 
İdmanın  on  növü  üzrə  gərgin  yarışlarda  ölkənin  31  idmançısı 
Olimpiadada iştirak etmək hüququ (lisenziya) qazanmışdı. 
Oyunlara  hazırlıq  işinin  vaxtında  və  dövlət  səviyyəsində 
aparılması öz müsbət nəticələrini vermişdir. Tədbirlər nəticəsin-
də ölkə idmançılarından 31 nəfər 10 idman növü üzrə 2000-ci il 
XXVII  yay  Olimpiya  Oyunlarına  vəsiqə  qazanmış  və  Azərbay-
can ikinci dəfə müstəqil dövlət kimi Olimpiadada iştirak etmişdi 
[103, s.268-291]. 2000-ci il sentyabrın 15-də Sidneydə başlayan 
bu yarışlarda idmançılarımız yüksək idman nəticələri göstərmiş-
lər. Stend atıcısı Z.Meftahətdinova  və güləşçi N.Abdullayev qı-


Həsənov Yusifəli Lətif oğlu 
 
106 
 
zıl, boksçumuz V.Ələkbərov isə bürünc medal qazanmışlar. 199 
ölkənin  iştirak  etdiyi  Sidney  Olimpiadasında  ölkəmizin  34-cü 
yeri, Avropa ölkələri arasında isə 23-cü yeri tutması milli idma-
nımızın  böyük  qələbəsi  idi.  Bunu  ölkəmizdə  aparılmış  gərgin, 
planlı, məqsədyönlü işin nəticəsi hesab etmək olar. 
2000-ci  il  oktyabrın  21-də  ölkədə  MOK-nın  tikdirdiyi  id-
man  kompleksi  istifadəyə  verilmiş  və  ölkəmizdə  səfərdə  olan 
Avropa  Olimpiya  Komitəsinin  prezidenti  J.Roqq  və  həmin  ko-
mitənin  baş katibi M.Peskante  idmana qayğıya görə minnətdar-
lıq  əlaməti  olaraq,  Avropa  Olimpiya  Komitələri  adından  prezi-
dent  H.Ə.Əliyevə  dövlət  başçıları  üçün  xüsusi  hazırlanmış 
“Olimpiya Xartiyası”nı, üstündə Avropanın təsvir olunduğu gü-
müş nimçəni və Avropa Olimpiya Komitəsinin bayrağını təqdim 
etmişdi [139, s.39]. Sonra BOK idmana göstərdiyi qayğıya görə 
2000-ci  il  münasibətilə  Azərbaycan  Prezidentinə  “2000-ci  ilin 
olimpiya qapıları” adlı əsəri hədiyyə etmişdi [139, s.14]. 
Yeniyetmələrin birinci respublika oyunlarının gedişi göstər-
di  ki,  bu  tədbirin  ənənə  şəklinə  salınması  məqsədəuyğundur. 
MOK-nın  təşəbbüsü  ilə  2000-ci  ildə  yeniyetmələrin  ikinci  res-
publika  oyunları  təşkil  olunmuşdu.  Birinci  mərhələ  yarışlarında 
50 mindən çox atlet idmanın 14  növündə  mübarizəyə qoşulmuş 
və  5  mindən  çox  yeniyetmə  Bakıda  keçirilən  final  oyunlarına 
vəsiqə qazanmışdır. Prezident H.Ə.Əliyev idmana qayğısını nü-
mayiş  etdirərək,  1998-ci  ildə  olduğu  kimi,  bu  dəfə  də  təntənəli 
açılış  mərasimində  iştirak etmişdi. Respublikanın  prezidenti  ye-
niyetmələrə  müraciətlə  çıxış  edərək  onları  idmanı  sevməyə, 
Olimpiya  Hərəkatına  fəal  qoşulmağa,  sağlam  və  mübariz  ruhda 
tərbiyə almağa çağırmışdı. 
Olimpiya hərəkatının təbliğinə və idmanın kütləviləşməsinə 
xidmət edən tədbirlərdən biri də 2000-ci ildən Bakıda və Gəncə-
də təşkil  olunmuş  və  hər  il  BOK-nın  himayəsi  altında  keçirilən 
Beynəlxalq Olimpiya Qaçış günüdür. Bu tədbirlərdə üç  mindən 
yuxarı qaçış həvəskarı iştirak etmişdi. 
Ümumiyyətlə, 2000-ci ildə Azərbaycan  Respublikasının  id-


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə