Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə34/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   30   31   32   33   34   35   36   37   ...   62

Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
107 
 
mançıları  müxtəlif  beynəlxalq  yarışlarda  53  qızıl,  38  gümüş  və 
69 bürünc medal qazanmışdılar. Həm də Olimpiya oyunları döv-
ründə  hər  bir  nümayəndə  heyəti  öz ölkəsini  tanıtdırmaq,  mədə-
niyyətini,  incəsənətini  nümayiş  etdirmək  imkanı  qazanır.  Ölkə-
miz  də  belə  bir  imkandan  istifadə  edərək  avqustun  18-də  Sid-
neydə
 
“Recent”
 
otelində
 
Azərbaycan
 
günü
 
keçirmişdi
 
[180,
 
s.16]. 
MOK-nın  hərtərəfli  fəaliyyətinin  sübutu  onun  göstərilən 
sahəyə  xərclədiyi  vəsaitdən  də  aydın  olur  [180,  s.22].  Belə  ki, 
2000-2005-ci illərdə ölkənin bir çox şəhər və rayonlarında müa-
sir,  yüksək  standartlar  əsasında  inşa  olunmuş  Olimpiya  İdman 
Kompleksləri  istifadəyə  verilmişdi  [138,  s.81-112].  Bu  kom-
plekslərin  mövcudluğu  Azərbaycanın  beynəlxalq  idman  və 
olimpiya əlaqələri sistemində layiqli yer tutmasına kömək etmiş-
di. 
2001-2004-cü illərdə isə MOK-nın beynəlxalq əlaqələri da-
ha  böyük  vüsət  almışdı.  2001-ci  il  martın  27-də MOK-nın  yeni 
inzibati  binasının  açılış  mərasimi  keçirilmişdi  [180,  s.28].  Bu, 
beynəlxalq əlaqələrin genişlənməsinə də öz müsbət təsirini gös-
tərmişdi. Avropa Olimpiya Komitəsinin 2000-ci ilin noyabrında 
Varşavada keçirilən XXIX Baş Assambleyasında Avropa Olim-
piya Komitəsinin prezidenti J.Roqq öz çıxışında Olimpiya Hərə-
katında  fəal  mövqe  tutan  ölkələr  cərgəsində  Azərbaycanın  da 
adını çəkmişdi. Və artıq qeyd etdiyimiz kimi, baş Assambleyada 
ölkəmizin təklifi qəbul edilərək, Avropa Olimpiya Komitəsi İc-
raiyyə Komitəsinin 2001-ci ildəki ilk iclasının Bakıda keçirilmə-
si qərara alınmışdı [103,  s.20, 116-117]. 2001-ci  il aprelin 6-da 
Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin növbəti iclası-
nın  Bakıda  MOK-nın  yeni  tikilmiş  iqamətgahında  keçirilməsi 
əlamətdar bir hadisə olmuşdu. Doktor J.Roqqun BOK prezidenti 
vəzifəsinə namizədliyi də məhz Bakı iclasında irəli sürülmüşdü. 
Respublika  Prezidenti  MOK-nın  fəaliyyətini  yüksək  qiy-
mətləndirərək,  12  dekabr  2001-ci  ildə  “Azərbaycan  MOK-nun 
yaradılmasının  onillik  yubileyi  haqqında”  xüsusi  sərəncam  im-
zalamışdı [139, s.5-6]. 11 oktyabr 2002-ci ildə Respublika Sara-


Həsənov Yusifəli Lətif oğlu 
 
108 
 
yında MOK-nın on illik yubileyi təntənəli şəkildə qeyd edilmiş-
di [118, s.52-56]. 
Beynəlxalq əlaqələrin yaxşı təşkili ölkədə keçirilən mötəbər 
yarışların sayının sürətlə artmasına səbəb olmuşdur. Əgər 1998-
2000-ci illərdə Azərbaycanda üç beynəlxalq turnir və bir Avropa 
çempionatı  keçirilmişdirsə,  2001-2004-cü  illərd


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
109 
 
ruhu” sərgisində Azərbaycan və Yunanıstan prezidentləri iştirak 
etmişlər  [181,  s.14].  Yunanıstan  Mədəniyyət  Nazirliyinin  spon-
sorluğu  ilə  bu  ölkənin  Bakıdakı  səfirliyinin  təşkil  etdiyi  sərgi 
“Antik Olimpiya Oyunları”, “Müasir Olimpiya Oyunlarının bər-
pası”  və  “Afina-2004”  mövzularını  əhatə  etmişdi  [104,  s.152]. 
Bu faktlara əsasən demək olar ki, MOK-nın beynəlxalq əlaqələri 
lazımi səviyyədədir və bu əlaqələr yüksələn xətt üzrə inkişaf et-
məkdədir. 
Ölkəmizdə  Olimpiya  hərəkatının  inkişafı  qarşılıqlı  əmək-
daşlıq müqavilələrinin bağlanmasına ehtiyac yaratmışdı. İlk belə 
addım  Rusiya Olimpiya  Komitəsi  ilə birgə atılmışdı. 2004-cü  il 
iyulun 31-də MOK-nın inzibati binasında Rusiya və Azərbaycan 
Olimpiya  Komitələri  arasında  idman  sahəsində  qarşılıqlı  əmək-
daşlıq  haqqında  müqavilə  imzalanmışdı  [118,  s.58].  Ardınca 
prezident İ.H.Əliyevin Qətər dövlətinə rəsmi səfəri çərçivəsində, 
2004-cü il  noyabrın 30-da Azərbaycan və Qətər Milli Olimpiya 
Komitələri  arasında  idman  sahəsində  əməkdaşlıq  haqqında  an-
laşma memorandumu imzalanmışdı [118, s.58]. Bu sənəd idman 
sahəsində  əməkdaşlığın  inkişaf  etdirilməsinə  qarşılıqlı  marağı 
əks  etdirirdi.  Sənəddə  Azərbaycan  mütəxəssislərinin  Qətərə  də-
vət  olunması  və  yerli  idman  mütəxəssislərinin  hazırlanmasına 
kömək  göstərilməsi  nəzərdə  tutulurdu.  Daha  sonra  2005-ci  ilin 
25  fevralında  Azərbaycan  prezidenti  İ.H.Əliyevin  İtaliyaya  rəs-
mi  səfəri  zamanı  İtaliya  və  Azərbaycan  Olimpiya  Komitələri 
arasında  əməkdaşlıq  sazişi  imzalanmışdı  [118,  s.59].  2005-ci  il 
martın  17-də  Azərbaycan  Respublikasının  Prezidenti  İ.H.Əliye-
vin Çinə səfəri zamanı bir sıra sənədlərlə yanaşı Çinin Olimpiya 
Komitəsi  ilə  Azərbaycan  Respublikası  MOK-u  arasında  “Tex-
niki  və  idman  əməkdaşlığı  haqqında”  saziş  də  imzalanmışdı 
[118, s.59]. Bu sənədə əsasən idman və olimpiya hərəkatı sahə-
lərində  çoxaspektli  əməkdaşlıq  etmək  nəzərdə  tutulmuşdu.  Bu 
isə  hər  iki  ölkənin  Pekin  Olimpiadasına  hazırlığında  əsaslı  rol 
oynamışdı. 
Azərbaycan  Respublikasının  rəhbərliyi  ayrı-ayrı  tanınmış 


Həsənov Yusifəli Lətif oğlu 
 
110 
 
idmançılara  da  xüsusi  qayğı  ilə  yanaşır.  Təqdirəlayiq  haldır  ki, 
Olimpiya çempionları İ.A.Ponomaryova və F.S.Mansurova ölkə 
baş


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
111 
 
Proqramı təsdiq edilmişdi [137, s.10]. 
Beləliklə,  idmana  dövlətin  qayğısı  və  MOK-nın  fəaliyyəti 
nəticəsində  ölkəmiz  beynəlxalq  və  qitə  olimpiya  təşkilatlarının 
bütün tədbirlərinin iştirakçısı olmuş, beynəlxalq əlaqələrimiz da-
ha da genişlənmişdi. Bakıda Avropa Olimpiya Komitəsinin Tex-
niki Əməkdaşlıq Komissiyasının, AOK İcraiyyə Komitəsinin ic-
laslarının  yüksək  səviyyədə  keçirilməsinə  nail  olunmuşdu  [85, 
s.38, 42, 48]. Təbii ki, bu, təkcə idman uğurları deyil, ölkəmizin 
tanınması, təbliği, problem və nailiyyətlərinin dünya ictimaiyyə-
tinə çatdırılmasında bir vasitə idi. 
Azərbaycan  Respublikası  MOK  ölkədə  Olimpiya  Hərəkatı-
nın  daha  da  genişləndirilməsi,  onun  maddi-texniki  bazasının 
möhkəmləndirilməsi,  idmançılarımızın  hazırlıq  səviyyəsinin 
yüksəldilməsi  üçün  onların  beynəlxalq  yarışlarda  iştirakının  tə-
min  olunması  yolunda  xeyli  faydalı  işlər  görmüşdür.  Qeyd  et-
mək lazımdır ki, MOK-nın bu mühüm vəzifələrin həyata keçiril-
məsi  üçün  ölkənin  müxtəlif  dövlət  və  ictimai  qurumları  ilə,  ha-
belə  dünyanın  ayrı-ayrı  olimpiya  və  idman  təşkilatları  ilə  sıx 
əməkdaşlıq əlaqələri yarada bilməsi ümid verir ki, ölkəmiz son-
rakı olimpiya yarışlarından daha böyük qələbələr gözləsin. 
Olimpiya  oyunları  dövründə  hər  bir  nümayəndə  heyəti  öz 
ölkəsini  tanıtmaq,  mədəniyyətini  nümayiş  etdirmək  imkanı  da 
qazanır. Təqdirəlayiq haldır ki, ölkəmiz belə imkanlardan həmi-
şə yetərincə istifadə etmişdir. Belə tədbirlərin keçirilməsi əlaqə-
lərimizin  artması,  beynəlxalq  olimpiya  və  idman  təşkilatları, 
başqa ölkələrin Milli Olimpiya Komitələri ilə əməkdaşlığın güc-
lənməsi  üçün  vacibdir.  “Azərbaycan  günü”ndə  qonaqlara  ölkə-
mizin  ictimai-siyasi  vəziyyəti,  Ermənistanın  Azərbaycana  təca-
vüzü  nəticəsində  torpaqlarımızın  20  faizinin  işğal olunması,  bir 
milyonadək vətəndaşımızın qaçqın  və  məcburi köçkün vəziyyə-
tinə düşməsi haqqında ətraflı məlumat verilmişdi [104, s.18-20]. 
Həmçinin  tədbirlərdə  iştirak  edənlər  ölkəmizin  iqtisadi,  ictimai, 
mədəni  və  idman  həyatı  ilə  yaxından tanış olmuşlar. Qonaqlara 
MOK-nın  fəaliyyəti  ilə  bağlı  geniş  məlumat  verilmiş,  gələcək 


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə