Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə41/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   37   38   39   40   41   42   43   44   ...   62

Həsənov Yusifəli Lətif oğlu 
 
132 
 
lədən ABŞ-la əməkdaşlığı genişləndirmək və təcrübə mübadiləsi 
etmək son dərəcə böyük əhəmiyyətə malik idi. Belə ki, Azərbay-
can  turizm  sektorunun  inkişaf  istiqamətlərinin  fəaliyyət  proqra-
mında  Amerika  modelinin  dəsti-xəttindən  istifadə  edilməsinin 
nəzərə alınması gözəl bəhrə verərdi. Ölkəmizin Turizm Baş İda-
rəsi  əməkdaşlarının  və turizm sahəsində çalışan mütəxəssislərin 
ABŞ-ın  rəsmi  turizm  strukturunun  fəaliyyəti  və  ümumiyyətlə 
ABŞ–da  bu  sahənin  çalışma  mexanizmi  və  iş  prinsipi  ilə  tanış 
olub, təcrübə mübadiləsi etməsi bu dövlətlərin arasındakı turizm 
əlaqələrində  bugünkü günə qədər  əsas  yer tutmuşdur.  Respubli-
ka  Turizm  Nazirliyinə  ABŞ  səfirliyindən  göndərilmiş  7  mart 
2002-ci  il  tarixli  məktubda  Azərbaycanın  turizm  sahəsinin  bö-
yük  imkanlara  sahib  olması  və  bu  sahədə  ABŞ  ilə  Azərbaycan 
arasında  əməkdaşlığın  qurulmasının  vacibliyi  bildirilir  və  qeyd 
edilirdi  ki,  iqtisadiyyatın  gələcək  inkişafı,  infrastrukturun  tək-
milləşdirilməsi  və  viza proseduralarının tezləşdirilməsi  və sadə-
ləşdirilməsi  Azərbaycan  turizm  sənayesinin  inkişafına  yardımçı 
ola  bilər.  Bu  proseduranın  tezləşdirilməsi  üçün  səfirlik  bir  neçə 
tədbirdə əməkdaşlıq etməyi təklif etmişdi [43, v.5]. Verilən tək-
liflərlə bağlı ABŞ səfirliyi ilə əlaqə yaradılmış, həmin məsələlər-
lə  bağlı  müzakirələr  aparmışdı.  Göründüyü  kimi,  əlaqələr  yara-
dılmışdır,  lakin  bu  əlaqələr turist axınına səbəb olmamışdı. Bu-
nunla  belə,  Azərbaycanla  ABŞ  arasında  təhsil,  elm,  biznes  və 
konqres  turizmi  müstəqillikdən  sonra  daim  artımla  müşayiət 
olunmuşdu.  Azərbaycanın  zəngin  turizm  potensialı  ABŞ-ın  bu 
sahədə çalışan mütəxəssislərinin diqqətindən yayınmamışdı. Bu-
na  misal  olaraq  ABŞ-ın  ticarət  və  inkişaf  agentliyinin  turizmin 
inkişafı ilə məşğul olan “S.W.Associates LLC” şirkətinin prezi-
dentinin  Azərbaycanın  turizm  potensialını  öyrənmək  üçün  6-15 
avqust 2003-cü ildə ölkəmizə səfərini  və  ABŞ-ın  Ticarət və  İn-
kişaf  Agentliyi  tərəfindən  Azərbaycanın  turizm  strategiyasının 
inkişafına texniki kömək üçün 308.050 ABŞ dolları məbləğində 
qrant ayrılmasını  göstərmək olar [43, v.6,8]. 
Bu istiqamətdə Azərbaycanın əlaqələrini genişləndirmək is-


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
133 
 
tədiyi  ölkələrdən  biri  də  Rumıniyadır.  Dünya  Bankı,  Rumıniya 
Nəqliyyat,  Tikinti  və  Turizm  Nazirliyi  və  turizm  şirkətlərinin 
milli assosiasiyası tərəfindən dəstəklənmiş  və 20-21 mayda Bu-
xarestdə  keçirilmiş  I  Qara  Dəniz  turizm  konfransında  səfirliyi-
mizin  nümayəndəsi  də  iştirak  etmişdi.  Haqqında  danışdığımız 
dövrdə  iki  ölkə  arasında  müxtəlif  sahələrdə  əlaqələrin  olmasına 
baxmayaraq, turizmdə bu özünü yazışmalar səviyyəsində göstər-
mişdir. 
Azərbaycan zəngin tarixi abidələri və yüksək turizm  poten-
sialı olan İspaniya, Avstriya və Fransa ilə də turizm əlaqələri qu-
rulmasına xüsusi diqqət yetirmişdi. Belə bir imkan ÜTT baş ka-
tibinin dəvəti ilə ölkəmizin turizm nazirinin 13-16 dekabr 2001-
ci  ildə  İspaniyaya  rəsmi  səfəri  zamanı  yaranmışdır  [73,  v.17]. 
Yəni  bu  səfər  çərçivəsində  müvafiq  qurum  rəhbərləri  ikitərəfli 
əməkdaşlıq  məsələlərini  müzakirə  etmiş,  İspaniya  tərəfi  isə  öz 
növbəsində  Azərbaycanın turizm  potensialı  və  mehmanxana sə-
nayesinin  investisiya  imkanlarının  öyrənilməsinə  maraq  göstər-
mişdir. Maraq nəzərə alınaraq ölkəmizin mehmanxana sənayesi-
nin investisiya imkanlarının İspaniyada prezentasiyası barədə ra-
zılığa  gəlinmişdi.  İspaniya  turizm  sənayesi  barədə  daha  dolğun 
məlumat almaq üçün nazir  Ə.Qarayev Madrid və Toledo  şəhər-
lərinin mehmanxana və turist obyektlərinin fəaliyyəti ilə də tanış 
olmuşdu. 
Məlumdur  ki,  haqqında  danışılan  dövrdə  Azərbaycan  Res-
publikası  və  Avstriya  arasında  kənd  təsərrüfatı,  sənaye,  texnika 
və  texnologiya  sahələrində  əməkdaşlıq  haqqında  saziş  qüvvədə 
idi.  Həmin  sənədin  səkkizinci  maddəsində  göstərilir  ki,  hər  bir 
dövlətdə  qüvvədə  olan  qanunvericilik  çərçivəsində  turizmin  in-
kişafına yardım edilməli, turizm sahəsində layihələrin yerinə ye-
tirilməsi  zamanı,  habelə  müvafiq  infrastrukturun,  ətraf  mühitin 
qorunması  və  turizmin  yüksək  səviyyəli  təşkili  prinsipləri  əsa-
sında  inkişafı  üçün  xüsusi  iqtisadi,  sənaye,  texniki  və  texnoloji 
əməkdaşlığı  həyata  keçirməlidir.  Göründüyü  kimi,  iki  ölkə  ara-
sında  mövcud turizm  əlaqələri  bu  müddəalara görə inkişaf etdi-


Həsənov Yusifəli Lətif oğlu 
 
134 
 
rilməliydi [46, v.1]. Bu baxımdan bu sazişin ardınca Azərbaycan 
ilə  Avstriya  arasında  turizm  sahəsində  əməkdaşlıq  genişləndi-
rilmiş və bunun nəticəsi olaraq, iki ölkənin rəsmi turizm qurum-
ları  arasında  sıx  əlaqələrin  təməli  qoyulmuşdu.  Belə  ki,  ölkə-
mizin turizm  naziri 10-13 dekabr 2001-ci  ildə  Avstriyaya  rəsmi 
səfərə  getmiş,  turizm  şirkətləri,  nümayəndələri  qarşısın-
da ”Azərbaycan turizm sənayesinə sərmayə qoyuluşu imkanları” 
mövzusunda  mühazirə  oxumuş  və  müvafiq  qurumlarla  gənclər 
və idman əlaqələrini müzakirə etmişdi [46, v.4].  Nazirimiz ora-
da habelə Avstriyanın  bir  necə dövlət xadimi  və  şirkət başçıları 
ilə görüşlər keçirmişdi [46, v.2]. Avstriyanın turizm üzrə dövlət 
katibi  ilə  ekoturizm, ailə turizmi, qış turizmi, turizm üzrə təhsil 
alma  və  ixtisasartırma  imkanları,  ölkələr  arasında  birbaşa  hava 
əlaqələrinin qurulması və digər məsələlər müzakirə olunmuşdur. 
Əldə  edilmiş  razılıq  nəticəsində  2-8  aprel  2002-ci  ildə  Av-
striyanın  turizm  sahəsi  üzrə  ekspertlər  qrupu ölkəmizə  səfər  et-
mişdir  [46,  v.5].  Onlar  Azərbaycanın  bir  sıra  nazirliklərində, 
BDU-da  görüşlər  keçirmiş  və  respublikamızın  mövcud  turizm 
potensialını öyrənmək məqsədi ilə bir sıra rayonlarımızı gəzmiş-
dilər. Səfərin nəticəsi olaraq ekspertlər qrupu “Azərbaycan turiz-
minin inkişafı imkanları” adlı hesabat hazırlayıb, Turizm Nazir-
liyinə göndərmişdir.  Iki ölkə arasında  yuxarıda qeyd olunan sa-
zişə  əsasən  Azərbaycan  və  Avstriya  arasında  fəaliyyət  göstərən 
birgə  komissiyanın  tərkibinə  turizm  nazirinin  birinci  müavini 
daxil  edilmiş,  3-5  iyun  2002-ci  ildə  Bakıda  keçirilmiş  komissi-
yanın ikinci iclasında turizm sahəsi iki ölkə arasında əməkdaşlı-
ğın prioritet sahəsi kimi qeyd edilmiş və bu sahədə hər iki tərə-
fin iştirakı ilə birgə layihələrə baxılması haqqında razılığa gəlin-
mişdir [46, v.7]. Yenə də həmin sazişə əsasən  Avstriyanın İqti-
sadi  və  Əmək  Nazirliyi  tərəfindən  13-20  oktyabr  2002-ci  ildə 
Vyanada keçirilmiş ixtisasartırma kurslarında ölkəmizin Turizm 
Nazirliyinin  nümayəndəsi  iştirak etmişdi. [46, v.8]. Son dövrlər 
iki  ölkə  arasında  turizm  sahəsində  əməkdaşlığın  genişləndiril-
məsini nəzərə alaraq, Azərbaycan Respublikası  və Avstriya ara-


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə