Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə38/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   34   35   36   37   38   39   40   41   ...   62

Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
123 
 
yaratmışdır.  Bu  əlaqələr  durmadan  genişləndirilir  və  inkişaf  et-
dirilir.  Azərbaycan  Respublikası  bu  kompleks  prinsiplərə  və 
dünya  dövlətləri  ilə  yaranmış  sıx  əməkdaşlıq  xəttinə  sadiq  qal-
maqla  yanaşı, Avropa İttifaqı  və Avropa dövlətləri  ilə hərtərəfli 
münasibətlərin qurulması və inkişaf etdirilməsi strategiyasını da 
uğurla həyata keçirir. 
Belə  əlaqələr  sistemində  1991-2005-ci  illərdə  Azərbaycan 
Respublikasının  Avropa  İttifaqı  və  Avropa  dövlətləri  ilə  turizm 
əlaqələri maraq kəsb edir və onun tədqiqinə böyük ehtiyac duyu-
lur.  Bu  baxımdan  qeyd  etmək  lazımdır  ki,  Avropa  İttifaqı  ilə 
Azərbaycan Respublikası arasında 1996-cı il aprelin 22-də imza-
lanmış və 1999-cu ilin 22 iyununda qüvvəyə minmiş Tərəfdaşlıq 
və Əməkdaşlıq Sazişinin 63-cü maddəsi turizm sahəsində əmək-
daşlığı  nəzərdə tuturdu [45, v.4]. Göründüyü kimi, məhz bu sa-
zişlə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında rəsmi 
turizm  əlaqələrinin  əsası  qoyulmuşdu.  Daha  sonra  –  1999-cu  il 
iyunun 25-də şuranın növbəti–ikinci iclası keçirilmişdi [45, v.5]. 
İclasın  nəticələrinə  görə  “Yekunlar  və  gələcək  ikitərəfli  əmək-
daşlığın  prioritetlərinin  qiymətləndirilməsi”  adlı  sənəd  qəbul 
edilmişdi. Ikinci iclasın yekun sənədində turizm ilə bağlı heç bir 
müzakirə obyekti olmamışdı. Lakin Avropa İttifaqı ilə Azərbay-
can  Respublikası  arasında  Tərəfdaşlıq  və  Əməkdaşlıq  Sazişinə 
uyğun  olaraq  Əməkdaşlıq  Şurasının  ikinci  iclasının  protokolu-
nun  5-ci  maddəsində  göstərildiyi  kimi  iki  məsələ  qaldırılmışdı: 
Azərbaycan  Respublikası  ərazisinə  daxil  olmaq  üçün  vizaların 
verilməsi qaydasının sadələşdirilməsi və onların qiymətinin aşa-
ğı salınması, Binə Beynəlxalq Aeroportunda sərnişinlərin qəbu-
lunun  idarə  edilməsinin  təkmilləşdirilməsi,  daha  asan  və  daha 
xoş səyahət. Təbii ki, yuxarıda sadalananlar ölkəmizin maraqla-
rına uyğun  idi  və Azərbaycan Respublikasında  biznes üçün  im-
kanları genişləndirə bilərdi [45, v.6]. Bu baxımdan bunlar nəzərə 
alınaraq  və  ümumiyyətlə  turizm  sahəsində  beynəlxalq  əlaqələri 
genişləndirmək  üçün  prezidentin  27  avqust  2002-ci  il  tarixli 
1029 saylı sərəncamı ilə “2002-2005-ci illərdə Azərbaycanda tu-


Həsənov Yusifəli Lətif oğlu 
 
124 
 
rizmin  inkişafına  dair  dövlət  proqramı”  və  onun  həyata  keçiril-
məsi  istiqamətində  tədbirlər  planı  təsdiq  edilmişdi  [172,  s.132-
140].  Gənc  dövlətimiz  üçün  ilkin  olan  bu  proqramın  əsas  məq-
sədləri  aşağıdakılardır:  Azərbaycanda  turizmin  inkişafına  nail 
olmaq  üçün  ölkənin  turizm  potensialından  səmərəli  istifadə  et-
mək;  turizm  sahəsində  orta  və  kiçik  sahibkarlığı  inkişaf  etdir-
mək; rəqabət qabiliyyətli turizm bazarı yaratmaq; turistlərə gös-
tərilən  xidmətin  keyfiyyətinin  yaxşılaşdırılmasını  təmin  etmək. 
Göründüyü  kimi,  ölkəmizin  müharibə  vəziyyətində  olmasına 
baxmayaraq,  bu proqram dövlətin və hökumətin turizmə qayğı-
sının  bariz  ifadəsi  və nəticəsidir. Bundan başqa  ölkə prezidenti-
nin 2 sentyabr 2002-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Ayrı–
ayrı  fəaliyyət növlərinin təkmilləşdirilməsi  haqqında”  yeni qay-
dalara uyğun olaraq turizm fəaliyyəti müəyyən edilən 30 fəaliy-
yət növünə daxil edilmişdi [45, v.4]. Eyni zamanda yeni qayda-
lara uyğun olaraq lisenziya 5 il müddətinə verilir. Lisenziyaların 
verilməsi  üçün  dövlət  rüsumu  8.000.000  manatdan  (2  il  üçün) 
2.750.000 manatadək endirilmişdir [45, v.5]. Respublika Turizm 
Nazirliyinin  təklifi  ilə  “Dövlət  rüsumu  haqqında  qanun”a  dəyi-
şiklik  edilmiş  və  bu  dəyişikliyə  görə  xarici  turistlər  vauçer təq-
dim etdikdə viza almaq üçün əvvəlki kimi 40 ABŞ dolları deyil, 
20 ABŞ dolları həcmində rüsum ödəməliydilər [45, v.6]. Bu isti-
qamətdə  dövlət  səviyyəsində  ölkədə  turizmin  inkişafına  geniş 
imkanlar  yaratmaq  siyasəti  davam  etdirilərək,  əlavə  olaraq  1 
yanvar 2003-cü ildən vergi məcəlləsində də bir neçə dəyişiklik-
lər edilmişdi. Vergiyə cəlb edilmə  maddəsində edilən dəyişikli-
yə  görə  turizm  fəaliyyəti  ilə  məşğul  olan  hüquqi  şəxslər  üçün 
gəlir  vergisi  20%  həcmində  müəyyən  olunmuşdu  (digər  hüquqi 
şəxslər 25%). Beləliklə, tərəfdaşlıq və əməkdaşlıq sazişinin qüv-
vəyə  minməsindən  etibarən  turizm  sahəsində  həyata  keçirilən 
tədbirlər kifayət qədər geniş və hərtərəfli olmuşdu [45, v.6]. Tu-
rizm  sahəsində  sahibkarlığın  inkişafı  üçün  əlverişli  investisiya 
mühiti  yaradılmış,  turizm  sahəsində  lisenziyalaşdırma  sadələş-
dirilmiş,  turistlər  üçün  daha  əlverişli  viza  rejimi  yaradılmış  və 


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
125 
 
Turizm  üzrə  mütəxəssislərin  hazırlanması  və  ixtisaslarının  artı-
rılması üçün tədbirlər görülmüş,  turizmdə  informasiya, təbliğat, 
reklam  işi  yaxşılaşdırılmışdı.  Bakı,  Şəki,  Lənkəran,  Şamaxı, 
Naxçıvan, Quba və Xaçmaz informasiya-təbliğat, reklam və əla-
qələndirmə  mərkəzlərinin  yaradılması  istiqamətində  də  xeyli  iş 
görülmüşdü. Nəticədə, Avropa İttifaqına daxil olan bir neçə ölkə 
ilə  Azərbaycan  Respublikası  arasında  rəsmi  turist  əlaqələri  qu-
rulmuşdu. 
Bu sahədə dövlətimizin göstərilən qitənin ən iri dövlətlərin-
dən biri olan Böyük  Britaniya  ilə əlaqələrinə nəzər salaq. Azər-
baycan  Respublikası  ilə  Böyük  Britaniya  arasında  turizm  sahə-
sində ölkəmizdə beynəlxalq və istirahət turizminin inkişafına və 
beynəlxalq turizm bazarına çıxmasına dair Britaniya parlamenti-
nin üzvü lord Nüellə 1999-cu il avqustun 10-da niyyət protokolu 
imzalanmışdı [50, v.4]. Təəssüflə qeyd etmək lazımdır ki, proto-
kolun  imzalanmasından sonra turist  əlaqələrinin  inkişafında heç 
bir yenilik olmamışdı. 25-29 fevral 2001-ci ildə Britaniya Xarici 
İşlər Nazirliyinin Şərq Departamentinin rəhbəri A.Prinqlinin öl-
kəmizə  səfəri  zamanı  Xarici  Turizm  Şurası  turizm  əlaqələrinin 
inkişafı üçün öz təkliflərini vermişdi [50, v.5]. Lakin bu təkliflər 
də  əlaqələrə  təkan  verməmişdi.  Çətinliklərə  baxmayaraq,  Brita-
niya  ilə  turizm  əlaqələri  sonrakı  illərdə  daha  çox  Azərbaycanın 
turizm potensialının tanıdılması istiqamətində davam etdirilmiş-
di.  Belə  ki,  ilk  dəfə  ölkəmiz  11-14  noyabr  2002-ci  ildə  hər  il 
Londonda keçirilən beynəlxalq turizm  sərgisində iştirak etmişdi 
[50, v.6-8]. Bu sərgidə Azərbaycan Respublikası 9 kvadrat metr-
lik  stendlə  təmsil  olunmuşdu.  Sərgidə  başda  respublika  turizm 
naziri olmaqla 4 nəfər dövlət rəsmimizin iştirak etməsi Azərbay-
can  tərəfinin  bu  sərgiyə  böyük  əhəmiyyət  verməsinin  təzahürü 
idi. Eyni zamanda, qeyd etmək lazımdır ki, həmin sərgidə Azər-
baycanı  “Avroturizm”,  “İmproteks  Travel”,  “Hotel  Avropa”, 
“Azcot Travel” kimi özəl şirkətlər də təmsil etmişdilər [50, v.9]. 
Azərbaycan Respublikasının  turizm  imkanları  haqqında prezen-
tasiya isə ölkəmizin Londondakı səfirliyində keçirilmişdir. Lon-


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə