Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə44/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   40   41   42   43   44   45   46   47   ...   62

Həsənov Yusifəli Lətif oğlu 
 
142 
 
Türkiyə arasında turist axını İrandan sonra ikinci yerdə dursa da, 
kəskin  azalma  (1994-cü  ildə  591  nəfər  idisə,  1995-ci  ildə  132 
nəfərə  enmişdi)  hiss  edilir  [2,  v.26.].  1995-ci  ildə  Azərbaycan-
dan xaricə gedən turistlərin sayı barədə ölkələr üzrə statistik mə-
lumat verilməmişdir, yəni ümumi məlumat verilmişdir ki, bu da 
68788 nəfər təşkil edir [2, v.28]. Bu sırada Azərbaycandan Tür-
kiyəyə gedən turistlərin sayı çoxluq təşkil etmişdir ki, bu da əsa-
sən  ticarət  məqsədilə  edilən  turist  səfərləri  hesabına  olmuşdu. 
Bu səfərlər digər illərdə də həyata keçirilmişdir. Məsələn, 1996-
cı  ildə  Türkiyədən  Azərbaycana  gələn  turistlərin  sayı  1887  nə-
fər,  Azərbaycandan  Türkiyəyə  gedən  turistlərin  sayı  isə  18832 
nəfər  olmuşdur.  Türkiyədən  Azərbaycana  gələn  turistlərin  sayı 
1997-ci  ildə  2439  nəfər,  1998-ci  ildə  776  nəfər,  1999-cu  ildə 
10390  nəfər  (digər  ölkələrlə  birlikdə),  2001-ci  ildə  8493  nəfər 
olmuşdusa,  Azərbaycandan  Türkiyəyə  gedənlərin  sayı  1997-ci 
ildə 2439 nəfər, 1998-ci ildə 9968 nəfər, 1999-cu ildə 47056 nə-
fər, 2000-ci ildə 70191 nəfər, 2001-ci ildə 52156 nəfər təşkil et-
mişdir.  1994-1998-ci  illərdə  ölkəmizə  Türkiyədən  5825  turist 
gəlmişdir  ki,  bu  da  Azərbaycana  gələn  turistlərin  cəmisi  3%-ni 
təşkil  etmişdir  [2].
 
Yenə  həmin  illərdə  ölkəmizdən  Türkiyəyə 
42132 turist getmişdir ki, bu da ümumilikdə Azərbaycandan ge-
dən  turistlərin  12  %-ni  təşkil  etmişdir  [2].  Yuxarıdakı  statistik 
göstəricilərdən  də  göründüyü  kimi,  iki  ölkə  arasında  1992-ci  il 
noyabrın 2-də  bağlanmış turizm sahəsində əməkdaşlıq haqqında 
sazişin verdiyi imkandan zəngin turizm potensialı olan Azərbay-
can turizmi lazımınca yararlanmamışdır. 
Göstərilən  illərdə  Azərbaycanla  Türkiyə  arasında  beynəl-
xalq əlaqələrin, o cümlədən turizm sahəsində əlaqələrin inkişafı-
na  prezident  H.Ə.Əliyevin  2001-ci  il  18  aprel  fərmanı  ilə  yara-
dılmış Gənclər, İdman və Turizm Nazirliyi Azərbaycanda turiz-
min  inkişafı üçün güclü təkan  vermişdir [53, v.26]. Onun səriş-
təli işi nəticəsində ölkəmizin Türkiyə ilə turizm sahəsində əlaqə-
ləri  hər  iki  ölkənin  milli  maraqlarına  uyğun  olaraq  daha  da  ge-
nişlənməyə  başlamışdı. Ilk növbədə kadr məsələləri ciddi surət-


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
143 
 
d


Həsənov Yusifəli Lətif oğlu 
 
144 
 
Azərbaycan-Türkiyə  beynəlxalq turizm  əlaqələrinin təkmil-
ləşməsi  işinə  hər  iki dövlətin turizm təşkilatlarının qarşılıqlı sə-
fərlərinin  də  əhəmiyyəti  çox  böyükdür.  Bu  istiqamətdə  Türkiyə 
Turizm Nazirliyinin dəvəti ilə ölkəmizin turizm nazirliyinin nü-
mayəndə  heyətinin  15-18  avqust  2002-ci  ildə  Türkiyədə  rəsmi 
səfərdə  olması  yüksək  dərəcədə  əhəmiyyətli  olmuşdur  [69, 
v.47]. Bu səfər zamanı  bizim  nazirliyin iki ölkə arasında turizm 
əlaqələrinin  inkişafı  ilə  bağlı  21  bənddən  ibarət  təqdim  etdiyi 
təklifləri  Azərbaycan  turizmini  Türkiyədə  təbliğ  etməsi  üçün 
ciddi siyasi sənəddir və o, Türkiyənin turizm mövzusunda yazan 
mətbuat nümayəndələrinin güclü marağına səbəb olmuşdur. Bu-
nun ardınca onların 2003-cü ilin əvvəllərində Azərbaycana dəvət 
olunması və s. həmin istiqamətdə atılan lazımlı addımlardan idı. 
Bu  istiqamətdə  mərhum  prezident  H.Ə.Əliyevin  27  avqust 
2002-ci  il  sərəncamı  ilə  “Azərbaycan  Respublikasında  2002-
2005-ci  illərdə  turizmin  inkişafına  dair  Dövlət  Proqramı”  və 
onun  həyata  keçirilməsi  tədbirlərinin  təsdiq  edilməsi  Azərbay-
can-Türkiyə  arasında  beynəlxalq  turizm  istiqamətində  atılan  ən 
mühüm  addımlardan  biri  olmuşdu.  Bu  sənəd  və  beynəlxalq  tu-
rizmə  belə  yüksək  münasibət  şübhəsiz  ki,  Azərbaycanın  dünya 
turizm, o cümlədən Türkiyə beynəlxalq turizm sistemində öz la-
yiqli  yerini  tutması  üçün  vacib  siyasi  bazis  idi  [194,  s.18-31]. 
Həmin siyasi addımın arxasınca 22-24 noyabr 2002-ci ildə Bey-
nəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən Kap-
padokiyada keçirilən “Turizmdə insan ehtiyatları ilə bağlı hədəf-
lər və siyasət” mövzusunda keçirilən beynəlxalq konfransda Tu-
rizm  Nazirliyinin  əməkdaşlarının  iştirakı  da  səmərəli  olmuşdur 
[69,  “Türkiyə  2002-2003”,  v.64].  Bu  tədbirlər  birtərəfli  olma-
mışdı. Onlar bir qayda olaraq ikitərəfli əsasda həyata keçirilmiş-
di.  Bu  baxımdan
 
həmin  illərdə  TÜRSAB  nümayəndə  heyətinin 
12-15  dekabr  2002-ci  ildə  ölkəmizə  rəsmi  səfəri  də  maraqlı  ol-
muşdur. Səfər çərçivəsində Türk Əməkdaşlıq və İnkişaf Agentli-
yi tərəfindən təqdim olunan yeni “Turizm peşə ixtisasının tədris 
proqramı”nda  Azərbaycanın  turizm  sektoru  üçün  kadr  hazırlan-


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
145 
 
masını  nəzərə  alaraq  Turizm  Nazirliyi  bir  sıra  ixtisaslar  üzrə 
kursların keçirilməsi ilə bağlı təkliflər hazırlayıb Türkiyənın Baş  
Nazirliyinin, Türkiyə İş Birliyi və İnkişaf Agentliyinin Bakı pro-
qram  koordinatoruna  təqdim  etmişdi  [69,  v.59].  Bunun  ardınca 
22  fevral–2  mart  2003-cü  ildə  İstanbulda  MTE–2003 
Beynəlxalq  Ağdəniz  Turizm  Sərgisi  keçirilmişdi.  Bu  sərgidə 
ölkəmiz əvəzsiz ayrıca stendlə təmsil olunmuşdu [69, v.67]. Bu 
sərgidən  sonra  AİTF-2003  II  ABTS-i  12-19  aprel  2003-cü  ildə 
Bakıda keçirilmişdir. Bu sərgidə Türkiyə Turizm Nazirliyi yenə 
ayrıca  stendlə  təmsil  olunmuşdu  [227].  Yuxarıda  göstərilən  hər 
iki ölkənin müvafiq nazirlikləri və TİKA arasında əldə olunmuş 
razılığa əsasən Türkiyədən dəvət olunmuş mütəxəssislər tərəfin-
dən  2004-cü  il  iyunun  22-dən-iyulun  2-dək  ölkəmizin  turizm 
sektorunda çalışan mütəxəssislər üçün Bakıda mehmanxana, tu-
rizm agentliyi  və  yemək-içmək servisi üzrə tədris kursları keçi-
rilmişdi.  Kursları  müvəffəqiyyətlə tamamlayan 90 nəfər  iştirak-
çıya müvafiq sertifikatlar verilmişdi [70, v.55]. Bu faktlar göstə-
rir  ki,  iqtisadiyyatın  aparıcı  sahələrindən  biri  olan  turizm  sahə-
sində  əməkdaşlıq  nazirlik  yaradılandan  sonra  yüksələn  xətlə 
inkişaf etmişdi. Qeyd etmək lazımdır ki, 2003-cü ilin 27 fevral-2 
mart,  2004-cü  ilin  26-29  fevral  və  2005-ci  ilin  24-27  fevral  ta-
rixlərində  İstanbulda  keçirilmiş  beynəlxalq  turizm  sərgilərində 
Azərbaycan Respublikası Turizm Nazirliyinin nümayəndə heyə-
ti iştirak etmiş və bu sərgilərdə ölkəmizin turizm imkanları geniş 
nümayiş olunmuşdur [70, v.61]. Həmin ildən sonra da belə təd-
birlər-sərgilər davam etdirilmiş və o tədbirlərdə Türkiyə tərəfi də 
daha  geniş  stendlə  təmsil  olunmuşdur.  Bu  sərgilərin  Azərbay-
canda keçirilməsi təbii ki, həm turizm potensialının təbliğinə im-
kan vermiş, həm də turist sənayesinə sərmayə qoymaq üçün xa-
rici turist şirkətlərinin diqqətini cəlb  etmişdir. Bu sahədə əmək-
daşlığın davam etdirilməsində hər iki ölkənin Turizm Nazirliklə-
rinin  “Babaların tarixi zəfər və şəhadət yolu” adlı birgə beynəl-
xalq  turizm  marşrutunun  hazırlaması  az  rol  oynamamışdı  [70, 
v.44, 57, 70]. Həmin layihənin məqsədi 1918-ci il erməni işğal-


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə