Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə24/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   20   21   22   23   24   25   26   27   ...   62

Həsənov Yusifəli Lətif oğlu 
 
76 
 
Turizm işləri idarəsi arasında əməkdaşlıq haqqında saziş də bağ-
lanmışdı  [39,  v.49].  Getdikcə  dərinləşən  bu  idman  əlaqələrinin 
nəticəsində  UEFA  kuboku  yarışlarında  iştirak  edən  Azərbayca-
nın  qadınlardan  ibarət  futbol  komandasını  Ukrayna  oyunçuları 
ilə komplektləşdirməyə imkan verdi. Bu barədə dünya çempionu 
X.İsayevin Azərbaycanın Ukraynadakı səfirliyinə müraciətindən 
sonra O.Krapivinin köməkliyi ilə ukraynalı idmançılar Azərbay-
can komandasının tərkibində çıxış edərək Azərbaycan qadın fut-
bolunu ləyaqətlə təmsil etmişlər [39, v.55]. 
Ukrayna  bədən  tərbiyəsi  və  idman  məsələləri  üzrə  dövlət 
komitəsinin  dəvəti  ilə  18-21  may  2003-cü  ildə  Gənclər,  İdman 
və Turizm Nazirliyinin nümayəndə heyəti Ukraynada səfərdə ol-
muşdur [39, v.56]. 
Demək olar ki, bütün dövrlərdə Azərbaycan idmançıları Uk-
raynada keçirilən çoxlu yarışlarda və beynəlxalq turnirlərdə fəal 
iştirak etmişlər. Belə ki, 2003–cü ilin fevralında bizim idmançı-
lar sərbəst güləş və boks üzrə Kiyevdə keçirilən beynəlxalq tur-
nirlərdə,  martda  Vinnitsa  şəhərində  keçirilən  gimnastika  üzrə 
beynəlxalq  turnirdə  iştirak  etmişdilər.  Eyni  zamanda  Ukrayna 
idmançıları da Azərbaycanda keçirilən bir çox idman tədbirləri-
nin  fəal  iştirakçısı  olmuşlar  [40,  v.58].  25-26  yanvar  2003-cü 
ildə  Bakıda  13  ölkənin,  o  cümlədən  Ukrayna  idmançılarının  da 
mübarizə apardığı taekvondo üzrə MDB ölkələrinin birinci açıq 
çempionatında [40, v.56], 7-10 may 2003-cü ildə Bakıda keçiri-
lən Azərbaycanın ümummilli lideri H.Ə.Əliyevin müqəddəs xa-
tirəsinə  həsr  olunmuş  boks  üzrə  beynəlxalq  turnirdə,  23–24  av-
qust 2003-cü ildə cüdo üzrə gənclər arasında Avropa çempiona-
tında, Ə.Çoudrinin şərəfinə Bakıda keçirilən lisenziyalı turnirin-
də (Ukraynanın iki idmançısı Atlanta Yay Olimpiya oyunlarında 
öz  ölkələrini  təmsil  etmək  hüququnu  məhz  bu  turnirdə  qazan-
mışdılar)  təmsil  olunmuşlar.  16  may  2003-cü  ildə  T.Bəhramav 
adına  Respublika  Stadionunda  veteranlardan  ibarət  Bakının 
“Neftçi”  və  Kiyevin  “Dinamo”  komandaları  arasındakı  görüşü 
xüsusilə  qeyd  etmək  lazımdır.  Eləcə  də  son  dövrdə  iki  ölkə 


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
77 
 
arasında idman mütəxəssislərinin mübadiləsi genişlənmişdir. 18-
21  may  2003-cü  ildə  ölkəmizin  idman  nazirliyinin  nümayəndə 
heyəti Kiyevdə, 23 -27 iyul 2003-cü ildə isə Ukrayna İdman Ko-
mitəsinin nümayəndə heyəti Bakıda səfərdə olmuşdur. Ukrayna-
ya  səfər  zamanı  “Azərbaycan  Respublikası  Gənclər  və  İdman 
Nazirliyi ilə Ukrayna Bədən Tərbiyəsi və İdman Məsələləri üzrə 
Dövlət  Komitəsi  arasında  bədən  tərbiyəsi  və  idman  sahəsində 
2004-2005-ci illərdə yeni ikitərəfli əməkdaşlıq protokolu” imza-
lanmışdır [40, v.59]. Belə mühüm sənədlərin imzalanması Bakı-
ya  və  Kiyevə  idman  rəhbərlərinin  qarşılıqlı  səfərlərini,  idman 
qurumları arasında  əlaqələrin  müasir səviyyədə qurulmasını ge-
nişləndirmiş  və  bu  əlaqələrin  sonrakı  inkişafını  təmin  etmişdir. 
Bundan  bir  həftə  sonra,  1–2  avqust  2003-cü  ildə  Bakıda  bədən 
tərbiyəsi  və  idman  sahəsində  əməkdaşlığa  dair  ukraynalı  həm-
karlarla görüş keçirilmişdi. Bu səfərlər zamanı idman təşkilatları 
arasında  faydalı  təcrübə  mübadiləsi  aparılmış,  əməkdaşlığın  in-
kişafı üçün yeni imkanlar araşdırılıb müəyyənləşdirilmişdir. 
Ukrayna  ilə  Azərbaycan  Respublikası  arasında  əlaqələr  ay-
rı-ayrı  şəhərlər  və  rayonlar  səviyyəsində  də  mövcud  olmuşdur. 
12 sentyabr 1997-ci ildə Bakıda imzalanan Bakı və Kiyev şəhər-
ləri  arasında  əməkdaşlıq  haqqında  sazişin  6-cı  və  8-ci  bəndləri 
tərəflər  arasında  idman  əlaqələrinin  bərpasını  və  uzunmüddətli 
əlaqələri nəzərdə tutmuşdur [40, v.24]. Həmçinin 27 iyun 2003-
cü  ildə  Bakı  şəhər  Qaradağ  rayonu  İcra  Hakimiyyəti  və  Kiyev 
vilayəti  İrpen  şəhəri  rəhbərliyi  arasında  niyyət  protokoluna 
əsasən tərəflər iqtisadi və humanitar sahələrdə, eləcə də müxtəlif 
idman növləri üzrə əməkdaşlıq etməyi qərara almışlar [40, v.63]. 
Ukrayna  Respublikası  Ailə,  Uşaq  və  Gənclərlə  iş  Nazirliyi  və 
Azərbaycan  Respublikası  Gənclər,  İdman  və  Turizm  Nazirliyi 
arasında  imzalanmış  16  oktyabr  2001-ci  il  tarixli  sazişə  uyğun 
olaraq  Xarkov  vilayət  rəhbərliyinin  dəvəti  ilə  Sumqayıt  şəhə-
rinin nümayəndə heyəti şəhər İcra Hakimiyyəti başçısının sərən-
camı əsasında Milli Məclisin deputatı A.İmaməliyevin rəhbərliyi 
ilə 23-28 iyun 2004-cü ildə Xarkovda  işgüzar səfərdə olmuşdur 


Həsənov Yusifəli Lətif oğlu 
 
78 
 
[40,  v.63].  Nümayəndə  heyəti  burada  bir  sıra  universitetlərdə 
olmuş,  27  iyun  Ukrayna  gənclər  gününə  həsr  edilmiş  tədbirdə 
yaxından  iştirak  etmişdir.  27  iyun  2004-cü  ildə  Sumqayıt  şəhər 
Gənclər,  İdman  və  Turizm  Baş  İdarəsi  ilə  Xarkov  vilayəti  Ailə 
və  Gənclərlə  İş  İdarəsi  və  Xarkov  vilayət  Bədən  Tərbiyəsi, 
İdman və Turizm  idarəsi arasında gənclərlə  iş, idman və turizm 
sahəsində əlaqələrin inkişaf etdirilməsi ilə bağlı niyyət protokolu 
imzalanmışdır [40, v.67]. 2004-cü il aprelin 26-dan mayın 3-dək 
Bakıda  Ə.Çoudrinin  şərəfinə  boks  üzrə  8-ci  beynəlxalq 
lisenziyalı  “KUP-2004”, 12-14 may 2004-cü  ildə Kiyevdə cüdo 
üzrə  gənclər  arasında  beynəlxalq  super  “A”  kateqoriyalı  yarış, 
7–10 may 2004-cü ildə Bakıda ümummilli liderimiz H.Əliyevin 
xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnir keçirilmişdi. 
Bu  möhtəşəm  idman  tədbirlərində  hər  iki  tərəfin  atletləri  fəal 
iştirak etmişdilər. 
30  sentyabr-4  oktyabr  2004-cü  ildə  Ukrayna  Bədən  Tərbi-
yəsi  və  İdman  Məsələləri  üzrə  Dövlət  Komitəsi  sədrinin  birinci 
müavininin  rəhbərlik  etdiyi  Ukrayna  nümayəndə  heyəti  Azər-
baycana  səfər  etmişdi  [40,  v.65].  Səfərdə  Ukrayna  və  Azərbay-
can  idmançılarının  29-cu  Yay  Olimpiya  oyunlarına  birgə  hazır-
lıq  proqramı,  həmçinin  iki  ölkənin  idman  sahəsində  gələcək 
əməkdaşlıq perspektivləri müzakirə obyektinə çevrilmişdi. 
Azərbaycan  və  Qırğızıstan  respublikaları  arasında  beynəl-
xalq  idman  əlaqələrinə  gəlincə  qeyd  etmək  lazımdır  ki,  müstə-
qillik  illərində hər  iki ölkə  idman sahəsində əlaqələr qurmuş  və 
inkişaf etdirmişdi. Azərbaycan tərəfi  Qırğızıstanın Azərbaycan-
dakı fəxri konsulu Z.Hüseynovun xahişi ilə əlaqədar 27-30 sen-
tyabr 2002-ci ildə Bakıda cüdo üzrə general H.Aslanovun xatirə-
sinə və oktyabrın 6-da Milli Olimpiya Komitəsinin yaradılması-
nın 10 illiyinə həsr edilmiş atıcılıq idmanı üzrə beynəlxalq yarış-
lara  Qırğızıstan  idmançıları  da  dəvət  olunmuşdur  [21,  v.5].  İki 
ölkə arasında  idman  əlaqələrini daha da genişləndirmək  məqsə-
dilə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazir-
liyində “Azərbaycan Respublikası Hökuməti ilə Qırğızıstan Res-


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə