Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə23/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   19   20   21   22   23   24   25   26   ...   62

Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
73 
 
xınlığında  hər  iki  dövlətin  prezidentləri  H.Ə.Əliyev  və  E.A.Şe-
vardnadzenin  iştirakı  ilə  yeni  körpünün  açılış  mərasimi  olmuş, 
açılışda  Gənclər,  İdman  və  Turizm  Nazirliyinin  nümayəndələri 
və  Respublika  Olimpiya  Mərkəzinin  direktoru  və  digər  rəsmi 
şəxslər iştirak etmişlər. 
2000-2005-ci illərdə də Gürcüstan idmançıları Azərbaycan-
da H.Aslanovun xatirəsinə həsr olunmuş cüdo, Ə.Coudrinin ku-
boku  uğrunda  və  əməkdar  idman  ustası,  əməkdar  məşqçi,  bey-
nəlxalq  dərəcəli  hakim  A.Ağalarovun  xatirəsinə  həsr  edilmiş 
gənclər arasında beynəlxalq boks turnirində, “20 yanvar” şəhidi, 
idman  ustası  M.İsayevin  xatirəsinə  həsr  olunmuş  sərbəst  güləş 
üzrə yeniyetmələrin beynəlxalq turnirində, taekvondo üzrə gənc-
lərin  Avropa  birinciliyində,  otüstü  hokkey  üzrə  yoldaşlıq  yarış-
larında,  idman  rəqsləri  üzrə  Azərbaycan  çempionatında,  Azər-
bay


Həsənov Yusifəli Lətif oğlu 
 
74 
 
cilikdə, 5-6 oktyabrda Borjomidə keçirilmiş beynəlxalq krossda, 
29-30  yanvar  2005-ci  ildə  Tiflisdə  kişilər  arasında  “A”  kateqo-
riyalı  beynəlxalq  turnirdə,  21-25  dekabrda  Tiflisdə  üzgüçülük 
üzrə beynəlxalq turnirdə idmançılarımız ölkəmizi layiqincə təm-
sil etmişdilər. 
İdmançılarımız SSRİ dövründə olduğu kimi müstəqillik illə-
rində  Azərbaycan  Respublikası  ilə  mehriban  qonşuluq  əlaqələri 
saxlayan ölkələrin, o cümlədən qardaş Ukraynanın idman tədbir-
lərində  də  yaxından  iştirak  etmişlər.  Ukraynanın  gənclər  və  id-
man üzrə dövlət qurumları ilə əməkdaşlıq etmək məqsədilə hələ 
1995-ci  ildə  Ukraynanın  keçmiş  Gənclər  və  İdman  Nazirliyinə 
müraciət olunmuş,  zəruri  sənədlər  göndərilmiş,  bununla  da  əla-
qələrin ilkin əsası qoyulmuşdur [39, v.7]. İki ölkə arasında meh-
riban  əlaqələrin  inkişafı  və  dərinləşməsində  ümummilli  lideri-
miz  H.Ə.Əliyev  və  Ukraynanın  o  zamankı  prezidenti  L.Kuçma 
xüsusi  rol  oynamışdılar.  Müstəqilliyin  ilk  illərindən  bu  günə 
qədər  ölkələrimiz  arasında  münasibətlər  strateji  əməkdaşlıq  sə-
viyyəsinə  yüksəlmişdir.  Ukrayna  prezidenti  L.Kuçma  Azərbay-
can  Respublikasının  yüksək  mükafatı  olan  “İstiqlal”  ordeninə, 
müasir Azərbaycan dövlətinin banisi H.Ə.Əliyev isə Ukraynanın 
yüksək  mükafatı  olan  “Yaroslav  Mudrı”  ordeninə  layiq  görül-
müşdülər. Hazırda dost və qardaş Ukraynada H.Ə.Əliyevin adını 
daşıyan nüfuzlu institut fəaliyyət göstərir. Hökumət başçılarının 
qarşılıqlı  səfərləri  zamanı  çoxlu  sayda  dövlətlərarası  və  höku-
mətlərarası müqavilələr imzalanmışdır ki, bu da ölkələrimiz ara-
sında  çoxtərəfli  əməkdaşlığın  inkişafında  sanballı  hüquqi  baza 
yaratmışdır.  Ölkələrimizin  nümayəndələri  Azərbaycan  və  Uk-
raynada keçirilən müxtəlif gənclər və idman tədbirlərinin iştirak-
çısı olmuşlar [39, v.1-40]. 1997-1998-ci illərdə Ukrayna şahmat-
çıları beynəlxalq Bakı turnirlərində iştirak etmiş, 1998-ci ilin pa-
yızında Xarkovda fəaliyyət göstərən “Xətai” Azərbaycan mədə-
niyyət  mərkəzinin  futbol  komandası  Bakıda  görüşlər  keçirmiş, 
Ukraynada 2001-ci ilin martında gənc idmançılar arasında keçi-
rilən  beynəlxalq  turnirdə  su  polosu  üzrə  komandamız  müvəffə-


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
75 
 
qiyyətlə çıxış etmiş və yeddi komanda arasında birinci yerə çıx-
mışdı. Bunlardan başqa, karate-kontakt üzrə idmançılarımız 2-6 
iyul  1998-ci  ildə  Kiyevdə  keçirilən  beynəlxalq  turnirdə  iştirak 
etmiş, 4-14 sentyabr 2001-ci ildə isə Kiyevdə MDB ölkələri üz-
rə  zəhmətkeşlərin  beynəlxalq  oyunlarında  ölkəmiz  28  nəfərlik 
nümayəndə heyəti ilə təmsil olunmuşdur. 
16  oktyabr  2001-ci  ildə  Bakıda  “Azərbaycan  Respublikası 
Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında gənclər siyasə-
ti və idman sahəsində əməkdaşlıq haqqında saziş”in imzalanma-
sı  ölkələrimiz  arasında  bu  sahədə  əməkdaşlıqda  mühüm  hadisə 
olmuşdur [39, “Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna 
Nazirlər  kabineti  arasında  gənclər  siyasəti  və  idman  sahəsində 
əməkdaşlıq haqqında saziş”]. Saziş əsasən iki ölkə arasında qeyd 
olunan  sahələrdə  əlaqələrin  qurulmasına,  mübadilələrə  və  birgə 
tədbirlərin  keçirilməsinə  əlverişli  şəraitin  yaradılmasını  nəzərdə 
tuturdu. Bununla əlaqədar olaraq 2002-ci ilin mayında MDB öl-
kələrinin  Düşənbədə  keçirilmiş  gənclər  nazirləri  klubunun  növ-
bəti iclasında Ukrayna nümayəndə heyəti ilə danışıqlar aparılmış 
və  Azərbaycan  Respublikası  tərəfindən  birgə  tədbirlər  planının 
layihəsi müzakirəyə təqdim olunmuşdur [39, v.48]. Bu saziş çər-
çivəsində  Ukrayna  İdman  Komitəsi  heyətinin  2002-ci  ilin  sen-
tyabrında Azərbaycana səfəri zamanı “Azərbaycan Respublikası 
Gənclər, İdman və Turizm Nazirliyi və Ukrayna Bədən Tərbiyə-
si və İdman Dövlət Komitəsi arasında 2002–2003-cü illərdə bə-
dən tərbiyəsi  və  idman  sahəsində  ikitərəfli  əməkdaşlıq protoko-
lu”  imzalanmışdır  [39,  “Azərbaycan  Gənclər,  İdman  və  Turizm 
Nazirliyi  və  Ukrayna  Bədən  Tərbiyəsi  və  İdman  Dövlət  Komi-
təsi arasında 2002–2003-cü illərdə bədən tərbiyəsi və idman sa-
həsində  ikitərəfli  əməkdaşlıq  protokolu”;  102].  Bu  protokol  id-
man mütəxəssislərinin mübadiləsinin genişləndirilməsini, idman 
tədbirlərində  hər  iki  tərəfin  idmançılarının  qarşılıqlı  iştirakını 
asanlaşdırmışdı  [39,  v.50].  Nəticədə  iki  idarənin  elmi  tədqiqat 
mərkəzləri arasında, habelə Gənclər, İdman və Turizm Nazirliyi-
nin Gəncə şəhər Baş İdarəsi ilə Çerniqov Vilayətinin Gənclər və 


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə