Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə19/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   15   16   17   18   19   20   21   22   ...   62

Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
61 
 
miz arasında idman sahəsində əlaqələrin daha da möhkəmləndi-
rilməsi üçün Rusiyanın Dövlət Bədən Tərbiyəsi və İdman Komi-
təsinin sədri Azərbaycana dəvət olunmuş, həmin komitə tərəfin-
dən hazırlanan idman nazirlərinin koordinasiya şurasının əsasna-
məsinin  layihəsinə  İdman  Nazirliyində  baxılmış,  əlavə  təkliflər  
verilmiş və  bu qurumun  işində nazirliyin iştirakı nəzərdə tutul-
muşdu. 
Göründüyü  kimi,  Rusiya  Federasiyası  ilə  əlaqələrimizdə,  o 
cümlədən  idman  əlaqələrində hökumətlərarası komissyanın rolu 
böyük
 
olmuşdu.
 
Bu
 
baxımdan
 
Azərbaycan-Rusiya
 
iqtisadi
 
əmək-
daşlıq  üzrə  hökumətlərarası  komissiyanın  yeddinci  iclas  proto-
kolunun  icrası  ilə  bağlı  qeyd  etmək  lazımdır  ki,  əməkdaşlığın 
genişləndirilməsi  üçün  lazımi  tədbirlər  görülmüşdü  [32,  v.50]. 
İdmançılarımız 2003-cü ildə də Rusiya Federasiyasının müxtəlif 
şəhərlərində  təşkil  olunan  bir  sıra  idman  yarışlarında  iştirak  et-
mişdilər. Belə ki, 8 yanvar 2003-cü ildə Moskvada voleybol üz-
rə  qadınlar  arasında  çempionlar  liqasının  növbəti  oyununda 
“Azerreyl” komandası Rusiyanın “Uraloçka” komandası ilə qar-
şılaşmış, 25-26 yanvarda cüdo üzrə super “A” kateqoriyalı Mos-
kva  beynəlxalq turnirində, 3-7  fevralda Sankt-Peterburqda  boks 
üzrə beynəlxalq turnirdə, 6-9 mart 2003-cü ildə Moskvada bədii 
gimnastika üzrə Qran-Pri turnirində, A.Xarlampiyevin xatirəsinə 
həsr olunmuş sambo üzrə turnirdə, 11-18 iyun 2003-cü ildə Ye-
katerinburqda  dünyanın  aparıcı  qadın  voleybol  komandalarının 
iştirakı  ilə  beynəlxalq  turnirdə,  Rostovda  1-5  iyulda  yunan-Ro-
ma güləşi üzrə yeniyetmələr arasında Avropa çempionatında, 2-
6 sentyabr 2003-cü ildə Mahaçqalada boks üzrə beynəlxalq tur-
nirdə, 9-10 may 2003-cü  ildə Tverdə cüdo üzrə beynəlxalq tur-
nirdə, habelə Sankt-Peterburqda beynəlxalq cüdo turnirində işti-
rak etmişlər. Eyni zamanda 2003-cü ildə Azərbaycan idmançıla-
rı  mayda  bilyard  və  bodibildinq  üzrə  Sankt-Peterburqda  təşkil 
olunmuş  dünya  və  Avropa  çempionatlarının  iştirakçısı  olmuş, 
Azərbaycan  həndbolçuları  iyunun  13-21-də  Volqoqradda  bey-
nəlxalq turnirdə qüvvələrini sınamışlar. 


Həsənov Yusifəli Lətif oğlu 
 
62 
 
Bununla yanaşı Rusiya idmançıları da həmin ildə ölkəmizdə 
keçirilən
 
çoxsaylı
 
idman
 
tədbirlərində
 
təmsil
 
olunmuşdular.
 
Bun-
lara  misal  olaraq,  onların  2003-cü  ilin  martın  18-22-də  Bakıda 
Ə.Çoudrinin kuboku uğrunda keçirilmiş turnirdə, 9-11 avqustda 
Bakıda  keçirilmiş  gimnastika  üzrə  Dünya  Kubokunun  mərhələ-
sində,  23-24  avqustda  Bakıda  yeniyetmələr  arasında  cüdo  üzrə 
Avropa  çempionatında,  həmin  ilin  avqustunda  at  idmanı  üzrə 
keçirilmiş  beynəlxalq  yarışda  və  26-29  sentyabrda  cüdo  üzrə 
beynəlxalq turnirdə iştirakını göstərə bilərik. 
Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq üzrə hökumətlərara
-
sı  komissiyanın  səkkizinci  iclas  protokolunun  icrasına  uyğun 
olaraq 2004-cü ildə hər iki ölkədə keçirilmiş idman tədbirlərində 
bu ölkələrin qarşılıqlı olaraq  nümayəndə  heyətləri  iştirak etmiş, 
onlar idmançıların bir-birilərinin ərazilərində təşkil olunan yarış
-
larda iştirakına xüsusi diqqət yetirmişlər [32, v.51]. Belə ki, 23-
24  apreldə  Bakıda  bədii  gimnastika  üzrə  “World  Cup  2004”-
dünya  kubokunun  mərhələ  yarışlarında,  26  aprel-3  mayda 
Ə.Çoudrinin  kuboku  uğrunda  səkkizinci  beynəlxalq  boks  turni
-
rində,  7-10  mayda  H.Ə.  Əliyevin  xatirəsinə  həsr  olunmuş  yeni
-
yetmələr  arasında  beynəlxalq  boks  turnirində,  3-4  apreldə  sər
-
bəst güləş üzrə dünya kuboku  yarışlarında, 27-31 mayda qadın
-
lardan ibarət otüstü hokkey üzrə Avropa klubları arasında “Trofi 
kuboku”  uğrunda  yarışlarda,  13-22  noyabrda  hərbçilər  arasında 
keçirilmiş cüdo üzrə dünya çempionatında, 7-12 dekabrda əmək
-
dar  idman  ustası,  əməkdar  məşqçi,  beynəlxalq  dərəcəli  hakim 
A.Ağalarovun  xatirəsinə  həsr  edilmiş  gənclər  arasında  beynəl
-
xalq  boks  turnirində  Rusiya  idmançıları  fəal  iştirak  etmişdilər. 
Eyni  zamanda  17-27  fevral  2004-cü  ildə  Moskvada  “Aeroflot-
2004” şahmat turnirində, 20-27 fevralda voleybol üzrə qadınlar
-
dan  ibarət  respublika  yığma  komandasının  Moskvada  təlim-
məşq toplanışında, fevralda Moskvada təşkil olunmuş bədii gim
-
nastika  üzrə  beynəlxalq  turnirdə,  1-4  martda  Moskvada  sambo 
üzrə  beynəlxalq  turnirdə,  3-7  martda  Volqoqradda  boks  üzrə 
gənclər  arasında  beynəlxalq  turnirdə,  4-10  martda  Volqoqradda 


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
63 
 
gənclərdən  ibarət  yığma  komandalar  arasında  keçirilən  həndbol 
üzrə  beynəlxalq  turnirdə,  apreldə  Yekaterinburqda  qadınlardan 
ibarət voleybol komandaları arasında “Yeltsin kuboku ” uğrunda 
beynəlxalq turnirdə, 14-15 mayda Sankt-Peterburqda bədii gim
-
nastika  üzrə  beynəlxalq  turnirdə,  27-31  mayda  Kalininqradda 
bilyardın “Piramida” növü üzrə açıq Avropa çempionatında, 25-
30  iyunda  Moskvada  MDB  ölkələri  zəhmətkeşlərinin  Beynəl
-
xalq  İdman  Oyunlarında  və  sentyabrda  Saratovda  yeniyetmələr 
arasında boks üzrə Avropa birinciliyində, Azərbaycan Respubli
-
kasından  olan  atletlər  yarışmışdılar.  Həmin  ilin  oktyabrında  qa
-
dınlardan  ibarət  voleybol  üzrə  Azərbaycan  yığma  komandası 
Moskvada təlim-məşq toplanışında olmuş, Azərbaycan idmançı
-
ları  28  noyabr-2  dekabrda  isə  Omskda  bədii  gimnastika  üzrə 
beynəlxalq  turnirdə  iştirak  etmişdilər.  Onu  da  qeyd  edək  ki, 
yuxarıda  haqqında  danışdığımız  müqavilə,  saziş,  protokol  və 
sair  bu  kimi  sənədlərlə  yanaşı  “Azərbaycan  və  Rusiya  arasında 
2004-2006-cı  illər  üçün  humanitar  sahədə  əməkdaşlıq  proqra
-
mı”nın imzalanması ölkələrimiz arasında gənclər və idman sahə
-
sində  əlaqələrin  genişlənməsinə  yeni  imkanlar  yaratmışdı  [32, 
“Azərbaycan və Rusiya Federasiyası arasında 2004-2006-cı illər 
üçün  humanitar  sahədə  əməkdaşlıq  proqramı  ilə  bağlı  2004-cü 
ildə həyata keçirilmiş tədbirlər haqqında arayış”]. 
Əvvəlki  illərdə  olduğu  kimi  2005-ci  ildə  də  Azərbaycan 
Respublikasının  idmançıları  Moskva,  Sankt-Peterburq,  Volqo-
qrad,  Yekaterinburq,  Kalininqrad,  Saratov,  Omsk,  Tver,  Nijne-
vartovsk,  Noginsk  və  Rusiya  Federasiyasının  başqa  şəhər  və 
bölgələrində şahmat, voleybol, bədii gimnastika, sambo, sərbəst 
və  yunan-Roma  güləşi,  boks,  taekvondo,  qılıncoynatma,  hənd-
bol,  futbol  və  sair  üzrə  keçirilmiş  çoxsaylı  yarışlarda  iştirak  et-
mişdilər [32, v.56]. 2005-ci ildə Rusiyada Azərbaycan ilinin ke-
çirilməsi  ilə  əlaqədar  idmançılarımız  sərbəst  və  yunan-Roma 
güləşi,  cüdo  və  taekvondo  idman  növləri  üzrə  Moskva  və  Dər-
bənddə  keçirilmiş  müxtəlif  yarışlarda  qüvvələrini  sınamışdılar. 
Öz  növbəsində  Rusiya  idmançıları  da  2005-i  ildə  Bakıda  keçi-


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə