Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə16/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   12   13   14   15   16   17   18   19   ...   62

Həsənov Yusifəli Lətif oğlu 
 
52 
 
əsasən  tərəflərdən  biri  saziş  vaxtının  başa  çatması  müddətindən 
6 ay əvvəl onun dəyişdirilməsi barəsində yazılı müraciət etməz-
sə, saziş müddəti avtomatik olaraq daha 5 il müddətinə uzadılır. 
Azərbaycan tərəfi digər ölkələrin müvafiq qurumlarını əməkdaş-
lıq  proqramları  çərçivəsində  respublikamızda  keçirilən  beynəl-
xalq idman tədbirlərinə, o cümlədən Rusiya idmançılarını da id-
man  qurumları  arasındakı  sazişə  əsasən  ölkəmizdə  keçirilən  id-
man  yarışlarına  dəvət  etmişdi.  Belə  hallarda  yaşayış  və  ölkəda-
xili nəqliyyat xərclərini Azərbaycan tərəfi öz üzərinə götürmüş-
dü. Bunlara misal olaraq iki dəfə Sovet İttifaqı Qəhrəmanı H.As-
lanovun  xatirəsinə  həsr  olunmuş  cüdo  üzrə  beynəlxalq  turniri, 
Qarabağda  şəhid  olmuş  beynəlxalq  dərəcəli  idman  ustası  R.İs-
maylovun xatirəsinə həsr edilmiş sambo üzrə beynəlxalq turniri, 
Çoudrinin  kuboku  uğrunda  boks  üzrə  beynəlxalq  turniri,  dünya 
azərbaycanlılarının  həmrəylik  gününə  həsr  edilmiş  minifutbol 
üzrə beynəlxalq turniri və b. göstərmək olar. 
İki ölkə arasında  idman sahəsində sazişdən əlavə 1996-cı  il 
yanvarın 18-də Moskvada imzalanmış “Azərbaycan Respublika-
sı ilə Rusiya Federasiyası hökumətləri arasında 2000-ci ilə qədər 
olan dövrdə iqtisadi əməkdaşlığın əsas prinsipləri və istiqamətlə-
ri haqqında saziş”in 15-ci maddəsinə əsasən tərəflər müxtəlif sa-
hələrlə  yanaşı  turizm  və  idman  sahəsində  də  qarşılıqlı  münasi-
bətlərin  təmin  olunmasında  birgə  tədbirlər  görməli  idilər.  Bu-
nunla  əlaqədar  olaraq  bu  iki  ölkənin  müvafiq  qurumları  idman 
sahəsində qarşılıqlı  münasibətlərin  inkişafını davam etdirmiş  və 
idmançılarımız  həmin saziş  əsasında  idman tədbirlərində  iştirak 
etmişlər.  Bundan  əlavə,  ölkəmizin  aparıcı  idmançılarının  Rusi-
yanın idman bazalarında birgə məsul yarışlara hazırlığı ilə əlaqə-
dar təlim-məşq toplanışları keçirilmiş və bu ənənə indi də davam 
etməkdədir. 
Ölkədə  siyasi  və  iqtisadi  vəziyyətin  normallaşması  ilə  əla-
qədar  Azərbaycan  və  Rusiya  xalqları  arasında  mədəni  əlaqələr 
də  genişlənmişdi.  Belə  ki,  Moskvanın  keçmiş  meri  Y.Luşkov 
Bakıda olarkən iki hökumət arasında bağlanmış müqavilənin 21 


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
53 
 
və 25-ci bəndlərinə müvafiq olaraq Gənclər və İdman Nazirliyi-
nə 18 avqust 1997-ci ildə azərbaycanlı uşaqlardan ibarət qrupun 
Moskvanın 850 illiyinə həsr olunmuş şənliklərdə iştirakını, həm-
çinin moskvalı bir qrup uşağın Azərbaycan Respublikasında isti-
rahətini, 1998-ci ildə yeniyetmələrin ümumdünya idman oyunla-
rında  Azərbaycan  nümayəndələrinin  iştirakını  təmin  etmək    hə-
valə  olunmuşdu.  Müqavilənin  25-ci  bəndinə  əsasən  11-19  iyul 
1998-ci ildə Moskvada 140 ölkənin nümayəndələrinin iştirakı ilə 
Beynəlxalq  Olimpiya  Komitəsinin  himayəsi  altında  yeniyetmə-
lərin I Ümumdünya İdman Oyunlarında Azərbaycan  idmançıla-
rının  iştirakı  üçün  hazırlıq  işləri  görülmüş  və  bu  məqsədlə  may 
ayında  ümumrespublika  yarışları  keçirilmişdi  [103,  s.407]. 
Həmçinin  Rusiya  və  Moskva  şəhər  hökumətləri  ilə  Azərbaycan 
Respublikası  hökuməti  arasında  bağlanmış  sazişlərdə  də  Azər-
baycan  nümayəndə  heyətinin  bu  oyunlarda  iştirakının  vacibliyi 
öz  əksini tapmışdı. Bu məsələ  ilə bağlı oyunların təşkilat komi-
təsindən  Azərbaycan  Respublikasının  Milli  Məclisinə  və  Xarici 
İşlər Nazirliyinə, oradan da Gənclər və İdman Nazirliyinə müva-
fiq sənədlər daxil olmuşdu [25, v.17]. Müvafiq proqrama əsasən 
həmin  idman  oyunlarında Azərbaycan nümayəndə heyətinə 350 
yer ayrılmışdı. Bu oyunlarda bir nəfərin iştirak  etmək xərci min 
iki yüz ABŞ dolları təşkil edirdi. 1998-ci il üçün təsdiq olunmuş 
büdcədə bu oyunlarda respublikanın nümayəndə heyətinin iştira-
kı  nəzərdə  tutulmamışdı.  Ölkənin  iqtisadiyyatının  vəziyyəti  nə-
zərə  alınaraq  bu  oyunlarda  iştirak  edəcək  nümayəndə  heyətinin 
150  nəfərdən  ibarət  olması  məqsədəuyğun  sayılmışdı.  13-18 
may 1998-ci ildə bu tədbirlə əlaqədar Bakıda 800 idmançının iş-
tirakı  ilə  müxtəlif  növlər  üzrə  respublika  final  yarışları  keçi-
rilmişdi. Moskvada keçiriləcək Ümumdünya İdman Oyunlarında 
idmançılarımızın  iştirakının  təşkilini  Milli  Olimpiya  Komitəsi 
öz  öhdəsinə  götürmüşdü.  Nümayəndə  heyətinin  komplektləşdi-
rilməsi  ilə bağlı təşkilat komitəsi  yaradılmış  və  bütün məsələlə-
rin icrası “Azəridmanservis” müəssisəsinə həvalə edilmişdi. Mü-
vafiq  proqrama  əsasən  nəzərdə  tutulmuş  nümayəndə  heyətinin 


Həsənov Yusifəli Lətif oğlu 
 
54 
 
tərkibinə  olimpiya  hərəkatında  misilsiz  əməyi  olan  idmançılar, 
olimpiya,  dünya,  Avropa  çempionları,  idman  veteranları,  mət-
buat  və  informasiya  işçiləri,  bədii  qruplar  və  s.  daxil  edilmişdi. 
Bu  oyunların  keçirilməsində  əsas  məqsəd  MDB-də,  Rusiyanın 
diyar və vilayətlərində olimpiya hərəkatını təbliğ etmək olmuşdu 
[31, 1.Программа «регионы России и страны СНГ – на все-
мирных  юношеских  играх  1998  года»].  “Bədən  Tərbiyəsi  və 
İdman”  haqqında  qanunun  tətbiq  edilməsinə  dair  Azərbaycan 
Respublikası  Prezidentinin  28  dekabr  1998-ci  il  tarixli  fərma-
nının  3-cü  bəndinin  2-ci  abzasına  uyğun  olaraq  hazırlanmış  və 
Nazirlər Kabinetinin 3 fevral 2000-ci il sərəncamı ilə təsdiq edil-
miş  “Bədən tərbiyəsi  və  idmanın  inkişafının  dövlət proqramı” -
nın 8-ci və 9-cu bəndləri Rusiya Federasiyası ilə əməkdaşlığı nə-
zərdə  tuturdu.  Proqrama  və  bağlanmış  müqavilələrə  uyğun  ola-
raq  2000-2001-ci  illər  ərzində  Azərbaycan  Respublikasının  id-
man  nümayəndə  heyətləri  Rusiya  Federasiyasının  müxtəlif  şə-
hərlərində  təşkil  olunmuş  bir  sıra  idman  yarışlarında  iştirak  et-
miş  və eləcə də respublikamızda keçirilmiş çoxsaylı  idman təd-
birlərində  Rusiya idmançıları təmsil olunmuşdular. 2000-ci ilin 
9-11 martında Ryazanda üzgüçülük üzrə yeniyetmələrdən ibarət 
komandamız Avrasiya liqasının birinciliyində, 2000-ci ilin sent-
yabrında  Beynəlxalq  Poliatlon  Federasiyasının  təşəbbüsü  ilə 
Anapada  keçirilmiş beynəlxalq poliatlon  yarışında,  gənc  futbol-
çularımız  19-29  oktyabr  2000-ci  ildə  Həştərxan  vilayətinin  qu-
bernatoru  A.P.Qujvinin  kuboku  uğrunda  beynəlxalq  turnirdə, 
həndbol  üzrə  yeniyetmə  qızlardan  və  qadınlardan  ibarət  yığma 
komandalarımız  2000-ci  ilin  aprel  və  dekabr  aylarında  Həştər-
xan  vilayətində  keçirilmiş  beynəlxalq  turnirdə,  bundan  başqa, 
boks üzrə Dağıstanda, Saratovda və Vladimirdə keçirilmiş  bey-
nəlxalq  turnirlərdə  fəal  iştirak  etmişlər.  Sadalananlarla  yanaşı 
qeyd etmək  vacibdir ki, Rusiyanın  basketbol  federasiyası  Azər-
baycan basketbol federasiyasını hamiliyə götürmüş və kişilərdən 
ibarət  basketbol üzrə yığma komandaya praktiki köməklik gös-
tərmək  məqsədilə  Rusiyanın  basketbol  federasiyası  məşqçi 


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə