Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə12/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   8   9   10   11   12   13   14   15   ...   62

Həsənov Yusifəli Lətif oğlu 
 
38 
 
keçirilmişdi [9, v.14]. 11-13 mart 2005-ci ildə Bakıda taekvondo 
üzrə  gənclərin  Avropa  birinciliyində  Çexiya  idmançıları  iştirak 
etsələr də, medalçılar sırasına çıxa bilməmişlər. 2005-ci il mayın 
13-dən  15-nə  kimi  Bakıda  bədii  gimnastika  üzrə  Azərbaycan 
Gimnastika  Federasiyasının  Kuboku  uğrunda  yarış  və  3-9  okt-
yabr  2005-ci  ildə  Bakıda  bədii  gimnastika  üzrə  dünya  çempio-
natı  keçirilmişdi.  Bu  mötəbər  yarışlarda  Çexiya  idmançıları  da 
iştirak etmişdilər. Faktlara əsasən qeyd etmək lazımdır ki, ölkə-
lərimiz arasında  hüquqi  bazanın  yaradılması  idman  əlaqələrimi-
zin genişlənməsinə güclü təsir edərdi. 
Keçmiş sosialist düşərgəsinə daxil olan Yuqoslaviyadan ay-
rılmış  Sloveniya  və  Xorvatiya  ilə  Azərbaycanın  beynəlxalq  id-
man  əlaqələri  də  nəzərə  çarpacaq  dərəcədə  güclənmişdi.  Məsə-
lən, Sloveniya idmançıları ölkəmizdə təşkil olunmuş beynəlxalq 
idman tədbirlərinə dəvətlər almış və bizim idmançılarımız da bu 
ölkədə  keçirilən  tədbirlərdə  iştirak  etmişdilər  [34,  v.1-21].  Belə 
ki, 2004-cü ilin mayında voleybol üzrə qadınlar arasında Avropa 
çempionatının seçmə oyunlarının 1-ci dövrəsi Sloveniyada, 2-ci 
dövrəsi  isə  Bakıda  keçirilmiş  və  hər  iki  görüşdə  komandamız 
qalib  gəlmişdi.  2004-cü  ildə  cüdoçularımız  Lüblyanada  Avropa 
çempionatında,  güləşçilərimiz  Murska-Sobotada  gənclər  arasın-
da ”Hərbçilərin XXX dünya çempionatında” və taekvondo üzrə 
Avropa  birinciliyində  Sloveniya  idmançıları  ilə  birlikdə  iştirak 
etmişlər.  Sloveniyaya  giriş-çıxış  vizalarının  rəsmiləşdirilməsi 
prosedurasının  çətin  olması  və  bu  ölkəyə  vizaların  Ankaradan 
alınması zərurəti ölkələrimiz arasında turistlərin, gənclər qrupla-
rının  və  idmançıların  mübadiləsinə  və  səfərlərinə  maneələr,  ən-
gəllər  yaradır.  Bu  səbəbdən,  ölkəmizin  vətəndaşları  üçün  viza 
alınması prosedurasının sadələşdirilməsi və bəzi hallarda sərhəd-
də viza alınmaq imkanının verilməsi ölkələrimiz arasında yalnız 
gənclər,  idman  və  turizm  sahələrində  deyil,  digər  sahələrdə  də 
əlaqələrimizin inkişafına kömək edə bilər. 3-5 iyun 2005-ci ildə 
Azərbaycan Respublikasının prezidenti İ.H.Əliyev Sloveniya və 
Xorvatiyaya rəsmi səfər etmişdi. Bu səfər bütün sahələrdə ikitə-


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
39 
 
rəfli əlaqələrin inkişafına zəmin hazırlamışdı. 
Finlandiya ilə Azərbaycan Respublikası arasında beynəlxalq 
idman  əlaqələri  də  ardıcıl  şəkildə  inkişaf  etmişdi.  Finlər  və  bi-
zim  idmançılar  qarşılıqlı  olaraq  hər  iki  ölkədə  təşkil  olunan  id-
man tədbirlərində, müxtəlif yarışlarda iştirak edirlər [12, v.1-10]. 
Buna misal olaraq 2002-ci il iyulun 5-15-dək Lahtidə güllə atıcı-
lığı  üzrə  dünya  çempionatında,  yenə  də  həmin  il  oktyabrın  20-
25-dək Helsinkidə keçirilmiş pauerliftink üzrə dünya çempiona-
tında  idmançımızın  dünya  çempionu  adına  layiq  görülməsini 
göstərmək olar.  Finlandiya  ilə gimnastika sahəsində də əlaqələ-
rimiz  nəticə  vermişdi.  23-25  aprel  2004-cü  ildə  Bakıda  bədii 
gimnastika üzrə dünya kubokunun mərhələ yarışlarında, 2005-ci 
il mayın 13-dən 15-nə kimi Bakıda bədii gimnastika üzrə Azər-
baycan  Gimnastika  Federasiyasının  kuboku  uğrunda  yarışlarda 
və  3-9  oktyabr  2005-ci  ildə  yenə  də  Bakıda  bədii  gimnastika 
üzrə  dünya  çempionatında  Finlandiya  idmançıları  da  iştirak  et-
mişlər.  Azərbaycan-Finlandiya  əlaqələrində  maraqlı  istiqamət-
lərdən birini idman turizmi sahəsində əlaqələrin qurulması cəhd-
ləri təşkil edir. Bunun bariz  nümunəsi kimi 2004-cü  ilin dekab-
rında Gənclər, İdman və Turizm Nazirliyində fin iş adamları ilə 
idman turizmi sahəsində əməkdaşlıq üzrə görüşün keçirilməsi və 
görüşdə  Azərbaycanda  qolf  klubunun  yaradılması  layihəsinin 
müzakirəsini qeyd etmək olar. 2005-ci ildə idman əlaqələrimizin 
davamı  kimi  11-13  mart  2005-ci  ildə  Bakıda  taekvondo  üzrə 
gənclərin Avropa birinciliyində Finlandiya idmançılarının iştira-
kını və 17-28 avqust 2005-ci ildə Espoda keçirilmiş atletika üzrə 
açıq Avropa çempionatında paraolimpiyaçılarımızın 3 qızıl və 3 
bürünc  medal qazanmalarını göstərə bilərik. Məlumdur ki, döv-
lət  başçılarının  qarşılıqlı  səfərləri  ölkələrin  bir-birinə  yaxınlaş-
masında,  əlaqələrin  genişlənməsi  və  güclənməsində  mühüm 
amildir. Bu baxımdan 23 sentyabr 2005-ci  ildə  Finlandiya Res-
publikası prezidenti xanım Tarya Halonenin Azərbaycana səfəri-
ni mühüm hadisə hesab etmək olar. 
Azərbaycan  Respublikası  ilə  Yunanıstan  arasında  qurulan 


Həsənov Yusifəli Lətif oğlu 
 
40 
 
beynəlxalq  idman  əlaqələri  də  bu  iki  ölkənin  qarşılıqlı  bey-
nəlxalq  əlaqələrində  mühüm  yer  tutur.  İki  ölkə  arasında  idman 
sahəsində əlaqələrin hüquqi bazasını 1997-ci il aprelin 11-də Ba-
kıda  Azərbaycan  Respublikası  ilə  Yunanıstan  hökumətləri  ara-
sında təhsil,  mədəniyyət və elm sahəsində əməkdaşlıq haqqında 
imzalanmış  saziş  təşkil  edir  [42,  v.3].  Həmin  sazişin  8-ci  mad-
dəsinə görə tərəflər idman və bədən tərbiyəsi təhsili sahələrində, 
onların  müvafiq  idman  təşkilatları  arasında  birbaşa  əlaqələrin 
genişləndirilməsini  və əməkdaşlığın  inkişafını təşviq etməli  idi-
lər. Bu  əməkdaşlığın  məzmunu və təfərrüatı  əvvəlcədən  yuxarı-
da qeyd olunan təşkilatlar tərəfindən müəyyənləşdirilmişdi. Hü-
quqi  bazanın  olmasına  baxmayaraq,  idman  əlaqələrimiz  nəzərə 
çarpacaq dərəcədə deyildir. 
Azərbaycan  Respublikası  ilə  Bolqarıstan  arasında  da  bey-
nəlxalq  idman  əlaqələri  formaca  və  məzmunca  xeyli  zəngin  ol-
muşdu.  Beynəlxalq  tədbirlərdə  və  görüşlərdə,  xüsusilə  Avropa 
Şurası  xətti  ilə  keçirilən  tədbirlərdə  bizim  nümayəndələrimiz 
Bolqarıstan  idmançıları  və  gəncləri  ilə  görüşmüş,  qarşılıqlı  ma-
raq doğuran məsələləri müzakirə etmiş, habelə Bolqarıstanda ke-
çirilən  mühüm  beynəlxalq tədbirlərin  və  idman  yarışlarının  işti-
rakçısı olmuşlar [7, v.1-27]. İdmançılarımız son illərdə Bolqarı-
standa keçirilən ağırlıqqaldırma və sambo üzrə Avropa çempio-
natlarında, yunan-Roma güləşi üzrə Avropa çempionatı, cüdo və 
basketbol üzrə beynəlxalq turnirlərdə fəal iştirak etmiş və Azər-
baycanda idmanın inkişafını bariz şəkildə təsdiq edən layiqli qə-
ləbələr qazanmışlar. Bolqarıstan idmançıları da ölkəmizdə keçi-
rilən yarışlarda iştirak etmişlər. Faktlara müraciət edək. 2003-cü 
ilin  avqustunda  və  2004-cü  ilin  aprelində  Bakıda  bədii  gimnas-
tika  üzrə  dünya  kubokunun  mərhələ  yarışları,  2005-ci  ilin  ma-
yında isə bədii gimnastika üzrə Azərbaycan Gimnastika Federa-
siyasının kuboku yarışları, ardınca 26-31 iyul 2005-ci ildə Quba 
Olimpiya İdman  Kompleksində qadınlar arasında  voleybol üzrə 
qran-pri yarışları, 3-9 oktyabr 2005-ci ildə isə Bakıda bədii gim-
nastika üzrə XXVII dünya çempionatı keçirilmişdi. Hələ bunlar-


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə